Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Март » 20 » Lənkərandan Bakıya daşınan qara torpağın dəyəri
21:26
Lənkərandan Bakıya daşınan qara torpağın dəyəri
və ya Hacı Zeynalabdinin bilinməyən xeyriyyə işləri

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin gördüyü bir çox xeyriyyə işlərindən biri də Bakını abadlaşdırmaq üçün Lənkərandan qara torpaq daşıtdırması olub. Lənkəran Dövlət Universitetinin "Tarix və Fəlsəfə” kafedrasının baş müəllimi Həşim Kəlbiyev bizə alimlərin araşdırmalarına, topladıqları məlumatlara əsaslanaraq, həm bu haqda, həm də Hacı Zeynalabdinin az bilinən bəzi xeyriyyə işləri haqqında bir-birindən maraqlı məlumatlar verdi.  
 
"O, xalqını çox sevən bir xeyriyyəçi idi”

Həşim Kəlbiyev bildirdi ki, Hacı Zeynalabdin Tağıyev öz dövrünün kapitalistlərindən bir çox cəhətləri ilə kəskin şəkildə fərqlənmişdir. Çünki digər kapitalistlərin etdiyi kimi, öz xalqını istismar etməmişdir. Əksinə, onları qorumuş, onlara kömək etmiş və böyük xeyriyyə işləri həyata keçirmişdir. Nəzərə alsaq ki, o mömin bir müsəlman kimi tanınır və eyni zamanda Hacı ləqəbini daşıyır, onda onun bu humanistliyinin İslam dinindən qaynaqlandığını yəqin etmək olar. Yəni, o etdiyi saysız-hesabsız xeyriyyə əməllərini Allah yolunda, onun rizası üçün etmiş və ömrünün sonuna qədər buna sadiq qalmışdır. Məhz İslamın mütərəqqi düşüncələri ilə hərəkət etmiş bir insan olaraq Hacı Zeynalabdin bütün ömrüboyu öz xalqının, müsəlman bacı-qardaşlarının dərdləri ilə maraqlanmış və çarələr aramışdır. Bunu, onun etdiyi işlərindən çox aydınca görə bilərik. Onun gördüyü xeyriyyə əməllərini saymaqla qurtarmaq olmaz. Bu haqda bir çox alimlərin araşdırmalarında, kitablarında, o cümlədən Cavid Cavadov, Manaf Süleymanov və digərlərinin kitablarında geniş məlumat almaq olar. Qeyd edək ki, bu xeyriyyə əməlinin bəziləri təəssüflər olsun ki, hamı tərəfindən bilinmir. Bu yazımızda Hacı Zeynalabdin Tağıyevin xeyriyyə işləri ilə əlaqədar verəcəyimiz bəzi məlumatlar inanırıq ki, həm sizi təəccübləndirəcək, həm də qürurlandıracaq.

Türkiyənin ən böyük məscidinə hədiyyəsi

Tarixçi Həşim Kəlbiyevin sözlərinə görə, ölkəmizdə XIX əsrin sonu, XX əsrin əvvəllərində yerli kapitalistlərlə yanaşı, çoxlu sayda əcnəbi kapitalistlər də fəaliyyət göstərmiş, torpaqlarımızı, onun yerüstü və yeraltı sərvətlərini mənimsəmişlər. Onların içərisində almanlar, ruslar, yəhudilər və s. olmuşdur. Onların firmaları içərisində Nobel Qardaşları şirkəti də olmuşdur ki, onlar şirkətin gəlirləri ilə hazırlatdıqları qızıl çilçıraqları Qüdsdəki yəhudilərə göndərərək oradakı Sinaqoqlara hədiyyə etmişlər. Özü də, bu gəlirlər müsəlman torpaqlarından əldə olunan gəlirlər olmuş, daha doğrusu, müsəlmanların istismar edilmiş sərvətlərindən yığılmış gəlirlər olmuşdur. Bunu görən Hacı Zeynalabdin onların etdiyi bu əməli qarşılıqsız qoymur desək, yanılmarıq. Çünki Hacı 30 kiloqramlıq brilyantla bəzədilmiş bir çilçıraq hazırlatdırır. Həmin çilçırağı Osmanlının (Türkiyə) ən böyük məscidi olan Sultan Əhməd Məscidinə hədiyyə olaraq göndərir. Bununla da Hacı Zeynalabdin Tağıyev milli təəssübkeşliyini, eyni zamanda müsəlman qardaşlığını, birliyini öz əməli ilə bir daha sübut edir.

"Bakını abadlaşdırmaq üçün Lənkərandan qara torpaq aparıb”

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin gördüyü bir çox xeyriyyə işlərindən biri də Bakını abadlaşdırmaq üçün Lənkərandan qara torpaq aparması olmuşdur. Lənkəran xanlarının nəslindən olan Mirəhməd xanla müqavilə bağlayan Hacı Zeynalabdin 1914-cü ildən etibarən Lənkərandan qara torpaq aparmağa başlayır. Onların müqaviləsinə əsasən, Hacı Zeynalabdin başqa yerə 20 qəpiyə (o dövrün pulu ilə) satdığı bezi Lənkəran mahalına 17 qəpiyə satır. O, bez parçalarını öz gəmiləri ilə Lənkərana gətizdirir və geri qayıdarkən də qara torpaq göndərirdi. Bununla həm onları yol xərcindən qurtarırdı, həm də gəmiləri ilə apardığı qara torpağın haqqını vermiş olurdu. Həmin torpaq Hirkan kəndi ərazisindən daşınırdı. Yeri gəlmişkən, onu da deyək ki, qara torpağın əsas fərqli xüsusiyyəti ondadır ki, ağaclardan yerə düşmüş yarpaqların çürüməsi nəticəsində yaranır və illər keçdikcə müəyyən bir torpaq qatına çevrilir. Ona görə də, olduqca münbit və bərəkətli hesab edilir. Məhz bunları nəzərə alan Hacı Zeynalabdin Lənkəran ərazisindən Bakıya qara torpaq daşımışdır.

Hacı Zeynalabidin Tağıyev Lənkərandan apardığı qara torpaqla bağlar saldırır, Bakını abadlaşdırmağa başlayır. Novxanı bağlarını Hacı Zeynalabidin həmin o qara torpaqla saldırır. Eyni zamanda orada Bağçılıq məktəbi də açır. O dövrdə imkansız tələbələrə də orada iş imkanı təşkil edir və bununla onları imkansızlıqdan qurtarır.

İndiki Bakı bulvarının I mərhələsi də Lənkərandan aparılmış qara torpaqla salınıb. Bilindiyi kimi, Bakı bulvarı heç də Sovet dönəmində salınmağa başlanmayıb. Hələ ondan qabaqkı dövrdə bu proses başlayıb. Həm də Lənkərandan aparılan qara torpaqdan istifadə edilib...

Onu hər zaman rəhmətlə anacaq və ruhuna dualar oxuyacaqlar

Yeri gəlmişkən deyək ki, indiki dövrdə də Lənkərandan Bakıya həmin münbit qara torpaqdan aparılır. Türkanda, Mərdəkanda və digər yerlərdə bu torpaqla bağlar salınır. Binə qəsəbəsində yaşayan insanlar hətta o qara torpaqda subtropik meyvələrdən mandarin, limon və s. əkir. Həmin ağaclar çox meyvə verməsələr də, bir növ bəzək kimi saxlanılır. Bu yerdə bir haşiyəyə çıxaraq, deyək ki, Rus çarı II Nikolay Bakıda pambıqdan məhsullar hazırlamağa icazə vermirmiş. Lakin Hacı Zeynalabdin çara çoxlu bəxşişlər göndərmiş və pambığın ikinci məhsulundan parçalar, yəni, bezdən parçalar hazırlamağa icazə almışdır. İcazə aldıqdan sonra H. Z. Tağıyev Bakıda açdığı fabrikdə onun istehsalına başlayır. Orada işləyən işçilərini də geyim olaraq o parçalarla təmin edir. Elə Lənkərana göndərdiyi parçalar da həmin bez parçaları olmuşdur.

Ümumiyyətlə, Hacı Zeynalabdinin Lənkəran bölgəsinə çox rəğbəti və sevgisi olmuşdur. Hətta o zabit olan oğlunu Cümhuriyyət ordusu tərkibində xidmət etmək üçün Lənkərana göndərmişdir. Lakin oğlu faciəvi şəkildə ölmüşdür. Belə ki, çar dönəmindən qalmış bir adətə görə, yeni zabit olmuş bir gənc tapançaya bir güllə qoyar, onu fırladar, sonra da beyninə dayayardı. Əgər tətiyə basanda güllə açılmazsa, o şanslı və güclü zabit hesab olunarmış. Yox, əgər güllə açılardısa, onda həmin gənc zabitin bu oyunu həyatını itirməsi ilə bitərdi. Bəli, Hacı Zeynalabdinin oğlu da belə bir faciəvi adətə qurban getmişdi. Lənkəranın ağsaqqalları, ziyalıları onun oğlunu Bakıya gətirmiş və dəfn etmişlər.

Bəli, əziz oxucu, burada Hacı Zeynalabdinin çox az bilinən bəzi xeyriyyə işlərindən bəhs etdik. Qara torpağın dəyəri o zaman bilinir ki, yetişdirmiş olduğu övladı həm ona dəyər verir, yəni onu becərir, ondan istifadə edərək, insanlara xeyir verir, həm də onun qoynunda yetişən bütün insanlarına xidmət edir, onları yaşatmaq üçün yaşayır. Özü də bunu Uca Rəbbinin rizası üçün edir. Bu insanlar, həmin o torpağın xeyirli oğlullarıdır. H. Z. Tağıyev isə heç şübhəsiz, onların önündə gələnlərdəndir. Bu vətən torpağı, bu torpağın qeyrətli oğulları onu heç vaxt unutmayacaq. Onu hər zaman rəhmətlə anacaq və ruhuna dualar oxuyacaqlar.
zaman.az

Категория: Azərbaycan | Просмотров: 1583 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus