Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Декабрь » 9 » Orda Siz olanda...
15:55
Orda Siz olanda...
Yadıma mərhum USTAD Novruzəli Məmmədovun məhkəməsindəki son sözü düşdü, USTAD məhkəmədə demişdi:

- Bilirəm, məni talış olduğuma görə həbs etmisiz, məni talış olduğuma görə də mühakimə edirsiz, talış olmaq cinayətdirsə mənə ən ağır cəzanı verin...

Demokratik Talış Birliyi...


Demokratik Talış Birliyi yarananda bu birliyin elə də uğur qazanmayacağını düşünürdüm, heç bu birliyin yaranmasını təqdir də etmirdim, çünki Respublika Talış Mədəniyyət Mərkəzi ola-ola hansısa yeni birliyin yaranmasını məqbul saymırdım. Fikirləşirdim ki, bu birliyin yaradılmasına sərf edilən gücü və vaxtı elə Mədəniyyət Mərkəzinin inkişafına sərf etmək daha yaxşı olardı. Amma bu fikirlərimi özümdə saxladım, çünki məndən "ayın neçəsidir”i soruşan da olmamışdı. Nə isə, birliyin elan edilməsini mənə "Turan”-dan Tofiq bəy bildirdi, təsisçilərin nömrəsini istədi, mən də təbii ki, nömrələri verdim və ..... başladı, nə başladı! İlk olaraq atəşi "şanlı deputatxanada daimi qeydiyyata düşmüş” Hadı məllim açdı. Sanki bu birliyin elan olunmasını gözləyirmiş. Artıq konspekti də hazır imiş. Talışların heç bir probleminin olmadığını öz üzərində göstərməklə yeni yaranan birliyi nəyi var tənqid etdi (görəsən bir tikə çörək pulu üçün Rusiyanın buzlaqlarında can verən, illərlə evlərinə gələ bilməyən talışların da Hadı məllim kimi hektarlarla həyəti olan villaları var?). Sonra estafeti Əli Əhmədov qəbul etdi. Talışların heç bir probleminin olmamasından "dissertasiya işi” yazan Əli məllim "bu birlik qeydiyyata alınmayacaq” mesajını da verdi. Şəxsən Əli məllimi görsəydim niyəsini soruşardım. Hələm ona, adı Əliyə and verdirib əlavə bir-iki sual da verərdim: Qardaş, sərbəst toplaşmağı qadağan edirsiz, indi də bir təşkilat ətrafında birləşməyə qadağa qoymaq fikrindəsiz? Sizə kim bu səlahiyəti verib? Ədliyyə Nazirliyi sizə tabedirmi? Sonra fikirləşirəm ki, suallarımı onsuz da cavablandırmayacaq, özümü niyə yorum? Sonra estafeti "deputat Jalə” aldı, bir-iki anlaqsız cümlə işlədən "deputat Jalə”yə fikir verən olmadığı üçün onun üstündə çox dayanmaq istəmirəm, beqəfil kimin səsi çıxsa yaxşıdır? Hörmətli Paşazadənin! Yox, söhbət şeyxdən getmir, söhbət şeyxin qardaşı Cavanşir Paşazadədən gedir. (sonra deyirlər ki, "öndə gedən” talışları tənqid etməyin, necə tənqid etməyək ki, bu "öndə gedənlər” "öndə qalmaq üçün” millətləri ilə dava açırlar) Milli Məclisdə bir dəfə də səsi çıxmayan, hətta seçki öncəsi İTV-dəki pulsuz danışıq vaxtından imtina edən Paşazadə nədənsə "danışmaq” qərarına gəldi. Xub, danışsın da, nə ziyanı? Ancaq o da talışların heç bir probleminin olmamasından danışdı. Sonra meydana Canəli Əkbərov "atıldı”. Ömründə bir dəfə də talış dilində oxumaq nədir, züm-zümə etməkdən çəkinən (oxu: qorxan!) "xalq artistimiz” də talışların heç bir probleminin olmamasından danışdı. İndi mən durub bu ziyalılara bir-bir sual versəm ki, "problem yoxdursa nədən narahatsız? Niyə göynəyirsiz?” necə olar? Bunlar hələm harasıdır? Bir "dövlətçiliyin keşiyində duran” alimimiz də varmış, 1993-cü ildə Lənkəran hadisələrinə birbaşa "rəhbərlik” edirmiş, bunu o özü yazıb, onun yazısından (oxu: əfsanəsindən) sitat: "Mən həmin vaxt hərbi hissənin əsgər, zabit heyətinə yazılı müraciət ünvanladım. Müraciətdə onları hasarı aşmağa və Əlikramı həbs etməyə çağırdım. Hərbi hissənin şəxsi heyəti mənim çağırışıma müsbət cavab vermişdi və Əlikramı həbs etmək üçün hazırlıqlara başlamışdı”. İndi bu adama deyən yoxdurmu ki, sən kim idin ki, hələm sənin müraciətivin də qiyməti olsun? Bəlkə sən hərbi hissənin komandanı idin? Ya prezident idin? Bəlkə Müdafiə naziri olmusan, xəbərimiz yox. Nə isə, yəqin ki, diqqətli oxucu söhbətin Hacıbaba Əzimovdan getdiyini tutdu. Hacıbaba Əzimov talış birliyi haqqında, onun təsisçiləri haqqında geninə-boluna "donos” verəndən sonra Lənkəranın talışlara aidiyyatınının olmamasını yazır. Sən demə Lənkəran "əsrlər boyu türk qalası” olubmuş. Bunu deməknən Hacıbaba Əzimov tarixi bilmədiyini sübut etdi, çünki Lənkəranın elə də çox yaşı yoxdur, bu şəhəri Talış Xanı saldırıb və sovet talışşünas-alimi Millerin yazdığına inansaq (niyə də inanmayaq?) 1928-ci ildə Lənkəran (söhbət şəhərdən gedir) əhalisinin hamısı talış dilində danışırmış, türk dilini isə barmaqla sayıla biləcək ziyalılar bilirdilər. Görəsən LDU-nin rektoru, nə bilim nəyi olmuş Hacıbaba Əzimovun bunlardan xəbəri yoxmudur? Təbii ki, var, sadəcə bu gün o kimlərə isə xoş gəlmək üçün gözünü yumub, ağzını açıb, nə gəldi danışıb, bu qədər. Onun "Yeni Müsavat” qəzetindəki həmin "kəşfinin” internet versiyasına çoxlu rəylər yazılıb, hamısı ilə işim yox, hətta bir rəydə "dövlətin cənub (?) zonası üçün inkişaf konsepsiyası” da öz əksini tapıb, ancaq bir rəy çox qısa və konkret idi, rəyi olduğu kimi verirəm: "Ambur 2012-12-02 04:15:59
Hacıbaba Əzimovun disertasiyasının movzusu Şaumyanın şanlı tarixi və ermənilərin Azərbaycanda şanlı azadlıq mübarizəsindən bəhs edir. ......... (burda təhqirli söz olduğu üçün vermirik. red.) bu insan əslən İrandan gəlmə erməni kökənli birisidir. Bu haqda çox az sayda adamlar məlumatlıdır. Onun bu səviyyədə haray-həşirliyinin sətiraltı mənası da erməni şüvənliyi ilə bağlıdır. Heydər Əliyev onu yaxşı tanıdığından (KQB aqenti olduğunu, nə mənsəbin yiyəsi olduğunu bilirdi) "Hacıbaba bir yerdə oturmusan, üç vəzifə kreslosu tutmusan, adamın siması, vahid bir mövqeyi olar, mənim düşmənim olsa da (Əlikrama eyham vurur) bir mövqeyi olan insana həmişə hörmətlə yanaşmışam” deyə Hacıbabanı elə yerində otuzdurdu ki, onun sağlığında qorxusundan bir daha səsini çıxarmadı ki, dosyesini açdırıb qoyar ortalığa, qoca vaxtında qaçmağa yeri də olmaz!”
Amburun kim olduğunu bilməsəm də, şərhi məndə maraq doğurdu, doğurdanmı bu "türk oğlu türk” (sitat özünündür) ermənilərin milli azadlıq hərakatının təəsübkeşliyini çəkib? Bir-iki qısa araşdırma və məlum oldu ki, bu həqiqətdir! Demək "türk oğlu türk” ermənilərin milli azadlıqları yolunda "canından da keçməyə hazırmiş”, ancaq hansısa təşkilatda "talış” sözünün olmasını həzm etmirmiş! Sonra görün bu psevdoqəhraman nə yazır: "...Çox hörmət etdiyim bir adama - özü də həmin adam müxalifət partiyasında təmsil olunur - İran biznes şəraiti yaradıb, indi o da talış birliyini və separatçıları dəstəkləməyə başlayıb. Nədi-nədi dolanışığı həmin biznesdən çıxır. Biabırçılıqdır...
- Həmin adamın kim olduğunu açıqlamaq mümkün deyil?
- Demək istəmirəm. Çünki məni müdafiə etmirsiniz”....
Burdan nə anlamaq olar? Bir şey, hörmətli "patriot” həm yalançı, həm də iftiraçı imiş! Bu qədər bəsit! Əgər belə bir adam olsaydı onun da "donos”unu verərdi, yoxdur, sadəcə xal qazanmaq istəyir, nə isə, keçid alım o biri "petriotlar”a...
Bir "deputat”ımız var, zəmanəmizin Siyavuşu! Sən demə bu zəmanəmizin Siyavuşu Eldəniz müəllimi heç ziyalı saymırmış. Bir balaca araşdırma apardım, görün Eldəniz müəllimin əsl ziyalı olduğunu kimlər qiymətləndirib: Eldar Namazov, Ayaz Mütəllibov, Əli Məsimov, Rahim Hüseynov, Lalə Şövkət, Yaqub Məmmədov, Vahid Əhmədov, Araz Əlizadə, Etibar Məmmədov, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, İlyas İsmayılov, Tacəddin Mehdiyev, İsgəndər Həmidov, Zərdüşt Əlizadə, Akif Nağı, Mürşüd Məmmədli, Midət Abbasov, Eldar Salayev, Xoşqədəm Cabrayıloğlu, Bəxtiyar Vahabzadə, Fazil İskəndər, Ramiz Rövşən, Mövlud Süleymanlı, Hacı Əlikram, Aqil Abbas, Lütfiyar İmanov, Yaşar Nuri, Rasim Ocaqov, Rasim Balayev, Flora Kərimova, Ayaz Salayev, Əlibala Hacızadə, Hacıağa Nuriyev, Rüstəm İbrahimbəyov, Rüstəm Hacıyev, Cavanşir Məmmədov, Valentin Yejov, Rafiq Hüseynli, Fəxrəddin Manafov, Vaqif Səmədoğlu, Musa Yaqub (bax: "Yeni Siyasət” qəzetinin 2005-ci il xüsusi buraxılışı)
Ancaq zəmanəmizin Siyavuşu haqqında bu cür bir kəlmə də xoş söz tapa bilmədim, gör indi hansı zamanadır ki, kim kimə "ziyalı deyil” deyir. Əgər bu gün iqtidar üçün "ziyalı” sözü profilini dəyişibsə, yəni yaltaqlara, üzəduranlara, işverənlərə "ziyalı” deyilirsə, onda heç mən də Eldəniz müəllimi ziyalı saymıram...
Bir Azər var, özünə qəşəng ayama da götürüb, nəyəsəhəsrət! Bu nəyəsəhəsrət, onu tanıyan adamların dediyinə inansaq heç türk də deyilmiş, tat imiş, hətta dağ yəhudiləri ilə bağlılığının da olduğu vurğulanır, bunu mənə yox, "Xural” qəzetinə nəyəsəhəsrət özü demişdi, sən demə yaxınları ona şər atırmış, nə isə, onun milli kimliyi (əgər varsa) mənimçün önəmli olmadığı üçün keçid alım şərhinə. Bu axmax adam hələm də bilmir ki, Azərbaycanın indi "cənub” adlandırılan (haşiyə: əgər Talış zonası "cənub”dursa, Qusar da şimaldırsa, bu məmləkətin şərqi haradır? Türkmənistan?) Talış zonası varmış, bu adam bilmir ki, orda Talışlar yaşayır. Niyə də bilsin axı? Ona lazım olan şeyləri, məsələn bu deşikdən çıxıb, o deşiyə girməyi yaxşı bilir, kifayətdir. Hörmətli Ulduz Həşimov bu nəyəsəhəsrətin cavabını, məni qane etməsə də, verdiyi üçün nəyəsəhəsrətin də üstündə çox durmaq istəmirəm, bircə onu bilirəm ki, şərlatanlar ordusu azalmır ki, azalmır...

Çıxış yolları...


Hər bir problemin çıxış yolları olur, əminəm ki, hər iki təsisçi bu yolları bilirlər və bizim məsləhətimizə ehtiyacları da yoxdur, ancaq bir tövsiyyəm var: ən birinci çıxış yolu dirəniş göstərməkdir, ümüdvaram ki, yeni birlik, onun təsisçiləri bu boyda sıxıntıya, bu boyda basqıya sinə gələcəklər, çünki onların işi haqq işidir, haqq işini isə Xıdo diqqətindən kənarda saxlamır, çünki haqq Xıdonun adlarından biridir... İnanıram ki, hər iki təsisçi bu işdə sonunacan gedəcəklər və bir "ilk”ə imza ata biləcəklər
Məhkəmələr....

D-r Hilal Məmmədovun istintaqı yekunlaşıb, "üzəduranlar” da tapılıb, d-r Hilal Məmmədovun işi yəqin ki, bu yaxınlarda məhkəməyə çıxarılacaq, şəxsən onun nə suç yiyəsi olduğunu bilmirəm, ancaq onu bilirəm ki, bu cür həbslər bu iqtidarın "şanlı gedişini” tezləşdirir, şər maşını dayanmır ki, dayanmır. Əvəz Zeynallıdan şikayətçi olan "xanım deputat”ın pərdəarxası oyunları üzə çıxır, danışan yox, o iqtidar sözçüsünü-Əli Əhmədovu açıq-aşkar hədələyirsə ki, "mənim aldıqlarım (söhbət rüşvətdən gedir. red.) hara gedib, bilinir, sən aldıqlarını neyləmisən, bir mən bilirəm, ağzımı açma” və Əli Əhmədov "mat” vəziyyətinə düşürsə, demək işlər o söz, yəni ki, tezliklə bu məhkəmələr elə bunların özlərinə qismət olacaq. Ancaq hələlik ki, məhkəmələrdə hərc-mərclikdir, bir nəfər maşını ilə bilərəkdən bir ailəni basıb öldürür, "gözün üstə qaşın var” deyən yox, nə var-nə var "onun” adamıdır, ancaq Nigar Yaqublu ehtiyatsızlıqdan qəza edir, dərhal həbs olunur, bu nə yanaşmadır? Qanunlar ancaq müxalif fikirli insanlar üçün işlək olan məmləkətin sonucu yaxşı bir şey vəd eləmir, nə qədər gec deyil bu səhfləri aradan qaldırmaq lazımdır, günahsız həbs etdiyiniz insanları buraxın, buraxın ki, "orda”, yəni müttəhim kürsüsündə siz olanda bunlar nəzərə alınsın....


Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” N:35 (47), 08 dekabr 2012


Категория: Azərbaycan | Просмотров: 1980 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus