Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Октябрь » 5 » Meyxana və kütlə
22:30
Meyxana və kütlə
(Şərqin böyük qəzəlxanı Əliağa Vahidin əziz xatirəsinə)

Müəyyən ritmik səda (əsasən, dəf) altında iki və ya daha artıq şair, müğənni ya qafiyə tutma istedadına malik olan şəxslər arasında bu və ya digər şərtlərlə (ədəbi tələblərlə) deyişmələr hələm ta qədim zamanlardan şərqdə, əsasən də İranda xeyli populyar olmuşdur. İstər zərdüşlük zamanı MAQlar, istərsə də  sonrakı İslam dininin hakim olduğu dövrlərdə sufilər (əsasəndə onların tərkibindən çıxan dərvişlər) həmin ritmik sədalar altında rübai, qəzəl və i.a. şeir deyişmələri formasında Yaradanı vəsf etmişlər. Sonralar dərin dini fəlsəfi mənaya malik olan bu deyişmə janrı xalqın bu və digər probleminin, dərd-sərlərinin ifa formasına çevrildiyindən, hakim qüvvələr tərəfindən qadağaya məruz qaldı. Xalqın azad-fikirli şair, mügənni, filosof, ədib və digər müxalifləri tərəfindən "mey-xana” (şərəb içilən yer) adlanan xəlvəti güşələrdə yığışaraq bu janrı yaşatmalı olmuşlar. Əslində, uzun müddət ərzində dərvişlər və bu və ya digər sufi təriqətləri də xəlvəti məclislərdə yığışaraq öz dini ayinlərini bu formada həyata keçirmişlər. Yəni, "mey-xana” – heç də hərfi mənanı (mey içilən yer) vermirdi. Hərçənd ki, bu halda istisna deyildi...

Bu gün də İranda bu janr – "mey-xana” müəyyən dini qadağalara baxmayaraq, öz  qədim fəlsəfi dəyərlərini itirməmişdir, məsələn, youtube saytında kifayət qədər bu kimi  kollektiv deyişmə səhnəsinə rast gəlmək olar.
  
Əsasən XIX əsrin sonlarından başlayaraq, qədim Bakı kəndlərinin bəlkəm də hamısında bu janr artıq toy-şadlıq məclislərində açıq şəkildə ifa olunmağa başlandı. Ümumiyyətlə isə, Quba və Şirvan regionu bu janra xeyli meyilli idi. XX əsrin  əvvəllərində rəhmətlik şairimiz Əliağa Vahid (Masazırlı)  meyxana janrına yeni rəng və yeni nəfəs verdi. Tam qətiyyətlə demək olar ki, o, bu yeni janrın banisidir. Dahi Fizulidən sonra şərqin bəlkəm də ən böyük qəzəlxanı hesab edilə bilən Əliağa Vahid öz azadfikirli  mövqeyi ilə də həm o keçmiş, həm də ki, müasir ədib və şairlərdən fərqlənmirdi. Onun şərab meyilli kimi tanınması dövrünün iztirablarından xilası üçün bir nicat yolu olub, bəlkəm də zahiri görüntü xarakterli bir səhnə idi. Əks təqdirdə, o da 1937-38-ci repressiya illərin, ya da sonraki dövrün qurbanı gedə bilərdi. Allaha dua edirik ki, bu Azadlıq və Haqqsevər fədainin günahlarını əhf edib, ruhunu  şad etsin! Amin!

Əliağa Vahidin vəfatından sonra meyxana janrı rəsmən qadağaya məruz qalmasa da,  qeyri-rəsmi olaraq ifasına izn verilmirdi. Bununla belə, Bakı kəndlərində qapalı toy-şənlik məclislərini mey-xanasız təsəvvür etmək olmazdı.

Bizim "Toloşi Sədo” ("Talışın Səsi”) niki ilə youtube saytında yerləşdirdiyimiz "Tı kto takoy, davay, do svidaniya” video-roliki Rusiyada BUM yaratdıqdan sonra, dünyada meyxana janrına maraq oyansa da, əfsuslar və min əfsuslar olsun ki, yalnız bu bir başlıqdan başqa insanları meyxana ilə bağlı digər cəhədlər elə də maraqlandırmadı. Əslində bu ifadə əvvələr də tez-tez işlənmiş və qafiyə formasında da deyilmişdi. Etiraf edirik ki, bizim bu video-roliki yaymaqda məqsədimiz heç də sırf meyxana  janrını tanıtdırmaq yox, həm də xəstə təxəyyülə  soykəndiyini tədqiq etmək idi. Bu eksperementimizin elə öz başımıza da böyük bəla açacağını bu BUMdan sonra dərk etsək də, artıq gec idi: 3 ağır cəfəng ittiham ilə şərlənərək həbsxanaya atılmağımız – elə müəyyən qüvvələrin də həmin kütlə psixoloqiyasından uzağa gedə bilmədiyini göstərir...

Bununla belə,17.06.2012 tarixdə NTV telekanalı tərəfindən efirə gedən o 8 dəqiqəlik verilişdə 1-2 dəqiqəlik olsa da, həm Əliağa Vahidin, həm də meyxana janrının əsas məqsədini – AZADFİKİRİ milyonlarla insanlara çatdıra bildik. Doğrusu,100% əmin idik ki, bu "azadfikrimiz” bizə xeyli baha başa gələcəkdir...

21.06.2012-ci il tarixdə bu verilişdən 4 gün sonra bizi zorla maşınlarına mindirib Baş Narkotika İdarəsinə aparanda, yol boyu da elə bu kimi”səhvlərimizi” bizə anlatmaq idi...

Sonralar müstəntiqim də bu "səhvlərimizi” xeyli xırdaladı: demə, hələ özbaşınalıq edib o NTV çəkiliş qrupunu Azərbaycana gətirməyimiz azmış kimi, özümüzü lap "lotu” müxalifətçi kimi aparmağımız da yuxarıların qəzəbinə səbəb olubmuş... Güman ki, onlar bizim İntiqam və Ehtiram Rüstəmovlarla (qafiyənin müəllifləri) arasında olan telefon söhbətlərimizi də dinləyiblərmiş... O söhbətlərdəki bəzi səhvlərimizi də bizə xatırlatdılar. Bu da ondan ibarət idi ki, biz onlara məlum BUMdan sonra, müsahibələrində maksimum neytral mövqe tutmağı; siyasətə qətiyyən uymamağı; ”biz siyasətçi deyilik, həm hakimiyyətin, həm də müxalifətin şair oğluyuq” kimi sözlərlə canını qurtarmağı; Əliağa Vahid kimi azadfikirli və mərd olmağı tövsiyə etmişdik...

Əlbəttə ki, onlar da həmin xəstə təxəyyüllü kütlələrin "ulduzlarina” çevrilmələrindən xeyli fərəhlənərək, göylərdə uçurdular, halbuki, biz onlara görə də xeyli narahat idik...

Belə bir epizodu xatırlamaq yerinə düşür: NTV çəkiliş qrupunun rəhbərliyi ilə telefon danışıqlarında qərara almışdıq ki, Əliağa Vahidin evindən, ailəsindən, məzar və büstünün də yanından da müəyyən kadrlar çəkilsin. Həmin 8 dəqiqəlik reportajdakı "Bizim Cəbiş Müəllim” filmindən götürülmüş meyxana səhnəsini də rejissora təqdim etmiş və əsl meyxanənin bu ritmdə oxunduğunu onlara bildirmişdik.Yəni, Bakiya gəlməmişdən qabaq bəzi səhnələrin ssenarisini hazırlamışdıq. Rəhmətlik Əliağa Vahidin oğlunun evinə getməyi isə İntiqamgil məsləhət bilmədi. Çox güman ki, onlar da "kimlərləsə də” məsləhətləşmələr aparmışdılar. Demə Əliağa Vahidin qoca oğlu hədsiz xəstə və yarıtmaz ev şəraitində yaşayırmış, atasının evindən isə əsər-əlamət qalmamış...

Yeri gəlmişkən, məni maşında təhqir edən o gənclər, Ə.Vahidin ünvanına da ən nalayiq söyüş və təhqirləri belə yağdırmaqdan belə çəkinmirdilər...

Onlara: "Qəbrin çatlasın, ey Vahid, gör sənin ruhundan da necə qorxurlar?!” - deyəndə, əvəzində güclü bir yumruğu da başımızdan almışdıq... Onların: "Hilal, bəlkəm Ə.Vahid də talış olub?!” - kinayəli sualına, ”O, bütün millətin, o cümlədən, talışın da fədakar qəzəlxan oğludur” - cavabına isə lap gülüşdülər...

Bu günlərdə zindanda olarkən, eşitdik ki, Rüstəmov qardaşları nəinki tanınmış Rusiya və MDB Nümayəndələri, həm də ölkə rəhbərliyi tərəfindən təntənəli şəkildə qəbul olunublar.Və təbii ki, o qardaşların adımızı xatırlatmasına heç cürət belə tapmayacaqları da aşkar idi, axı, yuxarıda qeyd etdiyimiz kimi, onlar da dövrünün və zamanının kütlə qəhrəmanları idilər, daha doğrusu, eksperimentimizin acı nəticəsi idilər. Neynək, bu da bu gün çiyinlərimizə düşən növbəti dünyəvi sınaq yükləridir... Allah ozü bu yükün ağırlığından bizi hifz etsin. Allaha min şükür ki, O, bizi kütlənin bu şan-şöhrət hücumlarından qorudu...

Əlbəttə ki,yuxarıda adı qeyd edilən meyxanadakı söz və fikirlərin nə ədəbi, nə əxlaqi normalara uyğun gəlmədiyini bildirən tənqidçilər də haqlıdırlar: Axı heç Ə.Vahidin də ruhu bu boş və mənasız sözlərdən şad olmaz. Əslində isə bu gün istər rus, istərsə də digər xalq kütlələrinə xoş gələn cəmi bircə cümlədir: "Tı kto takoy,davay do svidaniya!”. Onları heç Ə.Vahid maraqlandırmır, heç meyxana da... İnsanlar bir-birinə nifrətin, barışmazlığın, lağa qoymağın yeni modelini tapdılar: "Tı kto takoy, davay do svidaniya!” Bəzən çox fikirləşirəm: axı, niyə o məlum video-rolikin ilkin adını (talışi i bakinsi - meyxana na russkom) dəyişdik?! Axı niyə?! BU kəşf-eksperiment bizə lazım idi ki?! İndi oturmuşduq evimizdə, müəllimliyimizi edib, tələbə və şagirdlərə riyaziyyat öyrədirdik, daha "narkobaron”, ”casus” kimi uydurma ittihamlarla zindana atılmazdıq...

Amma yenə də ümüdlərimizi itirməmişik, axı, insanlar tamam kütləyə çevrilməyiblər, içərilərində AZADFİKİRLİ VAHİDsevərlər hələm ki, var, demək, yaxın bir gündə nəinki bizim, o kütlənin xilasına ümidlər itə bilməz...
    
Yaşasın kütləyə uymayan cəmi Vahidpərəstlər!!!

Hilal Məmmədov
(Kürdəxanı təcridxanası)
"Tolışon Sədo” N:33(45), 05 oktyabr 2012 
 
   
            


Категория: Azərbaycan | Просмотров: 2119 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus