Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Июнь » 18 » Peyvənd xofu niyə böyüyür?
01:16
Peyvənd xofu niyə böyüyür?
Allergiyası və nevroloji problemi olan uşağa peyvənd olmaz!

Yenicə ana olan xanımlar körpənin ilk peyvəndinin vurulmamasına çalışır. Hələ doğum evində yenidoğulmuşa vurulacaq ilk peyvəndi istəmir. Uşaq poliklinikasında qeydiyyatda olan azyaşlılar peyvəndə çağırılır. Bir qisim valideynlərsə, öz əlləri ilə yazdıqları ərizə ilə könüllü olaraq peyvənddən imtina etdiklərini bəyan edirlər. Bu günümüzün valideynlərinin bir hissəsi niyə peyvəndi təhlükəlü hesab edərək vaksinasiyadan qaçırlar? Uşaqlar peyvənd olunmadan həyatına davam edə bilərmi? Ya da bu peyvənd xofunun əsası varmı?

Milləti son illər çəkindirən səbəblərin mənbəyi haradan gəlir?


Ən əvvəl hələ Sovet İttifaqında olan ölkələrin uşaqlarınin peyvəndi əskik olmurdu. Bu qayda artıq valideynlərin ağlına elə yerləşdirilmişdi ki, hətta peyvəndə çağırılmayan uşaqların valıdeynləri həkim məsuliyyətsizliyindən şikayyət də edirdilər. İndi isə vəziyyət çox dəyişib. Belə ki, antipeyvənd təbliğatına qoşulanların sayı günbəgün artır, onlar bu səbəbləri əsas gətirirlər. İnternet dünyasında yayılan sənədli videoroliklərdə peyvəndin mənasız olduğu sübuta yetirilir. Bu fikirə bir neçə il əvvəl "donuz qripi” kələyi təkan verdi. Bu xəstəyi yalandan ortaya atıb peyvənd preparatlarından milyonlar qazanan alimlər heç yetərincə cəzasını da almadı. Digər əsas məqan isə Azərbaycanda saxta dərman bazarında yer alan peyvəndlərin keyfiyyətsizliyinə olan şübhədir.

Peyvənd standartları


Peyvəndin tarixi 1796-cı ildən başlayır. İngilis cərrahı və əczaçısı Edvard Cenner çiçək xəstəsi olan 8 yaşlı uşağın bədəninə xüsusi zərdab yeridib. Uşaq xəstəlikdən xilas olub. Bundan sonra inkişafa doğru gedən tibb yayılan xəstəliklırin qarşısını almaq üçün peyvəndlər icad edib. Tarixboyu elə epidemiyaların qarşısı peyvəndləmə nəticəsində alınıb. Maraqlıdır ki, vaksinasiyanın yalan olması barədə zamanla tibbin tanınmış simaları fikirlərini söyləməkdən çəkinməyiblər. Bir qrup mütəxəsislər isə bir vaxt çiçək( su çiçəyi də başqa xəstəliyidir) xəstəliyinin peyvənd nəticəsində yoxa çıxdığını, artıq 1978-ci ildən xəstəliyə qarşı immunlaşdırma prosesinin dayandırıldığını deyirlər. Bu gün polimelit xəstəliyinin də ləğv olunmasında son işlər görülür. Çox ölkədə, eləcə də Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda da bu xəstəlik təmamilə yoxa çıxıb.

Hazırda dünyanın 180 ölkəsində immunizasiya proqramı həyata keçirilir. Bu vaksinasiya proqramı Dünya Səhiyyə Təşkilatının və ABŞ-ın Qida və Dərman Adminstrasiyasının xüsusi rəyi və nəzarəti əsasənda həyata keçirilir. Azərbaycanda uşaqlara bu peyvəndlər vurulur.

1. Doğulan körpəyə 2-3 saat ərzində Hepatit B-yə qarşı(sarılıq)
2. Doğuşdan 2-5 gün ərzində BSJ- vərəmə qarşı, polimelilit(uşaq iflici)
3. 2 aylığında AKDS(AKDT) (göy öskürək, tetanus,difteriya),polimelit,Hepatit B
4. 3 aylığında AKDS , polimelit
5. 1 yaşında mantu sınağı(vərəm üçün), ardınca bir neçə gün sonra qızılca, məxmərək
6. 1 yaş 8 aylığında AKDS(revaksinasiyası)
7. 6 yaş tamamında difteriya,tetanusa qarşı
8. 2011-ci ildən HİP - minengitə qarşı peyvənd vurulur.
9. Vərəmə qarşı vurulan mantu sınaqları isə 18 yaşına qədər müxtəlif yaşlarda edilir.

Son zamanlar peyvəndlərin təhlükəsi haqqında məlumatlar bir çox ölkələrdə yayıldığından Dünya Səhiyyə Təşkilatı da rəsmi saytında valideynlərin narahat olmamasını bəyan edir. Peyvənd preparatlarının tərkibinin artıq daha sadə və zərərsiz maddələrdən hazırlandığnı bildirir. Hətta bu barədə bəyanatdan sonra təşkilat Qlobal Konsultasiya Komitəsinə hesabat verməsi üçün müraciət edib. Vaksinasiyanın yersiz və təhlükəli olması baradə yayılan əsaslı və əsassız şaiyələrdən sonra İmmunizasiaya haqqında Beynəxalq İnformasiya Agentliyi də məsələyə qarışıb. Agentliyin internet portalında valideyin və həkimlərin peyvəndlərin arasını kəsmədən davam etdirilməsi tövsiyyə olunur.

Azərbaycanda da 2000-ci ildən etibarən yeni qanun qüvvədədir. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanuna əsasən peyvəndləmə vacib hesab olunsa da, vətəndaşların razılığı ilə həyata keçirilməlidir. Vaksinasiya müvafiq icra orqanı tərəfindən aparılmalıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immunoprofilaktika şöbəsindən verilən məlumata görə, təəssüf ki, son vaxtlar xüsusən kütləvi informasiya vasitələrinin köməkliyi ilə peyvənd siyasətinə qarşı ittihamlar səslənir. Amma valideynlər bilməlidir ki, məhz bu proqram sahəsində uşaqlar bəzi yoluxucu xəstəliklərdən sığortalanır. Peyvəndlərin dövlət poliklinikalarında vurulması daha məqsədəuyğundur. Çoxu burada keyfiyyətsiz vaksindən istifadə olunduğunu deyir. Elə bu səbəbdən özəl klinikalara üz tuturlar. Bu yalnış fikirdir. Bütün dərmanlar Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq Azərbaycana gətirilir, Həmin preparaatlar Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində yoxlandıqdan sonra tibb müəsisələrinə paylanılır. Bu dərmanlar xüsusi şəraətdə saxlanılır.

Azərbaycana daxil olan peyvənd preparatları dövlət xətti ilə yanaşı xeyriyyə fondu vasitəsiylə də gətirilir. Bu dünya şöhrətli musiqiçi M. Rastropoviç və onun xanımı Q. Vişnevskaya tərəfindən təsis olunan və dünyanın bir çox ölkəsində vaksinasiya yardımı həyata keçirən, elə onların adını daşıyan fonddur. Fondun Azərbaycan nümüyəndiliyinin məlumatına görə, xeyriyyə fondu 1991-ci ildə təsis olunub, Azərbaycanda isə 1994-cü ildən kütləvi peyvənd kampaniyalarını həyata keçirir. Dünya Səhiyyə Təşkilatının sertifikatını almış vaksinlərə əsaslanan fond təkcə 2003-cü ildə respublikanın 1-6 yaş uşaqları arasında qızılca, parotit, məxmərək xəstəliyinə qarşı onminlərlə uşağı peyvəndləmişdir. Hazırda isə fond doğum evlərində qadın və uşaqların müayinə və vaksin edilməsi layihələrini planlaşdırır.

Vaksinin tərkibində nə var ki?


Valideynlər düşünür ki, vaksin xüsusi mikrobdur ki, bu mikrob uşağın bədəninə yeridilir. Həmin kənar maddənin nəticəsində uşaqda süni immunitet yaradılır. Çoxu bu qondarma immunitetdən könüllü şəkildə imtina edir. Bəli, vaksin hazır mikrobdur ki, sadə dillə desək o bədənimizdə yoluxucu, ağır xəstəliyə qarşı antitellər –müdafiə yardır, nəticədə xəstəliyə yoluxulmur. Bir qisim analar isə körpəsinə ana südü verdiyi üçün onun peyvəndsiz də keçinəcəyini deyir. Doğrudur, mütəxəsislər də ana südü möcüzəsini təsdiqləyirlər, amma peyvəndsiz uşağın bir qrup yoluxucu xəstəlik ucbatından ölə biləcəyini də bildirir. Uşaqlara vurulan AKDS(göy öskürək, difteriya, tetanus əleyhinə) adlı peyvənd isə daha çox qorxu yaradır. Həqiqətən də bu peyvənd digərlərindən fərqli olaraq vurulduqdan sonra bir çox ağır vəziyyətlərə-yüksək temperatur, uşaqda fasiləsiz ağlama kimi hala gətirib çıxara bilər. Hətta uşaqda iştəhasızlıq, narahatçılıq, halsızlıq da müşahidə etmək olar. İynə vurulan yerdə qızartı, dəridə köpmə hallarını isə həkimlər normal hesab edirlər. Valideynlər isə bir-birini bəzən məlumatlı, bəzən isə kor-koranə olaraq peyvəndən imtinaya çağırırlar. Ötən il məktəbli uşaqların, daha bir neçə azyaşlının peyvənddən sonra hətta ölməsi narahatçılıq yaratmaya bilməzdi. Təəssüf ki, bu vəziyyətlərlə bağlı Səhiyyə Nazirliyinin səriştəli nümayəndələrinin tutarlı izahı və cavabının olmaması insanlar arasındakı gərginliyə səbəb oldu.

Belə bir məlumat yayılıb ki, vaksinin tərkibində tiomersal(mertiolat) adlı maddə var ki, bu da əslində orqanik civədir. Konservant kimi vaksin olan dərmanlara əlavə olunan maddə əslində çox zərərli elementdir. Araşdırma aparanda deyilənlərin doğru olduğu ortaya çıxır. Diğər ağır metallardan ibarət olan vaksinlər xəstəliklərə qarşı müqavimət yaratsa da, autizm(xəstəlik zamanı uşaq passivləşir, özünə qapanır, danışmır,çox vaxt nitqi tutulur) xəstəliyinin alovlanmasına zəmin yaradır, uşaqların sinir sisteminə zərbə vurur. Bu deyilən fikirlər dünyanın 15 tibb mütəxəsisinin rəyinə əsaslanan və ABŞ, İngiltərə, Avstraliyanın birgə istehsalı olan "Vaksinasiya-gizlənən həqiqətlər” (1998)adlı sənədli filmdə də yer alıb. Filmdə nümayiş olunan xəstəliklərlə bağlı statistik göstəricilər, faktlar onu göstərir ki, peyvəndləmə heç də xəstəliklərin qarşısının alınmasında rol oynamır. Əksinə vaksinasiya azyaşlı uşaqların vaxtından tez ölməsinə yol açır. Peyvəndlər insan DNK-sını dəyişə bilər. İnsanların fikrlərini qarışdıran bu söhbətlər bu gün də davam etməkdədir.

Xarici ölkə təcrübbəsi olan pediatr Əli Quliyevin sözlərinə görə, peyvəndləmə prosesində tibb müəsisəsinin üzərinə böyük məsulliyyət düşür. Ən əvvəl valideyn uşağına vurulan vurulan peyvənd barədə məlumat almalıdır. Həkim uşağın vəziyyətini yoxlamalı, onun tam sağlam olmasından əmin olduqdan sonra vaksinasiyaya icazə verməlidir. Peyvəndən sonra uşağın iynə vurulan dəri nahiyyəsində qızartı, azca şiş olması normal haldır. Uşağın hərarətinin olması da qorxulu hesab olunmalıdır. Elə uşaq var ki heç onda problem yaranmır. Çünki hər orqanizmin peyvəndə qarşı reaksiyası müxtəlif ola bilər. Yaxud analar bəzən uçağın qanazlığını, ürəyində problem olmasını bəhanə edərək peyvənddən yayınırlar. Bu yanlışdır. Təsəvvür edin ki, ürək qüsurlu uşaq peyvənd vurulmadığı təqdirdə ğöy öskürək tutur, bu uşaq xəstə ürəklə, ağciyərlə öskürəkdən birtəhər olar, nəticədə vəziyyəti ağırlaşar.

Pediatr Lalə Məmmədovanın fikrincə isə uşağını peyvəndə gətirən analar çox vaxt uşağın xəstə olduğunu gizlədirlər. Amma peyvəndə hazırlanan uşaq ən azı bir həftə ərzində tam sağlam, hətta soyuqdəyməsi belə olmamalıdır. Peyvənd allergiyalı, nevroloji problemləri olan uşaqlara vurulmamlıdır. Xüsusən, AKDS adlı peyvənd uşaqlarda nadir hal da olsa, nitqdə, davranışda qüsurlara yol aça bilər, autizm adlı psixoloji proplemli xəstəliyə gətirib çıxara bilər. Xanım pediatrın sözlərinə görə, həkimlər peyvənddən qabaq mütləq valideynlə sorğu-sual etməli, uşağı müayinə etməlidirlər. "Biz peyvəndi məsləhət görürük, amma yenə də valideynlərin vurdurmaq istəyi, razılığı mütləq nəzərə alınmalıdır.”

Yeri gəlmişkən qeyd edim ki, xüsusən payız-qış fəslində qripə qarşı vaksinasiya da edilir. Bu ümumi dövlət proqramından kənar, pasiyentin istəyi ilə olunur. Yerli özəl xəstəxanalardan birinin həkimi(adını çəkilməsini istəmədi) bu qrip vaksinlərinin pul qazanmaq mənbəyi olduğunu bildirdi. Çünki qış aylarında hava-damcı virusunun qarşısını almağa çalışan insanlar bəzən peyvənd vurulduqdan sonra səhhətindəki narazılıqlardan şikayyətlənirlər. Ən yaxşı üsul təbbi yollarla immunitetin qaldırılmasına nail olmağa çalışmaqdır.

Hər halda, deyilənlərdə həqiqətin payı nə qədər var, onu dəqiq demək mümkün deyil. Amma yenə də insanlar bu barədə bir daha düşünməlidirlər.

Raminə Eyvazqızı,
qafqazinfo.az

Категория: Dünyada | Просмотров: 2278 | Добавил: admin | Рейтинг: 3.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus