Əliyev rejiminin Novruzəli Məmmədovun əmlakı ilə bağlı ehtiyacları ödənilib (video) - 17 Декабря 2011 - Информационный-аналитический портал Талыш

Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Политика Г. Алиева начиная с 1969 года, являлась политикой обмана, приписки и трайбализма В АР нарушается права нацменьшинств самым грубым образом.

Здесь сколько бы не говорили о мультикультурализме – это лишь попытка очковтирательства, и не более того

Axtarış

Karikaturalar

Tərəfdaşlar

Bizə abunə

Лента "Информационный-аналитический портал Талыш"

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)
Бэлла Шахмирза: Талыши - это один из самых древних народов Закавказья, прямые потомки ариев
Mirzə Əhməd Xudaverdi oğlu. Əxbarnamə (Talış xanlığının tarixindən)
Несостоявшаяся нация

Statistika

Главная » 2011 » Декабрь » 17 » Əliyev rejiminin Novruzəli Məmmədovun əmlakı ilə bağlı ehtiyacları ödənilib (video)
15:42
Əliyev rejiminin Novruzəli Məmmədovun əmlakı ilə bağlı ehtiyacları ödənilib (video)
Dekabrın 17-də «Tolışi Sədo» qəzetinin mərhum baş redaktoru professor Novruzəli Məmmədova məxsus bəzi mal və əşyalar müsadirə olunub.

Əşyaları Yasamal rayon Məhkəmə icraçılarına N.Məmmədovun vəkili Ramiz Məmmədov və hüquq müdafiəçisi Hilal Məmmədov təqdim edib. Müsadirə barədə 1 həftə əvvəl Yasamal rayon Məhkəməsindən mərhumun vəkilinə xəbərdarlıq edilib. 

Hüquq müdafiəçisi Hilal Məmmədovun sözlərinə görə  2008-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə göstərildiyi ümumi dəyəri 600 manat hesablanan 1 kompyuter stolu, 1 stol, 5 stul, İranda toxunmuş 1 xalça, 1 televizor və 1 fotoaparat dövlətə təhvil verilməli barədə xəbərdarlıq edilib. "Bildirildi ki, əks təqdirdə Novruzəli Məmmədovun həyat yoldaşı axtarışa veriləcək. Bu xəbərdarlıqdan sonra onun Moskvada müalicə olunan 72 yaşlı yoldaşı bizə müraciət etdi ki, avadanlıqları ordan-buradan tapıb təhvil verək. Biz vaxtilə Novruzəli Məmmədovun İrandan 40 manata alıb gətirdiyi xalçanı, 4 köhnə, zədəli stulları və bir də kompyuter stolunu verdik. Amma stol, 1 stul, televizor və fotoaparatı tapa bilmədik».

​​2008-ci ildə çıxarılan məhkəmə hökmündə qeyd edilib ki, müsadirə olunan bu əşyaları N.Məmmədov güya İran xüsusi xidmət orqanlarının verdiyi vəsait hesabına alıb. 

Hilal Məmmədov deyir ki, həmin hökmdən sonra bu məsələ indiyə qədər qaldırılmamışdı: «Bu adam həbsxanada vəfat edib. Bundan sonra onun iki oğlu vəfat edib. 72 yaşlı yoldaşı Məryəm Məmmədova BMT-yə müraciət edəndən sonra Rusiyaya köçüb və hazırda orda müalicə olunmaqdadır. Bu qədər müsibət, faciədən sonra 2 il əvvəl vəfat etmiş adamdan stol, stul, fotoaparat, xalça tələb etmək çox gülməli görünür».

Məmmədovlar ailəsinin faciəsinə - ailə başçısının və iki oğulun ölümünə baxmayaraq, 2010-cu ilin iyulunda hökm çıxarmış  Ali Məhkəmənin hakimi Şakir Ələsgərov əmlakın müsadirə olunmasının vacibliyi barədə qərarı Yasamal məhkəməsinə göndərib. 

BMT Ali Komissarlığının himayəsi ilə Moskvada olan N.Məmmədovun 72 yaşlı dul xanımını cinayət işinin açılması və barəsində axtarış elan olunması ilə hədələyiblər. Müsadirə prosesinə Yasamal rayon Məhkəmə İcraçıları şöbəsinin rəisi Zaur Abdullayev rehberlik edib. O, bildirib ki, əgər əmlak təhfil verilməsə Məryəm Məmmədova axtarışa veriləcək. 

Hilal Məmmədovun sözlərinə görə, vaxtilə ailə məhkəmə orqanlarına müsadirəyə şamil edilən əşyaları götürməyi təklif edib, lakin onlar bunu etməyiblər. "Bu adamların hərəkətində insanlıq və sağlam düşüncə yoxdur. Onlar ərini və iki uşağını itirmiş yaşlı qadını rahat buraxmırlar”, - H.Məmmədov vurğulayıb. 

Vəkil Ramiz Məmmədov məsələnin mənəvi tərəfini şərh etməyərək yalnız onu deyib ki, "görünür, dövlətin bu vəsaitə ehtiyacı var”.

Məsələnin hüquqi tərəfinə gəlincə, CM-in 306-cı maddəsinə görə, əgər məhkəmənin qərarı qəsdsiz yerinə yetirilmirsə, iş dayandırılmalıdır. İndiki hal məhz bu normaya uyğundur. Çünki N.Məmmədov özü vəfat edib, onun iki uşağı da ölüb, xəstə dul qadın isə xaricdədir. Vəkil həmçinin qeyd edib ki, N.Məmmədovun işi üzrə şikayət Strasburq məhkəməsinin icraatındadır. O hesab edir ki, N.Məmmədova  qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 2,3,5, 6, 8,10 və 13-cü maddələri və onun birinci protokolunun 1-cı maddəsi pozulub.

«Talışi Sədo» qəzetinin baş redaktoru professor N.Məmmədov dövlətə xəyanət, milli, irqi və dini ayrı-seçkiliyi qızışdırmaqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi.

O, 2009-cu ildə 68 yaşında Penitensiar Xidmətin müalicə müəssisəsində öldürülmüşdü. 





TALISH.ORG

Категория: Талыш xəbərləri | Просмотров: 1111 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
+1  
1 Rafag   (18.12.2011 00:46)
Конечно, теперь личные вещи нашего великого брата отца и великого талышского ученого Новрузали Мамедова (Хыдо рахмат быка), который своим мужественным поступком сорвал маски врагов Ирана и всего Азербайджана, для нас бесценны. Теперь эти убийцы не достойны их охранять и на веки будут прокляты нашими народами.
Эти алчные варвары обворовывают не только бедных ученых, но есть подозрения, что именно они через третьи лица грабят талышских детей на чужбине, тем самым выражают свои отношения и провоцируют на противоправные действия для дальнейшей расправы.
Думаю, назрела идея создать приемные пункты при фондах их лидеров и других представительствах за рубежом, что бы люди могли бы сами нести вещи, отдать этим ненасытным шакалам, а то они надоели, детей пугают, травмируют и портят их воспитание…

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

E-mail:
Пароль:

Onlayn TV

Tolışon Sədo

Tolışə Rədio

Xəbər xətti

Alman qəzeti Əliyevləri “korrupsioner klan” adlandırdı 
"Tolışon Sədo”nun 30-cu sayı 
Vətənşivənlik 
“The Guardian” Əliyevlər rejimini “yırtıcı» adlandırdı 
Talış ziyalılarına qarşı iftiralara Rusiya Talış Diaspor Təşkilatı münasibət bildirib 
Almaniyanın daha bir nəşri "Əliyevlərin ifşası"na qoşuldu 
Ənvər Börüsoy yenə böürdü 
Lankon sakinləri polis idarəsinə yürüş edib 
Bakının mərkəzində etiraz aksiyası amansızlıqla dağıdılıb 
İŞSİZLİK hər il 10 MİLYARD manat MƏNFƏƏT deməkdir!!! 
Şon şəhid və ya Şan şəhid ziyarətgahı 
Şeyx Zahid Gilani 
Coşqun bir dənizsən, dalğası yatmaz... 
Talış dilim 
Sağlığında qiymət verək insanlara 
Дороги древних ариев 
"Tolışon Sədo”nun 29-ci sayı 
Sabiq baş nazir Surət Hüseynov fəal siyasətə qayıdır 
Prezident ailəsi Sumqayıtda 17 zavoda sahib olub 
Səhər TV Talış Ağsaqqallar Şurasının bəyanatını yayıb 
Təbrizdə «Eurovision»a qarşı mitinq keçirildi 
Əliyevlərə bağlı şirkət "Eurovision" sarayından nə qədər qazanıb? 
Talışxanovların Ginnesin rekordlar kitabına düşmüş üzvü 
Komitet 300: Dünya hökümətinin sirləri (VI yazı) 
İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika - Azərbaycan” (V yazı) 
Amerikanın gizli tarixi - 5 
Şübhəli "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası 
“Time” Əliyevlərin iç üzünü açdı 
В центре талышской культуры чествовали ветеранов 
TV adlı bir dəvə... 
İlham Əliyevi 12 milyon sakini olan Nyu Yorkda salamlayan çoxminlik izdihamın şəkilləri göz qamaşdırır 
"Tolışon Sədo”nun 28-ci sayı 
Əliyevlər ölkənin qızıl mədənlərinə necə yiyələnib? 
Almanlara təşəkkür edirəm 
Azadlıq nəğməkarı Əli Nasirin 57 yaşı qeyd edilib 
Masallıya təzə gələn başçılar Köhnə Bazardan başlayır 
Astara şəhərində əliyevlərə ölüm, siyasi məhbuslara azadlıq şüarları + Foto 
Masallı Polisi “tam məxfi” iş rejimindədir 
Allahın əmanətinə... xəyanət! 
"Tolışon Sədo”nun 27-ci sayı