Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Сентябрь » 15 » Mənə siyahı verin...
16:06
Mənə siyahı verin...
Yasir Ərafat öləndə yazmışdım ki, bu kişi bütün ömrünü xalqına həsr etdi və ölümünü də millətinin birləşməsinə yönəldə bildi. Fələstinlilər bundan sonra həmişə Yasir Ərafatı birləşdirici, həyatını və ölmünü millətinə sərf etmiş bir LİDER kimi yad edəcəklər...

Məhkəmə...


9-cu ayın 10-cu günündə saat 11-də professor Hilal Məmmədovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxış idi. Adətləri üzrə məhkəməni qapalı keçirdirdilər, biz, elə də çox olmayan bir qrup "müdafiəçilər” və ailə üzvləri çöldə gözləmək məcburiyyətində qalmışdıq. Təqribən 13:00-da məhkəmə bitdi və gözlədiyimiz kimi də oldu: professor Hilal Məmmədovun şikayəti təmin edilməmişdi, bu barədə bütün internet saytları yazdığı üçün xırdalıqlarına varmıram, amma xüsusi qeyd edəcəyim məqam var. Bu məqam ondan ibarətdir ki, deyəsən prokurorluq öz ittihamçısını dəyişib, artıq dövlət ittihamçısı talış təyin olunub, baxanda burda qeyri-adi heç nə də yoxdur, bəyəm türk kökənli vətəndaşlarımızı haqsız yerə həbs edəndə onlara qarşı dövlət ittihamını irəli sürənlər türk kökənli deyillərmi? Yəni prokurorun hansı etnosdan olması əslində mahiyyəti üzrə heç nə kəsb etmir. Ancaq "xain xoflu olar” deyiblər, professor Hilal Məmmədovun bütün dünya tərəfindən müdafiə olunduğunu görən iqtidar "Tolışi Sədo” qəzetinin baş redaktoruna "ayı qulluğu” göstərir. Fikir verirsizmi, Hilal Məmmədovu məhz talışların əli ilə vururlar, sanki ona "bu da sənin millətin, hansının ki, yaşamaq hüququ uğrunda mübarizə aparırsan, özünü oda-közə atırsan, ancaq onlar səni içəri saldırmaqda maraqlıdırlar” mesajını çatdırmaq istəyirlər. Professor Hilal Məmmədovu bu cür çirkinliklərlə yolundan döndərmək, onda ruh düşkünlüyü yaratmaq mümkün deyil, çünki Hilal müəllim həyatı yaxşı bilən bir ziyalı kimi bütün fəaliyyətini milləti yolunda, millətinin maariflənməsi, özünü dərki yolunda qurub və buna görə nə vaxtsa həbs ediləcəyini çox gözəl anlayırdı. Ancaq bizim "şanlı” polisimiz heç düşmənçiliyi də kişi kimi bacarmır, küçə uşağı təfəkkürü ilə alimin cibinə narkotik at(dır)ıb, qeyri-qanuni həbs etdirmək ən azı insan şərəf və ləyaqətinə uyğun deyil. İndi prokuroru dəyişən "ittiham tərəfi” Hilal müəllimə bu cür hərəkətləri ilə psixi təzyiq etmək istəyir. Amma onlar Hilal müəllimi yaxşı tanımırlar, çünki Hilal müəllim çox gözəl bilir ki, talışların içindən bir "maladesə” görə Zülfüqarların, Novruzəlilərin üzlərinə duran səhl sumbatlar çıxıblar və bundan sonra da çıxacaqlar. Ona görə də Hilal müəllimi ittiham edən bütün dövlət ittihamçılarını, müstəntiqləri, hökm oxuyacaq məhkəmə hakimlərini bir komanda kimi tam talışlardan formalaşdırsaz da, Hilal müəllimdə millətinə, xalqına qarşı sevgi ölməz, əksinə bu sevgi bir az da şölələnəcək, çünki Qurani-Kərimdə gecə ilə gündüzün, Allahla-şeytanın, yaxşı ilə pisin adları bərabər sayda çəkilibsə, demək bütün millətlərdə yaxşı ilə pis 50-nin 50-yə olmalıdır, nə qədər səhl sumbatlarımız varsa, demək bir o qədər də BABƏKlərimiz var!

İctimai Palata

Keçən yazılarımdan birində yazmışdım ki, Talış Ağsaqqallar Şurası İctimai Palatada təmsil olunmaq üçün müraciət edib və təmsilçi kimi məni İctimai Palataya təqdim etmişdi. Sözün düzü mən 2008-ci ildə AXCP-dən "uzaqlaşdırılandan” sonra, maddiyata görə TV-lərə çıxıb, əqidə yoldaşlarını satanları görüb, bir daha siyasətə qayıtmayacağımı özümçün qət etmişdim, hətta bu barədə özümə söz də vermişdim. Qalan həyatımı millətimə sərf etmək üçün yollar axtarırdım, bir sıra talış kökənli iş adamları ilə görüşdüm, millətimə qulluq etmək istədiyimi, daima ideyalarla dolub-boşalan beynimi millətimin yolunda işlətmək istədiyimi bildirib, hətta onlara bəzi ideyalarımı da dedim. Alınmadı, kişilər o vaxt mənə, mənə qəribə gələn baxışlarla baxırdılar, (bu qəribə baxışlar barədə nə vaxtsa ətraflı yazacam) elə yetim görkəm alırdılar ki, sanki bu boyda varidatın, bu boyda ad-sanın sahibi bunlar yox, bir başqası imiş. Başa düşdüm ki, bu varidat sahibləri bu boyda varidatlarını özləri ilə aparmaqda maraqlıdırlar, min yerə, min layihəyə pul ayırsalar da millətlərinə xeyirləri dəyməz, millət sevgisində Hacı Zeynalabdin ola bilməzlər. Allahın hökmü böyükdür, məni çıxmayan, dərcini saxlayan, Novruzəli Məmmədovun şəhadətindən sonra cəmisi 3 nömrəsi çıxan "Tolışi Sədo” qəzetinə gətirdi, işə sidqi-ürəkdən girişdim, Hilal müəllimlə bərabər 6 ay ərzində 8 nömrə qəzet buraxdıq və ... yenə də mənə qarşı həmən baxışları hiss etdim, sanki hamı məndən göz vururdu, ilk vaxtlar bu baxışları başa düşmürdüm, insanların biri-birilərinə inamsızlığını anlaya bilmirdim. Nə isə, qəzetin dərci dayandı, amma Allahın yazısına pozu olmaz, Xıdonun hökmü ilə qəzet çıxmalı idi, mən hamıdan ayrılıb, yalquzaq kimi fəaliyyətə başladım, "Tolışi Sədo”nu "Tolışon Sədo” etdim, qeydiyyat üçün ərizə verdim, "tək qalıb, heç zad edə bilməz” düşüncəsi ilə məni qeydiyyata aldılar və ... qəzet parta-part çıxmağa başladı. Yenə də mənim tək qəzet buraxmağıma inanmadılar, məni gah Əli Nasirlə, gah Hilal Məmmədovla "şərik” etdilər, bu fikirləri nə təsdiq etdim, nə təkzib, bircə Allahım bilirdi ki, yeganə köməkçim mənə yazıları ilə dəstək olanlar idi və bu gün də bu belədir. Fikirləşdim ki, hamını zərbə altından çəkmişəm, tək hədəfdə mən qalmışam, mənimlə "söhbətə” göndərilən "vətənpərvərlər” qəzetin ofisinin yerini, maliyyə dəstəkçimi, yazarlarıma verdiyim qanorarın məbləğini soruşanda gülə-gülə "kefdən danışırsan, nə ofis, nə maliyyə dəstəkçisi, nə qanorar? Heç biri yoxdur və görünür ki, yaxın zamanlarda olmayacaq da” deyərdim. Qəzetin hər nömrəsi çıxdıqca "mən talışam!” deyən gənclərimizin sayı da artmağa başladı, təbii ki, belə gedə bilməzdi, bu iqtidar hökmən buna görə kimə isə "qulaq burması” verməliydi və verdi də! Professor Hilal Məmmədov şərlənərək həbs edildi və ilk olaraq onun müdafiəsinə bizimlə bərabər "Turan” İnformasiya Agentliyi, RATİ və digər informasiya agentlikləri qalxdı, sonra Ziyalılar Birliyi, daha sonra isə Müsavat və AXCP partiyaları Hilal müəllimin müdafiəsi ilə bağlı bəyanatlarla çıxış etdilər, bizə dostluq, qardaşlıq əli uzatdılar, onların bu bəyanatlarını görən bir çox yerli və beynəlxalq təşkilatlar da eyni bəyanatlarla çıxış etdilər və günü bu gün də həmən bəyanatların ardı gəlir. Bizə qarşı uzanan bu əli sıxmaq lazım gəldi və buna görə Talış Ağsaqqallar Şurası İctimai Palataya üzv olmaq qərarını verdi, sağ olsun İctimai Palata, bu müraciəti müsbət qarşılayıb Talış Ağsaqqallar Şurasının təmsilçisi kimi məni İctimai Palataya üzv qəbul etdilər. Bütün respublika məni Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri kimi tanıdıqları üçün mənim İP-yə üzv olmağımı da həmən komitənin adı ilə bağladılar, digər informasiya agentlikləri ilə işim yox, ancaq mənimlə əlaqə saxlamaq onlar üçün elə də çətin olmayan talış informasiya agentliklərinin də bu informasiyanı kopyalayıb, səhifələrinə qoymaları başa düşülən olmadı. Çətin idi mənim də bu barədə mövqeyimi öyrənmək? Nə isə, mən bu qəzetdən rəsmən elan edirəm: bu gün İP-da Talış Ağsaqqallar Şurasını mən təmsil edirəm, sabah mən digər bir Şura üzvü ilə əvəzlənə bilərəm, yəni biz fərd kimi yox, təşkilat kimi İP-ya üzv olmuşuq! Və İP-nın məni öz sıralarına qatmağı mənim yox, Şuranın zəhmətidir....

İran və səhiyyəmiz...


Yazmışdım, İrana müayinəyə getmək istəyirəm, zatən burdakı həkimlərə inamım qalmayıb. Bir həkim ki, gündə 10-15 dərman firmasının üzvü ilə görüşə, onlardan külli miqdarda "beh” ala və mən bütün bunları biləm, necə burdakı həkimlərə etibar edim ki? Mənim kimi adi bir vətəndaşa bütün bunlar məlumdursa, yəni doğurdanmı hökumətin, aidiyyatı qurumların bundan xəbərləri yoxdur? Yəni doğurdanmı aidiyyatı qurumları gələcək genofonumuz maraqlandırmır? Axı bu gün şikəst edilən körpələrdən sabah sağlam nəsil ala bilməyəcəyik. Niyə bütün bunları milləti şikəst edən elə həmən firmalar, hansılarının ki, arxalarında iri çaplı məmurlar durur, fikirləşmirlər? İstənilən poliklinikanın, istənilən xəstəxananın qarşısında bir-iki saat dayanmaq kifayət edər ki, firmalar tərəfindən həkimlərə edilən "payları” görəsən. Gələcək nəslin aqibətini düşünməyən, İran cəsusu, narkoman, terrorçu "tapıb, zərərsizləşdirən” iqtidar mənsubları, bu genofonu məhf edən həkimlərimiz, həkimlərimizə saxta dərmanlar verən firmalar, həmən firmalara şərik olub, onların qeyri-qanuni fəaliyyətinə zəmin yaradan oliqarxlar fikirləşmirlərmi ki, məhf etdikləri bu insanlardan biri də onların ailəsinə qismət olub, onlara şikəst bala, şikəst nəvə bəxş edəcək? Fikirləşməzlər, çünki onların gözünü Nəsiminin "tor pərdəsi” tutub, onlar bu günkü "bəh-bəhli” firəvan həyatlarına övladlarının sabahlarını qurban verənlərdilər. Çox təəsüf ki, həmişə valideynin etdiyi xətanın bədəlini onun övladları verir, necə ki, milyonlarla günahsız gəncləri narkotika öyrəşdirib, məhf edən narkobaronların özlərinin övladları da həmən bəladan dünyalarını dəyişirlər, bu gün bu millətə "səhiyyə dağı çəkənlərin” də övladları sabah valideyinlərinin bu xətalarının cavablarını verəcəklər, hər bir hərəkətin bir ödəniliş bədəli var. Amma bütün bunlara rəğmən səhiyyə səlahiyyətliləri abırsız-abırsız TV-lərə çıxıb, xaricə müalicəyə gedənlərin böyük əksəriyyətinin vətənə şikəst qayıtdıqlarını elan edirlər, sözüm bunda yox, mən bir aydır ki, hörmətli Baş Prokurordan İrandakı ETTELATçı həkimlərin adlarını hər həftə soruşuram, cavab yoxdur ki, yoxdur. Mən özümə bələdəm də, bir-iki xoş sözə Azərbaycanın bütün sirlərini İrana satacam, ona görə Sizlərdən xahiş edirəm, İrandakı ETTELATçıların siyahısını mənə verin, "mənə dəniz, eeee, siyahı verin!”

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru, 
"Tolışon Sədo” N: 31(43), 15 sentyabr 2012

 

Категория: Azərbaycan | Просмотров: 1555 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 RHT  
0
Hilal Məmmədovu məhz talışların əli ilə vururlar)))- Rafiq müəllim,hər bir millətdə olduğu kimi,bizdədə Milli kimliyini,şərəf və ləyaqətini pula-paraya satan Biqeyrətlər var.Amma iş bunda deyil,hakimiyyətdəkilər belə şərəfsizləri professorun qarşısına çıxartmaqla səyf edirlər,çünkü özünü TALIŞ OĞLU TALIŞ sayanlar elə şərəfsizləri özününki saymır və saymayacaqda

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus