Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 26 » Komitet 300: Dünya hökümətinin sirləri (III yazı)
18:23
Komitet 300: Dünya hökümətinin sirləri (III yazı)
"Əgər siz ölkənin möhkəmləndirilməsi istiqamətində siyasətinizi davam etdirsəniz, mən sizə və qalan hamıya dəhşətli dərs verəcəm"

Komitet 300 İtaliyanı sınaq poliqonu qismində seçmişdi. İtaliya sui-qəsdçilərin planları üçün mühüm əhəmiyyət kəsb edir, çünki Avropa ölkələri arasında Yaxın Şərq regionuna ən yaxın yerləşən məhz bu ölkədir. İtaliya Yaxın Şərqlə həm iqtisadi, həm də siyasi cəhətdən bağlıdır. İtaliya– Veysqauptun məhv etməyi əmr etdiyi Katolik Kilsəsinin dayağıdır, eləcə də Avropada ən nüfuzlu, qədim "Qara Aristokratiyaya” məxsus olan bəzi oliqarxik ailələrin vətənidir. Moronun ölümü ilə əgər İtaliya zəifləmiş olsaydı, onda bunun Yaxın Şərqdə yaradacağı nəticələr ABŞ-ın bu regionda təsirinin azalmasına gətirərdi. İtaliya başqa bir səbəbdən də əhəmiyyət kəsb edir: bura İran və Livandan Avropaya nəql edilən narkotiklər üçün giriş darvazasıdır. Bu mövzuya biz hələ qayıdacağıq.
 
1968-ci ildə "Roma Klubu” yaradılandan etibarən müxtəlif siyasi qruplaşmalar İtaliyanın bir neçə hakimiyyətini dəyişmək məqsədi ilə sosializm bayrağı altında birləşirdi. Onların arasında Venesiya və Genuyanın "Qara Aristokratiyası”, "P-2” mason lojası və "Qırmızı briqadalar” var idi, özü də onların hamısı eyni məqsədləri güdürdü. Romada Aldo Moronun "Qırmızı briqadalar” tərəfindən qətlə yetirilməsi işinin istintaqını aparan polis müstəntiqləri bu terrorçu qrupla sıx əməkdaşlıq edən bir neçə çox nüfuzlu italyan ailələrinə çıxdılar. Polis həm də həmin məşhur və nüfuzlu ailələrin ən azı 12 hadisədə öz evlərini və digər daşınmaz əmlaklarını "Qırmızı briqadalara” dayaq nöqtələri təşkil etmək üçün verdikləri haqda dəlil əldə etmişdi.
 
İtaliya Respublikasının dağıdılmasına Amerikanın "aristokratiyası” da öz töhfəsini vermişdi, və bu işdə prezident Karterin Romadakı rəsmi səfiri Riçard Qardner xüsusi səy föstərmişdi. Qardner o vaxt Bettino Kraksinin- "Roma Klubunun” mühüm üzvü və NATO-da həlledici fiqur- birbaşa nəzarəti altında hərəkət edirdi.
 
Kraksi sui-qəsdçilərin İtaliya Respublikasını dağıtmaq cəhdlərində həlledici fiqur idi. Onun İtaliyada sabitliyin pozulması işində demək olar ki, müvəffəqiyyət əldə etdiyini biz aşağıda görəcəyik. Sui-qəsdçilər ierarxiyasında fəaliyyət göstərən əsas simalardan biri olan Kraksi boşanma və abortlara icazə verilməsi haqqında qanunları İtaliya parlamentindən keçirə bildi. Bu isə nəticədə, uzaqgedən və dağıdıcı sosial və dini təzahürlər meydana çıxardı. Eyni zamanda da Katolik Kilsəsinə tarixi ərzində endirilən ən güclü zərbələrdən biri oldu, belə ki onun nüfuzunu və nəticə etibarilə italyan millətinin mənəvi dayaqlarını sarsıtdı.
 
Ronald Reyqan 1980-ci ilin dekabrında prezident seçiləndən sonra "Roma Klubu” və Sosialist İnternasionalının bayrağı altında Vaşinqtonda mühüm görüş baş tutdu. Bu təşkilatların hər ikisi Komitet 300-ə bilavasitə tabedirlər. Gündəliyin əsas məsələsi Reyqanın prezidentliyinin effektivliyini minimuma endirmək üçün vasitə və yolların müəyyən olunmasından ibarət idi. Sui-qəsdçilər birgə plan qəbul etdilər və əgər biz arxaya nəzər yetirsək, tamamilə aydın olacaq ki bu plan çox müvəffəqiyyətlə yerinə yetirilmişdi.
 
Bu sui-qəsdin möhtəşəmliyi və əhatə dairəsi haqda təsəvvür olsun deyə, burada Komitet 300-ün gələcəkdə dünyanın tabe edilməsi və idarə olunması üçün təyin etdiyi məqsədləri göstərmək lazımdır. Komitet 300-ün ən azı 40 məşhur "filialı” var və biz onların hamısını funksiyalarını göstərməklə birlikdə sadalayacağıq. Sui-qəsdçilərin yeganə bir mərkəzi orqanının bu cür effektiv fəaliyyətini təmin etməyin necə mümkün olduğunu başa düşmək çox asan olacaq. Eynilə Komitet 300-ün, Birləşmiş Ştatların Konstitusiyasında açıq deklarasiya olunduğu kimi, əsasında şəxsiyyətin azadlığı duran sivil tərəqqipərvər dünyanın dayaqlarına qarşı həmlələrinə yer üzündə heç bir hakimiyyətin nə üçün qarşı dura bilmədiyini də asanlıqla anlamaq olacaq.
 
Gersoninin məhkəmə qarşısında yalnız həqiqəti deyəcəyi barədə and içərək verdiyi şahdlik ifadələri sayəsində İtaliyada və Avropada (ABŞ-da yox) insanlar Aldo Moronun qətlinin arxasında Kissincerin durmuş olduğunu bildilər. Bu faciəvi hadisə Komitet 300-ün öz iradəsini istisnasız olaraq hər bir hakimiyyətə sırımağa qadir olduğunu nümayiş etdirir. Dünyanın ən qüdrətli gizlin cəmiyyətinin (mən burada masonluğu nəzərdə tutmuram) üzvü olan Kissincer Moroya yalnız hədə-qorxu gəlməmişdi, o, İtaliyanın iqtisadi və industrial inkişafı ilə bağlı öz planlarından imtina etməyəcəyi təqdirdə Moronu "məhv edəcəyi” barədə hədələrini həyata da keçirdi.
 
1982-ci ilin iyun və iyul aylarında Aldo Moronun həyat yoldaşı açıq məhkəmə iclasında verdiyi şahidlik ifadəsində demişdi ki, ərinin qətli onun həyatına ciddi hədələrdən sonra baş vermişdi və bu hədələr onun sözlərinə görə, "ABŞ-dan olan yüksək vəzifəli siyasi fiqur” tərəfindən edilmişdi. Xanım Eleonora Moro, Gersoninin şahidlik ifadəsində dediyi kimi, Kissincerin işlətdiyi cümləni eyniliklə təkrar etdi: "Ya siz öz siyasətinizə son qiyacaqsınız, ya da bu sizə baha oturacaq”. Hakim Gersonini təkrarən məhkəmə qarşısına çağırtdırdı və ondan soruşdu ki, o, xanım Moronun haqqında danışdığı şəxsin adını çəkə bilərmi? Gersoni cavab verdi ki, bəli, əvvəl də bildirdiyi kimi, həmin adam həqiqətən də Henri Kissincerdir.
 
Gersoni bundan sonra məhkəməyə onu da danışdı ki, Kissincer Moronu İtaliya liderlərinin ABŞ-a rəsmi səfəri zamanı qaldıqları hoteldəki nömrəsində hədələmişdi. NATO-nun üzv-ölkəsi İtaliyanın Baş naziri və Xarici İşlər naziri yüksək ranqlı insandır və belə şəxslər mafiya üslubunda təzyiq, hədələrə məruz qalmamalıdır. O vaxt olduğu kimi, indi də Kissincer "Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun xidmətində duran mühüm agent, "Roma Klubu”nun və "Beynəlxalq Münasibətlər üzrə Şura”nın üzvüdür.
 
Ölkəni üç müharibəyə- Yaxın Şərqdə, Koreyada və Vyetnamda- cəlb etmək yolu ilə Birləşmiş Ştatlarda sabitliyin pozulması planlarında, eləcə də Fars körfəzində aparılan- ABŞ ordusunun Küveyti öz nəzarəti altına qaytarmaq istəyən Komitet 300-ün muzdlu ordusu qismində çıxış etdiyi- müharibədə Kissincerin rolu yaxşı məlumdur. Fars körfəzində aparılan müharibədə İraqın  timsalında nümunəvi dərs keçdilər ki, digər kiçik ölkələr öz talelərini müstəqil həll etməyə heç cəhd də etməsinlər!
 
Kissincer suveren dövlət olan Pakistanın prezidenti mərhum Əli Bhuttonu da hədələyirdi. Bhuttonun "cinayəti” ondan ibarət idi ki, o, öz ölkəsinin atom silahı əldə etməsinə çalışırdı.  Müsəlman ölkəsi olaraq Pakistan İsrail təcavüzünün Yaxın Şərqdə daimi təhlükəsini hiss edirdi. 1978-ci ildə Bhutto, "Beynəlxalq Münasibətlər üzrə Şura”nın (BMŞ) Pakistanda təmsilçisi olan general Ziya Ül Həqq tərəfindən soyuqqanlıqla qətlə yetirildi.
 
Ziya Ül Həqq hakimiyyətə əvvəlcədən planlaşdırılan gəlişi zamanı kütləni ABŞ-ın İslamabaddakı səfirliyini yandırmağa təhrik etdi və bununla BMŞ-ya müstəqil lider olduğunu açıq nümayiş etdirməyə səy göstərdi. Bu həm də xaricdən daha çox yardım cəlb etmək, eləcə də sonradan məlum olduğu kimi, Riçard Helmsi öldürmək üçün edilmışdi. Bundan bir neçə il sonra Ziya Ül Həqqin Əfqanıstanda müharibəyə müdaxiləsi ona həyatı bahasına başa gəldi. Onun "Herkules C-130” təyyarəsi uçuş zolağından qalxandan bir qədər sonra istiqamətləndirilən AET (aşağı elektrik tezliyi) impulsu ilə vuruldu və bunun nəticəsində təyyarə səmada halqa cızdı və yerə çırpıldı.
 
General Ziya Ül Həqqin aradan qaldırılması barədə Komitet 300-ün əmrini yerinə yetirən "Roma Klubu” vicdan əzabı çəkmədən təyyarədə olan çoxsaylı ABŞ hərbçilərinin həyatını qurban verdi. Briqada generalı Herbert Vassomun başçılıq etdiyi "Müdafiə Kəşfiyyatı Agentliyinin” qrupu da onların arasında idi. General Ziya Ül Həqq Türkiyənin məxfi xidməti tərəfindən təyyarələrdə uçmamaq barədə xəbərdar edilmişdi, belə ki onun təyyarəsinin səmada olarkən partladılacağının planlaşdırıldığı məlum olmuşdu. Bu xəbərdarlığı nəzərə alan Ziya Ül Həqq özünə yaxın bidiyi bir neçə məsləhətçisinə izah etdiyi kimi, Birləşmiş Ştatlardan olan hərbçilər qrupunu da "sığorta müqaviləsi” qismində özü ilə təyyarəyə götürmüşdü.
 
Ziya Ül Həqqin "C-130” təyyarəsi Pakistanın hərbi bazasından səmaya qalxmazdan bir qədər əvvəl onun təyyarəsi dayanan anqarın yaxınlığında şübhəli yük maşını qeydə alınmışdı. Düspetçer qülləsindən təhlükəsizlik xidmətinə xəbərdarlıq edildi, lakin nə isə etməyə imkan tapana qədər təyyarə artıq səmaya qalxmış, yük maşını isə sürüb getmişdi. Prezidentin təyyarəsi bir neçə dəqiqədən sonra qəfildən Nesterov halqalarını cızmağa başladı, sonra isə yerə çırpıldı və partladı. "C-130”-un etdiyi bu hərəkətlərin izahı yox idi, təyyarə uçuşun təhlükəsizliyi üzrə əla reputasiyaya malik idi, qəzanın səbəblərinin öyrənilməsi üzrə Pakistan-Amerika birgə komissiyası isə pilotların səhvini, hər hansı bir mexaniki və yaxud struktur pozuntular aşkar etməmişdi. Qəfil Nesterov halqası– bu, AET impulsu ilə vurulan təyyarənin necə deyərlər, bəlli "ticarət markasıdır”.
 
Yüksək amlitudalı radiotezlikləri generasiya edən cihazların Sovet İttifaqında istehsal etmək imkanı olduğu Qərbdə məlum idi və bu məlumat "Kurçatov adına Atom Enerjisi İnstitutu"nun "Elektronların İntensiv Relyativistik Şüalanması" şöbəsində çalışan sovet alimlərinin tədqiqatlarına əsaslanırdı. Həmin mütəxəssislərin arasında Y.A.Vinoqradov və A.A.Ruxadze də var idi. Alimlərin hər ikisi elektron və rentgen lazerləri üzrə ixtisaslaşan "Lebedev adına Fizika İnstitutunda" işləyirdi.
 
İngiltərədə "Elektronika üzrə beynəlxalq jurnal"da general Ziya Ül Həqqin təyyarəsini vurmaq üçün seçilən metodu təsdiq edən bəzi materiallar dərc edilmişdir. Bundan başqa həmin informasiya kəşfiyyatdan olan iki mənbədən də təsdiq edilmişdi. Eləcə də bəzi faydalı informasiya İngiltərədə çıxan, SSRİ-nin elmi nəşri olan "Soviet Radio Electronics and Communications Systems" ("Sovet radioelektronikası və rabitə sistemləri") qəzetində verilib. Ziya Ül Həqqin qətlə yetirildiyi barədə qətiyyən tərəddüd etmək lazım deyil. Anqarın yaxınlığında görünən yük maşınında şübhəsiz ki, Sovet Hərbi Qüvvələrinin sərəncamında olduğu bəlli olan tipdə AET mobil avadanlığı olmalı idi.
 
Gizli surətdə ölkədən çıxarılan Bhuttonun yazılı ifadələrinə görə, türmədə olarkən Kissincer ona ciddi hədə-qorxu gəlirdi: "Əgər siz ölkənin möhkəmləndirilməsi istiqamətində siyasətinizi davam etdirsəniz, mən sizə və qalan hamıya dəhşətli dərs verəcəm". Bhutto Pakistanı müasir industrial dövlətə çevirmək məqsədi ilə nüvə energetikası proqramının həyata keçirilməsinə çalışırdı, bununla da Kissincerə və "Roma Klubu"na qarşı çıxmış olurdu. Bu isə Komitet 300-ün nəzərində onun Kissincer vasitəsilə Pakistan hökümətinə ötürdüyü əmrlərə açıq tabe olmamaq demək idi. Kissincerin Bhuttonu hədələməsi sözsüz ki ABŞ-ın rəsmi siyasətinin bir hissəsi deyildi; bu, müasir "İllüminatlar"ın siyasəti idi.

(ardı var)



 

Категория: Dünyada | Просмотров: 1667 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus