Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Октябрь » 17 » Lənkəranın ucqar kəndində çəkilən rəsm əsərləri Yaponiyada...
15:17
Lənkəranın ucqar kəndində çəkilən rəsm əsərləri Yaponiyada...

Mamusta kəndi Lənkəran şəhərinin 15-16 kilometrliyində yerləşir. Bura avtobus əsasən günün birinci yarısında işləyir. Vaxtilə asfalt döşənmiş yollar dağılmaq üzrədir. Sovet dövründə tikilmiş mədəniyyət evi bu kəndə diqqəti cəlb edən yeganə  binadır. Hiss olunur ki, bina təmir üzü görməyib. Mədəniyyət evində bir neçə təşkilat yerləşir, hətta seçki məntəqəsi də. Ancaq indi seçki dövrü deyil. Gəlişimizdə məqsəd kənd rəssamı Xəzər İbrahimovla  görüşməkdir. Onun sərgisi də mədəniyyət evində nümayiş etdirilir. Elə söhbətimizi də sərgidən başladıq.

KƏND RƏSSAMININ ƏSƏRLƏRİ İLƏ TANIŞLIQ...

Xəzər İbrahimov deyir ki, hər bir əsərin yaranma tarixi var. O, rəsm əsərlərindən birini göstərərək qeyd edir ki, milli naxışların hamısı burda əksini tapıb:

«Bu, miniatür işidir, hamısı muncuqlardan işlənib. Əvvəlcə rənglə işlənir, sonra o rəngə uyğun olaraq düzülür. Bu isə parça üzərində işlənib, kənd mənzərəsidir, dağ mənzərəsidir».

Xəzər İbrahimov Mamusta kəndində doğulub. Lənkəran Uşaq Rəssamlıq Məktəbini, Lənkəran Universitetinin təsviri incəsənət və rəsmxət fakültəsini bitirib. Kəndə öz təşəbbüsü ilə rəssamlıq dərnəyi yaradıb:

«Mənzərə janrı üzərində işləyirəm. Əlbəttə ki, milli üslubda olmaq şərtilə. Milli abidlərimiz, dekorativ tətbiqi sənət, milli ornamentlər haqında uşaqlara məlumatlar veririk. Bizim bütün əl işlərimizdə hökmən millilik hiss olunmalıdır. Biz  uşaqları o istiqamətə yönəltməyə çalışırıq».

MAMUSTA GƏNCLƏRİNİN RƏSM ƏSƏRLƏRİ YAPONİYA VƏ ÇEXİYADA...

O deyir ki, rəssamlıq dərnəyinə gəlmək istəyən uşaqların sayı çoxdur:

«Birinci ili bizdə 40 nəfər şagird var idi. Onların arasında ən istedadlarını seçdik, 20 nəfər uşaq məndə fəaliyyətdədir. Bu işlərdən xarici ölkələrə də göndəririk. Fəaliyyətimiz təkcə kəndlə bağlı deyil. İyun ayında sərgimiz oldu. Rəsm əsərləri sərgiyə göndərildi, Yaponiyadakı sərgiyə. Bizim kənddən 3 nəfərin işini göndərdik ora. Qaliblərin adı 2015-ci ildə açıqlanacaq.

Çexiyaya da əsər göndərmişik. İki şagirdin işi diplomla təltif olunub. Həmin şagirdlərlə Çexiyaya təqdimat mərasiminə gedəcəyik».

KƏND EVLƏRİNİN DİVARLARINA ÇƏKİLMİŞ FRESKALAR...

Xəzər İbrahimov deyir ki, kənd  uşaqlarının rəssamlığa bu qədər maraq göstərmələri onu sevindirir. O deyir ki, çəkdikləri rəsmlər təkcə sərgiləri bəzəmir. O, şəxsən yeni tikilmiş evlərin divarlarında da sifarişlə təbiət mənzərələri çəkir:

«Böyük divarlarda freskalarım var. Hətta darvazaların üstündə də əsrlərimə rast gəlmək olur. Kənd yerində işlərimizi sevdirə bilmişəm. 50-yə yaxın kənddə işlərim var. Böyük divarlarda mənim mənzərələrim var. Hər səpkidə işlərim var. Hansı səpkidə bəyənirlərsə, o səpkidə də işləyirəm».

O, bununla belə sənəti maddiyyatdan üstün tutur:

«Sənətkar öz sənətini hər şeydən üstün tutmalıdır .Onu uşaqlara sevdirməyi bacarmalıdır. Mənim çoxdankı arzum idi ki, kəndə dərnəyim olsun. Uzun müddət sənətdən uzaq olmuşam. Şəraitim olmayıb işləməyə. 2012-ci ildə arzuma çataraq burda rəsm dərnəyini yaratdım. İndi yetərincə şagirdlərim var».

«MƏN DƏ HƏZZ ALIRAM BUNUN İŞİNDƏN»

Kənd mədəniyyət evində ərazidə tapılan qədim sənət nümunələri də nümayiş etdirilir...

Xəzər İbrahimovun atası Fikrət İbrahimov kənd orta məktəbin müəllimidir. O deyir ki,  tarixi keçmişə malik Mamusta kəndi həmişə öz sənətkarları ilə fərqləniblər:

«Tale elə gətirdi ki, Lənkəran Dövlət Universitetinin rəssamlıq fakültəsinə daxil oldu. Mən də həzz alıram bunun işindən».

Kələ-kötür kənd yolu ilə geri dönürük. Xəzər İbrahimovun sözləri yadıma düşür: «Bir çox sənət əsərləri kənddə yaradılıb».

AzadlıqRadiosu

Категория: Talış incəsənəti | Просмотров: 2152 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus