Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Январь » 18 » Lənkəranda görünməmiş dərəbəylik
23:20
Lənkəranda görünməmiş dərəbəylik

 

Lənkəran sakini Nizami Hüseynov mətbuata məktub göndərib. Gunxeber.com-un yaydığı həmən məktubda adıçəkilən şəxslərə cavab haqqı tanımaqla onu olduğu kimi dərc edirik:

“Son vaxtlarda Lənkəranın müvafiq icra strukturları, sanki iflic olublar. Ölkə ictimaiyyəti Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova 150 min manat rüşvət verilməsi barədə rayon icra hakimiyyətinin keçmiş işçisi Məmməd Səfərovun irəli sürdüyü iddiadan və vaxtilə Lənkəran Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Nurəddin Qurbanovun bu səbəbdən həbs olunmasından xəbərdardır. Ardınca da, Taleh Qaraşovun məsələ ilə əlaqədar yuxarılarda möhkəm danlanılmasından stressə düşməsi və ürəyində problem yarandığı üçün müalicə olunub stend qoyulmasından da hamının məlumatı var.

Artıq Taleh Qaraşov səhhətində yaranan narahatlıqlarla əlaqədar işə müntəzəm çıxa bilmir. Onun Lənkəranda olmadığı və tez – tez məzuniyyətə çıxdığı bildirilir.

Lənkəran kimi iri iqtisadi rayonunun uzun müddət başsız qalması və idarəetmədə yaranan boşluqlar isə rayon icra hakimiyyətinin əksər işçilərinin əl-qolunu daha da, açıb. Bir sözlə, rayonda dərəbəylik baş alıb gedir. 

Lənkəran Rayon İcra Hakimiyyəti Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri Rəfail Tahirov, Lənkəran Bələdiyyəsinin sədri Eldar Hüseynov, Azərbaycan Respublikası Dövlət Torpaq Və Xəritəçəkmə Komitəsinin yanında Lənkəran Rayonlararası Kadastr İdarəsinin müdiri Əlövsət Rufiyev, həmin idarənin əməkdaşı Xalid Rəhimov, Lənkəran Ərazi Dövlət Reyestr Xidmətinin rəisi Nazim Məmmədov və digər məmurlar sözün əsl mənasında rayonda at oynadırlar.

Bu şəxslər rayonda idarəetmədə yaranan boşluqdan istifadə edərək Lənkəran sakinlərinin başına min bir oyun açırlar. Rayonda iqtisadi sabotaj baş alıb gedir. Bunların rəzillikləri artıq insanları zinhara gətirib. Bu şəxslər doymaq nədir bilmirlər.

Buyurun, bu şəxslərin rəzillikləri ilə tanış olun.

Qasımov Adil İbad oğlu Lənkəran şəhəri, Koroğlu küçəsi, 3 saylı evdə yaşayır.

Adil kişi başına gətirilənləri ürək ağrısı ilə nəql edərək deyir:

“Mənim 77 yaşım var. Hazırda təqaüddəyəm. İki oğlum və bir qızım var. Onlar ailəlilidirlər.

Mən ata – babalarımın tikdikləri köhnə evdə yaşayıram. Vaxtilə ata – babama məxsus olan bu evdə indi beş ailə yaşayır. Evin bir otağında mən həyat yoldaşımla, sonrakı otaqda oğlum həyat yoldaşı və iki uşağı ilə, daha sonrakı otaqda isə bacım nəvəsi ailəsi ilə, anası, həyat yoldaşı və iki uşağı ilə birgə yaşayırıq. Həmin həyətdə böyük qardaşımın da balaca bir koması var. Qardaşım rəhmətə gedib. Oğlanları və qızları yaşayır. Oğlanları Rusiyadadır.

Baxın, vaxtilə atama məxsus olan bu həyətdə bir ailə yaşayırdı. İndi isə maddi imkansızlığa görə, ev inşa edə bilmədiyimizdən hamımız bura sığınmışıq.

Lakin bunu da bizə çox bilirlər. İndi Səxavət adlı qonşumuz gözünü həyətimizə dikib. Özünün ikimərtəbəli evi və 10 sot həyəti ola – ola xəbərimiz olmadan şəhər Bələdiyyəsindən kağız alıb ki, həyət bunundur: “Almışam, vəssalam!”- deyir. Bu adam mənim setka çəpərimi söküb və orada tikinti işi aparır. Həyət qapımı da söküb və çölə çıxışımı isə bağlayıb. Bu şəxs adını çəkdiyim adamlara pul verib həyəti aldığını bildirir.

Bildirirəm ki, yaxşı maddi imkanları olan bu şəxs və qardaşı ata həyətlərində və onun kənarında özlərinə yaşayış evləri salıblar. Ancaq düşünmürlər ki, qonşuları (beş ailə) nə səbəbə bir həyətə sığınıblar?

Mən vəziyyətlə əlaqədar Rəfail Tahirova, Eldar Hüseynova, Xalid Rəhimova, Mahir Axundova və digərlərinə dəfələrlə şifahi və yazılı müraciət etsəm də, nəticəsi olmamışdır”.

İndi həmin həyətdə yaşayan beş ailə çarəsiz qalıb. Artıq rayonda onların ölkə Konstitusiyasının verdiyi və Allahın bəxş etdiyi yaşamaq hüququnu təmin edən dövlət orqanı yoxdur. Bu insanlar həyatın ümidinə buraxılıblar”.

TALISH.ORG

Категория: Талыш xəbərləri | Просмотров: 1931 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus