Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Февраль » 8 » Mübariz Mənsimov: Hansısa siyasi motivlərimiz yoxdur
16:24
Mübariz Mənsimov: Hansısa siyasi motivlərimiz yoxdur
Dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan "Palmali”nin sahibi Mübariz Mənsimov Rusiyanın "Kommersant” qəzetinə geniş müsahibə verib. O, şirkətinin biznes fəaliyyətindən, Rusiyadakı seçkilərdən, Türkiyədə media biznesinə yatırım qoymasından və siyasi ambisiyalarının olub-olmamasından danışıb.

M.Mənsimov deyib ki, onun şirkətinin biznes dövriyyəsi ötən il daha da artıb, şirkət neft məhsullarının daşınması həcmini 1.5 dəfə artıraraq 6.5 milyon tona çatdırıb.

Xatırladaq ki, "Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dənizlərdə yüklərin daşınması üzrə ixtisaslaşıb. O, ARDNŞ-in və Rusiyanın "LUKoyl” şirkətinin cənub istiqaməti üzrə baş daşımaçısıdır.

M.Mənsimov deyib ki, "Palmali”nin Rusiyada daşımaları da ötən il 15 faiz artıb. Ancaq bu artım əsasən Türkmənistan və Qazaxıstandan daşınan neftin hesabına baş verib. Rusiyanın daxili bazarında isə "Palmali”nin vəziyyəti stabildir. "Bizim ”LUKoyl" və "Russneft”lə uzunmüddətli müqavilələrimiz var. Ayda orta hesabla 250 min ton neft daşıyırıq. Lakin mən görürəm ki, Rusiyada donanmanın gücü çatandan çox yük potensialı var. Problem köhnələn gəmi donanmasındadır. Hansı ki, beş il əvvələ qədər neft şirkətləri onlardan istifadə etməyə hazır idi. Ancaq indi köhnə gəmilərlə yük daşımağa sifariş vermirlər və risk götürmək istəmirlər. Çünki başa düşürlər ki, 4 min ton yük daşıyan neft tankeri qəzaya uğrasa bunun nəticələri necə olacaq. Köhnə gəmilər tədricən "metallom”a gedir, ancaq yeni gəmilər də o qədər çox deyil. Ona görə də bazarda defisit yaranıb" deyə biznesmen bildirib. M.Mənsimov qeyd edib ki, "Palmali” şirkətinin gəmilərinin böyük əksəriyyəti yenidir və şirkət bu gəmilərin sayını ilbəil artırır.

M.Mənsimov deyib ki, ötən il onlar Volqoqrad gəmi zavoduna 10 yeni tanker sifariş versələr də sifariş yerinə yetirilmədi və indi müqaviləni pozub "Krasnoe Sormovo” zavodu ilə yeni müqavilə bağlayacaqlar. "Palmali”nin tankerlərinin əksəriyyəti məhz bu zavodda yığılır. M.Mənsimov bildirib ki, bu zavodda yığılan tankerlərin biri onlara 19 milyon dollara başa gəlir. Türkiyə tərsanələrində isə belə gəmini 14 milyona sifariş vermək olar.  Biznesmen "Palmali”nin gəmilərində işləyən dənizçilərin maaşları barədə də danışıb. Deyib ki, minimal maaş 2 min dollardan çoxdur. Gəmi kapitanları isə 3-4 min dollar alır. İritonnajlı tankerlərin kapitanlarının maaşları  isə ayda 12-14 min dollara çatır.

Biznesmen deyib ki, "Palmali” şirkətlər qrupunun gəmiçilikdən başqa biznes-aviasiya, kommersiya təyinatlı daşınmaz əmlak, hotel biznesi və digər fəaliyyət sahələri də var: "Bizim Rusiyanın bir sıra regionlarında kommersiya təyinatlı daşınmaz əmlakımız var. Hazırda Moskvada bir neçə hotel açmaq üçün danışıqlar aparırıq. Həmçinin bizim Türkiyə və Azərbaycanda beşulduzlu butik-otellərimiz var, təxminən 100 otaqdan ibarət”. M.Mənsimov üç il əvvəl hava yükdaşımaları biznesinə də girişdiyini, bir neçə yük təyyarəsi aldığını, lakin bu sahədən çəkildiyini də açıqlayıb: "Bu bizim seqment deyil, mən bir daha bu sahəyə girmərəm. Məlum oldu ki, bu sahə çox korrupsiyalaşıb və ağırdır. Baxmayaraq ki, texniki baxımdan gəmiçilikdən daha asandır”. İş adamı son illər Türkiyədə bir neçə media-aktiv almasının səbəbləri barədə də danışıb. Deyib ki, bunda hansısa siyasi motivlər yoxdur. "Biz radiostansiya, telekanal almışıq, hazırda daha bir telekanal açırıq. ”Palmali"nin bzinesdən başqa heç bir ambisiyaları yoxdur. Şirkətin sahibi mənəm, mənim isə heç bir siyasi ambisiyam mövcud deyil, ona görə də bu aktivləri hansısa başqa məqsədlər üçün istifadə etmək marağı yoxdur" deyə, o bildirib.

M.Mənsimov deyib ki, son qiymətləndirmələrə görə, onun şirkətlər qrupunun bazar qiyməti 6-7 milyard dollar arasında dəyişir. O, Rusiyadakı siyasi vəziyyət və biznes mühiti barədə də sualı cavablandırıb. Deyib ki, ötən ilin dekabrında keçirilən Duma seçkilərini tam demokratik sayır: "Hakim partiyanın dəstəyi azalıb, lakin əvvəlki kimi çoxluğa sahibdir. Seçkilərdən sonra insanların küçələrə çıxıb öz mövqelərini ifadə etməsi də normaldır. Hər kəsin buna haqqı var. 2000-ci ildən sonra Rusiyada yaranan sistem Avropa ölkələrindən fərqli olaraq onun stabil olmasına imkan verir. Mən bu gün Rusiyada biznesimi sıfırdan qura bilərəm. Bütün mürəkkəbliklərə baxmayaraq, şərtlər əvvəlkindən daha yaxşıdır”.


TALISH.ORG

Категория: Dünyada | Просмотров: 2358 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus