Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Сентябрь » 23 » MTN-nin bir ailənin başına gətirdiyi faciə
14:32
MTN-nin bir ailənin başına gətirdiyi faciə

Novruzəli Məmmədovun müəmmalı həbsi və ölümü... 

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi təmsil etdikləri qurumun süni şəkildə nüfuzunu artırmaq və özlərinin dövlət üçün əvəzedilməz şəxs obrazını yaratmaq üçün təkcə yalançı “dövlət çevrilişi”, “prezidentə sui- qəsd”, “terror hazırlamaq və həyata keçirmək”, “qanunsuz silahlı birləşmə yaratmaq” və s. ittihamlardan istifadə etmirdilər. Onlar yeri gələndə öz fəaliyyət çevrələrini genişləndirərək ölkəni “parçalayan”, milli- etnik qarşıdurma “yaradan” qüvvələri də zərərsizləşdirirdilər. Belə “zərərsizləşdirmə” əməliyyyatlarından biri 02 fevral 2007- ci ildə “Talişo səda” qəzetinin redaktoru, ziyalı alim Novruzəli Məmmədova qarşı həyata keçirilib. 

 

O, qeyd olunan tarixdə səbəbi izah edilmədən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən adı çəkilən quruma  aparılıb və orada heç bir protokol tərtib edilmədən bir gün saxlanılıb. 2004-cü ildə İranda keçirilmiş elmi konfrans barəsində ona suallar verilib. Bir gün ac-susuz saxlanılıb və döyülüb. O, sağ əlinin üstündən və sol 

çiyin nahiyəsindən xəsarətlər alıb. 03 fevral 2007- ci il tarixdə barəsində 15 günlük inzibati həbs qərarı çıxarılandan sonra qanunsuz olaraq MTN-nin təcridxanasına aparılaraq orada saxlanıb. 16 fevral 2007-ci il tarixdə onun iştirakı təmin edilmədən mənzilində axtarış aparılıb və ona məxsus kompüterin blok sistemi-prosessoru müsadirə edilərək götürülüb.

 

 

Daha sonra ona MTN- də Azərbaycan Respublikası (AR) CM-nin casusluq formasında dövlətə xəyanət ittihamı elan olunub.
Qısa arayış;- Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Astara rayonunun  Ərçivan kəndində anadan
olub. O, orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Xarici Dillər Universitetində ingilis filologiyası fakültəsini bitirmiş, dilçilik üzrə alimlik dissertasiyası müdafiə edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilcilik İnstitutunun  Roman-German dilləri sektorunun müdiri vəzifəsində çalışıb. O, 1967-ci ildən dilşünaslıq və dialektologiya sahələrində calışmış, roman-german, türk və iran dillərinə həsr edilmiş 80-dan artıq elmi məqalələrin və bir necə  monoqrafiyanın müəllifi olub. Hələ keçən əsrin 60-80-cı illərində, SSRİ-dəki 1937-38- ci illər repressiyalarından sonra, “milli azlıqlar” (o cümlədən, talış) kəlməsinin yasaq edildiyi zamanlarda N.Məmmədov talışşünaslıq üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və əsas elmi fəaliyyətini də  bu movzuya həsr edib. Talışşünaslıq üzrə görkəmli mutəxəssis kimi onu nəinki keçmiş Sovet ölkələrində, iranşunaslığa dair keçirilən elmı konfranslarda maraqlı movzularla çıxış etdiyi  bir sıra xarici ölkələrdə də yaxşı tanıyırdılar. N.Məmmədovun həbsindən bir az öncə, AMEA Dilçilik İnstitutunun Elmi Şurasının qərarıyla çapdan çixmiş 35 ildən artıq üzərində işlədiyi elmi əsəri olan “Talışca-Rusca-Azərbaycanca lüğət” onun elmi dairədəki nüfuzunu daha da  artırmışdır.

Onu yaxından tanıyan insanların dediyinə görə N. Məmmədov heç vaxt siyasətlə məşğul olmamış, həmişə dövlət maraqlarını müdafiə etmiş və qanunlar çərcivəsində fəaliyyət göstərib. İctimaiyyət arasında qazandığı hörmət və nüfuzunu nəzərə alaraq, N.Məmmədov bir sıra məsul ictimai vəzifələrə irəli sürülmüş və  yüksək xidmətlərinə gorə müxtəlif mükafatlarla təltif olunub. O, Təhsil Nazirliyinin Azsaylı Xalqların dilləri üzrə tədris-metodika Şurasının və Azərbaycan Respublikası Prezidentinin Milli Məsələlər üzrə Müşaviri yanında ictimai Şuranin üzvi vəzifələrində çalışıb.

İctimai fəallığı ilə seçilən Novruzəli Məmmədovun rəhbərliyi ilə 1989- ci ildə Respublika Talış Mədəniyyət Mərkəzi təsis edilib. 1992-ci ildən isə Mərkəzin “Tolışi Sədo”  adli qəzeti nəşrə başlamış. N. Məmmədov həbs olunanda həmin qəzetin baş redaktoru vəzifəsində çalışırdı. 

 

Novruzəli Məmmədovun həbsində adı keçən və məhkəmədə onun üzünə duran Elman Quliyev  N.Məmmədovun işlədiyi Dilçilik İnstitutunun dissertantı olub. Verilən məlumatlara görə o, Sovet hakimiyyətinin 70-80-cı illərində isə bir sıra məsul dövlət postlarında- Əfqanıstanda SSRİ səfirinin ikinci katibi  (15.08.1982-10.02.1984), sonralar XİN, DTK (sonra MTN) strukturlarında işləmiş və keçən əsrin 90-cı illərində Qarabağ konflikt zonasında mühüm dövlət tapşırıqlarını  yerinə yetirib. Naməlum səbəblərdən 2001- ci ilin avqust ayından etibarən rəsmən işsiz sayılan E.Quliyev elə o vaxtlardan da elmi fəaliyyətə başlayıb. “Tolışi Sədo”  (“Talışın səsi”) qəzetinin əvvəlki  məsul katibi (o həm də qəzetin baş redaktorunun müavini idi) gözlənilmədən MTN-ə çağrılıb “dindirildikdən” və  ordu sıralarına xidmətə göndərildikdən sonra bu vəzifəni   E. Quliyev yerinə yetirməyə başlayıb.

Novruzəli Məmmədov niyə həbs olundu?

Novruzəli Məmmədovun həbs olunmasına və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişməsinə onun yaxınları və hüquqlarını müdafiə edən şəxslər istintaq orqanından fərqli və diqqət çəkən mövqe bildiriblər. Məsələn, N. Məmmədovun Hüquqlarını Müdafiə komitəsinin sədri Hilal Məmmədov İranda nəşr olunan “Taleş” jurnalına verdiyi müsahibədə bildirib ki, Novruzəli Məmmədov öz xalqının - talış millətinin milli-mədəni hüquqlarını müdafiə etdiyinə görə zindana salınmış və orada qətlə yetirilib. Müəllif müsahibəsində onunla ölümündən qabaq son görüşünə toxunaraq diqqət çəkən məlumat paylaşıb; 

“Mən onu xəstəxanaya köçürülməzdən 6 gün əvvəl həbsdə saxlanıldığı  “zon”- da  görmüşdüm. Düzdü, onun əllərinin  fəaliyyəti ağırlaşmış, gözləri pis görür, prostat və bəzi digər xəstəliklərdən əziyyət çəkirdi, amma ürəyindən heç bir şikayəti olmayıb, sağlam ruh yüksəkliyinə malik idi. Biz onunla  üzbəüz, düz 3 saat demək olar ki bütün mövzulardan mərdi-mərdanə söhbət etdik. Əlbəttə ki, onun xəstəxanaya yerləşdirilməsiylə bağlı  məsələyə də toxunduq. O, buna etiraz etmirdi, amma nədənsə çox inadla bildirdi ki, “mümkündür  ki, məni orada öldürsünlər”.  Mən ona bildirəndə ki, “bəs, axı siz Avropa Şurasının və digər beynəlxalq təşkilatların da bilavasitə nəzarəti altındasınız və güman etmirəm ki,  onlar bu qədər azğın yola əl atsınlar”, o, başını yırğalayaraq bildirdi ki, “onlar o qədər azğınlaşıblar ki, heç Allahın da nəzarətini saya salmırlar...”.  

Mərhumun həyat yoldaşı Məryəm Məmmədova Novruzəli Məmmədov həbsdə olarkən dövlət başçına müraciət edib ki, əri birgə onların həmişəlik vətəndən çıxarılmasına imkan verilsin. Onun ərinin haqsız həbsiylə bağlı ölkə rəsmilərinə ünvanladığı məktublarında atasına təzyiq kimi  oğlanları Emil  və Kamran Məmmədovların MTN və polis işçiləri tərəfindən dəfələrlə oğurlanaraq döyülməsi və nəticədə böyük oğlunun bu iztirablara dözməyərək 35 yaşında ikən ürək infarktından keçinməsi və digər ürək ağrıdıcı məlumatları belə hakimiyyəti rəhmə gətirmədi... Ərinin ölümündən sonra Məryəm Məmmədova yaydığı bəyanatda bildirib ki, “mənim ərimlə birgə Azərbaycanı tərk etmək niyyətim var idi, amma, o, nahaq yerə zindanda öldürüldükdən  sonra, bütün var-qüvvəmlə onun bəraəti uğrunda mübarizə aparacağıma and içmişəm. İnşallah, mən bütün dünyaya ərimin haqsız olaraq həbs edildiyini və nahaqdan öldürüldüyüni sübut edəcəyəm”. Bu,  ərini və iki gənc oğlunu  itirmiş  ağbirçək ananın,   mücahid bir xanımın, 70 yaşlı  alimin dəhşətli fəryadı idi... 

 

Daha sonra bəyanatda deyilir; “Siz mənim əzizlərimi - ərimi və oğlumu öldürmüsünüz. Mən dünyaya sübut edəcəyəm ki, onları bilə-bilə qətlə yetirmisiniz. Mən Sizdən qorxmuram və bütün var-qüvvəmlə, ədalətin qələbəsi naminə mübarizəmdən əl çəkilməyəcəyəm!”. Yeri gəlmişkən qeyd edək ki, Məryəm Məmmədova milliyyətcə talış deyil, avar xalqının nümayəndəsidir...
 


Mərhum alimin həbsi və ölümü ilə bağlı onun Hüquqlarını Müdafiə Komitəsinin üzvü olmuş Eldəniz Quliyev də oxşar mövqe bildirir: 

 

“Novruzəli Məmmədov kim idi və niyə öldürüldü? MTN İstintaq Baş İdarəsinin təsdiq etdiyi İttiham aktında Novruzəli Məmmədov heç bir tutarlı subut olmadan aşagıdakılarda ittiham edildi:
– Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməkdə, yəni Respublikamızda yaşayan talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaq məqsədilə zəruri məlumatları toplamaqda;
– xarici xüsusi xidmət orqanına lazım olan məlumatlara malik şəxsləri müəyyənləşdirməkdə;
– onları xarici xüsusi xidmət orqanı ilə əlaqələndirməkdə;
– və ya belə şəxsləri xarakterizə edən məlumatları onlara ötürməkdə;
– talışların hüquqlarının pozulması adı altında uydurma bəhanələrlə beynəlxalq təşkilatlara müraciət etməkdə;
– beynəlxalq təşkilatlarda insan hüquqlarını və azadlıqlarını pozan ölkə kimi Azərbaycanın mənfi imicinin formalaşmasına və beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərinə nail olmasında (!?);
– bu yolla talışlar üçün Azərbaycan Respublikasının ərazisində inzibati muxtariyyət yaranmasına kömək göstərmək haqqında razılıq verərək, məxfi əməkdaşlığa cəlb edilmiş və 1992-ci ildən 2007-ci ilin fevral ayının əvvəllərinə qədər bu fəaliyyətlə məşğul olmaqda. Həmin aktla N.Məmmədov daha sonra aşağıdakılarda ittiham edildi:
– 1998-ci ildə “Tolışi Sədo” qəzetinin baş redaktorluğunu ələ keçirib, ona verilmiş tapşırıqlara uyğun məqalələri qəzetdə çap etməkdə;
– idmançıların təbliğatı adı altında talışçılığın təbliğində;
– respublikanın cənubunda dinə meyilli talış gənclərinin aşkar edilib onları xaricə dini təhsil almaq üçün göndərməkdə (!?);
– talış dilində verilişin açılması üçün İctimai Televiziya kanalının rəhbərliyinə və başqa instansiyalara müraciət etməkdə (!?);
– Respublika Talış Mədəniyyət Mərkəzinin, “Tolışi Sədo” qəzetinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi üçün ərizə ilə müraciət etməkdə (!?);
– müxtəlif əcnəbi dilçi alimlərlə bərabər talışların kompakt yaşadıqları ərazilərdə kəşfiyyat xarakterli sorğuların aparılmasında və onların tərəfindən talış dilinin tədqiqinə dair kitabların, məqalələrin yazılmasına nail olmaqda;
– talışları icra və qanunvericilik orqanlarında işə düzəlməyə təhrik edib sonradan onların imkanlarından istifadə etməklə gələcəkdə talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaqda;
– Elman Quliyevin İrandan gətirdiyi pulun bir hissəsini əldə etməkdə təqsirli bilindi. 


Məmmədovlar ailəsinin faciəsi kimə və nə üçün lazım idi? 


Bu sualın cavabı aşağıdakı arqumentlərin altında gizlənib:
1) Müşahidəçilərin fikrinə görə say etibarı ilə ölkənin ikinci xalqı olan talışların ölkənin digər vətəndaşları kimi hüquqi vəziyyətləri qənaətbəxş deyil. Ölkədə talış probleminin olması mütəmadi olaraq ölkə daxilində, eləcə də xaricdə yaşayan talışlar tərəfində qaldırılsa da, hakimiyyət dairələri belə bir problemin mövcudluğunu inkar edir. Novruzəli Məmmədov ölkədə yeganə talışşünas alim hesab edilirdi və “Tolışi Sədo” qəzetinin mütəmadi dərcinə çalışırdı. Hakimiyyət dairələri bunu talışlarda milli əhval-rühiyənin artmasına səbəb kimi baxır, belə bir qəzetin çıxmasında maraqlı görsənmir və buna ölkədə milli qarşıdurmaya aparıb çıxara bilən təhlükə hesab edirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ərəfəsində keçmiş ordu polkovniki Əlikram Hümmətovun “Talış Müğan Muxtar Respublikasına” uğursuz cəhdi məsələnin kökündə dayanan siyasi faktordur;

2) Novruzəli Məmmədovun həbs olunduğu dönəmdə rəsmi Bakının beynəlxalq münasibətlər sistemində vəziyyəti də diqqət çəkən məqamlardandır. Qərbin demokratiya tələblərinə cavab axtarmaq rəsmi Bakını ən çox qayğılandıran məsələlərdən biridir. Bunun üçün Azərbaycanın yerləşdiyi regionda beynəlxalq münasibətlər, xüsusilə o dövrdə Qərb-İran münasibətlərinin kəskinləşməsi və bundan hazırkı anti-demokratik rejimin ömrünü uzatmaq üçün istifadə cəhdləri şübhə doğurmur. Rəsmi Bakı Qərb qarşısında “ölkə demokratiyaya hazır deyil” tezisini irəli sürərək, bunun üçün “demokratiya ölkədə islamçıların hakimiyyətə gəlişinə səbəb olar”, “bu, regionda İranın daha da fəallaşması olar”, “İran islamçılar (o cümlədən talışlar) vasitəsilə Azərbaycanda fəal işləyir” arqumentləri gətirirdi. Bunu real göstərmək üçün süni dövlət çevrilişləri və yalançı cəsusluq şəbəkələri düzəltmək lazım idi. Novruzəli Məmmədov və talış məsələsi bu istiqamətdə ən yaxşı inandırıcı faktor ola bilərdi;

3) Novruzəli Məmmədovun həbsi ölkədə talışlar arasında artmaqda olan milli özünüdərk prosesinin qarşısını almaq üçün də hakimiyyətdəkilərin gözündə çox faydalı görünürdü. Talışın adından danışan simalarla müqayisədə hazırkı rejimə liberallığı ilə seçilən Novruzəli Məmmədovun həbsi, onun və ailəsinin sonrakı taleyi digər talış fəallarına çox ciddi “ibrətamiz”dərs olmal idi. Hazırkı rejimin köhnə kommunist metodlarına əsaslanan fəaliyyət planında bu aksiya xüsusi xəbərdaredici funksiyanın realizəsi üçün cəlbedici ola bilərdi… Nəticə isə, budur: bir günahsız ailənin məhv olması! Daha doğrusu, məhv edilməsi!”

Novruzəli Məmmədovun işində olan hüquqi boşluqlar və pozuntular... 


Talışşünas alim N. Məmmədovun həbsində və sonrakı müddətdə, istintaqın gedişində və məhkəmədə bir sıra ciddi hüquqi pozuntulara yol verilib; 


1. 03 fevral 2007- ci il tarixdə ərizəçi barədə 15 günlük inzibati həbs qərarı çıxarılandan sonra o, qanunsuz olaraq MTN-nin təcridxanasına aparılaraq orada saxlandı. 16 fevral 2007-ci il tarixdə onun iştirakı təmin edilmədən mənzilində axtarış aparıldı və ərizəçiyə  məxsus, üzərində RW 623232 yazılmış kompüterin blok sistemi-prosessoru protokolla götürüldü. Axtarış aparılması barədə qərarda və bununla əlaqədar  tərtib edilmiş protokolda götürüləcək əşya və sənədlərin “cinayət işi üzrə dövlətin təhlükəsizliyi əleyhinə olan cinayətlərin törədilməsinə dəlalət etdiyi” göstərildi. Ərizəçiyə məxsus kompüterin  prosessoru götürülərkən həmin blok-sistemin yaddaşına baxış keçirilməyib və bu, protokolla rəsmiləşdirilməyib.
2. 8 aylıq istintaq müddətində ərizəçinin kompüterinin blok sistemi-prosessoru istintaq orqanının sərəncamında qaldı, blok-sistemin yaddaşına baxış keçirilsə də, bu barədə müvafiq protokol tərtib edilmədi, istintaq başa çatandan sonra isə prosessorun yaddaşını yoxlamaq üçün texniki imkan yaradılmadı və o, ərizəçinin ailə üzvlərinə qaytarıldı. Ərizəçinin ailə üzvləri kompüterin yaddaşını yoxlayarkən orada talış dilinin tədqiqinə həsr  olunmuş və əsasən rus dilinə çevrilmiş  aşağıdakı əsərlərinin məhv edildiyini aşkar etdilər:
Şuvinskiy qovor Talışskoqo yazıka. 376 str.( Perevod kandidatskoy dissertatsi.)
Talışskaya dialektoloqiya (sravnitelnoe issledovanie) çast 1. 214 str.
Talışskaya dialektoloqiya. Çast 2, leksika 498 str.
Talışskaya dialektoloqiya. Tekstı 866 str.
Talışskaya dialektoloqiya çast 3. Morfoloqiya.580 str.
Vzaimootnoşenie Azərbaydjanskoqo yazıka s bezpismennımı İranskimi jazıkami na territorii
Azərbaydjanskoy Respubliki. 327 str. 

Dil əlaqələri: meyllər və perspektivlər (Qafqaz ərazisində dil əlaqələri problemi. 402 səhifə, (Doktorluq dissertasiyası)
Məqalə; Qafqaz ərazisində dil əlaqələrinin forma və xüsusiyyətləri. 28 səhifə.
Azərbaycan və ingilis dillərində əvəzliklərin tipoloji təhlili. 175 səhifə.
Azərbaycan və ingilis dillərində sifətin dərəcələri (Tipoloji araşdırma). 110 səhifə.
 
3. Cinayət işinin materialları ilə tanış olarkən kompüterin blok sisteminə baxış keçirilməsi ilə bağlı hər hansı bir sənədin olması aşkar edilmədi.
4. Ərizəçinin  bütün elmi və ictimai fəaliyyətinin nəticələri “talışçılığın təbliği”, “talış separatçıları gələcəkdə öz fəaliyyətlərini gücləndirmələri, bu zaman onun əsaslanması üçün ideoloji və təbliğat məqsədli “elmi” əsaslar yaratmaq....” kimi  qiymətləndirildiyindən, barəsində olan cinayət işi üzrə milli-etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalaraq təqib olunduğundan, prosessorun yaddaşında olan  və talış dilinin tədqiqi ilə bağlı əsərlərinin məhv edilməsi də bununla bağlı olmuşdur.
5. Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə istintaq orqanının qanunsuz hərəkətlərinə qiymət vermədi.

6.  Ərizəçi 41 illik alimlik fəaliyyəti dövründə topladığı, üstündə işləyərək rus dilinə çevirdiyi, Azərbaycan elminə fayda verəcək əsərlərinin məhv edilməsini dövlətin ona,  mənsub olduğu xalqa, onun dilinə olan münasibəti kimi qəbul edərək, ayrı-seçkiliyə məruz qalamamaq hüququnun pozuntusu ilə bağlı əqli mülkiyyətinin məhv edilməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanı qiymətləndirərək məhkəməyə müraciət etdi və prosessorun götürülməsi faktının təsdiqi ilə bağlı mənzilində aparılmış axtarış protokolunun surətini məhkəməyə təqdim etdi. Keçirtdiyi sarsıntılara qiymət vermək üçün barəsində məhkəmə-tibb ekspertizası təyin edilməsi və baxış  zamanı iştirakının  təmin olunması üçün vəsatətlə məhkəməyə müraciət etdi. Vəsatət təmin edilmədi (N. Məmmədovun vəkili Ramiz Məmmədovun Ali Məhkəməyə kassasiya şikayətindən, mart- 2009- cu il).

7. Əmlak götürülərkən onun sübut əhəmiyyəti kəsb etdiyi qənaətinə gələn istintaq orqanı həmin əmlakın 8 ay özündə lüzum olmadan saxlamasını ağlabatan şəkildə izah edə bilmədi. Əmlak götürülərkən (prosessor) onun yaddaşına baxış keçirilməsi istintaq orqanının hüququ deyil, vəzifəsi olduğu kimi, “sübut əhəmiyyəti” kəsb edən prosessorun yaddaşında olan məlumatlarla bağlı tam, obyektiv və hərtərəfli  araşdırmalar aparmaq üçün tədbirlər görmək CPM-nin 85.2.1 maddəsinə əsasən müstəntiqin vəzifəsidir. Lakin  istintaqın qənaətinə görə “talış separatçıları gələcəkdə öz fəaliyyətlərini gücləndirmələri, bu zaman onun əsaslanması üçün ideoloji və təbliğat məqsədli “elmi” əsaslar yaratmaq....” rolu oynaya biləcəyi əsas  tutularaq ərizəçinin talış dilinin tədqiqi ilə bağlı prosessorun yaddaşında olan 10 əsəri protokol tərtib edilmədən məhv edilib. (N. Məmmədovun vəkili Ramiz Məmmədovun Ali Məhkəməyə  kassasiya şikayətindən, mart- 2009- cu il).

8. Məhkəmə eyni zamanda hesab edib ki, iddiaçı mülli-etnik mənsubiyyətinə, çap edilmiş yazılarına və s. bu kimi hallara görə deyil, dövlətə xəyanətə görə məsuliyyətə cəlb edilmiş, iddiaçının məsuliyyətə cəlb edilməsi talış dilinin inkişafına, talış ədəbi dilinin yaranmasına mane olmağa yox, dövlətin konstitusiya quruluşunu və təhlükəsizliyini cinayətkar qəsdlərdən qorumağa yönəlmişdir. Kompüterin yaddaşında olan hər hansı əsərin elektron versiyasının MTN tərəfindən məhv edilməsi isə sübut olunmadığından iddiaçı həmin hala əsaslanaraq ziyanın əvəzi kimi pul kompensasiyası tələb edə bilməz. Məhkəmə hesab edib ki, məhz talış mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalaraq əqli mülkiyyətin məhv edilməsi barədə iddiaçı  tərəfindən irəli sürülən mülahizələrin əsası yoxdur.
 

9. Məhkəmə ərizəçinin cinayət təqibinə məruz qaldığı müddətdə (milli-etnik mənsubiyyəti əsas tutularaq ayrı-seçkiliyə məruz qalması, prosessoru götürülməklə qanunsuz hərəkətlər nəticəsində  şəxsi həyatına müdaxilə edilməklə əqli mülkiyyətinin məhv edilməsi) pozulmuş hüquqları ilə  onun konkret ittiham üzrə təqsirli bilinərək məhkum olmasını eyniləşdirməklə mübahisələndirilmiş hüquqlara münasibət bildirməkdən çəkinib. İddiaçı Məmmədov Novruzəli Xanməmməd oğlunun cavabdeh MTN- nə qarşı “Ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozuntusu ilə bağlı əqli mülkiyyətin məhv edilməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə” olan mülki işi məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymətini almayıb.

10. Müdafiə tərəfinin verdiyi məlumata görə məhkəmə Novruzəli Məmmədova qarşı irəli sürülən ittihamların uydurma olması ilə bağlı ona təqdim edilən subutları, o cümlədən Astara gömrük sərhədindən 2002-2006-cı illər ərzində Elman Quliyev tərəfindən İrandan valyuta gətirilməsini istisna edən rəsmi sənədi qəbul etməyib və çıxartdığı hökmündə bəraətverici subutlara istinad etməkdən vaz keçib.

11. Məhkəmə öz hökmü ilə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların tələblərini, onun üzərinə götürdüyü öhdəlikləri pozaraq məhz ayrı-seçkilik salmaqla 68 yaşlı alimi, jurnalisti, dünyada yeganə talışşünas-dialektoloqu qanunsuz və əsassız olaraq ağır cəzaya məhkum edib. Hökm təhlükəsizlik orqanının bir agentinin ifadələrinə istinad edilməklə, sübutları və sənədləri saxtalaşdırmaqla qapalı çıxarılıb. Məhkəmənin hökmü bütünlüklə saxtalaşdırıldığından hətta müdafiəçinin iştirakı olmadan gizli elan edilib.

12. N.Məmmədov yüksək qan təzyiqindən, zobdan, prostat vəzinin iltihabından, görmə qabiliyyətinin sürətlə itməsindən, ayaqlarının aşağı nahiyələrinin şişməsi xəstəliklərindən əziyyət çəkməsinə baxmayaraq o, MTN-nin və keçmiş 1 saylı İstintaq Təcridxanasında saxlandığı müddət ərzində lazımi müayinə və müalicə kursu almayıb.

13.  İstintaq müddətində N.Məmmədovun azadlıq, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə, ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu ilə bağlı məhkəmələrə müraciət edilsə də bu nəticə verməyib və s.
Haşiyə- Novruzəli Məmmədov CM- nin 274- cü maddəsi ilə dövlətə xəyanətdə, bir az da konkret ifadə etsək İrana casusluqda ittiham edilib. Amma göründüyü kimi həbs müddətində daha çox onun talışşünaslıqla bağlı fəaliyyəti və elmi tədqiqatları araşdırılıb. Onun bu istiqamətdə olan araşdırmaları, bilgisayarın yaddaşında olan bütün sənədləri qanunvericiliyin tələblərinə zidd olaraq məhv edilib. Təkcə bu faktın özü göstərir ki, talışşünas alimə keçmiş MTN tərəfindən İrana casusluqla bağlı irəli sürülən ittihamlar əsassız olduğu kimi formal fakater daşıyıb. O, daha çox milli- etnik araşdırmalarına, bu istiqamətdə olan elmi və ictimai fəaliyyətinə görə həbs olunub. Məqsəd onu milli- etnik seperatizmin ideoloji əsaslarını formalaşdıran, yayan və gələcəkdə real təhlükə mənbəyi yarada bilən şəxs kimi göstərməklə müəyyən siyasi oyunları həyata keçirmək olub.

Novruzəli Məmmədovun məhkəmədə son çıxışı... 


“Dövlətə xəyanətlə bağlı heç bir fəaliyyətim olmayıb”
N. Məmmədov Ağır Cinayətlərə dair Məhkəmədə 2008- ci ilin iyun ayında son çıxışını edib. O,  çıxışında özünü təqsirli bilmədiyini, milli- etnik mənsubiyyətinə görə təqib olunduğunu bildirərək bəraət istəyib; “Mənə élan olunmuş ittihamı ilk gündən rədd etmişəm və bu gün, son sözümü söylədiyim zaman da fikrimdə dururam. Mən müdafiə olunmaq üçün də hər dəfə yeni variantlar fikirləşməmişəm. 116 səhifəlik ittiham aktı təsdiq edir ki, mənə elan olunmuş ittiham uydurmadır, mən cinayət törətdiyimə görə yox, milli-etnik mənsubiyyətimə görə təqib olunuram. Mən əslində özümü yox, dilimi, milli-etnik mənsubiyyətimi müdafiə edirəm…

Tam məsuliyyətlə deyirəm ki, mənim dövlət qarşısında xəyanətlə bağlı heç bir fəaliyyətim olmayıb. Elman Quliyev 16.02.07-ci il tarixdə çəkilmiş video kassetdəki ifadəsində göstərir ki, onun tanıdığı adamlar arasında dövlətçilk mövqeyində duran ən birinci şəxs mən olmuşam. Mənim onun tərifinə ehtiyacım yoxdur, ancaq bu, həqiqətdir.

... 2000-ci ildə “Tolışi Sədo” qəzeti çıxmadığı bir halda Elman Quliyev İranda guya qəzetin əməkdaşı olduğunu deyir və istintaq bunu həqiqət kimi qəbul edir. Halbuki, qəzet 1993-cü ildən 2001-ci ilin ikinci yarısına kimi çıxmayıbdır. Elman Quliyev deyir ki, İrandan pullari cibində gətirmişdir, ancaq istintaq bunu yoxlamaqdan imtina edib. Məhkəmə zamanı həmin hal yoxlanılarkən məlum olmuşdur ki, Gömrük xidməti idarəsinin rəsmi sənədilə Elman Quliyevin 5 il müddət ərzində İrandan valyuta gətirməsi rədd olunur. 

Bu hissədə də ifşa olunduğunu görən Elman Quliyev pulları Bakıda tanımadığı şəxslər tərəfindən aldığını bildirdi. Elman Quliyev göstərir ki, o, poçtalyon olmuş, İrandan ancaq pul gətirmiş, ona İrana ötürmək və oradan gətirmək üçün heç bir məlumat verilməmişdir. 

... Mən isə ilk gündən  ictimaiyyətin, mətbuatın nümayəndələrinin məhkəmədə iştirak etməsini tələb etmişəm, çünki mən cinayətkar deyiləm. Məndən asılı olmayan səbəblərdən qapalı keçirilən məhkəmə iclasında yenə deyirəm:- mən milli-etnik mənsubiyyətimə, taliş dilinin tədqiqinə, jurnalistlik, istimai xadim və elmi fəaliyyətimə  görə  təqib olunuram. Bunun adı yoxdur. ”Talış” sözünü hər cümlənin əvvəlində, ortasında, yaxud axırında yazmaqla cinayət tərkibi düzəltmək mümkün olsaydı, onda Azərbaycanda bütün talışlar cinayətkar hesab edilməli idi. Lakin dilin, ədəbiyyatın, incəsənətin, tarixin öyrənilməsi, elmi tədqiqatların aparılması cinayət sayıla bilməz. 

... Mən ifadəmdə göstərmişəm ki, milliyyətcə azərbaycanlı, milli-etnik mənsubiyyətimə görə talışam. İstintaq orqanı “düşmənçilk fəaliyyəti” adı altında talış xalqına, onun dilinə, bu dilin dünyada yeganə tədqiqatçısı kimi mənə nifrətini, kinini açıq şəkildə biruzə verərək, baş redaktoru olduğum “Tolışi Sədo” qəzetinin 1-ci nömrəsindən 108-ci nömrəsinə kimi talışın mədəniyyətini-dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını və s. özündə əks etdirən yazıları qəzetin səhifələrinə çıxarmaqla məqsədimin “talışçılığı təbliğ etmək” olduğunu vurğulamaqla məni ittiham etmişdir. Belə çıxır ki, talışı, talışçılığı təbliğ edirəmsə, deməli, dövlətə xəyanət etmiş oluram. Əvvəla, talışı, talışçılığı təbliğ etmək mənim ictimai xadim kimi borcumdur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli fərmanı belə bir vəzifəni üzərimə qoymuşdur. Çünki mən RTMM-nin sədr müavini, həm də həmin ictimai təşkilatın mətbu orqanı olan “Tolışi Sədo” qəzetinin baş redaktoruyam. Təbii ki, bu torpağın əzəli sakinlərindən olan talışları, onların dilini, tarixini və s. təbliğ etmək fərmanda nəzərdə tutulduğundan burada qeyri-qanuni heç nə yoxdur. İkincisi, bu mənim tədqiqatçı kimi vəzifəmdir. Mən ömrümü bu dilin tədqiqinə həsr etmişəm. Dövlət mənim bir alim kimi yetişməyim üçün külli miqdarda vəsait xərcləyib. Üçüncüsü, talış dili mənim ana dilimdir, onu qorumaq, gələcək nəslə çatdırmaq mənim mənəvi borcumdur. Hər gün Azərbaycan toylarında “Ləzginka” rəqsi çalınır. Bu, təbii ki, ləzgi mədəniyyətinin təbliğidir və bu alqışlanmalıdır,  heç kəs deyə bilməz ki, bu, cinayətdir. Əgər “Ləzginka” çalıb-oxumaq cinayət deyilsə, talış dilində yazıb-oxumaq, onu tədqiq etmək niyə cinayət hesab edilməlidir? Başqa dillər barədə də bunu demək mümkündür. Burada məntiq yoxdur, ittiham aktında yazılanlar sübut yox, bəhanədir.

Məhkəmənin isə mənə qarşı olan ayrı-seçkiliyə son qoymaqla ədalətli və qanuni qərar qəbul edəcəyinə ümid bəsləyirəm. Mən hər cür güzəştin əleyhinəyəm, çünki güzəşt təqsiri olan şəxsə edilməlidir. Yox əgər mənim milli-etnik mənsubiyyətim, talış olmağım cinayətdirsə buyurun ən ağır cəzanı verin”.

Qapalı məhkəmə, boş zal və 10 il azadlıqdan məhrum etmə cəzası 


Və ya Norvuzəli Məmmədovun ölümünə gedən yol...
24 iyun 2008-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi (hakimlər: Ələsgərov Şakir (sədr), Allahverdiyeva Ramella, Məmmədova Şəkər) istintaq orqanının təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum edib.

Novruzəli Məmmədovun hüquqlarını müdafiə edən şəxslərin, o cümlədən hüquq müdafiəçisi Ataxan Əbilovun verdiyi məlumata görə (http://www.azerbaycansaati.tv/novruzeli-memmedovun-ve-onun-ailesinin-mehv-edilmesinin-qisa-xronikasi/) 14 yanvar 2009-cu il tarixdə 15 saylı Cəza Çəkmə Müəssəsinə (CÇM) köçürülən N.Məmmədov dərhal da 15 günlüyə cərimə otağına salındı, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldı. 14- 21 yanvar 2009-cu il tarixlərdə o, 7 gün soyuq, şüşələri çıxarılmış nəfəslikdən içəri daxil olan küləkli, nəm, rütubətli, oturmaq və uzanmaq üçün heç bir avadanlığı olmayan kamerada saxlandı. Həmin kamerada N. Məmmədov səhər saat 05-dən 21-ə qədər ayaq üstə durmağa və saat 21-dən sonra nəm döşəklə təmin olunduğundan onun üstündə yatmağa məcbur olurdu. 7 gün davamlı olaraq həmin şəraitdə saxlanması onun səhhətində ciddi problemlər yaratdı. Kamerada saxlandığı müddət ərzində o, dərmanla və isti paltarla təmin edilmədi.

22 iyul 2009-cu il tarixdə ailə üzvləri N.Məmmədovla 15 saylı CÇM-də görüşərkən məlum oldu ki, onun vena damarından qan götürülüb. Həmin tarixdən başlayaraq onun şikayətləri mütəmadi xarakter alsa da, onun CÇM-nin səhiyyə şöbəsinə köçürülməsi müxtəlif bəhanələrlə təxirə salındı.

25 iyul 2009-cu il tarixdə N. Məmmədov ağır vəziyyətdə 15 saylı CÇM-nin səhiyyə şöbəsinə köçürüldü və o, yataq xəstəsi oldu. Həmin tarixdə İşgəncələrə qarşı Komitənin sədrinə və N.Məmmədovun vəkilinə onunla görüşməyə icazə verilmədi.

Avqust ayında Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi tərəfindən yoxlanılarkən N.Məmmədov müalicəsinin düzgün aparılmadığını, səhhətində heç bir irəliləyiş olmadığını, bu məqsədlə xaricdən həkim dəvət edilməsini onlardan xahiş etdi. Beynəlxalq təşkilatların nümayəndələri həmin xahişlə Müalicə Müəssisəsinin rəhbərliyinə müraciət etsələr də, xahiş rədd edildi.

28 iyul 2009-cu il tarixdən 17 avqust 2009-cu il tarixə qədər N.Məmmədov anti-sanitariya şəraitində, tibbi sanitar xidməti olmadan xəstə məhkumların köməyinə möhtac oldu. N.Məmmədovun qidalanması da digər xəstə məhkumlardan asılı oldu. Onun hərəkət etmək imkanları olmadığından yataqda da sidiyə getməyə məcbur olurdu. 10 avqust 2009-cu il tarixdən başlayaraq N.Məmmədov qəbzlikdən əziyyət çəkir, lakin bir dəfə də olsun ayaqyoluna gedə bilmədi. Müalicə Müəssisəsində qəbzliyin aradan qaldırılması və orqanizmin normal fəaliyyət göstərməsi üçün heç bir tibbi tədbirlər görülmədi.

15 avqust 2009-cu il tarixdə N.Məmmədov vəkili ilə sonuncu dəfə görüşdü. Vəkil xəstəyə olan münasibətlə əlaqədar Müəssisə rəisi və baş həkimin qəbulunda oldu. O, N.Məmmədovla bağlı təxirəsalınmaz tədbirlər görülməsini xahiş etdi. Həmin tarixdə də N.Məmmədovun xəstəliklərinin diaqnozları barədə tərtib edilmiş 14 avqust 2009-cu il tarixli arayış vəkilə təqdim olundu. Lakin vəkilin sorğusuna tam cavab verilmədi.

N.Məmmədov Müalicə Müəssisəsində 21 gün ərzində hamamdan istifadə edə bilmədi, onun gigiyenasi ilə məşğul olmaq üçün ailə üzvlərinə imkan və şərait yaradılmadı. N.Məmmədov ancaq alt paltarlarını digər məhkumların köməyi ilə dəyişməli olurdu.

17 avqust 2009-cu il tarixdə N.Məmmədov Müalicə Müəssisəsində vəfat etdi. N.Məmmədovun çoxsaylı xəstəliklərlə təkbaşına mübarizə aparması, Penitensiar Xidmətin seyrçi mövqe nümayiş etdirməsi, Müalicə Müəssisəsində müalicənin düzgün aparılmaması, anti-sanitariya şəraiti, gigiyenanın və qidalanmanın təşkil edilməməsi, buna ailə üzvlərinin cəlb edilməməsi ağır nəticələrlə sonuclandı.

N.Məmmədovun ölümündən sonra ƏN Penitensiar Xidməti onun yataq xəstəsi olmaması, 17 avqust 2009-cu il tarixdə vəziyyətinin pisləşməsi və qəflətən keçinməsi barədə məlumatlar yaydı. Redaktor alimin yaxınları və müdafiə tərəfi onun həbsinin və ölümün arxasında keçmiş MTN- nin də daxil olmaqla bəzi vəzifəli şəxslərin dayandığını bildirdilər.

Övladlarının müəmmalı ölümü...

Novruzəli Məmmədov həbsdə olduğu müddətdə onun böyük oğulu Kamran və kiçik oğulu Emil müəmmmalı şəkildə dünyasını dəyişir. Xüsusən, Novruzəli Məmmədovun kiçik oğlu Emil atasına edilən haqsız təqibə dözə bilmir, onu mühakimə edən MTN əməkdaşlarını kəskin itiham edir. Əvvəlcə onu oğurlayıb bir neçə dəfə döyürlər. Təsiri olmadığına görə cibinə narkotika qoyub tutdular. Bakıdakı diplomatik nümayəndələrin səyi ilə şərti olaraq azadlıqdan məhrum edildi. Bu da Emini haqq sözünü deməyə mane ola bilmədi. Nəticədə avtomobil qəzasına salındı. Qəzanı törədən “Kamaz” sürücüsü haqqında heç bir cinayət təqibi aparılmadı. Emil aldığı yaralardan az sonra dünyasını dəyişdi.
25 sentyabr 2009-cu il tarixdə N.Məmmədovun yas mərasiminin 40-dan qayıdan arvadı və oğlu avtomobil qəzasına düşür. 

Bütün yuxarıda göstərilənlərin düşünülmüş bir planın tərkib hissələri olmasına inanmamaq mümkün deyil. Buna bir ailənin faciəsi də demək olmaz, bu, cəmiyyətin faciəsidir.
 
Novruzəli Məmmədovun həbsində və ölümündə adları keçən məmurların siyahısı 


N. Məmmədovun yaxınları və müdafiəçiləri onun qanunsuz həbsində və müəmmalı ölümündə aşağıdakı şəxsləri suçlu bilirlər:
Mahmudov Eldar Əhməd oğlu – Keçmiş Milli Təhlükəsizlik naziri. Hazırda vəzifəsindən kənarlaşdırılıb. İstintaq işinə gündəlik nəzarəti həyata keçirib və onun necə planlamasının müəllifidir;
Kərimov Novruz Ağakərim oğlu - MTN İstintaq Baş İdarəsinin II şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi olub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, Novruzəli Məmmədov barəsində saxta istintaqın və saxta ittiham aktının müəllifidir;
Usubov Rüstəm Sabir oğlu - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini. O, Novruzəli Məmmədov barədə saxta ittiham aktını AR Prokurorluğu adından təsdiq edib;
Ələsgərov Şakir Çərkəz oğlu - AR Xocavənd Rayon Məhkəməsinin hakimidir. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə  Novruzəli Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesinə sədrlik edib;
Allahverdiyeva Ramella Allahverdi qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Novruzəli Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesini aparan hakim tərkibinin üzvü olub;
Məmmədova Şəkər Bayram qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Novruzəli Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesini aparan hakim tərkibinin üzvü olub.

 

Qeyd; Siyahı natamamdır (siyahıya bu işə baxan Apellyasiya və Ali Məhkəmə hakimlərinin adları əlavə edilməlidir).
Əlavə qeyd; Novruzəli Məmmədovun işi ilə bağlı ölkədaxili bütün mümkün hüquqi vasitələrdən istifadə olunub və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib. AİHM- də şikayət ərizəsi icraata qəbul olunub, kommunikasiya mərhələsini keçib. Mərhumun müdafiəçiləri və yaxınları Avropa Məhkəməsinin Novruzəli Məmmədovla bağlı qəbul edəcəyi qərarı gözləyirlər.

Söz ardı...

Azərbaycan respublikasının Konstitusiyasında və digər qanunlarında ölkədə yaşayan az saylı xalqlara və milli azlıqlara qarşı hər hansı ayrı- seçkiliyi nəzərdə tutan maddə yoxdur. Eləcə də yürüdülən faktiki dövlət siyasətində bu istiqamətdə ciddi bir diskriminasiya siyasəti də iddia edildiyi kimi deyil. Əksinə, bir sıra qanunvericilik aktları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabrda imzaladığı «Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı» haqqında fərman onların elmi, mədəni, siyasi hüquqlarını inkişaf etdirmək məqsədi daşıyır. Reallıq isə budur ki, ölkədə yaşayan bütün insanlar milli mənsubiyyətindən asılı olmayaraq hüquq və azadlıqlarının tapdanması baxımdan bərabər səviyyədə əziyyət çəkirlər. Hakimiyyətə yaxın olan, onun siyasətini müdafiə edənlər milli mənsubiyyətindən asılı olmayaraq eyni şəkildə irəli çəkilib mükafatlandırılır, bu siyasəti qəbul etməyib ona etiraz edənlər isə eyni şəkildə təqiblərə məruz qalıb cəzalandırılır.
Keçmiş MTN- nin iddia etdiyi kimi ölkədə hər hansı milli- etnik qarşıdurma da yoxdur və bunun nə fundemental, nə də ideoloji əsasları mövcud deyil. Sadəcə görünən odur ki, Novruzəli Məmmədov məsələsində MTN- nin rəhbərliyi bu həssas mövzudan sui- istifadə edərək guya ölkədə etnik seperatizmin mövcudluğuna ciddi əsasların olduğunu sübut etmək və bunun qarşısını almaq üçün talışşünas alimi həbs etməklə dövlət qurumu kimi öz varlığını və işgüzar fəaliyyətini göstərmək istəyib. Onlar təmsil etdikləri qurumun ölkənin təhlükəsizliyi üçün ciddi şəkildə çalışdığını,  özlərinin önəmli, əvəzedilməz, peşəkar, sadiq dövlət adamı olduqlarını göstərməyə çalışıblar. Nəticədə sadə insanlar əziyyət çəkib, talışşünas ziyalı alim, pedaqoq- jurnalist Novruzəli Məmmədov həbs olunaraq ağır cəzaya məhkum edilib və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib. Onunla bərabər bir ailə, nəsl faciə yaşayıb. Mərhumun 2 övladı ölüb, onun tək qalan həyat yoldaşı Məryəm Məmmədova ölkəni tərk etmək məcburiyyətində qalıb. Təəssüflə qeyd olunmalıdır ki, mərhumun qanunsuz həbsi, onun haqqında çıxarılan ədalətsiz məhkəmə hökmü, eləcə də həbs müddətində ən azından aidiyyatı qurumların bilərəkdən baxımsız və məsuliyyətsiz davranışı ucbatından dünyasını dəyişməsinə bu günə qədər obyektiv hüquqi qiymət verilməyib. 


Son.

Talışşünas ziyalı alim Novruzəli Məmmədov qapalı məhkəmə prosesində son çıxışını edərkən dövlət ittihamçısına və hakimlərə üz tutaraq deyib ki, siz məni bağlı qapılar arxasında ittiham edirsiniz. Elə bilməyin ki, mənim burda söylədiklərim, bu qapalı məhkəmə iclasında deyilənlər həmişəlik qapalı qalacaq, xalqdan, ictimaiyyətdən gizli saxlanacaq. Vaxt gələcək burda səslənən faktlar gec-tez hamıya məlum olacaq, burda deyilənlər araşdırılıb tədqiq olunacaq və ədalətli həllini tapacaq... Doğurdan da mərhum alimin o zaman qapalı məhkəmədə etdiyi son çıxışı sonradan araşdırılıb tədqiq olundu, necə deyərlər itdi- batdıya düşmədi. Amma ona qarşı yol verilmiş qanunsuzluqlar və cinayətlər hələ də obyektiv hüquqi qiymətini almayıb. İnanırıq ki, Novruzəli Məmmədov və onun timsalında keçmiş MTN tərəfindən həbs olunmuş, ədalətsiz məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş, siyasi oyunların qurbanı olmuş bütün şəxslərin işinə yenidən baxılacaq. Onlar layiq olduqları haqqı, onları ittiham edib azadlığını və həyatını əlindən alanlar isə layiqli cəzalarını alacaqlar...



Oqtay GÜLALIYEV, 

hüquq müdafiəçisi

 

 
 
Категория: İnsan hüquqları | Просмотров: 8742 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus