Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 11 » Prezident ailəsi Sumqayıtda 17 zavoda sahib olub
13:39
Prezident ailəsi Sumqayıtda 17 zavoda sahib olub
Əliyevlərin biznes fəaliyyətinə dair daha bir jurnalist araşdırması

Azərbaycan hakimiyyətinin son dövrlərdə yüksək həvəslə təbliğ etdiyi və özündə 17 müxtəlif zavodu birləşdirən Sumqayıt Texnologiyalar Parkı 6 aprel 2012-ci ildə Vergilər Nazirliyində "Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib. Bu haqda nazirliyin rəsmi saytında məlumat yerləşdirilib. Indiyəcən sual altında olan bir məsələ də elə buradan aydınlaşıb. Çox böyük investisiya qoyulmuş meqamüəssisənin sahibi bəlli olub.

Hakimiyyət nümayəndələri indiyəcən bəyan edib ki, Sumqayıt Texnologiyalar Parkı (STP) MDB məkanında əvəzi və bənzəri olmayan bir sənaye şəhərciyidir. Rəsmilərin və müəssisə təmsilçilərinin mətbuatda getmiş məlumatlarında bildirilir ki, STP-də kabel zavodu, plastik boru zavodu, yüksəkgərginlikli avadanlıqlar, Günəş kollektorları, maşınqayırma zavodu, qaynar sinkləmə zavodu, ventilyasiya boruları istehsalı zavodu, dəqiq mexanika zavodu, texniki qaz istehsal edən zavod, dartıcı-yedəkçilərin yığımı zavodu,  transformator zavodu, sendviç-panel istehsal edən zavod, energetika sektoru üçün hidroturbinlər, böyük buxar turbinləri məhsullarının buraxılacağı tökmə zavodu, həmçinin digər zavodlar fəaliyyət göstərir və yaxud işə başlamaq üzrədir. Hakimiyyət təmsilçiləri bu sənaye şəhərciyini qeyri-neft sektorunda ölkənin ən böyük investisiya layihəsi sayırlar.

Çox bahalı investisiya layihəsi


Bu layihəyə nə qədər investisiya qoyulduğu açıqlanmır, lakin bunun 100 milyonlarla ola biləcəyi güman edilir. Axırıncı dəfə ötən ay - aprelin 24-də STP-də olan prezident Ilham Əliyev burada bir neçə zavodun açılışında iştirak edib, işlərin gedişi ilə tanış olub və göstərişlər verib. Prezidentin rəsmi saytında indi burada 17 zavodun olduğu qeyd edilir. Müəssisənin 40 hektardan çox nəhəng ərazisində prezident xüsusi avtobusla gəzməli olub.
Zavodlarda ən müasir, ən son və təbii ki, ən bahalı avadanlıq və texnologiyalardan istifadə edilir. Sumqayıt Texnologiyalar Parkı Idarə heyətinin üzvü "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezidentə etdiyi məruzədə demişdi: "Sumqayıt Texnologiyalar Parkında ”Liebherr", "Komatsu”, "Hitachi”, "Bomag”, "Borg”, "Mercedes” və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir".
Şirkətin saytında (www.stp.az) hələlik yalnız bəzi zavodların adı var:
* Kabel zavodu
* Plastik boru zavodu
* Qaynar sinkləmə zavodu
* Dəqiq emal mərkəzləri zavodu
* Ağır maşınqayırma zavodu
* Elektron cihazları zavodu
* Yüksək gərginlikli elektrik avadanlıqlarının istehsalı zavodu
* Günəş kollektorları və qazanların istehsalı sexi
* Mis və alüminium elektrotexniki çubuqların istehsalı sexi
* Texniki qazlar istehsalı zavodu

"Sumqayıt Texnologiyalar Parkı”nın sahibi kimdir"


Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında "Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib: "AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti. Sual oluna bilər ki, bəs adı son illərdə bizə tez-tez rast gələn, ən məşhur dövlət sifarişlərini həyata keçirən,  həmçinin Xədicə Ismayılovanın araşdırması ilə "Baku Crystal hall”un və Dövlət Bayraq Meydanının tikintisində subpodratrçı olması aydınlaşan "AZENCO GROUP” MMC-in sahibi kimdir?

Bundan əvvəlki jurnalist araşdırmalarında artıq bu suala da cavab tapılıb. AZENCO-nun rəsmi məlumatlarında göstərilir ki, onun payının 97,5 faizinin sahibi "Interenerji” şirkətidir.ÿ"Interenerji"nin əsas - 70 faizlik payının sahibi isə "Ador” MMC-dir.

"Ador” MMC Bakıda Səməd Vurğun küçəsi 7 ünvanında qeydiyyatdan keçib. Contact.az saytının və "Turan” agentliyinin əməkdaşı iki il öncə həmin ünvanda bir neçə bankın qeydiyyatının izinə düşmüş və müəyyən etmişdi ki, bu ünvanda 3 seçici qeydə alınıb - Mehriban Arif qızı Əliyeva, Leyla Ilham qızı Əliyeva, Arzu Ilham qızı Əliyeva.

Araşdırmaçı jurnalist Xədicə Ismayılova "BAKU CRYSTAL HALLun sirləri” adlı son araşdırmasında (http://www.azadliqradiosu.az/content/article/24575613.html) "Interenerji” şirkətinin və onun sahibi "ADOR” MMC-nin izini də həmin ünvanda tapır və qeyd edir ki, "Azadlıq” radiosunun 2010-cu ildə apardığı araşdırma zamanı Azərbaycan prezidentinin sözçüsü Azər Qasımov Silkwaybank-ın səhmlərinin sahibiÿ (http://www.azadliq.org/content/article/2123076.html) və S.Vurğun küçəsi 7 ünvanın sakinlərindən birinin - Arzu Əliyevanın Azərbaycan prezidenti Ilham Əliyevin övladı olduğunu təsdiqləmişdi.

"ADOR” MMC həm də "Express” bankın təsisçisidir. Bankın illik hesabatlarında da bu şirkətin ünvanı Səməd Vurğun küçəsi 7 olaraq göstərilir.

Bütün bunlardan bəlli olur ki, prezident ailəsinin qeydiyyatda olduğu S.Vurğun küçəsi 7 ünvanında hüquqi qeydiyyatdan keçmiş "ADOR” MMC şirkəti "Interenerji”nin sahibi olduğu üçün, o həm də "Interenerji”nin 70 faiz paya sahib olduğu "AZENCO GROUP” MMC-nin əsas sahibidir.

"AZENCO GROUP” MMC isə, Vergilər Nazirliyinin 6 aprel 2012-ci il məlumatına görə, 17 zavodu birləşdirən "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin sahibidir. Deməli, prezident ailəsinin qeydiyyatda olduğu S.Vurğun küçəsi 7 ünvanında qeydiyyatdan keçmiş "ADOR” MMC "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin əsas sahibidir.

Onu da qeyd edək ki, "Sumqayıt Texnologiyalar Parkı”nın istehsal etdiyi məhsulların əsas alıcısı Azərbaycan dövlətinin qurumlarıdır.

Şahvələd Çobanoğlu,
Azadlıq Qəzeti


Категория: Azərbaycan | Просмотров: 2677 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus