Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Март » 19 » "Mənim adım olmasın"
19:25
"Mənim adım olmasın"
Görəsən, nədən haqları tapdalanmış insanların arasında dəhşətli bir qorxu - bir xof yaşamaqdadır? İlk qənaətim budur ki, mövcud haqsız rejim nəinki özünü, az qala hər bir digər kəsi də cinayətə, harama elə bulaşdırıb ki, zəmanəmizdə vicdanı az-çox saf olan bir adamı tapmaq müşkil bir məsələyə çevrilmişdir. Ən dəhşətlisi isə bu bəlanın təhsil sisteminə yol açaraq təlim-tərbiyə prosesini də hədsiz dərəcədə korlamasıdır ki, nəticədə gələcək nəslin daha da deqradasiyaya uğramasına zəmin yaranır.

Öncədən deyim ki, tez-tez təkrarlan o "bəziləri”nin növbəti "demaqoq” - qınaq obyektinə düşməməkdən ötrü, gördüklərim, rastlaşdıqlarım və bildiklərim əsasında həyatda, cəmiyyətdə razılaşmadığım məqamları bir neçə real misallarla diqqətinizə çatdırmaq istəyirəm...

*

Ötən il Masallı RİH başçısına bələdiyyələrin qeyri-qanuni işləri ilə əlaqədar sorğu məktubu ünvanlamışdım. "Gizli kəşfiyyat” dərhal işə düşmüşdü: Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyev RİH başçısı Qəzənfər Ağayevə çatdırıb ki, bu adam köhnə cəbhəçidir, radikal müxalifət sıralarındadır, daha nələr, nələr... Nəticədə nə sorğuma cavab aldım, nə də tənqid etdiyim vəziyyət düzəldi...

*

Kənddə yas məclisində bir ağsaqqal "hacı” elektrikin fasilələrlə verilməsindən çox şikayətləndi və məndən xahiş etdi ki, bu barədə əlaqədar təşkilatlara, mətbuata yazım. Tez diktofonumu açaraq ona yaxınlaşdım ki, bir intervyu alım. O isə diktafonu görüb, nitqi tutuldu və üzümə tərs-tərs baxaraq, tələsik məndən uzaqlaşmağa cəhd etdi. Bu vəziyyəti görüb, yarı zarafat-yarı ciddi "pravokasion” bir cəhdlə nitqini açmağa çalışdım: - Ay Hacı, ağzını açıb danışmasan, sənin uşaqlarının saxta hərbi bilet almalarından, qohumlarının süni yollarla necə pensiyaya çıxmalarından yazacağam ha... Bunu eşidib, o, dərhal mütiyanə şəkildə buyurdu:

- Yaxşı, bayaq dediklərimi yaz, amma, adım olmasın ha... O gündən sonra bu "Hacı” yolda, məclisdə, bazarda ya başqa yerdə uzaqdan rastıma gəlsə də, qorxusundan mənə yaxın düşmür ki, düşmür...

*

Bir "Kərbəlayı” da var ki, kənddə poçt rəisidir. Boyu az qala iki metrə çatır. Bu zat uşaqlarını yalan olmasın, beşikdə ikən pensiyaya çıxarıb, guya xəstədilər, başdan xarabdılar. O, bir çoxlarına ünvanlı sosial yardımlar düzəldir, pulları da özü alır, "Ağabala”larla ( Masallı Rayon Sosial Təminat İdarəsinin ərazi inspektoru ilə) bölüşdürür. Bu "ali zat” da məni görəndə sifəti elə hala düşür ki, mən onun gözünə qırx il ölüb torpağa qarışan əzizləri kimi görünürəm.

*

Bir qohumum da var, müəllimdir. Əslində isə onda müəllimlikdən heç əsər-əlamət belə yoxdur: sinifdə jurnalı da şagirdlərə yazdırır. Oğlundan yol polisi böyük cərimə adı ilə rüşvət almışdı. İşə qarışıb onun hüquqlarını müdafiə missiyasını öz üzərimə götürdüm və hərəkətə keçdim. "Polis qağalar” bir çox dolayı variantlara əl atdılar, nəhayət, rayon təhsil şöbəsi vasitəsilə "onun quyruğunu basıb” öz xeyirlərinə izahat alandan sonra, mənə cavab yazdılar ki, şikayətçinin heç bir tələbi yoxdur.

*

Qodman kənd orta məktəbinin coğrafiya müəllimi Turab adlı bir şəxs (müsavatçıdır) rayondakı çayxanaların birində çığır-bağır salıb deyirdi ki, Politexnik İnstitutunu bitirən birisini gətirib bizə məktəb direktoru qoyublar və s... Ona yaxınlaşıb diktofonu açan kimi, elə bil yatmışdı, ayıldı, sözünü dəyişib həmin məktəb direktorunun şəninə bir təriflər deməyə başladı ki, gəl görəsən... O vaxt bu əhvalatı "Cənub xəbərləri” qəzetində lazımınca işıqlandırdım da...

*

Bir həkim dostum da var, səhiyyə, sağlamlıq barədə bəzən ondan məlumatlar alıram. Hərdən danışıb ürəyini boşaldıqdan sonra deyir: - Birdən bu dediklərimi yazıb eləyərsən, yaz, amma mənim adım olmasın ha...

*

Yaxın günlərin söhbətidir. Qonşumun oğlu valideynlərindən icazəsiz olaraq kənd toyuna gedir. Atasının deməyinə görə, oğlu toydan evə gec gəlir, görür həyətlərinin darvazası bağlıdır, dırmaşır hasara, oradan həyətə tullanır, yıxılıb başından xəsarət alır. Ata dərhal uşağını aparır xəstəxanaya. Üç gündən sonra iki polis gəlir evlərinə. Uşağın ata-anasına bir ağ kağıza qol çəkdirib həyətdən çıxanda ev sahibindən benzin pulu istəyirlər. Oğlanın atası cibindən 4 manat çıxarıb göstərir ki, bundan başqa pulu yoxdur. Bir manatının qırağı cırıq olduğundan polislər o 3 manatı alıb gedirlər. Qonşum bütün bunları mənə ürək ağrısı ilə danışır, gözlərindən yaş tökürdü. Mən də onun halına yanıb dedim ki, "narahat olma, yazaram!”.Bunu eşidən qonşumun üzü döndü, nə döndü... O qədər yalvarıb-yaxardı, and-aman etməyə başladı ki, gəl-görəsən: - Sən Allah, bunu yazma, polislər məni şərləyib atarlar zindana, xəstəyəm, böyrəklərim xarabdır, dözmərəm o yumruq-təpiyə, o nəmişliyə, ölərəm. Amma görəndə ki, mən də bu yazmağımda israrlıyam, başladı dil tökməyə ki, - "Yaxşı, yaz, amma sən mənim canım, mənim adım olmasın!”

*

Bildiyimiz kimi, bu günlərdə korrupsiya və rüşvətə qarşı xüsusi kompaniya aparılır. Bu səbəbdən ünvanlı sosial yardımla məşğul olan məmurların "kürkünə birə düşüb.” İndi mənimsəmənin yeni variantlarını hazırlayıblar: Sosial yardımı təyin edəndə 6 ayına şərik olmalarına razılaşıblar. Sosial mərkəzdə görürlər ki, vəziyyət bir az korlaşıb, ciblərində gəzdirdikləri plastik kartları ev-ev düşüb qaytarırlar. Şübhə yoxdur ki, yenə uduzan aşağı təbəqənin nümayəndələridir. Onlardan biri bu yaxınlarda mənə yaxınlaşıb ürək ağrılsıyla dərdini danışdı, "pensiya məmurlarının” yeni fırıldaqlarını bir-bir aşkarladı. Mən də axıradək ona qulaq asıb, cibimdən diktafonu çıxarmışdım ki, o "kişi” bir bozardı, bir hala düşdü ki, gəl-görəsən... Az qala yerindən sıçrayıb, bu sözlərlə məndən uzaqlaşdı: - Yazmağına yaz, amma mən ölüm, mənim adım olmasın!

Mətləb DADAŞİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Категория: Талыш xəbərləri | Просмотров: 1576 | Добавил: admin | Рейтинг: 5.0/5
Всего комментариев: 2
2 Caesaro  
0
Qodman kənd orta məktəbinin coğrafiya müəllimi Turab adlı bir şəxs (müsavatçıdır)

Meger bashqa musavatchilar bele deyil? Onlarin lap yuxarida oturan bashqanlari Isa Qember beledir, bu Turab muellim de hakeze.
Icazeli partiyanin uzvu olmaq nedir ki? Huneri lazimi qeder olsaydi yasaqlanmish partiyanin nuzvu olardi...


1 Caesaro  
0
"Sığdaşt kənd ərazi nümayəndəsi İsrafil Əliyev" - demrli bu Israfil Aliyev sadece "suka" (qanciq) isleyir, icra numayendesi yox. Bes bu biseref ve binamus adam istemir ki, camaatin veziyyeti duzelsin? Yeqin ki, istemir.
Onda insanlar bu adami oz aralarindan qovub, ona salam vermeyi de haram is bilmelidirler, basqa care yoxdur. Ne onun xeyrine, ne onun sherine qatilmamalidirlar. Bu hamisindan yaxsi bir hereket olar.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus