Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Март » 30 » Polisi qətldə günahlandıran vəkil məhkəməyə verildi
21:41
Polisi qətldə günahlandıran vəkil məhkəməyə verildi
Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək vəkil barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi başlanmasını xahiş edib. Baş polis idarəsinin rəhbərliyi hesab edir ki, vəkil mətbuat səhifələrində Elvin Əsgərovu polislərin  işgəncələr verərək öldürməsini söyləməklə polisə böhtan atır.

Bakı Şəhər Baş Polis İdarəsinin şikayətini məhkəmə qəbul edilib və hakim Elçin Qurbanovun icraatına verilib.

Vəkil Xalid Bağırovsa hesab edir ki, onu cinayət məsuliyyətinə cəlb etdirməklə polis özünü sığortalayır. Məqsəd Elvin Əsgərovun ölümünün əsl səbəblərini ört-basdır etməkdir. Xalid Bağırov:

«Polisin mənə qarşı xüsusi ittiham qaydasında şikayət verməsini bir vəkil kimi özümə qarşı təzyiq hesab edirəm. Bu, ona görədir ki, bu işdən bir vəkil kimi geri çəkilim. Bir vəkil kimi ictimaiyyətə bildirmək istəyirəm ki, bu işdən geri çəkilməyəcəyəm, Elvin Əsgərovun ailəsini məhkəmələrdə və digər orqanlarda müdafiə edəcəyəm».

Bu il yanvarın 13-də baş vermiş hadisədən bir neçə gün sonra Baş Prokurorluq məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, gecə saatlarında Elvin Əsgərov və başqaları sərxoş halda ictimai qaydanı pozublar. Bu məlumata görə, onlar Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlayıblar. Bu zaman Elvin Əsgərov özündə olan açılıb-qatlanan bıçaqla onu təqib edən üç polis əməkdaşına bədən xəsarətləri yetirib. 

Prokurorluğun məlumatında daha sonra da deyilirdi ki, Elvin Əsgərov bundan sonra da hadisə yerindən qaçmaqda davam edərkən bir neçə dəfə yerə yıxılıb. Tutularaq 24-cü polis bölməsinə aparılıb, səhhəti pisləşdiyindən çağırış əsasında təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Prokurorluğun məlumatına görə,  ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o  sonradan vəfat edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Elvin Əsgərovun anası Roza Rəfiyeva isə hesab edir ki, oğlu polis işgəncəsi ilə öldürülüb:

«Polis mənim oğlumu öldürüb. Özləri də yaxşı bilirlər ki, polis öldürüb. Bu işi uzadıb-uzadıb bağlamaq istəyirlər. Döyüblər, elektroşoka veriblər. 24-cü polis bölməsindən ölümcül halda aparıblar xəstəxanaya, əvvəl istəyiblər elə yazdırsınlar ki, guya «bomj»dur, küçədə maşın vurub, ancaq sonra 24-cü bölmədən gətirildiyini yazıblar».

O, vəkilə qarşı cinayət işi qaldırılması iddiasını isə oğlunun ölümünün ört-basdır olunması məqsədi  ilə izah deyir.

Roza Rəfiyeva deyir ki, oğlunun ölümü ilə əlaqədar bir neçə vəkilə müraciət etsə də, vəkillər müxtəlif bəhanələr gətirərək onunla müqavilə bağlamaqdan imtina ediblər. «İmtina edirdilər. Mənə elə gəlir ki, onlar nədənsə ehtiyat edirdilər. Bir Xalid Bağırov ürəkli çıxdı, indi də onu bu yolla geri çəkindirmək, mənim oğlumun qanını batırmaq istəyirlər».

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, Roza Rəfiyevanın polisə qarşı yönəlmiş ittihamları onun subyektiv fikridir. İstintaqın sonunu gözləmədən, polis əməkdaşlarını günahlandırmaq düzgün deyil. Bunlar istintaqın işinə müdaxilə kimi qiymətləndirilə bilər. Həm də nəzərə almaq lazımdır ki, yanvarın 13-də baş vermiş məlum hadisə zamanı Elvin Əsgərov onu intizama dəvət etmək istəyən, ictimai asayişi qoruyan polis əməkdaşlarına bıçaqla müxtəlif xəsarətlər yetirmişdir. Lakin maraqlıdır ki, nədənsə bu barədə heç kim danışmaq istəmir.

Vəkil Xalid Bağırov isə deyir ki, son vaxtlar vəkillərə qarşı təzyiqlərin yeni formaları ortaya çıxıb:

«Bəlli olduğu kimi, bundan əvvəl başqa bir vəkil prokurorluğun təqdimatı ilə  Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Polis, prokurorluq orqanları vəkillərə qarşı belə aksiyalar həyata keçirirlər, Yəqin ki mənə qarşı Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət də bu tendensiyanın davamıdır». 

Hüquqşünas Namizəd Səfərov deyir ki, Vəkillər Kollegiyasının 800 üzvü arasında çox az vəkil tapmaq olar ki, heç nədən çəkinmədən dövlət orqanlarına qarşı vətəndaşın hüquqlarını sona qədər tab gətirib müdafiə edə bilsin:

«Son zamanlar Osman Kazımova, həmçinin bu vəkilə qarşı atılan addımlarda görürük ki, Daxili İşlər Nazirliyi, Prokurorluq, Vergilər Nazirliyinin və digər dövlət orqanlarının şikayətləri əsasında guya onların şərəf və ləyaqətlərinin təhqir olunması, düzgün olmayan məlumatlar dərc etməmələri bəhanəsi ilə vəkillərə qarşı xüsusi ittiham qaydasında iş qaldırırlar. Bu da vəkilləri qorxutmaq, tutduqları yoldan çəkindirmək məqsədi daşıyır. Sonda da görürük ki, bu, həmin vəkillərin Vəkillər Kollegiyasından çıxarılmaları ilə nəticələnir».

Namizəd Səfərov hesab edir ki, Vəkillər Kollegiyası öz vəkillərini müdafiə etməli, vəkillərə qarşı təzyiqlərə son qoyulmalıdır.

Fevral ayında tanınmış vəkil Osman Kazımov da Baş Prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə Vəkillər Kollegiyasından çıxarılmışdı.


Azadlıq Radiosu

 

Категория: Azərbaycan | Просмотров: 1548 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus