Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Февраль » 18 » "Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi"
20:50
"Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi"
Sən dövlətə xəyanət etmə, dinə küfr etmə, get nə çəkirsən çək, buna görə heç kəs sənə bir söz deməz

Filmlərin ideyalarında mənəviyyat, əxlaq və milli baxış qabardıldı


Əli Şərifi kino sahəsində çalışan cənublu soydaşımızdır. Onunla "Facebook"da tanış oldum, kino barədə söhbətimiz baş tutdu. Düşünürəm ki, bu söhbətimiz oxucularımızın da marağına səbəb olacaq.

Əli Şərifi söhbətimizin əvvəlində şərt kəsdi ki, siyasi suallar olmayacaq.

- Mən bacardıqca siyasi suallardan qaçıram. Millətçi olsam da, sənətlə bağlı söhbətlərə siyasəti qarışdırmıram. Oxucularınıza özümü tanıtmaq məqsədilə bildirim ki, 1980-ci ildə Təbrizdə anadan olmuşam. Orta məktəbdə fotoqraf təhsili almışam. Bununla yanaşı, İran Gənc Kinematoqrafçılar Mərkəzi adlı böyük bir kollec var, ora da gedirdim. Bu kollec böyük bir təhsil müəssisəsidir.

Orta məktəbdə oxumaqla bərabər bu kollecdə kino dərsləri alırdım. Burada bizə ssenari, rejissorluq və montaj etməyi öyrədirdilər. Mən xoşbəxtəm ki, İranın ən məşhur kinorejissorları olan Məcid Məcidi, Həsən Həsəndust, Davud Davudi kimi ustadların tələbəsi olmuşam. İranda çoxlu tanınmış azərbaycanlı kinorejissor var. Məcid Məcidi azərbaycalı deyil, talışdır. İranda belədir ki, rejissor olmaq istəyənlər özləri ustadları axtarıb tapar, sənətə mükəmməl yiyələnədək onun yanından əl çəkməzlər. 1996-cı ildə kolleci başa vurandan sonra müəyyən vaxta qədər müxtəlif işlərdə çalışdım. Əvvəlcə operator köməkçisi, sonra rejissor assistenti kimi çalışaraq biliyimi və təcrübəmi artırdım. İran Gənc Kinematoqrafçılar Mərkəzində həm də gənclərə dərs keçməklə yanaşı onlara qısametrajlı filmlər çəkməyə imkan yaradırlar. İmkan yaradılır deyəndə ki, film çəkmək arzusunda olan gənclər kamera və digər texniki avadanlıqla təmin edilir. Film çəkilərkən, əsas vəsait tələb edən amil texniki təchizat məsələsidir. Digər tərəfdən qısametrajlı lentlər həvəskar film olduğu üçün elə də bir xərc tələb etmir. Sadəcə, bu filmlə gənc rejissor necə yetişdiyini, kino sənətini necə öyrəndiyini göstərir. Əgər sənin ilk işin uğurlu alınarsa, prodüserlərin qapısı üzünə açılır, dövlət sənə yardım etməyə başlayır. 2000-ci ilədək mən heç bir film çəkməsəm də, kamera ilə işləməyi, montajı mükəmməl öyrəndim. 2001-ci ildə mən "Torənc" adlı 8,5 dəqiqəlik ilk filmimi çəkdim. "Torənc" xalça naxışı deməkdir. 2002-ci ildə bu film Beynəlxalq Tehran Film Festivalında iştirak etmək hüququ qazandı. Bundan sonra 4 qısametrajlı film çəkdim, 20-dək tammetrajlı filmi montaj etmişəm.
2002-ci ildən 2006-cı ildək Təbrizdə fəaliyyət göstərən Azərbaycan Film Dərnəyinin montaj komitəsinin sədri seçilmişəm. İranda bütün şəhərlərdə kino evləri fəaliyyət göstərir. Təbrizdəki azərbaycanlı kinematoqrafçılar adını çəkdiyim dərnəkdə cəmləşiblər. Bu dərnəyin idarə heyətini, həmçinin şöbələrin rəhbərlərini seçki yolu ilə seçirlər. Təxminən Azərbaycan Kinematoqrafçılar İttifaqı kimi bir təşkilatdır. Fərq yalnız ondadır ki, İranda bütün şəhərlərdə bir neçə belə təşkilatlar fəaliyyət göstərir. 2010-cu ildən Beynəlxalq "Rəhmət" Kinofestivalının xarici əlaqələr komitəsinin rəhbəriyəm.

- Son 10 ildə İranda sanki bir kino təlatümü yaşanır. İran filmləri Kann kimi mötəbər müsabiqənin qalibi olur və yaxud Oskar kimi prestijli mükafata namizəd olur. Şəriət qaydaları ilə idlarə edilən və bir çox qadağaların, məhdudiyyətlərin mövcud olduğu bir ölkə bunu necə bacarır?

- Əslində İranda kino hərəkatı İslam inqilabından çox-çox əvvəl başlanılıb. İran kinosunun 100 ildən çox yaşı olsa da, dirçəliş 1969-cu ildə başladı. O dövrün kinolarından siz ola bilsin ki, Ququşun çəkildiyi filmləri nəzərdə tutacaqsınız. Amma bu belə deyil, ümumiyyətlə bu tip filmləri mən kino sənətinə aid etmirəm. 1969-cu ildə rejissor Daryuş Mehrcuinin "İnək" filmi Moskva kinofestivalında 1-ci yerə layiq görülmüşdü. Bundan bir müddət əvvəl isə İranın Mədəniyyət Nazirliyi kino sənayesinin inkişafı üçün bir sıra islahatlara start vermişdi. Kino evləri yaradıldı, xaricdən məşhur ssenaristlər, kinorejissorlar, prodüserlər İranda milli kadrların yetişdirilməsi üçün dəvət edildilər. Bu işlər böyük effekt verdi, kadrlar yetişdirildi, yəni milli baza yaradıldı. Bu da öz nəticəsini dərhal göstərdi və "İnək" filmi Moskvadan birinci mükafatla qayıtdı. İranda İslam İnqilabından sonra kinoda bir sıra qadağalar tətbiq olunmağa başladı. Amma bu qadağalar İran kinosunun ziyanına deyil, xeyrinə işlədi. Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi, həm də filmlərin ideyalarında mənəviyyat, əxlaq və İran milli baxışı qabardıldı.
80-ci illəri İran kinosunun Qızıl dövrü hesab edirlər. Həm ssenari, həm rejissor işi, həm də aktyor oyunu baxımından ən gözəl filmlər o dövrdə çəkilib. O dövrün sənətkarları da özlərindən sonra böyük bir kinematoqrafçılar ordusu yetişdirdilər. Yeni nəslin nümayəndələrindən təkcə Əsğər Fərhadinin adını çəkməyim kifayət edir. Onun "Ayrılıq" filmi həm ssenari, həm də rejissor işinə görə "Qızıl qlobus" alandan sonra həmin nominasiyalarda "Oskar"a da namizəd filmlərin siyahısına salınıb. Bu gün İranda kino sənətinin inkşafı məhz dövlətin yürütdüyü siyasətin tərkib hissəsidir. Dövlət kino sənayesinin inkişafı üçün lazımi maddi yardımı əsirgəmir. Yəni bu sənətin inkişaf etməsində dövlət maraqlıdır.

- Şəriət qanunlarının yaratdığı qadağaların mövcud olduğu ölkədə kino dili ilə danışmağın hansı çətinlikləri vardır? Bu ideoloji təsirdə yetişən bir rejissorun başqa məkanda kino çəkməsi nə dərəcədə mümkündür?


- İslam heç bir qadağa hökmü vermir. Əgər çətin olsaydı, İran filmi "Oskar"a namizəd, "Qızıl qlobus"a layiq göstərilməzdi. İranda icazə verilməyən kadrları gedib xaricdə çəkmək mümkündür. İrandan kənarda hər hansı işə görə məsuliyyət daşımırsan. Ona görə də, qadağalar bəzi xırda texniki təfərrüatlarla bağlıdır. Sən dövlətə xəyanət etmə, dinə küfr etmə, get nə çəkirsən çək, buna görə heç kəs sənə bir söz deməz. Əgər İran vətəndaşısansa, kənarda sifariş alanda, həmin işdə İran əleyhinə heç nə olmamalıdır. Bu gün Amerika ilə İran siyasətdə bir-birinin düşmənidir. Amma bu düşmənçilik mədəniyyətə və incəsənətə təsir etmir. İranlı kinorejissorlar Amerikada festivallara qatılırlar və yaxud tanınmış amerikan kinematoqrafçılar bizdə təşkil olunan festivallarda münsiflər heyətində təmsil olunurlar.

- Ərəblərə qarşı 22 il mübarizə aparmış Babək bizdə milli qəhrəman, İranda kafir hesab edilir. Əgər bir İran rejissoru gəlib, Bakıda Babək haqqında film çəksə, onun aqibəti necə olar? Və yaxud sizdə Pişəvəri barədə film çəkmək olarmı?

- Babək İranda da qəhrəman hesab edilir... Hətta farslar onu azadlıq simvolu hesab edirlər. O, vətən torpağını işğalçılardan qoruyub. Onun haqqında İranda indi də sənədli filmlər çəkilir. Seyid Cəfər Pişəvəri hökumətin qadağa qoyduğu mövzudur. Amma Səttarxan haqqında film çəkməyə icazə var. Ümumiyyətlə, İranın ərazi bütövlüyünün əleyhinə olan bütün şeylər qadağandır. Bunun xaricində nə istəsən, edə bilərsən. Bu hər yerdə belədir. Azərbaycanda da qadağan olunan məsələlər var...

- Azərbaycan kinoları barədə məlumatınız nə səviyyədədir? Orada Azərbaycan filmləri izlənilirmi? Bizim filmlərin nümayişinin orada qadağan olunduğu deyilir.


- Belə bir qadağa yoxdur, sadəcə, sizdən İrana film gəlmir, axı. Sizin filmləri Azərbaycanın özündə lazımi qədər nümayiş etdirmirlər. Çəkiləndən sonra rəfdə qalır.

- Tez-tez Bakıya səfər edirsiniz. Bizim kinonun problemlərindən də yəqin ki, halısiniz. Sizcə bu problemi necə aradan qaldırmaq mümkündür?


- Məncə, sizin kino xadimləri bu işin həlli yollarını məndən yaxşı bilirlər. Çünki bu sizin daxili probleminiz olduğu üçün onlar bu barədə nə vaxtdır çalışırlar. Sizin kino sənayesinə bələd olduğum üçün demək iəstəyirəm ki, sizdə əsas problem ixtisaslı kadrların çatışmamasıdır. Azərbaycanda hazırda gənclər bu istiqamətdə çox fəal iş aparırlar. Mən onlardan Fehruz Şamiyevin adını xüsusi çəkmək istəyirəm. Mən onunla "Start" Tələbə Filmləri Festivalında tanış olmuşdum. Çox istedadlı və işgüzar dostumuzdur. Bakı Film İnstitutunu təsis etdi və az müddət ərzində bu institutunun nəzdində kino-prodüserlik kurslarını təşkil elədi. O, çox düzgün yol tutub. Çünki bu gün Azərbaycan kino sənayesində prodüserə çox ehtiyac var. Onun ətrafında istedadlı gənclərin toplaşması və bu uşaqların əzmkarlığı məni çox sevindirir. Əmin olun ki, Azərbaycan kinosu bu işlərin nəticəsini yaxın zamanlarda hiss edəcəkdir. Mənim bildiyimə görə, artıq Azərbaycan hökuməti də kino sənayesinin inkişafı üçün bir sıra islahatlar keçirir. Ona görə də çox ümidliyəm. Bilirsinizmi, bu gün çoxları maddi sıxıntılardan danışır. Pul əsas amil deyil. Görürsünüzmü, Fehruz bu işə girişəndən bəri necə böyük uğurlar əldə edib. "Start" Tələbə Filmlər Festivalı artıq kifayət qədər tanınır. Deməli, əsas iş görmək istəyi və buna nail olmaq üçün gecə-gündüz çalışmaq lazımdır. İş olan yerdə mütləq hər hansı nəticə olur və təcrübə artıqca nəticələr müsbətə doğru dəyişir. Bilirsinizmi, Bakıda kino festival keçirmək nə qədər çətin olsa da, bunun böyük xeyri var. Fehruz bu çətinliyə baxmayaraq bu festvalı keçirir. Çünki bu festivalda azərbaycanlı rejissorun xarici rejissorla təmas yaratmaq, onların iş metodu ilə tanış olmaq imkanı yaranır. Bu da böyük əhəmiyyət daşıyır. "Start" 2004-cü ildən keçirilir. Siz o dövrün filmləri ilə indiki filmlərinizi müqayisə edin, aralarındakı böyük fərqi hiss edəcəksiniz. Ən azından filmlərin ideyasında səviyyə qalxıb. Digər tərəfdən filmlərin texniki göstəriciləri də xeyli mükəmmələşib. Bakı Film İnstitutunun kurslarında xarici mütəxəssislər dərs deyirlər. Bu, çox əhəmiyyətli addımdır. Mən 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetində oxumaq üçün Bakıya gəldim. Lakin gördüm ki, burada öyrədiləni mən 14-15 yaşımda İranda Gənc Kinematoqrafçılar Mərkəzində öyrənmişəm. Buradakı müəllimlər mənim keçdiyim təcrübəni belə keçməyiblər. Qəbul olunandan 3 ay sonra oradan ayrıldım. Ona görə də fikrimcə, Bakı Film İnstitutunun kurslarında 4-5 ay təhsil alan gənclər Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən daha çox şey öyrənəcəklər. Bu da zaman-zaman kadr çatışmazlığını aradan qaldıracaq. Sizdə ikinci ən böyük problem kino prokatının olmamasıdır. Bu da yenə də peşəkar prodüserlərin olmaması ilə əlaqəlidir. Ötən il Rövşən İsaxın "Aktrisa" filminə baxdım, çox xoşuma gəldi. Sizdə gənc rejissorlardan Samir Kərimoğlu, Fariz Əhmədov, Elməddin və Xəyyam Əliyevlərin qısmetrajı filmlərini görmüşəm. Onların gələcəyinə böyük ümidliyəm. Bu insanlar Azərbaycan kinosunun gələcəyidirlər. Əmin olun, bu istedadlı gənclər sizdəki pullu iş adamlarını kinoya pul xəcləməyə inandıra biləcəklər. Sadəcə, səbr edib bir az gözləmək lazımdır.

http://profliqa.blogspot.com

Категория: İran | Просмотров: 2170 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus