Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Март » 14 » Mehdibəy Səfərov: Talış separatizmi yoxdur
20:57
Mehdibəy Səfərov: Talış separatizmi yoxdur
Mehdibəy Səfərov: "Görünür, sadəcə kimlərinsə yalançı separatçı obrazını yaratmaqla, xalqı istədikləri kimi idarə etməyə, diqqəti sosial problemlərdən, qaz, işıq, yol, işsizlik, illərdir düyünə düşən Qarabağ probleminin həllindən yayındırmağa çalışırlar”

"Biz dilimizin, mədəniyyətimizin yaşamasından, gələcək nəsillərə ötürülməsindən başqa heç nə istəmirik”

"İnsanlar məzmundan, mənəviyyatdan çox, formaya qaçırlar”


Ötən ilin sonlarına yaxın Azəri-Talış Milli Mənəvi Dəyərlər İctimai Birliyinin təsis edilməsi hakim dairələrdə hay-küylə qarşılandı. Hakim partiyanın təmsilçiləri, bəzi millət vəkilləri bunu Azərbaycan dövlətçiliyi üçün böyük təhlükə hesab etdilər. Hətta təsisçiləri talış separatizmində ittiham edənlər də oldu. Qurumun rəhbəri Mehdibəy Səfərovla müsahibəmizdə də bu və digər məqamlara aydınlıq gətirməyə çalışmışıq. Onunla söhbətə elə ənənəvi sualla başladıq.

- Mehdibəy müəllim, rəhbərlik etdiyiniz qurum hansı zərurətdən yarandı?


- Talış xalqı Azərbaycanın özünəməxsus adət-ənənəsi, dili, tarixi, folkloru, kulturologiyası olan aborigen xalqlarından biridir. Talışlar min illər boyu Azərbaycanda yaşamış, inkişaf etmiş, öz mədəniyyətini formalaşdırmışdır. Lakin elm və texnikanın inkişaf etdiyi, xalqların və dövlətlərin inteqrasiya olunduğu indiki vaxtda bizim dilimiz assimilyasiyaya məruz qalır. İnsanlarımız öz dillərini, mədəniyyətini yadırğayırlar. Dövlət qayğısı göstərilmədiyindən dilimiz, folklorumuz tədricən unudulur. Ona görə də Birliyi yaratmaq qərarına gəldik.

Birliyin yaradılmasının digər səbəbi də var. Bəzən bir sıra gənclər, bəzi adamlar var ki, mədəniyyətmiz, dilimizin unudulduğu üçün radikal addımlar atmağa meyllənirlər. Bir qismi isə başqa ölkələrə köçür, orda radikallaşır, bəzi hallarda bütövlükdə talışların, gənclərimizin adından yanlış fiukirlər səsləndirirlər. Bütün bunları nəzərə alaraq belə qərara gəldik ki, Azərbaycan vətəndaşları olaraq bizim adımızdan ölkəmizdə sabitliyi pozacaq addımların atılmasına imkan verməyək. Ona görə də belə bir Birliyin yaradılmasını zəruri hesab etdik. Və bundan ötrü respublikanın tanınmış kinodramaturqu, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə məsləhətləşdik...

- Nəyə görə məhz Eldəniz Quliyevi seçdiniz?


- Çünki mən bu adamı lap gənclik illərimdən tanıyıram. Onun Azərbaycanı sevməsi, tolerantlığı, millətindən, dilindən və dinindən asılı olmayaraq, ölkə vətəndaşlarına eyni sayğı göstərməsi, dəyərləndirməsi ilə yaxından tanışam. Ona görə də köməklik üçün E.Quliyevə müraciət etdim. Çünki biz narahatlıq içində idik. Bu da təsadüfi deyildi. Görkəmli alim, Talış Mədəniyyət Mərkəzinin direktoru, "Tolışi sədo” qəzetinin redaktoru, dilçi alim Novruzəli Məmmədovu qondarma ittihamlarla həbs etdilər, sonradan həbsxanada müəmmalı şəkildə dünyasını dəyişdi. Daha sonra onun işlərini davam etdirən başqa bir ziyalımızı, alimimizi, hüquq müdafiəçisini, talış xalqının nadir tədqiqatçılarından olan Hilal Məmmədovun cibinə zorla narkotik maddə qoyub (adam xəcalət çəkir – M.S.) əsassız ittihamlarla həbsə aldılar. Yəni bu həbslər digər insanlarımızda, o cümlədən məndə də qorxu qarışıq narahatlıq yaratdı.

Lakin digər tərəfdən əxlaqım, mənəviyyatım qorxu hissimi üstələyir. Və düşünürəm ki, bir ziyalı kimi dəyərlərimizin, dinimizin, dilimizin, adət-ənənələrimizin keşiyində durmalıyam. Ona görə də mənə yardımçı olmaq üçün Eldəniz müəllimə müraciət etdim. Azərbaycanlılarla talışlar əsrlər boyu qardaş olublar və indi də belədir. İndiyə qədər aramızda heç bir problem yaşanmayıb. Çalışırıq ki, bir-birimizə bundan sonra da yaxın olaq. E.Quliyev də çox sağ olsun ki, əlindən gələn köməkliyi göstərdi. Və dedi ki, Azərbaycan dövlətçiliyi, Azərbaycan vətəndaşlarının milli birliyi, ərazi bütövlüyü, mənəvi-əxlaqi dəyərləri üçün çalışan hər bir kəsə yardımçı olmağa hazırdır. Beləliklə, biz onunla birlikdə "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” adlı qurum təsis edib sənədlərimizi qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etdik.

- Nazirlikdən rəsmi cavab aldınızmı?


- Əvvəla onu deyim ki, qurumun yaradıldığını bəyan edən kimi, hələ məramnamə ilə tanış olmamış, başda Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov olmaqla Milli Məclisin deputatları bizi müxtəlif xarici ölkələrin kəşfiyyat orqanlarıyla bağladılar. Bizə qarşı böhtan, şər dolu kampaniya apardılar. Talış zonasından seçilmiş və problemlərimizin həllinə cavabdeh olan millət vəkilləri – Hadı Rəcəbli, Hüseynbala Mirələmov, həmçinin digərləri böhtan atdılar, təşəbbüslərimizi separatçı addım adlandırdılar. Dedilər ki, guya talışlara öz dillərində mətbuat, televiziya lazım deyil, onlar öz dillərində deyil, azəri türkcəsində danışmaq istəyirlər və sair. Yəni bununla bizim barəmizdə yanlış rəy formalaşdırdılar. Bu isə, düşünürəm ki, Ədliyyə Nazirliyinə təsir vasitəsi idi. Onların bəyanatları istədikləri nəticəni verdi. Nazirlik bizə cavab göndərdi ki, guya nazamnamə tələbləri pozulub. Amma pozğunluğun konkret hansı maddədə, bənddə və nə ilə bağlı olduğu barədə heç nə deyilmir. Fikirləşdik ki, bəlkə problem qurumun adındadır. Ona görə əvvəlki adı dəyişib Azəri-Talış Milli Mənəvi Dəyərlər İctimai Birliyi qoyduq. Amma indiyə qədər nazirlikdən hələ də cavab almamışıq.

- Amma səhv etmirimsə, hələ 1992-ci ildə milli azlıqların hüquq və azadlıqlarının qorunması ilə bağlı fərman imzalanmışdı...


- Belə bir fərman imzalanmışdı. Ancaq əvvəlcə onu xatırladım ki, hələ Stalinin və Mir Cəfər Bağırovun dövründə, 1933-cü ildə bir əmrlə talış adı qadağan edildi. Yəni biz repressiyaya məruz qalmış xalqıq. Yalnız 1991-ci ildə müstəqillik əldə edəndən sonra adımız reabilitasiya olundu. Və siyahıya alınmada yenidən öz adımızı talış kimi göstərməyə başladıq. Ancaq təəssüf ki, dediyiniz fərman Xalq Cəbhəsinin dövründə imzalansa da icra edilmədi. Sonra hakimiyyət dəyişikliyi oldu, məlum Lənkəran hadisələri baş verdi. Əhali arasında xof yarandı. Bir müddət keçəndən sonra N.Məmmədovun təşəbbüsü ilə "Tolışi sədo” qəzeti bərpa edildi. Amma yuxarıda qeyd olunduğu kimi, o, saxta ittihamlarla həbsə alındı. Yəni sözügedən fərman indiyə qədər icra olunmamış qalıb. Onun icrasını tələb etmək bizim hüququmuzdur. Ancaq maraqlıdır ki, tələb edən kimi separatçı damğası vururlar. Biz talışlar separatçı deyilik, Azərbaycanı sevirik. Azəri-Talış Birliyində təmsil olunanlar Azərbaycan dövlətçiliyinə məhəbbətlə bağlı insanlardır. Lakin anamızın öyrətdiyi dili, mədəniyyəti bizə heç kəs qadağan edə bilməz. Onu Allah-Təala bizə pay verib.

- Həmin fərmanın icrası üçün ölkə rəhbərliyinə müraciət etmisinizmi?


- Prezidentə müraciət olunub. Qeyd edilib ki, Lənkəranda Cənub TV fəaliyyət göstərir. Və paradoksal haldır ki, 24 saat yayımlanan verilişlər içərisində talış mədəniyyəti, folkloru, adət-ənənələri ilə bağlı bu dildə heç nə yoxdur. Amma əfsuslar ki, müraciətmiz dövlət başçısına çatdırılmamışdı, ya nə idisə, cavab ala bilmədik. Bir müddətdən sonra məktub Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblıya çatdı. O bizə dedi ki, talışların Milli Məclisdə 10 nəfərdən artıq deputatı var. Üstəlik, "talışların evdə öz dillərində danışmasına kim mane olur?” - deyə sual da verdi. O adamın, mədəniyyətin təbliğ edilməli olduğunu anlamaması məni təəccübləndirdi. Talıblı başa düşmək istəmir ki, əgər xalqın mədəniyyəti təbliğ olunmursa, deməli, mədəniyyət deyil. Təsəvvür edin ki, yaxşı bir müğənni mahnılarını yalnız öz evində oxuyur. Vəzifəsi bilavasitə milli məsələlərlə bağlı olan Müzəffər müəllim də bizə bunu təklif edir.

Hesab edirəm ki, əgər milli azlıqların hüquqları qorunsa, fərman icra olunsa, Azərbaycanın problemləri də aradan qalxar. Azərbaycan dili əlbəttə, bizim dövlət dilmizdir və biz bunu qəbul etməyə borcluyuq. Ancaq mənim öz dilimdə radiodan, televiziyadan mahnıya, hansısa verilişə qulaq asmağım, mədəniyyətimi, mənəvi dəyərlərimin təbliğ olunması ölkəmizin mənafeyinə heç bir xələl gətirməz. Əksinə, Azərbaycanda yaşayan xalqlar bir-birinə daha da sıx yaxınlaşar. Məsələn, talışın elə bir mahnısı ola bilər ki, ondan başqa xalqlar da qidalanmaq istəyər. Belə halda heç bir talış kimlərinsə təsiri altına düşüb hüquqlarının pozulduğunu deyə bilməz. Bizim də istədiyimiz budur. Bir-birimizin adət-ənənələrinə, dilinə, mədəniyyətinə, dəyərlərinə hörmətlə yanaşmaqda pis iş yoxdur.

- Bildiyimizə görə rəhbərlik etdiyiniz qurum tez-tez günahsız həbs edildiyi vurğulanan insanların, o cümlədən dindarların hüquqlarını da müdafiə edir.


- Bilirsiniz, mən dindar ailədə dünyaya gəlmişəm, ata-anamın, nənə-babamın həmişə namaz qıldığını, dini ayinləri yerinə yetirdiyini görmüşəm. Biz əsl dinin, İslamın nə olduğunu bilirik. Onların öz fikirlərinə görə həbsinə də etiraz edirik. Gürcü mütəfəkkiri İlya Çavçavadze deyirdi ki, insanı insan edən 3 xarakter var: vətənini, dilini, dinini sevmək. Mənim və eləcə də bütün talışların iki dili var: Azərbaycan və talış dili. Hər ikisini eyni dərəcədə sevirik. Dinimiz də ki, eynidir. Dindarlar var ki, doğrudan da qondarma ittihamlarla həbs olunublar. Biz onların, o cümlədən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun hüquqlarını müdafiə edirik. H.Məmmədovun işində bir daha əmin olduq ki, ölkədə bu sayaq həbs olunan insanlar çoxdur. Səmədov da belələrindən biridir. Jurnalist Əvəz Zeynallının məhkəmə prosesi də bizi dəhşətə gətirdi.

- Çox vaxt hansısa milli azlıqlar nəyə görəsə narazılıq edəndə, "onsuz da prolemlər hər yerdə var”, - deyə fikir bildirilir. Bunu necə dəyərləndirirsiniz?


- Yanlış yanaşmadır. Birincisi, problem hər yerdə varsa bu daha pisdir. Azərbaycanın imkanları həmin problemlərin aradan qaldırılması üçün kifayət edir. İkincisi, problemi olan hansısa rayonun, regionun susması digərlərinin də susması üçün əsas vermir. Digər tərəfdən, azsaylı xalq olaraq talışların əlavə problemləri də var. Ancaq burda heç də qarın problemindən söhbət getmir. Və hər şey də maddiyyatla ölçülmür. Biz dilimizin, mədəniyyətimizin yaşamasını, gələcək nəsillərə ötürülməsini istəyirik. Başqa heç nə. Amma bundan ötrü talış dilində qəzet, jurnal, kitab nəşr etdirmək, televerilişlərə baxmaq imkanımız olmalıdır. Lənkəranda fəaliyyət göstərən Cənub TV-də talış dilində bir neçə saatlıq veriliş vermək heç də çətin və zərərli deyil. Qoy başqa dövlətlər bizdən nümunə götürsünlər. Ermənilər də həmçinin. Onlar fikirləşsinlər ki, heç bir iqtisadi imkanları olmayan Ermənistanda yaşamaqdansa Azərbaycan vətəndaşı kimi bizim ölkəmizdə yaşamaq daha yaxşıdır.

- Dediklərinizin dövlətçiliyimiz üçün heç bir təhlükəsi yoxdursa, əksinə, bununla uğur qazanacağıqsa, onda kimlər və nəyə görə narahat olurlar?


- Əslində, bizimlə bağlı bəyanat verənlər heç nədən narahat olmurlar. Və çox gözəl bilirlər ki, ermənilərdən başqa Azərbaycanda separatizmlə məşğul olan yoxdur. Görünür, sadəcə olaraq kimlərinsə yalançı separatist obrazını yaratmaqla, xalqı istədikləri kimi idarə etməyə, diqqəti sosial problemlərdən, qaz, işıq, yol, işsizlik, illərdir düyünə düşən Qarabağ probleminin həllindən yayındırmağa çalışırlar. Televiziya verilişlərində əxlaqsızlıq baş alıb gedir. Kanallarımıza baxmaq olmur. Əgər mənim yaxınlarım hicab bağlamaq istəyirsə, bunun qarşısı nə üçün alınmalıdır? Yəni soyunmaq olar, geyinmək yox? İnsanlar məzmundan, mənəviyyatdan çox formaya qaçırlar. Bütün bunlarla mübarizəyə görə separatizmi bəhanə gətirirlərsə daha söz tapmıram. Yoxdur talış separatizmi. Yalandır. Azəri-Talış Birliyi varsa, Azərbaycanda heç kəs separatizmlə məşğul ola bilməz.

Sarvan,
Nəbz qəzeti


Категория: Müsahibə | Просмотров: 2596 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 2
2 ERAZ  
2
Талышам не запрещено разговаривать на родном языке в семье у себя дома hands
  а воевать и умереть за Арцах- они  обязаны!!! dont РАЗВЕ  ЭТОГО  МАЛО ?! respect

1 Сабарз  
2
"Azəri-Talış Birliyi varsa, Azərbaycanda heç kəs separatizmlə məşğul ola bilməz." Naxçıvan separatizmini necə aradan qaldırmaq fikrindəsiniz?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus