Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Август » 17 » Kramer: “Azərbaycanda başqa ailələrə prezidentliyə namizəd yetirməyə imkan verilmir”
08:15
Kramer: “Azərbaycanda başqa ailələrə prezidentliyə namizəd yetirməyə imkan verilmir”
"Ən böyük problem hakimiyyətin bir Əliyevdən digər Əliyevə keçməsidir”

"Azərbaycanda vəziyyəti yaxşılaşdırmaq üçün ABŞ daha kəskin addımlar atmalıdır”


Mərkəzi Vaşinqtonda yerləşən və dünyada insan haqlarının vəziyyətinə nəzarət edən "Freedom House” təşkilatının prezidenti Devid Kramer "Azadlıq” radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

Bakıdakı rəsmilər güzgüyə baxıb fikirləşsin...


- Cənab Kramer, Azərbaycan rəsmiləri adətən rəhbərlik etdiyiniz "Freedom House” təşkilatının tənqidi hesabatları ilə razılaşmırlar. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuata müsahibəsində bildirib ki, "Freedom House”un Azərbaycanı "qeyri-azad ölkə” hesab etməsilə bağlı hesabatın hazırlanması metodologiyası obyektiv reallığı əks etdirmir. Siz bunu necə şərh edərdiniz?


-  Xeyli müddətdir ki, Azərbaycanda baş verən prosesləri izləyirəm. Keçən ilin oktyarbrında "Freedom House”a qoşulmuşam, bundan əvvəl isə ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini kimi çalışmışam və 2008-ci ildə iki dəfə Azərbaycana səfər etmək imkanım oldu.
Həmin səfərlər vaxtı  prezident İlham Əliyev də daxil olmaqla həm hakimiyyət, həm də hakimiyyətdən kənar şəxslərlə görüşdüm və konstruktiv söhbət aparmağa cəhd etdim. Deməliyəm ki, hər iki səfərdən məyus qayıtdım. Ümid etdiyim nailiyyətlərə heç yaxın da düşə bilmədim.

Adətən, bizim hesabatlarda aşağı nəticə göstərən hökumətlər metodologiyadan şikayətlənirlər. Amma bu, mükəmməl olmasa belə, testdən keçirilmilş və təsdiqlənmiş bir metodologiyadır. Məncə, cənab Həsənov və Bakıdakı digər rəsmilər narahat olmalıdırlar ki, niyə "Freedom House" da daxil olmaqla başqa xarici təşkilatlar Azərbaycanda qüsur tapmaqda davam edirlər. Biz ölkəni tənqid edən  yeganə təşkilat deyilik.

Məncə, məni və "Freedom House”u qeyri-obyektivlikdə ittiham etməkdənsə, cənab Həsənov və hökumətdəki başqa rəsmilər güzgüyə baxsınlar və fikirləşsinlər ki, onların hökumətlərində hansı problemlər var.

Təəssüf ki, müşahidələr Azərbaycanın yolunun demokratiyaya doğru olmadığını göstərir. Gəlin, sonuncu referendumu, keçən ilin noyabrındakı seçkiləri və ya bu yaxınlarda hüquq müdafiəçilərinin ofisinin qanunsuz şəkildə sökülməsini götürək. Bütün bunlar cəmiyyətə qorxunc mesaj verir.

Sülalə hakimiyyəti yaratmaq yaxşı iş deyil


- 2009-cu ildə bir nəfərin bir dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini təmin edən referendumdan sonra "Freedom House”un proqnozu belə idi ki, Azərbaycanda demokratiyanın vəziyyəti  pisləşəcək. Proqnozunuz özünü doğrultdumu?


- Azərbaycanda həmin referendum keçirilən dövrdə mən "Freedom House” da işləmirdim. Məncə, referendumdan sonra Azərbaycanda insan haqlarının vəziyyəti yaxşılaşmayıb, amma ciddi şəkildə pisləşməyib də. Prezidentliyə qoyulan limitin götürülməsi, ömürlük prezidentə sahib olmaq və sülalə hakimiyyəti yaratmaq yaxşı iş deyil. Belə idarəetmə korrupsiyanı, insan haqları pozuntusu hallarını, pis idarəetməni gücləndirir və cəmiyyətin ehtiyaclarınn fərqində olmamağa sövq edir.
Bakı bir neçə məsələ ilə bağlı ciddi irəliləyiş əldə edib, bunlardan biri də sürətli iqtisadi artıma nail olmaqdır. Bu, daha çox neft gəlirlərinin hesabına baş verib. Amma belə görünür ki, bu iqtisadi artımdan bütün cəmiyyət fayda götürməyib. Ölkədə daim "Holland Sindromu” qorxusu var və mən ümid edirəm ki, bu sindrom Azərbaycanda baş verməyəcək.

Azərbaycanda hakimiyyətə ailə qrupu rəhbərlik edir


- Vətəndaş cəmiyyətinin fəal üzvlərinin sosial şəbəkələrdə tez-tez apardıqları müzakirələrdən biri də budur ki, niyə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı belə neqativ hallara rast gəlinir. Sizin bu sahədə xeyli təcrübəniz var. Sizcə, Azərbaycanda problemin kökü nədədir?


- Məsələnin bir tərəfi Sovet dövründən qalma mirasdır. Məncə, nəinki Azərbaycanda, başqa ölkələrdə də Sovet dövrünə adamlar lazımi qiyməti verməyiblər. Bu, dəhşətli sistem idi. Bu hökumət təməl insan haqlarını rədd edirdi, olduqca korrupsiyalaşmışdı və bir kiçik qrup tərəfindən idarə olunurdu. Hesab etmirəm ki, Azərbaycan sovet respublikasından keçidi tam başa çatdırıb. Azərbaycan eyni vəziyyətdə olan yeganə ölkə deyil; məsələn, Rusiyada da eyni vəziyyətdir.

İkinci problem isə 1990-cı illərin əvvəllərindən bəri mövcuddur.  O vaxtdan bəri Azərbaycanda iki lider olub - ata Əliyev və oğul Əliyev. Məncə, çox adam ölkədə prezidentliyə namizəd yetirməyə qadir olan başqa ailələrin də mövcudluğunu görmək istərdi. Amma başqa ailələrə belə imkan verilmir.

Belə bir təsəvvür yaranır ki, Azərbaycanda hakimiyyətə ailə qrupu rəhbərlik edir. Deməliyəm ki, ABŞ-da ailə üzvlərinin hakimiyyətdə olması təcrübəsi var. Məsələn, Buş ailəsi. Amma Amerikada bu, azad və ədalətli seçkilər vasitəsilə həyata keçirilir. Azərbaycanda isə Əliyevlərdən başqa ailələlərə prezidentlik uğrunda yarışa imkan verilmir. Bunu ancaq bir ailə edə bilir. Bu, ən ciddi problemlərdən biridir. Azərbaycanda nə parlament, nə də prezident seçkiləri azad və ədalətli  keçirilmir.

Müsəlmanlar demokratikləşməyə daha çox qadirdirlər

- Seçkindən söz düşmüşkən, hakimiyyət razılaşmasa və seçkilərin azad və ədalətli olduğunu desə belə, Qərb müşahidəçiləri, o cümlədən sizin təşkilat əsasən ölkədəki seçkilərin demokratiya standartlarına uyğun gəlmədiyini deyir. Azərbaycandakı müzakirələrdən biri də budur ki, vətəndaşlar ətrafda baş verənlərə biganədirlər və mövcud vəziyyətə dəyişməyə həvəs göstərmirlər. Əsas problem də bundan qaynaqlanır. Siz necə fikirləşirsiniz?


- Məncə, problem cəmiyyətlə bağlı deyil. Azərbaycan müsəlman ölkəsidir və müsəlmanlar demokratikləşməyə digər cəmiyyətlərdən daha çox qadirdirlər. Məncə, burada cəmiyyəti qınamaq doğru deyil.

Problem kiçik bir qrupun demokratik islahatlar bahasına hakimiyyətdə uzun müddət qalmağa nail olmasından qaynaqlanır. Azərbaycanın situasiyasında vəziyyət belədir ki, ölkə iki onillik boyunca bir ailə tərəfindən idarə olunub. Həmin ailənin ərtafındakı kiçik bir dairə bundan həddindən artıq faydalanıb. Belə söhbətlər var ki, hazırda həmin dairə prezident Heydər Əliyevin dövründə olduğundan daha güclüdür, çünki Heydər Əliyev oğlundan daha güclü lider idi.

Bilmirəm ki, deyilənlər nə qədər həqiqətə uyğundur. Eşitdiyimə görə, insanlar belə məlumatlarla spekulyasiya edirlər. Amma hakimiyyətin ətrafındakı həmin dairə hazırkı düzən və idarəetmədən çox məmnun görünür; onlar Ilham Əliyevin prezidentliyindən faydalanırlar və bu siyasi hakimiyyətdən faydalandıqları üçün başqa heç kimin sistemə daxil olmasını istəmirlər.

Odur ki, onlar rəqabət istəmirlər və müxalifətə imkan verilmir ki, azad və ədalətli seçkidə iştirak etsinlər. Onlar jurnalistlərin öz işini görməsini, korrupsiya hallarını və cəmiyyətdəki problemləri işıqlandırmasını istəmirlər. Çünki bu, hakimiyyətdəki qrupa təhlükədir. Məncə, hakimiyyətin bir Əliyevin əlindən digər Əliyevə keçməsi və digər namizədlərə prezidentlik uğrunda rəqabətə imkan verilməməsi ən böyük problemlərdən biridir.

Demokratiya enerji və təhlükəsizliyə bərabər tutulmasa…

- Sizcə, vəziyyətin dəyişdirilməsi üçün nə edilə bilər?


- ABŞ-ın təkcə indiki hakimiyyəti yox, Buş administrasiyası da Azərbaycanla münasibətdə təhlükəsizlik, enerji, ölkənin ABŞ üçün mühümlüyü məsələlərinə həddən artıq çox diqqət yetirilib. Demokratiya məsələləri isə kifayət qədər işıqlandırılmayıb. Eləcə də Avropa ölkələri tərəfindən.

Azərbaycan hakimiyyətində belə bir təəssürat yaranıb ki, onlar insan haqlarını pozaraq idarəetməyə davam edə bilərlər. Məncə, aydınlaşdırmaq lazımdır ki, Qərbin bu ölkə ilə münasibəti enerji və təhlükəsizlikdən ibarət deyil, bura həm də demokratiya və insan haqları da daxildir. Əgər demokratiya və insan haqları digər iki məsələyə bərabər tutulmasa, münasibətlər stabil olmayacaq.

Çox mühümdür ki, Azərbaycan hökuməti müxalifətə, tənqidi fikrə cəmiyyətdə yer versin. Başa düşürəm ki, Azərbaycanın mürəkkəb coğrafi mövqeyə sahibdir; bir tərəfdə Rusiya, bir tərəfdə İran. Amma bu faktı dəyişmək mümkün deyil.

Brayzaya prezident səviyyəsində dəstək lazımdır

- Siz ABŞ hökumətində çalışmısınız və güman edirəm ki, hökumət üzvləri ilə əlaqələriniz var. Azərbaycanda demokratiya və insan haqları məsələsinə yetərincə diqqət yetirilməməsi məsələsini onlarla müzakirə etmisinizmi? Əgər etmisinizsə, Obama Administrasiyası üzvlərinin bununla bağlı əsas arqumenti nədən ibarət olur?


- ABŞ-ın Azərbaycandakı hazırkı səfiri Metyu Brayza mənim yaxın dostum və keçmiş iş yoldaşımdır. Biz bu məsələrlə bağlı geniş şəkildə müzakirələr aparmışıq. Məncə, o, məsələnin mühümlüyü yaxşı anlayır və öz işinin öhdəsindən yaxşı gəlir. Bununla bağlı heç şübhəm yoxdur.

Amma problemin çözülməsi daha çox hakimiyyətin ən yuxarı qatındakı məmurlardan asılıdır. Keçən il prezident İlham Əliyev nüvə təhlükəsizlik sammitinə dəvət edilmədi. Baxmayaraq ki, regiondakı ölkələrin, o cümlədən, Ermənistan, Gürcüstan və Ukrayna liderləri tədbirdə idilər. Bundan başqa, bir müddət Azərbaycanda səfirimiz olmadı. Bakıda belə bir rəy var idi ki, ABŞ rəsmi Bakını saya salmır. Amma bu halın kompensasiyası kimi müdafiə naziri Robert Qeyts ölkəyə səfər etdi və hakimiyyəti inandırmağa çalışdı ki, Azərbaycan ABŞ üçün əhəmiyyət daşıyır.

Məncə, biz burda insan haqları problemini unuduruq və ABŞ hökuməti Azərbaycanı kifayət qədər tənqid etmir. Metyu bu məsələləri başa düşür, amma ona ABŞ-ın daha yüksək rütbəli məmurlarından dəstək lazımdır - dövlət katibindən, prezidentdən və vitse prezidentdən.

ABŞ, Avropa daha tənqidi ola bilərlər və olmalıdırlar

- Deyirsiniz ki, Azərbaycanla bağlı Qərbin mövqeyi daha tənqidi və sərt olmalıdır. Daha sərt deyəndə siz nəyi nəzərdə tutursunuz?


- Bir fikir ölkəyə sanksiya qoymaqdır. Amma mən hələ ki, bu fikri dəstəkləməyə kifayət qədər hazır deyiləm. Çünki bu məsələ ilə bağlı adekvat  dialoq keçirilməyib. Amma biz insan haqları pozuntuları ilə bağlı daha çox danışmalıyıq.

Nadir hallarda jurnalistlərin və bloqqerlərin azadlığa buraxılması baş verir. Belə hallarda bizim hökumət bunu alqışlamağa və müsbət şərh verməyə o qədər meylli olmamalıdır. Çünki hökumət əslində etməli olmadığı bir şeyi edib və jurnalisti həbs edib, indi sanki səhvini düzəldir. Jurnalistlər həbs olunanda biz açıqca deməliyik ki, belə hallar baş verməməlidir və Azərbaycan Avropa Şurası, ATƏT-in üzvü kimi insan haqlarına hörmət etməlidir.

Məncə, ATƏT və Avropa Şurası tənqidi fikir söyləməklə bağlı daha aktiv görünürlər, nəinki ABŞ hökuməti. Fikrimcə, Avropa dövlətləri və Birləşmiş Ştatlar daha tənqidi ola bilərlər və olmalıdırlar.

Vətəndaş cəmiyyəti və müxalifət ciddi təzyiq altındadır

- Cəmiyyətin aktivliyi ilə bağlı bayaqkı suala qayıtmaq istərdim. Bəzi müşahidəçilər hesab edirlər ki, artıq Azərbaycan cəmiyyətinin Qərbdən gözləntiləri əvvəlki illərə nəzərən xeyli azalıb... Və sosial mediada fəalların apardıqları son müzakirələrin bir istiqaməti budur ki, cəmiyyət özü daha fəal olmalıdır ki, müsbət dəyişikliyə nail ola bilsin...


- İnsanları kifayət qədər aktiv olmamaqda ittiham etmək asan işdir. Amma reallıq budur ki, vətəndaş cəmiyyətinin üzvləri və müxalifət partiyaları hakimiyyətin təzyiqi olmadan, azad fəaliyyət göstərə bilmirlər. Onlar çox ciddi təzyiqlərlə üzləşirlər - döyülürlər, təqib olunurlar, həbs edilirlər.

Ona görə də xüsusi vurğulamaq lazımdır ki, burda məsələnin iki tərəfi var: Hökumət gərək vətəndaş cəmiyyətinə və müxalifətə imkan versin ki, onlar dinc aksiya keçirə, etiraz edə bilsinlər. Vətəndaş cəmiyyəti və müxalifət də hakimiyyətin verdiyi həmin imkandan istifadə edib fəal olsun. Azərbaycan fəallarında Qərbin onları dəstəkləməməsi haqda rəyin olması haqda eşitmişəm. Məncə, burda həqiqət payı da var.

- Sizcə, hakimiyyət niyə imkan verməlidir ki, fəallar dinc aksiya keçirsinlər. Axı bu onun xeyrinə deyil?


- Çünki demokratik dövlət idareetməsinin tələbi budur. Azərbaycan hökuməti indiki siyasətini davam etdirməklə sanksiyalarla üzləşmək riski ilə üz-üzə qalır. Düzdür, inanmıram ki, bu belə tezliklə baş verəcək. Çünki Qərb dövlətləri sanksiyalara o qədər də meylli deyillər. Amma əgər Azərbaycan hökumətinin insan haqlarına münasibəti belə davam etsə, başqa hökumətlər, insan haqları müdafiəçiləri daha yaradıcı olub hökuməti insan haqlarına hörmətlə yanaşmağa sövq etməlidirlər. Geri çəkilmək və heç nə etməmək uğurlu seçim olmazdı.

ABŞ hökuməti Azərbaycanla bağlı təvsiyələrimizi nəzərə alır

- Sizcə, ABŞ hökuməti "Freedom House”un Azərbaycanla bağlı tövsiyələrini nəzərə alırmı?


- Ümid edirəm ki, alır...  Bakıda bu yay iki xarici qadın jurnalistin hücuma məruz qalması ilə bağlı bəyanat yaydıq və bu məsələni ABŞ hökumət rəsmiləri ilə müzakirə etdik.

Bu yaxınlarda Prezident Aparatının şöbə müdiri Əli Həsənovla mənim mətbuatda qarşılıqlı müsahibələrimizdən sonra ABŞ hökumət rəsmiləri ilə hansısa görüşüm olmayıb. Mən deyərdim ki, bizim Azərbaycanla bağlı analizlərimiz ABŞ Dövlət Departamenti ilə demək olar, üst-üstə düşür. Halbuki, biz tamamilə müstəqil təşkilatıq. Hökumətin tövsiyələrimizi nə dərəcədə nəzərə almasına gəlincə, mən hesab edirəm ki, ABŞ hökuməti daha kəskin addımlar atmalıdır insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün. Amma hökumət deyə bilər ki, kifayət qədər nəzərə alır.

- Sizə başqa bir sualım deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin həbsi ilə əlaqədardır. Onun rəsmi ittihamı hərbi xidmətdən yayınmaqla bağlı olsa da, özü və beynəlxalq təşkilatlar həbsin Hacıyevin hakimiyyəti tənqid edən çıxışları ilə bağlı olduğunu bildirirlər. Siz necə, Hacıyevin həbsini siyasi motivli sayırsınızmı?

- Bizim təşkilatımız "siyasi məhbuslar"ı müəyyənləşdirmir. Bununla daha çox "Amnesty İnternational" təşkilatı məşğul olur. Məncə, onun həbsinin hərbi xidmətdən yayınmadan başqa digər məsələlərlə bağlı olmasını güman etmək üçün səbəblər var.

Konstitusiyada alternativ hərbi xidmətə imkan verən müddəa var. Hərçənd, belə bir arqument irəli sürülür ki, parlament lazımi qanunları qəbul etmədiyindən bu qanun onun işinə şamil edilə bilmir. Hacıyevin həbsi hərbi xidmətdən daha çox tənqidi fikir söyləyib təqibə, təhqirə və həbsə məruz qalan digər şəxslərin həbsi ilə eyni motivli görünür.

 

Категория: Azərbaycan | Просмотров: 1495 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus