Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Июль » 1 » Qara rəngin fitvası
16:59
Qara rəngin fitvası

Hamının qudası var, ancaq hamının Allahı yoxdur...


Mən şeyx həzrətləri Hacı Allahşükür Paşazadə ilə şəxsən tanış deyiləm. Ömrümdə bir dəfə də olsun onunla bir iftar süfrəsində oturmaq belə mənə qismət olmayıb, loru dildə desək bir stəkan çayını da içməmişəm. O, Bütün Qafqazın Şeyxidir. Mən də qafqazlıyam, deməli o, həm də mənim şeyximdir. Özü də nə az, nə çox – otuz ildən artıq...

Diplom etibarı ilə şərqsünas olduğuma görə dəqiq bilirəm ki, Şeyx ərəbcə şaxə sözündəndir və bir mənası da qocalmaq deməkdir. Qocalmaq sözünü isə öz aləmimdə mənalandırıb belə bir nəticəyə gəlirəm: Yəni bir olan böyük Allah şeyxə qocalıq xoşbəxtliyini mütləq bəxş eləyir, ona müdrikləşmək, kamilləşmək şansı və imakanı verir.

Şeyxülislam sözü də ərəbcədir, böyük nüfuz sahibi olan üləmaların, sufilərin çox şərəfəli rütbəsidir. Osmanlı imperiyası dövründə İsgəndəriyyə müftisi Şeyxülislam rütbəsi almışıdı və dövlətin ən mötəbər dini lideri saylırdı.

Bu xatırlamaları vacib hesab edəndən sonra demək istəyirəm ki, hər dəfə mətbuatımızda şeyx həzrətləri haqqında yerli-yersiz, haqlı-haqsız, yazıları oxuyanda dünyanın dahi rəssamlarından biri olan Van Qoqu xatırlayıram. Yəqin ki, mənim bu xatırlamam ilk baxışdan sizə yersiz görünəcək. Ancaq tələsməyin, hövsələnizi basın.

XIX əsrdə yaşamış Van Qoq xüsusi ilə rəssamlığa başladığı ilk illərdə ən çox sarı rəngdən istifadə edib- ona görə ki, Van Qoq kasıb idi, sarı rəng də ucuz. Bu rəngi də ona qardaşı alıb verirdi...

Yuxarıda qeyd etdiyim kimi əvəllər, xüsusi ilə də son vaxtlar şeyx həzrətləri haqqında mətbuatımızda, onun onilliklər boyu dünyada qazandığı hörmətinə və nüfuzuna xələl gətirən "qarayaxma” janrında məqalələr çap olunur, şeyximizi xalqa olduğu kimi yox, olmadığı kimi təqdim etməyə cəhd eləyirlər. Van Qoqu ona görə xatırlamışdım ki, böyük rəssam sarı rənglə işləməyi üstün tuturdusa, bizlər qara rənglə "işləməyi” sevirik - hər şeyi qara görürürk, qaralayırıq, qara yaxırıq, hətta şeyximizə də, şairimizə də, keçmişimizə və əlimiz çatmayan gələcəyimizə də. Mən qara rəngin əleyhinə deyiləm. Qara sözünün bir mənası da böyük deməkdir. Mənim qara rəngdən o vaxt zəhləm gedir ki, onu bir-birimizin üzünə, taleyinə, qeyrətinə, namusuna, keçmişinə, bu gününə və gələcəyinə yaxırıq. XXI əsrdə, Bil Qeydslə bir dövrdə yaşadığımız günlərdə qarayaxama peşəsindən istefa verməyin vaxtı deyilmi, ey Adəm bəylə Həvva xanımın, Dədə Qorqudun, Koroğlunun, Babəkin, Cavanşirin törəmələri?

Mərd Murtuza Əlinin qılıncından iti olan nəfsi varlığında, sırtıq umacağı dilində olan qələm "sahiblərinə” deyirəm ki, sizlər heç özünüzə sahiblik eləyə bilmirsiniz, Qələm boyda müqəddəsə necə sahiblik eləyə bilərsiniz ki? Umacağa, böyük mənada isə nəfsə qulluq eləyən qələmdən çıxan qara söz yapışqan deyil və heç kəsə yapışmaz. Azərbaycanımızda namuslu qələm sahibləri də var ki, Sözün və Həqiqətin gözününün içinə düz baxırlar, gözlərini də qırpmırlar. Sizin kimi üzdəniraxlar o cür qələm sahiblərini görəndə niyə qaçıb siçan deşiyinzə girmirisiniz ki, oxucular da sizin müxbir "razmerinizi” birdəfəlik bilsinlər, bilsinlər ki, sizin jurnalist vücudunz bir siçan deşiyinə yerləşir. Yadınızda saxlayın ki, nəfsin-umacağın qara qulu olmaq, yüzillər boyu bizimlə düşmənçilik eləyən erməninin qapısında ayağızəncirli işləməkdən də aşağı və miskin bir şeydir. Siz üzdəniraqlar deyildinizmi müasir şerimizin buzqıran gəmisi, poeziyamızın şəriksiz və mütləq Ali Baş Komandanı Bəxtiyar Vahabzadənin türk anasını erməni qadını kimi qələmə verən? Bəlkə bunu Seyran Səxavət yazmışdı? Sizlər də mənimkisiniz, hətta imtina eləsəm də. Ancaq şərə və böhtana söykənib xalqın sayılıb-seçilən adamlarına qara yaxmaq, ayağısürüşkən qəşəng arvadına arxayın olub, qonşunun çəlimsiz, kasıb ərini döyəndən sonra kəndin ortalığında "kişi” kimi hərlənməyə yaman oxşayır ha...

Hikkəsi - nəfsi və umacağı boyda olan jurnalistlər barədə Mətbuat Şurası ara-sıra ölçü götürür, onları cəzalandırır. Hətta onların sərrast və dəqiq adı da var: Reket jurnalistlər. Bəs insan mənəviyyatına reket münasibəti bəsləməklə üzdəniraq peşələrini terror səviyyəsinə qaldıranları kim cəzalandıracaq? Bu mühakiməni Allaha həvalə etməklə bizlər uduzuruq, onlar isə vaxt qazanırlar və bu vaxtqazanma amili onları haqqın yolundan daha da uzaqlaşdırmaqla ölkəmizə, dövlətimizə, xalqımıza problem yaratmış oluruq. Bu mənada götürəndə mən belə hesab eləyirəm ki, Azərbaycan jurnalistikasına qurd düşüb. Özü də jurnalistikamıza düşən qurdlar, əgər belə demək mümkündürsə, "beynəlmiləl” tərkibli və rəngarəng mənşəlidir: qarayaxma, böhtan, təhqir, söyüş mənşəli. Saysız-hesabsız, şərəf və ləyaqət mövzusunda məhkəmə çəkişmələri dediklərimə parlaq sübutdur.

Səhv eləmirəmsə 90-cı illərin axırlarında şeyx həzrətlərini, dünya şöhrətli azərbaycanlılar - rəssam Tahir Salahovu, Kosmosun fəth olunmasında misilsiz xidmətləri olan Kərim Kərimovu SSRİ Ali Sovetinə deputatlığa namizəd irəli sürümüşdülər. Mən o zaman onların üçünü də müdafiə elədim, Azərbaycan xalqına öz narazılığımı bildirdim- baxmayaraq ki, onların seçilməməsində xalqın heç bir günahı yox idi. Dəhşətə gəlmişdim ki, Allahşükür Paşazadəni, Tahir Salahovu, Kərim Kərimovu seçməyən bizlər kimi seçəcəyik? Məlum oldu ki, onların əvəzinə sağınçı, suçu, pambıqçı və.s. seçilib. Mən o zaman da, ində də bu üçlükdən heç birini şəxsən tanımırdım, indi də tanımıram, ancaq onların halal haqqı idi seçilmək və mən də onların ana südü kimi halal haqqını müdafiə etmişdim. Bu gün də haqqın yolundayam, sabah da. İnanıram ki, qəbrimi də Haqqın Yolunun düz ortasında qazacaqlar, hətta gəlib-gedənə mane olsa da belə...

Haqq nazilər, ancaq üzülməz deyiblər. Bir neçə ay bundan əvvəl "manısizmin və ləçərizmin” tüğyan elədiyi ölkəmizdə, 11 yaşından böyük bir qaçqın külfətini dolandıran Azəri qızı Güneli müdafiə eləyəndə də haqqın nazik yerində idim, elə indi də həmin yerdəyəm. Körpə azəri qızını bədxahlardan, dargözlərdən, ləçərlərdən və manıslardan müdafiə eləyəndə də, Azəri qızı Güneli şəxsən tanımırdım. Ancaq nə olsun ki? Haqqı-ədaləti ki, tanıyırdım, oturub-dürmüşdüm...

Bunları ona görə sadalamıram ki, özümü qəhraman kimi təqdim eləyəm. Bunları ona görə xatırladıram ki, bəzi ağzıgöyçəklərin horra tökülən ağzını bəri başdan yumum. Söhbət təmənnasızlıq kimi ali, ilahi mənsubiyyətdən gedir... söhbət təmannasızlq kimi ali, ilahi mənsubiyyətin adam balasına bağışladığı kövrək ləzzətdən gedir ki, siz üzdəniraqlar bu təamı heç vaxt dadmamısınız, çünki üstünüzdə heç vaxt götürülməyəcək Allah qadağası var!

Əvvəllər yazırdınız ki, şeyxin qudası Hacı Mazan belə elədi, şeyxin qudası Hacı Qalib elə elədi. İndi də bir ucdan döşəyirsiniz ki, şeyxin qudası, türk iş adamı Əli Evsen heylə elədi. Yaxşı, hörmətli qələm düşmənlərim, şeyx neyləməlidir? İşini-gücünü atıb qudalarını izləməlidir, yoxsa onlara nəzarət eləməlidir? Sizin qoydugunuz başlıqalrdan belə çıxır ki, şeyxin qudalarını, heç kəs, hətta yaxın qonşuları da tanımırmış. Naxış olmayan bir yanlışdır. Şeyxlə qohum olana qədər, Hacı Mazan da, Hacı Qalib də yetərincə tanınmış adamlar olub. Əgər belədirsə (doğrudan da belədir!) bəs onda nəyə görə yazırsınız ki, şeyxin qudası filankəs belə elədi? Niyə yazmırsınız ki, Hacı Mazan, Hacı Qalib və yaxud qeyri-hacı Əli Evsen filan işi gördü? Sizin bildiyiniz "niyəni” mən də bilirəm. Ona görə şeyxin adını ora qoşursunuz ki, içinizdə dini liderimizə ilişməklə, onun adını hallandırmaqla, böhtançı sensasiya yaradıb istedadınızın korluğunu xalqdan gizlədəsiniz. Gözünüzü yumursuz, heç kəsi görmürsünüz, elə bilirsiniz ki, heç kəs də sizi görmür- nə boyda yanlış!

Dünyanın heç bir ölkəsində qanunla tənzimlənən nikah müqaviləsində göstərilməyib ki, quda qudasına görə məsuliyyət daşıyır. Bu cür müqavilələrdə ancaq ailə quran iki nəfərin qarşılıqlı öhdəliyindən söhbət gedir. Mən bilən hörmətli şeyx həzrətləri də övladlarının xeyir işindən əvvəl belə bir öhdəlik götürməyib. Ancaq bunu bilmək, bilərək qəbul etmək, qəbul edərək etiraf etmək, sizlər üçün təmiz Azərbaycan dilində gözəl bir cülmə yazmaq qədər çətin məsələdir, Allah düyününüzü açsın, yazıqsınız.

Diqqətli və nəfssiz olsanız görərsiniz ki, sınıq-salxaq sözlərinizlə, məqalələrinizlə özünüzü necə pis, gülünc vəziyyətə salıb taleyinizdə qəza vəziyyəti yaradırsınız. Sizin yazdıqlarınızdan belə çıxır ki, əgər bir quda pis iş görübsə, o biri qudalar da əlli-ayaqlı getməlidir. Hansı hüquq, əxlaq və məntiqlə? Ən təhlükəlisi də budur ki, sizin yanaşmanızı Azərbaycanımızın cənnət güşlərindən olan cənub zonasına tətbiq etmək. Çünki o yerlərdə hər qudanın on-oniki qudası olur. Onda vay o zonada yaşayan qudaların halına... Bir də vay sənin yazdıqlarının və özünün halına.

O zaman qudalar yığışıb səni ortalığa çəkər, "qudalar” mahnısının sədaları altında nəfəsin kəsilənə qədər səni oynadıb, əlinə bəs deyincə şabaş verərlər və nəfsinin səbbi biraz alınar... bir damcı, lap elə sənin özünün və sözünün vicdanı boyda.

Səni sonuncu dəfə xilas eləmək istəyirəm. Diqqətli ol! Evinə qayıdanda "Qudalar” mahnısının sədaları altında özünü cəm eləyə bilsən fikirləş ki, "Hamının qudası var, amma hamının Allahı yoxdu...” Bunu fikirləşsən, daha doğrusu fikirləşə bilsən söz verirəm ki, sən xislətdə olan bütün tanışlarımı səfərbər edib cəhənnəmin qıl körpüsündən özüm keçirdəcəm səni...

Hörtəmli şeyximiz Hacı Allahşükür Paşazadə həmişə müsəlmanların və dövlətimizin yanındadır. Dünyada böyük nüfuz sahibidir və nüfuz sahibi olduğuna görə həm də söz sahibidir. Dünyanın dini liderləri arasında böyük hörmətə layiqdi. 1969-cu ildə Rabatda (Mərakeş) yaranmış İslam Konfransı Təşkilatında (Münəzzəmət Əl-Mü "təmar əl – islami”) bizim şeyximizi yaxşı tanıyırlar. Bu təşkilat müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında təsis edilimişdir, 50-yə yaxın dövləti və Fələstin Azadlıq Təşkilatını birləşdirir. İslam İnkişaf Bankı, İslam Xəbərlər Agentliyi, İslam Dövlətləri Radio Verilişləri və Televiziya Xidməti Təşkilatı, İslam İqtisadi və mədəni məsələlər Komissiyası, İslam Ticarət və Sənaye Palatası, İslam Paytaxtları Təşkilatı, Ümumdünya İslam Konqresi, Avropa İslam Şurası, Beynəlxalq İslam Bankları Cəmiyyəti, MDB Dinlərarası Şurası və adlarını çəkmədiyimiz onlarla İslami cəmiyyət və təşkilatların qapısı hörmətli və nüfuzlu şeyximizin üzünə həmişə taybatay açılır. Bu cür qapıları açmaq hər nüfuz sahibinin də işi deyil ha... Cinsini anketdə kişi yazanlar, bir də qarayaxma janrında "şah əsər” yaradanlar var ki, üzbəüz yaşadığı qonşusunun, bir beldən gəldiyi qardaşının qapısını aça bilmir. Məgər hansı zəmanədə yaşadığımızı unutmuşuq ki?..

Nəfsinin səbbi alınan kimi tüpürdüyünü yalmağa hazır oaln jurnalistlərə demək istəyirəm ki, tüpürdüyünü yalamaqdansa, tüpürməyin, elə tüpürcəyinizi udun ki, heç kəs də sizdən şübhələnməsin- elə biləcəklər ki, udqunursunuz. Udqunmaq isə hər insanın hüququdur, bunu heç kəs sizin əlinizdən ala bilməz. Hüququnuzu bilin ki, haqqınızı qoruyasınız.

Erməni mətbuatında şeyxülislam sözünü nanəcib və tərbiyəsizcəsinə bizləri təhqir edərək təhrif ediblər. Bizim bəzi qəzetlər isə erməni yazardan sitat gətirirlər- sitatına "papanın” qudaları qurban - söz tapmadım və bir şeyə inanmadım, inanmadım ki, başqa ölkələrin qəzetləri öz dini liderlərinə münasibətdə bu cür nankorluq eləsin, nə düşmənimiz erməni dövlətində, nə dostluğu ilə düşmənçiliyi bilinməyən Rusiyada, nə də qarış-qarış gəzib dolaşdığım Avropa dövlətlərində belə şeylərə rast gəlməmişəm. Ayıb olsun Seyran Səxavətə! Hələlik özümdən başqa heç kəsə gücüm çatmır...

Yazırlar ki, şeyx ticarətlə məşğul olur. Bu barədə mənim heç bir məlumatım yoxdur. Ancaq harada yazılıb ki, din adamı ticarətlə məşğul ola bilməz - əgər varsa soxun gözümə. Yoxdu belə şey. Şeyxülislam Hacı Allahşükür Paşazadə bədxahlarına özü hamıdan yaxşı, sərrast cavab verib: Peyğəmbərimiz də ticarətlə məşğul olub!

Üzdəniraq qarayaxmaçılara demək istəyirəm ki, Şeyxülislam sizin üçün məmur deyil ki, gözünüzü yumub ağzınızı açasınız. Azərbaycanda birnəfəsə, fasiləsiz otuz ildən artıq işləyən məmur tapsanız əllərimin dalını yerə qoyaram – heç olmasa bunun fərqinə varın də, ay mən deyənlər...

Ağlınız varsa yığın başınıza, əgər yoxdursa onda elə qoyun başınız boş qalsın, yel vursun yengələr oynasın, gününüzü birtəhər keçirin. Söz verdiyim kimi sizi cəhənnəmin qıl körpüsündən özüm keçirtdirəcəm... Öz bildiyim və bacardığım kimi.

Milli Məclisdəki deputatların birindən gələn təklif isə (adını unutmuşam) kosmik və fantastik olduğu qədər də gülünc və komik əsillidir. Şeyxin əmmaməsi haqqında fikir söyləyən bu millət vəkilinin "dahiyanə” təklifinə heyran oldum. Nə boyda görkəmsiz müsəlman olmalısan ki, ölkənin o boyda məclisndən belə fikir səsləndirəsən-ustadına əhsən. Ay yoldaş, əmmamə şeyximizin kəfənidir, başında gəzdirir. Sənə isə mən bilən sambrero daha çox yaraşardı.

Mən şeyx həzrətlərinin xidmətlərini sadalasam onun haqqında hədyan yazan qəzetlərin hamısının birgə tirajından qat-qat çox olar. Görünən kəndə heç vaxt bələdçilik eləməmişəm, indi də o fikirdən çox-çox uzağam.

Mənə elə gəlir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə bizim son dərəcə ləyqaətli, böyük Allahın qocalmağa izn verdiyi, sevib-seçdiyi bəndələrindən biridir. Ömrünün-gününün müdriklik pilləsində bostanına atılan daşlara fikir vermədən aramla irəliləyir, uzun, ağır, uğurlu-uğursuz illərin verdiyi təcrübədən yararlanıb xalqına, dövlətinə dəstək verir. O, 15-20 il öncə bir ilə başa çatdırdığı işi, indi bir günə eləmək iqtidarındadır. Bu mənada biz şeyximizi daha sərrast qiymətləndirməli və onun qədrini bilməliyik. O hansı dəlidir ki, böyük ağacın dörd tərəfə şaxələnib və şeyxlənib bar verdiyi bir vaxtda onun kökünü baltalasın? Dünyanın çox hissəsini gəzdiyim yerlərdə belə dəliyə rast gəlməmişəm. İnşallah Azərbaycanda da rast gəlməyəcəyəm.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Bütün Qafqazın Şeyxidir, mən də qafqazlıyam və öz şeyximi müdafiə elədim. Düz elədim. Şeyxini müdafiə eləyə bilməyəni Allah da qorumaz. Allah bizi qorusun...

P.S. Şeyximizdən başqa kim bu yazıya etiraz eləsə xətircəm olsunlar, cavab verməyəcəyəm.

P.S.S. Dini liderimizi dəstəkləyən bu yazıya kimsə mətbuatda etiraz eləsə onun yazdığını yox, sizlərə təqdim elədiyim öz yazımı oxuyacam. Çünki bu yazıya ən sərrast cavab elə bu yazının özüdür.

Seyran Səxavət, yazıçı,
30 iyun 2011-ci il,
qafqazinfo.az




 

Категория: Azərbaycan | Просмотров: 1423 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 2
2 Caesaro  
1
"Adəm bəylə Həvva xanımın" - bele yazmaq meslehet deyil. Peygember Adam bey-xan deyil ona "bey" muracieti unvanlayaq.

1 Caesaro  
1
Yaxshi yazilib, amms bunu basha dushmedim: "loru dildə desək" -&
Seyran muellim, meger Siz lorlarin dilini bilirsiniz, ve ya oxucularimizin bir gismi lorice danishib anlaya bilir?
biggrin
Biler iranli olsaydi, bashqa mesele, amma hech shubhesiz ki, lor dilini Azerbaycan mekaninda bilen yoxdur, herchend ki lori farsiden heqiqeten sade ve asandir. biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus