Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Февраль » 9 » Pozğunluq cəmiyyətə necə yeridilir?
15:41
Pozğunluq cəmiyyətə necə yeridilir?
"Overton pəncərəsi” haqqında eşitmisinizmi? Eşitməmisinizsə, onda bu HƏR ŞEYİN LEQALLAŞDIRILMA TEXNOLOGİYASI haqqında oxumağınızı məsləhət görürük.
 
Oxusanız, homoseksualizm və eynicinsli nigahların necə qanuniləşdirilməsini başa düşəcəksiniz. Avropada pedofiliya və insestin leqallaşdırılmasının yaxın illərdə tamamilə hayata keçiriləcəyi sizə aydın olacaq. Eyni zamanda uşaq evtanaziyası da bu qəbildəndir.

Jozef P. Overton (1960-2003), "Mackinac Center” ictimai-siyasət mərkəzinin birinci vitse-prezidenti olmuşdur. Təyyarə qəzasında həyatını itirib. Ölümündən sonra "Overton Pəncərəsi” adlı, ictimai rəydə problem haqqında təsəvvürlərin dəyişməsi modeli formalaşıb.
 
Cozef Overton cəmiyyətə tamamilə yad ideyaların insanlığın rədd etdiyi dəyərlər sistemindən götürülüb, təmizlənib, ən nəhayət necə qanuniləşdirildiyini təsvir etmişdir. Hər hansı ideya və ya problemin cəmiyyətdə, Overtonun təbirilə desək, imkan pəncərəsi mövcuddur. Bu pəncərə daxilində ideyanı geniş müzakirə etmək, açıq-aşkar dəstəkləmək, təbliğ etmək və qanunvericiliklə təsdiqinə cəhd etmək mümkün ola bilər. Pəncərə imkanlar çərçivəsini dəyişdirməklə tədricən hərəkət etdirilir; əvvəl "ağlasığmazlıq” pilləsindən, yəni ümumi əxlaqa yad, kütləvi inkar dərəcəsindən geniş müzakirə olunur, sonra kütləvi şüurun qəbul və qanunun təsdiq etdiyi "aktual siyasət” mərhələsinə çatdırılır. Bu, özü-özlüyündə beyinlərin yuyulması da deyil, daha incə texnologiyadır. Hədəfin, qurban-cəmiyyətin nəzərindən ardıcıl, sistemli tətbiq və təsir faktının yayınması onu daha effektli edir. 
 
Aşağıdakı misalda cəmiyyətin qəbuledilməz hesab etdiyi istənilən fikri öncə addım-addım müzakirə etməsi, sonra münasib bilməsi və nəhayət, həmin eybəcərliyi, biabırçılığı təmin edən və qoruyan yeni qanunla barışması göstərilir.  Məsələn, hannibalizm, yəni vətəndaşların bir-birini yemək hüququnun leqallaşması ideyasını götürək. Kifayət qədər qəddar misaldır, deyilmi? Təbii ki müasir dövrdə hannibalizmi təbliğ etməyin mümkünatı yoxdur- cəmiyyət ayağa qalxar. Bu o deməkdir ki, hannibalizmin leqallaşması problemi hal-hazırda imkanlar pəncərəsinin sıfır mərhələsindədir. Overtona görə, bu mərhələ "Ağlasığmaz” adlanır. İndi isə bu ağlasığmazın bütün mərhələlərdən keçərək, necə həyata keçməsinə baxaq. 
 
Overton bu cür istənilən hər ideyanın leqallaşdırılması texnologiyasını təsvir edir. O, sadəcə konsepsiya təklif etmir, məhz mövcud texnologiyanı təsvir edir. Yəni istənilən nəticənin əldə olunmasına gətirib çıxaran fəaliyyət (tədbirlər) ardıcıllığını göstəriк. Belə bir texnologiya insan cəmiyyətinin məhvində nüvə silahından daha effektiv ola bilər. 
 
Hannibalizm mövzusu cəmiyyət üçün hələ iyrənc və qəbuledilməzdir. Bu mövzunu nə mətbuatda, nə də layiqli həmsöhbətlə müzakirə etmək arzuolunmazdır. Hannibalizm hələ ağlasığmaz, absurd, qadağan olunmuş fenomendir. Overton Pəncərəsinin ilk addımı- hannibalizm mövzusunu ağlasığmazlıq müstəvisindən radikallıq sahəsinə keçirtməkdir. 
 
Niyə də kannibalizmdən söhbət açmayaq? Ümumiyyətlə, alimlər istənilən mövzu barəsində danışmalıdırlar- onlar üçün qadağan olunmuş mövzu olmamalıdır, onlar hər şeyi öyrənməlidirlər. Belədirsə, "Polineziya tayfalarının ekzotik mərasimləri” mövzusunda etnoloji simpozium təşkil edək. Burada predmetin tarixini müzakirə edək, onu elmi dövriyyəyə daxil edək və bununla da hannibalizm haqqında faktik nüfuzlu bir rəy əldə etmiş oluruq. 
 
Görürsünüz, sən demə, adamyeyən haqqında da predmetə uyğun, elmi mötəbərlik çərçivəsində söhbət açmaq olar. Overton Pəncərəsi artıq yerindən tərpəndi. Artıq mövqelər gözdən keçirilir. Bununla da cəmiyyətin barışmaz mənfi yanaşmasından daha müsbət münasibət müstəvisinə keçid təmin olunur. 
 
Yalançı elmi müzakirə ilə eyni vaxtda mütləq hansısa "Radikal Hanniballar Cəmiyyəti” yaranmalıdır. Bu cəmiyyət yalnız internetdə təmsil olunsa belə, lazımi KİV mütləq onların fərqinə varıb, istinad edəcək.
 
Birincisi, bu ifadə azadlığının daha bir faktıdır. İkincisi, xüsusi növ bu cür sarsıdıcı ünsürlər radikal hürkü görüntüsü yaratmaq üçün lazımdır. Onlar "pis hanniballar” olacaq və digər hürkü mənbəyinə- "onlar kimi olmayanları odda yandırmağa çağıran faşistlərə” qarşı qoyulacaq. Hürkü müqəvvaları haqqında daha sonra danışacağıq. Başlanğıc üçün insan əti yemək barəsində Britaniya alimlərinin və digər təbiətli radikal ünsürlərin nə düşündüyünü dərc etmək yetərli olardı. 
 
Overton Pəncərəsinin ilk addımının nəticəsi: qəbuledilməz mövzu dövriyyədədir, tabu toxunulmazlığını itirib, problemə birmənalı yanaşma mütləqliyi aradan qalxıb- "bozun çalarları” yaradılıb. Niyə də yox?!
 
Növbəti addımda Pəncərə daha irəli hərəkət edir və hannibalizm mövzusu radikallıq sahəsindən mümkünat sahəsinə keçid alır. Xoş gəlmisiniz! Bu mərhələdə "alimlərə” istinad etməkdə davam edirik. Axı bilikdən üz döndərmək olmaz. Hannibalizm haqqında danışmaqdan imtina edən istənilən şəxs nadan və mövhumatçı kimi möhürlənməlidir. 
 
Nadanlığı qınayarkən, hannibalizmə mütləq nəcib bir ad fikirləşmək lazımdır ki, hansısa faşistlər müxalif fikirlilərə "hannibal” adını verməyə cəsarət etməsinlər.

Diqqət! Evfemizmin yaradılması- vacib məqamdır. Ağlasığmaz ideyanın qanuniləşdirilməsi üçün onun əsil adı dəyişdirilməlidir.
 
Hannibalizm daha yoxdur. İndi bu, məsələn, antropofagiya adlanır. Amma bu termin də yaxında yenisi ilə əvəz olunacaq, şübhəsiz, təhqiredici olmaması şərti ilə. Məsələn, petuxluğun homoseksuallıq adlanması kimi!
 
Yeni adların icad olunmasının məqsədi- problemin məğzini təyinatından yayındırmaq, sözün formasını məzmunundan ayırmaq, ideoloji rəqibləri dildən məhrum etməkdir. Hannibalizm öncə antropofagiya, sonra antropofiliyaya çevrilir, cinayətkarın soyadını və pasportunu dəyişməsi tək.
 
Ad oyunlarına paralel olaraq dayaq presedenti də yaradılır. O, tarixi, mifoloji, müasir və ya sadəcə qondarma ola bilər, əsası- legitimləşdirilmiş olsun. O, antropofiliyanın prinsipcə qanuniləşə biləcəyinin "sübut”u kimi ya tapılmalı və ya  da uydurulmalıdır. 
 
Susuzluqdan ölən uşaqlarını öz qanı ilə doyuzduran fədakar ana haqqında əfsanə yadınızdamı?)) Necədir sizinçün?! Bəs hər kəsi dalbadal yeyən antik tanrılar haqqında hekayələr necə? Qeyd edək ki, Romada bu, ümumən normal sayılırdı...
 
Və bunun dalıyca hay-küy, qondarma şüvənlik başlayır: "Sizə nisbətən xristianların xüsusilə antropofiliya ilə araları yaxşıdır. Onlar elə indi də ritual olaraq allahlarının qanını içir, ətini yeyirlər. Siz xristian kilsəsini nədə günahlandırmırsınız axı? Ümumiyyətlə, siz kimsiz axı?”
 
Bu mərhələdə əsas məqsəd- adam yeməyi heç olmasa qismən cinayət təqibindən azad etmək həzzinə nail olmaqdan ibarətdir. Heç olmasa bir dəfə, bir tarixi an. Belə də edirlər! Texnologiya öz effektini verir.
 
Legitimləşdirilmiş presedent təqdim olunduqdan sonra, Overton Pəncərəsini mümkünat sahəsindən rasionallıq sahəsinə tərpətmək imkanı yaranır. 

Bu üçüncü mərhələdir. Bu mərhələdə bütöv problemin hissələrə bölünməsi tamamlanır.

"Adam yemək arzusu insanlan təbiətinə xasdır, genetikdir”.  "Bəzən həyatda qalmaq üçün adam yemək labüddür, qaçılmaz hallar var, başa düşün!”. "Yeyilmək istəyən insanlar var”. "Yeyilmək istəyən insanı elə yeyərlər”. "Antropofilləri təhrik edirlər!”. Cəmiyyətə tədricən bunlar yeridilir.
 
"Qadağan olunmuş meyvə şirin olur”. "Azad insan nə yemək istədiyinə qərar vermək hüququna malikdir”. "İnformasiyanı gizlətməyin, qoy hər kəs antropofil və ya antropofob olduğuna qərar versin”. "Antropofiliyanın zərəri varmı? Onun qaçılmazlığı sübut olunmayıb”. Təbliğat öz bəhrəsini verir.
 
İctimai şüurda problem üçün süni olaraq "döyüş meydanı” yaradılır. Kənar cinahlarda xüsusi olaraq meydana gəlmiş radikal tərəfdarlar və radikal əleyhdarlər yerləşdirilir. İndi isə dəqqət!! Real rəqibləri, yəni hanniballığın qanuniləşdirilməsinə qarşı olan əsl adamları adı çəkilən hürkü müqəvvaları ilə birgə radikal qənim qismində təqdim etməyə çalışırlar. Həmin müqəvvaların əsas rolu fəal psixopat obrazını- adamyeyənləri, yəhudiləri, kommunistləri, qaradərililəri diri-diri yandırmağa çağıran aqressiv faşistlərin, antropofiliya qənimlərinin obrazını yaratmaqdır. Leqallaşmanın real əleyhdarları KİV-ə buraxılmır, amma yuxarıda sadalananların hamısının KİV-də yer alması təmin edilir.
 
Bu vəziyyətdə, "yazıq” antropofillər sanki hürkü müqəvvaları arasında qalır, "məntiqi” təmsil edərək, "sağlam düşüncə və insanlıq” pafosu ilə "bütün növ faşistləri” qınayırlar. Bu mərhələdə "alimlər” və jurnalistlər tv və mediadan sizə insanların tarix boyunca zaman-zaman bir-birlərini yeməsini sübut edirlər və bunun normal olmasına işarə vururlar. 
 
Artıq işin çoxu görülüb! İndi antropofiliya mövzusunu rasionallıq müstəvisindən popyularlıq kateqoriyasına keçirmək olar. Overton Pəncərəsi daha da irəliləyir. Hannibalizm mövzusunu popyularlaşdırmaq üçün onu tarixi və mifoloji şəxsiyyətlərlə, mümkün olduqda hətta müasir media üzlərlə uyğunlaşdırır və pop-kontentdə saxlayırlar. Antropofiliya xəbər buraxılışlarına və tok-şoulara kütləvi şəkildə daxil edilir. Adamyemək geniş kino-auditoriyalarda, mahnı mətnlərində, videokliplərdə yer alır. Təbliğatın bir üsulu "Ətrafına bax!” adlanır.
 
"Siz bilmirdiz ki, filan məşhur bəstəkar- belədir?.. antropofildir”. "Hamının tanıdığı filan polşa ssenaristi isə ömrü boyu antropofil olub, hətta buna görə təqibə məruz qalıb”. "Görün onların neçəsini dəlixanaya salıblar! Neçə milyonu repressiyaya uğrayıb, vətəndaşlıqdan məhrum edilib!.. Bu arada, Ledi Qaqanın "Eat me, baby” klipini bəyəndizmi?” Artıq cəmiyyətdə söz-söhbətlər baş alıb gedir. Moda yaranır.
 
Bu mərhələdə mövzunu TOP sıraya çıxardırlar və o kütləvi mediada, şou-biznesdə, siyasətdə öz-özünə çoxalır. Buz tərpəndi! Proses gedir!
 
Digər effektiv üsul: problemin məğzi informasiyanın yayıcıları (jurnalistlər, teleaparıcılar, ictimai şəxslər və s.) səviyyəsində saxlanılır, mütəxəssisləri qatmadan.
 
Sonra mövzü cansıxıcı, müzakirəolunmaz hal aldığı məqamda xüsusi olaraq seçilmiş mütəxəssis ortaya çıxır. Öz adamları deyir: "Cənablar, əslində hər şey tamamilə başqa cürdür! Və filan cür etmək lazımdır”. Və bu zaman mövzuya "Pəncərə”nin hərəkəti ilə təyin olunan müəyyən bir tendensioz cərəyan daxil olur. 

Leqallaşdırma tərəfdarlarına haqq qazandırmaq üçün cinayətkarların cinayət ilə uyğun gəlməyən, yaxşı tərəflərini göstərir, onlara müsbət obraz yaradıb, insaniləşdirirlər.
 
"O axı yaradıcı adamıdır. Nə olsun ki arvadını yeyib?”. "Sənətkara hər şey halaldı!”. "Onlar qurbanlarını həqiqətən də sevirlər. Pişik balasını çox istədiyindən yeyər!”. "Antropofillərin İQ-si yüksək olur, digər məsələlərdə onlar ciddi əxlaqa riayət edirlər”. "Qanda ən güclü vitamin tapılıb!”. "Antropofillər özləri qurbandır, onları həyat məcbur edir”. "Onları belə tərbiyə ediblər” və s. Bü cür oyunbazlıq populyar tok-şouların duzudur. Xalq beyin yuyulmasına məruz qoyulur. 
 
Və davam edir. Baş alıb gedir: "Sizə faciəvi sevgi hekayəsi danışacağıq! Oğlan onu yemək istəyirdi! Qız da yeyilmək istəyirdi! Biz kimik ki, onları mühakimə edək! Bəlkə bu- sevgidir! Siz kimsiniz ki, sevginin önündə durasınız?!”.
 
Burada güc sahibi artıq siz deyilsiniz, ONLARdır!
 
Mövzunun populyarlıq kateqoriyasından aktual siyasət sahəsinə keçirmək imkanı yetişdiyi zaman Overton Pəncərəsinin beşinci mərhələsinə qədəm qoyulur. Hüquqi baza hazırlanmağa başlanılır. Hakim lobbi qrupları kölgədən çıxır və möhkəmlənirlər. Hannibalizmin leqallaşması tərəfdarlarının yüksək faizini guya təsdiq edən sosioloji sorğu nəticələri çap olunur. Media onlara işləyir.
 
Siyasətçilər bu mövzunun qanunla təsdiqlənməsi haqqında ictimai bəyanatlarla çıxış etməyə cəhd edir. İctimai şüura yeni doqma yeridilir: "Adam yeməyin qadağan olunması qadağandır". Vəssalam! Qurtardı getdi.
 
Bu liberalizmin dəst-xəttidir- tabuya qadağa qoyan tolerantlıq, cəmiyyət üçün məhvedici olan yayınlar təbliğ edilir, insan şüuruna yeridilir.
 
Pəncərənin inkişafının son etapı yerinə yetirilib- "populyar” kateqoriyasından "aktual siyasət”ə keçid zamanı cəmiyyət artıq yola gətirilib. Düzdür, cəmiyyətin ən diri hissəsi hələ də yaxın zamana qədər ağılasığmaz sayılanın qanunla təsdiqinə qarşı çıxır. Amma bütövlükdə cəmiyyət artıq yola gəlib, həlimləşib, öz məğlubiyyətini qəbul edib.
 
Qanunlar qəbul edilib, insan yaşamının normaları dəyişdirilib (dağıdılıb). Sonradan bu mövzunun sədaları qaçılmaz olaraq məktəblərə, uşaq baxçalarına yol açacaq. Demək olar ki, gələcək nəslin yaşamağa ümumiyyətlə şansı qalmayacaq. Pedarastiyanın (indi onlar özlərinin gey adlandırılmasını tələb edirlər) leqallaşdırılması da belə oldu. İndi isə gözümüzün qabağında Avropa insest və uşaq evtanaziyasını leqallaşdırır. Görəcəyimiz günlər qabaqdadır.
 
Tərcümə: Maral Mustafazadə 

Категория: Dünyada | Просмотров: 1668 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus