Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Март » 21 » Qara zəncir, və yaxud gənc yazarlara tövsiyyələr
00:19
Qara zəncir, və yaxud gənc yazarlara tövsiyyələr
İbrahim SEL

I yazı: Oxucular yazarlardan qat-qat savadlıdırlar

Antiqlobalist deyilsənsə, demək ziyalı deyilsən

Fikir vermişəm, feysbukda ən savadsız statuslar paylaşanlar elə yazarlardır. Bizdə oxucuların hamısının normal qlobal savadı var. Savadsız elə dəymədüşər, altıvolt, özündənrazı yazarlardı. Feysbukda bir qoca erməni qadının paylaşdıqları bizim yazar zümrəsinin paylaşdıqları zir-zibildən qat-qat xeyirlidir. Baxın görün onlar nə paylaşır, siz nə paylaşırsınız, a bədbəxtlər! Ona görə də həmişə demişəm və deyirəm: Azərbaycan yazarının əsərini oxuyunca belorus qızı ilə yazışmaq yaxşıdı.
 
Hamısı yazır ucdantutma. Şeir, hekayə, povest, roman, hətta dram. Sən ağa, mən ağa, bəs inəkləri kim sağa? Sonra? Qarışqa şıllaq atdı, eşşəyin budu batdı. Ardı var? Balağa girdi bağa, bir quş tutdu, bir qurbağa. Məsləhət görərdim ki yazmaq əvəzinə oxuyun. Bu həm sizinçün faydalıdı, həm də yazdığınızı oxuyan insanlar üçün. Hər halda onlar gedib daha faydalı şeylər oxuyar. 
 
Hətta neo-roman yazanlarımız da peyda olub. Bu yaxınlarda Əsəd Qaraqaplan adlı birinin "Halroman” adlı kitabı keçdi əlimə. Hazır psixologiya kafedralarında tədris olunası materialdı. Sado-mazoxizm fənni üzrə yaxşı dərs vəsaitidi. Belə başa düşürəm ki, bu oğlanın ciddi psixi problemləri var. Əsəd, Youtubdə Duhmharanın yüklədiyi musiqiləri dinlə. Müalicəvidir. Bəlkə bir az yavaşıyaq? Sakitləş.
 
Mahatma Qandi deyir: "Dediklərinizə diqqət edin,- fikrə çevrilər. Fikirlərinizə diqqət edin,- hisslərə çevrilər. Hisslərinizə diqqət edin,- davranışlarınıza çevrilər. Davranışınıza diqqət edin,- vərdişə çevrilər. Vərdişlərinizə diqqət edin,- dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin,- xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin,- taleyinizə çevrilər”. Cəfəngiyyatla məşğul olmayın- hobbinizə çevrilər.
 
Artıq klassik anlamda ədəbiyyat anlayışı yoxdur. Ədəbiyyat özü başdan-başa cəfəngiyyatdır. Müasir anlamdakı ədəbiyyat öz klassik anlamındakından qat-qat fərqlidir. Mən özüm bir neçə ədəbiyyat saytı işlətmişəm, deyə bilirəm ki ən yaxşı ədəbiyyat saytının adı gop.az olacaq.
 
Sən lap Hegeldən də sitat gətirə bilərsən, amma xeyri yoxdu; ədəbiyyatçıların maksimal işi elə zəlimxançılıqdı. Heç olmasa gərək normal tarixçi olasan. Normal tarixçi olmaq üçün isə hökmən rus dilini bilməlisən.
 
Kitab yazmağa ehtiyac yoxdur, roman-hekayə də heç kim üçün maraqlı deyil, tem bolee şeir ola! Feysbukda paylaşdığın maraqlı statusları topla, kitab halında burax, adını qoy lap əzizgirami fikirlər toplusu- o olacaq kitab! Müasir oxucu üçün məhz o maraqlı olacaq. Əlinizin altında internet imkanları olduğu indiki zamanda çox asanlıqla araşdırma aparmaq, lap elmi məqalə də yazmaq olar. İnternetin köməyi ilə intellektual informasiya tutumlu yazını hazırlaya-hazırlaya həm özün nəsə öyrənirsən, həm də oxucuya nəsə öyrədirsən. Hər halda yazıq oxucunu ədəbi cəfəngiyyatdan uzaq tutursan, başı dinc olur. İinterner var, vikipedia var, google var, lazım olsa vizual vəsait kimi youtub da var- daha nə lazımdır ki? Düz-qoş. Araşdırma üçün geniş üfiqlər açılır. Sədəcə bilməlisən hansı sahə ilə məşğul olmalısan. Fikir verin saytlara, ədəbi yazıları oxuyan yoxdur. İnformativ araşdırmaların isə oxuyan çoxdur. Bizim saytlarda ən çox oxunan Lalə Mehralının tədqiqatlarıdır. Lalə Mehralı Azərbaycanın Qalina Çaryovasıdır. Günel Eyvazlı, Tural Sahab, Vüsal Hətəmov, Rövşən Məmmədli- bunlar mütəmadi izlədiyim, maraqla oxuduğum imzalardır. Antiqlobalist cəbhəyə mənsub olan gənclərimiz qocaman liberal perdunlardan yaxşı yazır. Ümumiyyətlə mən Samir Belil kimi cavanların aydın təfəkkürünə və düzgün mühakimə yürütməsinə heyranam. Azərbaycan xalqının gələcək liderləri məhz Asim Məmmədov tipli oğlanlardır. Azərbaycanda hindkinizm-motalizm janrına məhz onlar son verdi!
 
İndiki şəraitdə əgər antiqlobalist deyilsənsə, demək ziyalı deyilsən. 60-cı illərdə fransızlar deyirdi, solçu deyilsənsə, ziyalı deyilsən. Müasir dövrün isə tələbi başqadır: ziyalı antiqlobalist olmalıdır, liberallıq yol deyil. "Liberallar həşəratlardır”- Maksim Şevçenko belə deyir. Mən isə deyirim ki, hal-hazırda Azərbaycanda Abgül Süleymanov qədər güclü enerji mənbəyi yoxdur. Enerjini ondan alın!
 
Din göstərir ki, cənnətə yolun açarı əsl insanlıqdır. Heç bir heyvanın behiştdə yeri yoxdur. Bu yol əsl insanlıq nümunəsi göstərən şəxslərə məxsusdur. Liberal mətbuat molla sözünü cəmiyyətyə qara qüvvə kimi sırımaq istəyir. Axı Şeyx Nizami, Fizuli, Molla Vidadi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani molla olublar, ömürlərinin axırına kimi də mollalıq ediblər. Əlbəttə molla həm elm, həm humanizm cəhətdən dolu, eləcə də saf, yüksək mənəviyyatlı insan olsa, daha yaxşı olar. Bu gün az qala Quranı qara kitab çıxardıblar, öz murdar modernliklərinə əksdir deyə, bu müqəddəs kitabı gerliyin rəmzi kimi təqdim etməyə çalışırlar. Axı burda söhbət təkcə Qurandan, ya da konkret olaraq şiəlikdən getmir. Adi xırda neqativ detallar varsa ki, biz onlardan çox asanca, heç bir əziyyət çəkmədən qurtula bilərik- niyə də qurtulmayaq? Axı minilliklərin kitabı Riqveda, Yadjurveda, Samavedalarda da yeri gəldi-gəlmədi yalan danışmaq, kleveta, kiminsə barəsində haqsız danışmaq adam öldürməyə bərabər sayılır. İnsan ömrünün mənası Əhrimanla (Anqramanyu) mübarizədə Ahura Mazdaya (Hörmüz) kömək göstərməkdir. Son nəticədə Ahura Mazda qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir. Qədim müqəddəs mətnlərdə deyilir ki, günah işlədənlərdən, nuru söndürənlərdən, braxmanlara, yəni alimlərə qarşı çıxanlardan ikrah doğuran ağıldankəm, kar, kor uşaqlar doğulur. Baxın görün ətrafınızda nə qədər manqurt var! İudalar bizi nə günə qoyublar? İudalar bizi niyə qoy adlandırırlar? Bizə niyə çurka- kötük deyilməlidir?! Axı biz monqoloid iriqinə aid deyilik, qədim azərbaycanlıların kökündə arilər dayanır! Niyə biz pozor nişanlı olmalıyıq? Bu kleymonu üstümüzdən götürmənin vaxtı çatıb. Ariləşək!
 
Mən özüm namaz qılan deyiləm, Heydər Camal deyir ki, "hər bir namaz antiqlobalist aktdır”. Namaz qılanlara pis baxmayın. Dinimizə dəyər verək. Namaz qılın, qoy iudaların bağrı çatlasın! Bütün dünya dinə mənəviyyata dönüş edir, ənənələrə qayıdır, biz də qayıdaq, dostlar!
 
Gənc nəsil yazarlar yunan Pliniyin, Diodorun yerinə cühud Bukovskini, Sveyqi tanıyırlar. Həmin yazarın yazdığı nə olacaq axı?! Mədəniyyət tənəzzülə uğrayır. Mənəvi orientirləri itirmişik. Yəhudi təbliğatı beyinləri yuyub. Bizdə tərcümə olunan ədəbiyyatın əksər hissəsi alman xalqının ayılan vaxtında Almaniyadan qovulmuş məkrli yəhudi siyasətçilərinin, onların övladlarının, yetirmələrinin əsərləridir. Bizə isə əsl stimulverici ari ədəbiyyatı lazımdır. Bizdə Stefan Sveyq geniş tərcümə olunur. Stefan Sveyq kolxoznikdir. Yəhudi kolxozniki. Aristokratlıq ona yaddır. Yulius Evolada olan aristokratlıqla Sveyqin lopa kürd bığları arasında yerlə göy qədər fərq var.
 
Əvvəllər Aleksandr Duqin dünya postmodernizminin atası idi, azərbaycanlılar onu tanımırdılar. İndi Duqin Avrasiya ideyasının atasıdı, azərbacanlılar yenə onu tanımırlar. Azərbaycanlılar, bəs siz kimi tanıyırsınız? Niyə yeni cərəyanlar bizə həmişə 20-30 il gec çatır? Bəlkə bir az sürətlənək? Hətta çox sevdiyim Duqinin "Üst insana gedən yol” əsəri belə mənə ləzzət eləmədi, özünə də yazdım. Mənə elə gəldi ki, o daha açıq-aydın danışmalıydı ki, geniş kütlə başa düşsün, akademizmdən uzaq olmalıydı. Bax, Platonovun qızıl budaq kitabı azərbaycanca nəşr olundu, alın oxuyun! Dəhşətdi! Platanovu oxumayan adam dunyada əslində nə baş verdiyindən xəbərsizdir.
 
Hansını dindirsən deyir, oxuyuram da- lap günə iki kitab oxumağı ilə qürrələnənlər var. Kitab oxumaq əsas deyil e, baxır hansı kitab! Sizin oxuduğunuz kitab kitab deyil. Əsl kitablar sizə yaddır, sizin dərrakə rasionunuzdan kənardır. Misir faraonu II Ramzesin (b.e.ə. XIII-XII əsr) kitabxanasının girişində yazılmışdı: "Ruh dərmanları”. Bizim ruhumuz xəstədir, çünki az oxuyuruq, burada internet və televiziyanın da rolu var, amma bizdə kitab oxumağa maraq əvvəldən də az olub. Əgər olub fikir vermisinizsə Moskva metropolitinində vaqonlarda xeyli adam yol vaxtlarını kitab, qəzet-jurnal oxumaqla keçirirlər, bəs bizdə necə? O gün Qəzənfər adlı istifadəçi yazıb ki, Laçında böyük, müasir bir kitab evi tikilmişdi, mən yeni kitablar almaq üçün ora tez-tez gedirdim. Mağaza müdiri Səfəralının dediyinə görə satış planını Laçından keçib gedən rus turistlərinin hesabına yerinə yetirirmiş.
 
Arzu Abdulla kimi antiqlobalist yazarlarımıza eşq olsun! Heyranam ona! Azərbaycan dilində yazılarını mütəmadi oxuduğum, həzz aldığım, hətta fikirlərini plagiat etdiyim tək-tük yazarlardan biri də Arzudur. Bizim antiqlobalist camiədə Arzunu doğrudan da çox istəyirlər. O gün isə Lalə Mehralının çipləmə haqda maraqlı bir araşdırmasına rast gəldim. Nədənsə Azərbaycanda çipləmə mövzusuna heç kim toxunmur. Gələcək nəsillərin sonunu gətirəcək çipizaçiya layihəsi barədə heç kəs yazmır. 15 ildən sonra planetdə hamının dərisinin altına məcburən cip yeridəcəklər. İstədin-istəmədin, zor-xoş dərinin altına mikroçip qoyulacaq. Yeni era başlayacaq: insanlar kompüter vasiitəsilə idarə olunacaq. Qlobal Hakimiyyət xalqları qoyun sürüsü kimi otaracaqlar. Qoylara nəzarət etmək asanlaşacaq. Amma fikir verin, həmin layihəni planlaşdıranlar bu gün insan hüquqlarından, azadlıq və demokratiyadan ən çox dəm vuranlardır. Dünya mətbuatında bu barədə tez-tez materiallar getsə də, təəssüf ki bizdə Lalə Mehralıdan başqa bu mövzuya toxunan olmadı.

II yazı: Şiəlik məzhəb deyil, kultdur

Postmodernizm bütün aliliyi məhv edib

Həmid Herisçi Azərbaycana postmodernizm gətirdi. Bu həmin dövrün tələbi belə idi. Hətta o dövrdə artıq postmodernizm bütün dünyada kəsərdən düşsə belə, Azərbaycan üçün vacib idi, çünki ədəbiyyatımız həddən artıq kiflənmişdi. Postmodernizm ədəbiyyatımıza yeni nəfəs verdi. Artıq postmodernizm dəbdən düşmüşdür. Onun Azərbaycanda sona yetdiyini, ömrünün bitdiyini də məhz Həmid Herisçi ilə mən elan etdik. Təəssüf ki bəzi dünyadan xəbərsiz, Biləcəridən o tərəfə hansı proseslərin getdiyini anlamayanlar hələ də həmin zibillikdə eşələnməkdədirlər. Postmodernizmin yerini tamamilə başqa istiqamət tutdu, Həmid onu konspirologiya, mən isə antiqlobalizm adlandırıram. Başqa sözlə Azərbaycanda Herisçi erası bitdi, Novruzoğlu erası başladı. Tam məsuliyyəti ilə deyirəm ki, Rövşən Novruzoğlu kimi tədqiqatçı dünya səviyyəsində belə yoxdur. Onu oxuyub çox şeylər öyrənmək olar. Rövşən Novruzoğlunun Azərbaycan gücünün yenidən ortaya çıxması üçün sistematik şəkildə və var-qüvvəsiylə işləyən biri olduğu qısa müddət sonra ortaya çıxacaq. Götenin "O öyrəndi, bizə də öyrədə bilər” sözlərini xatırlayaq. Vaxt olacaq Rövşən Novruzoğlu kimiləri gündüz çıraqla axtaracayıq. İndidən maraqlanmaq lazımdır.
 
Rəhmətlik Rafiq Tağı deyirdi, mən Azərbaycanda Rasim Qaracadan başqa ədəbiyyat fədaisi tanımıram! Tam doğru. Görüşün onunla bir dəfə. Müsbət energetikanın şahidi olacaqsınız. Azərbaycan ədəbiyyatının xoşbəxtliyidir ki onun Rasim Qaraca kimi fədaisi var. Biz hamımız onun bazasında yetişmişik. Tərifin dozasını bir az da çox edərək deyim ki, Rasim Qaraca bizim yeganə Avropa tipli yazarımızdır. Mənim seçmə kolleksiyamda onun "Dünyanın ən qorxusuz yeri”, "Dünyаdа hаmıdаn çох” kimi moşnı hekayələri var. Amma və lakin... Qaracanın başında durduğu cərəyan sadəcə fəlakətdir.
 
Çox hörmətli Rafiq Tağının bir hekayəsi vardı- "Fərqanə”. Onu təmiz vaxtlarında yazmışdı. Sonra girdi ümumi auraya, qaragüruh üçün-postmodern yığnağının xoşuna gəlsin deyə yazdı. Və bu yazdıqları demoqogiyadan başqa bir şey olmadı. Postmodernizm bizi yaman yerdə yaxaladı, ariçilik keçdi arxa plana. "Şahzadə Dipendranın macərəları” da bu qəbildəndir. Rafiq Tağının postmodern çağlarında yazdığı hamısı şirpotrebdir, bir-birini təkrarlayır. Rafiqin ari ədəbiyyatı elə Sovet vaxtı yazdığı "Fərqanə”dir. Rafiq Tağının şah əsəri də məhz odur.
 
Bütün dünyada postmodernizmə son verildi, ənənəçiliyə qayıdış başladı. Bəs hörmətli ayo-çular, sizdə niyə bu baş vermədi? Sonra başlayacaqsınız yenə bu xalqı gerizəkalılıqda, moderndən, mədəniyyətdən-filandan geri qalmaqda ittiham etməyə. Kastana basmaqla deyil. Bəs sizə niyə dünya yenilikləri gec gəlib çatır? Tuk-tuk-tuk. Özünüz niyə inkişaf etmirsiniz? Niyə oxumursunuz? Niyə haqq-hesaba basırsınız? Qlobalizm artıq öz energetikasını, cazibədarlığına itirib. Kimə gəlirsiniz?
 Ənənəçilik gerizəksalılıq deyil, xeyr, yalan deyirsiniz. Əksinə, ənənəçilik modern hərəkat olaraq müasir dünyaya qarşı müxalifətdə durur. Natella Speranskayanın göstərdiyi kimi, ənənəçilik bu gün dini deyil, əksinə fəlsəfi tərəfi ilə meydandadır. Şiəlik artıq məzhəb deyil, həm də böyük mütərəqqi hərəkat, reqresəmeylli, stimulverici bir kultdur. Tarixən ənənəçilər müdrikliyi seviblər, yenilikçilər isə açıq-saçıqlığı. Ənənəçilər elmə söykəniblər, modernçilər isə şalavaçılığa. Şiəçiliyə sığınan aslanlarımız da pravoslavlığın idrak subyektləri kimi ilahi, həmişəyaşar, əbədi doqmaya can atıblar. Müasir qloballaşan dünyanın sığındığı prinsiplər isə insanın ənənəvi və humanist yaşam tərzini inkar üstündə köklənib. Əgər xalq müasir qlobalçıların həqiqətdə nə istədiyini başa düşsəydi, onları şırğalardı. Ona görə də üstü bəzək altı təzək sözlərlə malalamaq lazım gəlir. İkincisi də ki, ənənəçilik qarşı tərəfin iddia etdiyi kimi dar çərçivəyə sığmır, geniş mənada işlədilir. Bu termin sxolastiklərdən tutmuş fomistlərə kimi, o cümlədən platonizm kimi dərin müxtəlif məktəbləri öz tərkibinə alır. Ötüb keçməz, əbədiyaşar, qərinələrin sınağından çıxmış dəyərlərin kökündə yüksələn ənənəçilik müdriklik məktəbinin fəlsəfə, teologiya kimi elmi sferalarını assosiasiya etməklə yanaşı, konkret olaraq hər hansı bir fəlsəfi və ya fikir məktəbi ilə də bağlı deyildir. Ənənəçilik özü nəhəng bir kultdur ki, sizin yeni pırtlayıb ortaya çıxmış modern (əslində masonik) cərəyanlar onun kölgəsində çox cılız görünür.
 
Hal-hazırda ənənəçilik ən çox maraq doğuran, tədqiq edilən, get-gedə kütləvi pərəstişkar qazanan dayanıqlı təfəkkür platformasıdır. Ənənəçilik haqda yazılan çoxsaylı tədqiqatlar sırasında Rene Genonun "Müasir dünyanın krizisi”, Yulius Evolanın "Müasir dünyaya qarşı üsyan” və "Pələngi yəhərləmək” kimi fundamental əsərləri qeyd etmək olar ki, həmin əsərləri oxumaqla böyük bəşəri ideya haqda nəsə az-çox anlayış əldə etmək olar. Sizin səcdə etdiyiniz Umberto Ekonun tumanologiyası isə Boloniya universitetinin 2-də birin üstünə 3-də bir gələ bilməyən müəllimlərindən başqa heç kəsə lazım deyil.
 
Mark Sedjvik ənənəçiliyin kökünü Renessans epoxasının platonizmində axtarır. Ənənçiliyi keçmişlə qızıl zəncir (catena auera) birləşdirir. Düzdür qərinələr ötdükcə həmin qızıl zəncir öz parıltılığını itirib, üstünü pas basıb. Zəmanənin sərt üzündən, əsrin təlatümlərindən tədricən QARA ZƏNCİRə çevrilib, amma fəlsəfədə eydetik zəncir adlandıran bu zəncir həddən artıq möhkəmdir. Onu qırmaq sizin zadınız deyil.
 
Bəli, ənənəçiləri keçmişin uluları- Zərdüşt, Qermes Trismeqist, Orfey, Pifaqor, Yamvlix, Platon, Prokl, Plotin, Marsilio Fiçino, Piko della Mirandola, Genon, Şuon, Kumarasvami, Evola, Burkxardt, Linqs Seyid Hüseyn Nəsr, İmam Əli kimi nəhənglərlə qızıl zəncir birləşdirir. Siz postmodernistləri, ümumiyyətlə bütün liberast yığnağını isə keçmişlə, elə öz postmodernistik dilinizlə desək, heç qoz da birləşdirmir.
 
Axı niyə bizdə yeni nəsil yazarlar həyatı konçenni biçovka Bukovskidən öyrənməlidi? Axı niyə bizdə ateizm təbliğ olunmalıdır? Niyə ədəbiyyətə ilk ayaq basan gənc postmodernizmə yuvarlanmalıdı? Başımızın üstündə Allah var. O olmasa nizam itər, xaos yaranar. Bu çoxdankı düsturdur. İudeylər də məhz xaosu istəyirlər. Siz ya bilərəkdən, ya bilməyərəkdən onların projelərini həyata keçirirsiniz. Allaha qarşı çıxmaq olmaz. Heç olmasa ona görə o min illərdir insanlığın inandığı son sığınacaqdır. İnanaq, dostlar! Var! Xaosa yox deyək!
 
Tanınmış cərrah Voyno-Yasenetskiy deyirdi: "Düzdür, mən Allahı görməmişəm, amma nə olsun, mən çoxlu cərrahiyyə əməliyyatı aparmışam, beyin qapaqları açmışam, orda ağlı da görməmişəm, vicdanı da görməmişəm”. Anlamaq qanın məhsuludur, beynin yox!- bunu isə mən deyirəm. Anlamaq- beynin funksiyası deyil, qanın funksiyasıdır. Beyin- sadəcə reflekslər hücrəsidir. Anlamaq isə qanın məhsuludur. Ona görə də inanc sizin ağlınıza batmır. Girmir. Suriyada vahhabilər yalnız gülləyə tuş gələndə, ölümcül yaralananda: "Əli” və "Müqəddəs Əhli-Beyt” deyirdilər. Suriyada Bəşər Əsədin tərəfində vuruşan azərbaycanlı- günün adamı bax odur! Şeiri ona yazın. Əsərin əsas qəhrəmanı odur. Əsrin qəhrəmanı, zəmanəmizin səyavuşu odur, o! İndilərdə ən çox oxunan kitab "Şiə döyüşçüsünün cib kitabı” olacaq. Mən elə yazmalıymışam ki, hansısa postmodernist pidaras yazarın xoşuna gəlsin. Niyə? Qoy mən elə yazım ki, antiqlobalist oxucunun xoşuna gəlsin. Budur meyar! İndiki yaradıcılığın qayəsi budur. Şiəlik İsrailin islam dünyasında ala bilmədiyi sonuncu qaladır, dəstək olaq, dostlar! Profilinə Bəşər Əsədin şəklini qoyan oğlanlara eşq olsun! Biz səni sevirik, Bəşər Əsəd, 80 faiz Azərbaycan xalqı səni sevir. 20 faiz kürd-mürd sevməsə də olar. 
 
Məhz ənənəçilik həyatın əbədi və dəyişməz prinsiplərinin nəsildən nəsilə ötürülməsini təmin edir. İnsanlığın mənəvi mirası məhz ənənəçiliyin sayəsində yaşayır. Onu məhv etmək olmaz, əgər o məhv olsa, aradan aparılsa, bəşəriyyət də məhz olacaq. Bu sonun başlanğıcı olacaq. Heç olmasa "Sion müdriklərinin protokolları”nı oxuyun, a bədbəxtlər! Postmodernizmə min cür təriflər çıxarmısınız, amma postmodernizmin ən düzgün tərifi məhz orda verilib. Çoxunuz heç onu da düzgün başa düşmür, ümumi havaya oynayır. Sizinki farmazonluqdu. Denis Rayt deyirdi ki, Farmasonluq- ingilislərin gizli silahıdır. Leo Taksil əlavə edirdi ki, masonluq iblisçiliyin üzünü örtən pərdədir. Postmodernizm zəfər çalmaqda olan iblis mədəniyyətinin bir komponentidir. Millətləri elm və sənətdə çaş-baş, iflic bir şəklə salmaq üçün ortaya atılmış bir projedir. Sion müdriklərinin 9-cu protokolunda deyilir: "Biz yəhudi olmayan bütün gəncləri açıq-aşkar yalan olan, lakin onlara həqiqət kimi təqdim etdiyimiz prinsip və nəzəriyyələr vasitəsilə aldatdıq, onların beynini zəhərlədik, əxlaqını pozduq”.
 
"Böyük Şərq Konventi”nin 1923-cü ilə aid sənədində deyilir: "Farmasonluq millətə xas olaraq qalmamalıdır. Həqiqətən bəşəri masonluğu gerçəkləşdirmək üçün əbədi düşmənimiz olan dinlər və din xadimləri kökündən yox edilməlidir”. Siz də qoşulun o Konventə, məhv edin dini və mənəvi dəyərləri! Gələcək nəsillər sizi bağışlamayacaq!
 
Fikir verin, iudey sivilizasiyasının bizə sırıdığı nədir? Gözəl olan hər şey iyrəncdir, iyrənc olan hər bir şey isə gözəldir- budur postmodernizmin şüarı! Postmodernizm bütün ariliyi məhv edib. Biz bu gün qlobalizm adlı bəlayla üzbəüz cəbhədəyik! Özünə hörmət edən, gələcək nəsillərin taleyinə biganə qalmayan hər kəs farmazonluğu yığışdırıb bizim yanımızda olmalıdır.

III yazı: Silkon ilham pərisi postmodernistləri dəli edib, adamlıqdan çıxarıb

Çoxlu balaca Buddalar çıxıb ortaya, feylosofluq edirlər

Məhz ənənəçiliyin sayəsində ideyalar tarixin müxtəlif etaplarından süzülərək gəlir. Ənənəçilik əbədi prinsipləri qədim dövrlərin dini təlimlərində və fəlsəfi sistemlərində taparaq köklü şəkildə öyrənir. O cümlədən, ənənəçilik ölü vəziyyətdə, passiv də deyildir, qarşı tərəfin iddia etdiyi kimi üfunət iyi vermir, yalandır, əksinə aktiv şəkildə cəmiyyətin müxtəlif sahələrinə və təbəqələrinə siyarət etməkdədir. Ənənəçilik indi moddadır. Ənənəçilik- avanqardır. Ənənəçilik- baş roldadır. Bu gün ənənəçilik özündə müasir allahsizlığı təcəssüm etdirən qlobalizasiya fəlakətinə qarşı böyük bir cəbhəni ehtiva etdirir. Ənənəçilik satanizmə qarşı əlimizdə ən böyük silahdır. Ona görə də özünə, soykökünə, ulularına hörmətli olan hər bir kəs ənənçiliyin yanında olmalıdır. Öz övladının gələcək taleyinə biganə olmayan hər bir adam satanizmin komponentlərini vurmalı, ənənəçiliyi dəstəkləməlidir. Ənənəçilik bu gün hava və su kimi vacibdir. Ənənəçilik ölüm-dirim savaşının əsas atributikasıdır. Ənənəçilik ABŞ-İsrail cütlüyünün yaratdığı qlobal desakralizasiyanın qarşısında sipər kimi dayanan aktiv bir pozisiyadır. Bu gün hamınız həmin səngərdə bizimlə yanaşı dayanmalısınız, dostlar. Gələcək nəsillərin taleyi məhz bizim sarsılmaz birliyimizdən asılıdır. Əslində bu məsələlərdə bizim birliyimiz daha çox fayda verər. Hamımız bilgilərimizi, savadımızı, elmi səviyyəmizi, xüsusən də dünyada baş verən hadisələr barədə günbəgün artırmalıyıq. Satanizmə qələbə çalmağa imkan verməməliyik. Ruhumuzu satanaya qəpik-quruşa satmamlıyıq. 
 
Meydanda rollar dəyişdi. Nişangahdakı koordinatlar indi tam başqadır. Postmodernizm dünəndə qaldı. Böyük ustadınız Həmid Herisçi yazır: "İndiki dövrdə nəsri, ədəbiyyatı gərək elə yazasan ki, elə yaradasan ki, hakim zümrələr-siyasətçilər, kəşfiyyatçılar, alimlər oxuduqlarına mat-məəttəl qalsınlar. Görsünlər ki, yazıçı öz əməyi, məhsuluynan siyasətçinin, kəşfiyyatçının, alimin bacarmadığını qələmə alıb. Bu günkü ədəbiyyat TƏHLÜKƏLİ, SİRLİ, SEHİRLİ olmalıdır. Məxfi informasiya ilə yüklənməlidir. Yalnız bunların müqabilində, qarşılığında ədəbiyyat cəmiyyətdə yenidən öz hakim qüdrətini, hökmünü bərpa edə bilər. Bu səbəbdən indiki nəsrdə siyasətin, elmin, kəşfiyyatın bacarmadıqları həll olunmalıdır. Mən buna SƏRBƏST NƏSR deyirəm. "Ədəbiyyat+siyasət+elm+kəşfiyyat+publisistika” beşbucağında qərar tutan, təşəkkül tapan nəsr bu günün ədəbiyyatıdır. Yalnız o, ucuz "reytinq ədəbiyyatı”nın, bazar makulaturasının öhdəsindən gələ bilər. Çağdaş ədəbiyyat çox müasir olmalı, deyərdim ki, hətta sanki "onlayn” rejimdə çalışmalıdır.
 
İndiki yazarlarımız bax bu vacib dəyəri tam itirdilər. Müasir postmodernistlərin əsərlərində təhlükəli heç nə yoxdur. Məxfi informasiya yoxdur, elmi təfəkkür axtarışları istisnadır. Müasir ədəbiyyat təkcə öz adi oxucusuna deyil, alimlərə, siyasətçilərə, kəşfiyyatçılara da öz qüdrətini göstərməlidir. Müasir ədəbiyyat 3D-dən, 3 divin, üç "de”nin- yəni, "deklarativliyin, dekorativliyin, dekadansın” caynağından yaxasını qurtarmasa, vay onun halına! Postmodernizm isə dünəndə qaldı...
 
"Köşəçi”lər 10-15 ildir ki, elə eyni üslubda, eyni mövzularda yazırlar. Onlar sanki tüncdan tökülüblər- əsla dəyişmirlər. Cəlil, Axundov təhkiyyəsindən kənara bircə addım belə ata bilmirlər. Mövzuları bəsitdir- əvvəl iqtidarı aşağılayırdılar, mövzu tükənəndə bunun gözünə müxalifəti də qatdılar. Bir-iki il beləcə mətbuatı, oxucunu aldatdılar, sonra eyni tərzdə başladılar milləti söyməyə. Bir-iki il belə davam etdikdən sonra cumdular dinin üzərinə. Eyni trafaret yanaşma, eyni təfəkkürlə bu mövzunu da zayladılar. Onlar elmi, mistik, dedektiv təfəkkürdən, estetikadan məhrumdurlar. Əsərlərindən də kimsə qorxmur. Təhlükəli deyillər. İqtidara da, müxalifətə də, oliqarxlara da bu cür ədəbiyyat sərf edir”.
 
İndi dünyada ən çox oxunan antiqlobalist ədəbiyyatdı. Bəli, postmodernizm bütün dünyada ömrünü sona verdi! Bəli, yerini konspirologiya və antiqlobalizm tutdu! Sadəcə bizim bədbəxtlərin yenə də dünyadan xəbərləri yoxdur 20 il əvvəlin bayatısını çalmaqda davam edirlər.
 
Rusların, hətta bədbəxt türklərin köşə yazarları öz köşələrində araşdırma aparır, aktual məsələlər barədə praqmatik təfəkkürun məhsulu olan analizlər ortaya qoyurlar. Düppələndüz! Bizdə 20 il qabaq tükəzbanı, novruzəlini- mentaliteti söyürdülər, indi də həmin söyüşlər davam edir. Çünki oxumurlar, heç bir xarici dil bilmirlər. Qərbi yamsılayırlar. Yaxşı, bir baxsınlar Amerika bloqodromunda nədən danışırlar, Amsterdam tələbələri antiqlobalist yürüşlərə niyə çıxırlar, Yunanıstanda xalqı Avropa Birliyindən qopmaq üçün özünü niyə cırır, Novosibirskin universitet müəllimləri öz video-mühazirələrində nəyi vurğulayır! Bizdə belə temalar əlbəttə ki 30-40 il sonra gündəmə gələcək. Kulturoloji moda bizə həmişə 30-40 il gec gəlib çıxır. Əcnəbi seyrə balonlara çıxanda biz avtomobil minməyiriz. Necə ki postmodernizm Avropada 60-cı illərdə vardı, 2000-ci ildə gəldi bizə çıxdı, indi qırxı çıxıb, amma bizdə hələ də vur-çatlasındı. Geriləyirik, cənablar. Sizin div bildiyiniz aqşinlər və seymurlar qış yuxusuna gedən mağara ayılarına bənzəyir.
 
Feysbuka ona görə girirəm ki, bəzən onun sayəsində maraqlı yeniliklərdən xəbər tuturam. Amma Azərbaycan yazıçılarının yazdıqlarından heç nə öyrənmirəm. Həddən artıq geridəalmış zümrədir. Fikir versəz görərsiz ki, ortastatistik feysbuk oxucusundan çox-çox geridə qalıblar. Amma öz aləmlərində Nobel prospekti ilə Belinski küçəsinin kəsişdiyi yerdədirlər, tini də burulsalar vse, nirvanaya çatırlar uje! Göydə uçurlar, dünyadan xəbərləri yoxdur, yerə enmək haqda da fikirləşmirlər. 
 
"Azərbaycan şeir antologiyası” hazırlayırdıq çapa. Məlum oldu ki, yeni nəsil Azərbaycan yazarlarının çoxu postmodernizm virusuna yoluxub. Silkon ilham pərisi postmodernistləri dəli edib, adamlıqdan çıxarıb. Son zamanlar mod düşüb, bizim posledni vıpuska postmodernist qadın yazarlar canköynəklə müsahibə verirlər. İki cındır şeir yazıb düşüblər ortalığa. Ədanın biri bir qəpikdi. Bir dostumun dediyi kimi bu bədbəxtlərin çoxu elə bilir ki, Babaxanlıdakı dağları bunlar yaradıb. Çoxlu balaca Buddalar çıxıb ortaya, feylosofluq edirlər Azərbaycana. Durduğun yerin iki ayağınla tutduğundan daha böyük ola bilməyəcəyini anlamaq nə böyük bir xoşbəxtlikdir. Heç biriniz bir qoz da deyilsiniz! Özünə diqqətlə bax, bəlkə sənin yerin elə bazarda kələm satmaqdı?!
 
Bir müddət roman bumu yaşandı, roman yazılması üçün bir sıra layihələr ortaya atıldı, nəşriyyatlardan səxavətlə yeni yazılmış romanları pulsuz nəşr etmək üçün təkliflər gəldi. Gəlin görək roman vaxtıdırmı? Romanı Viktor Hüqo, Daniel Defo, Mark Tven yazdı, daha o cür romanlar yazılmayacaq. Klassik anlamda roman artıq yoxdur. Roman oxuyanda bu, mənə dəhşətli dərəcədə primitiv konstruksiya kimi görünür. Mən "hönkür-hönkür ağlayanda onun beli yavaşca titrəyirdi”, "siqareti ağzına aldı”, "üzünü gizlətdi” kimi ifadələri oxuyanda müəllifin yerinə utanıram və qanım qaralır. Mən roman yazacağıma şübhə edirəm. Ən yaxşı halda öz xırda hekayə qaralamalarımı dərc etdirərəm, vse! Ümumiyyətlə, bədii ədəbiyyatın əksər vətəndaşları maraqlandırmaması təbiidir. Bu normaldır. Əgər daha çox vətəndaşa müraciət etmək istəyirsənsə, siyasətə getmək lazımdır. Mən də elə belə etmişəm. Mən başqa koordinatlarda düşünürəm və düşündüklərimi həyata keçirirəm. Mən çox insana hörmət bəsləyirəm, onların əksəriyyəti ədəbiyyatçı və hətta məşhur adamlar deyillər. 
 
Yazarlarımızın bu kökdə olmasının əsas səbəbi normal dünya ədəbiyyatının vaxtı-vaxtında tərcümə olunaraq xalqa çatdırılmamasıdır. Tərcümə olunların da çoxu bərbad vəziyyətdədir, altı volt hazırlanaraq çapa verilib. Bizdə tərcümə sahəsi o qədər zəifləyib ki normal tərcüməyə rast gələndə təəccüblənirəm. Sovet vaxtı normal tərcümə institutu vardı, professionalcasına işləyirdi. İndiki tərcüməçilik Türkiyə tərcüməçiliyindən fərqlənmir, çeynə-tüpür rejimində işləyir. Tutaq ki bu yaxınlarda Stefan Sveyqin "Rotterdamlı Erazmın qələbəsi və faciəsi” əsəri Azərbaycan dilinə gözəl tərcümə olunub. Zaur Səttarlının tərcümələrini əla qiymətləndirmək olar. Zəhmət çəkib, sağ olsun. Amma dəyərdimi? Mənim tanıdığım Sərxan Əhmədov adlı yazıçı Rotterdamlı Erazmdan qat-qat güclü yazıçıdır. Rotterdamlı Erazm bir qoz da deyil. 
 
Namiq Şaman da gözəl tərcüməçidir, böyük əmək sərf edərək həmin bu Rotterdamlı Erazmın "Səfeyliyin tərifi” əsərini tərcümə edib, amma təəssüf hissi ilə deməliyəm ki, o kitab mənasız çərənçilikdən başqa bir şey deyil. Dəyməzdi. Şübhə edənlər satışda olan həmin kitabı alıb oxuya bilərlər. Onu da deyim ki, bu hələ Erazmın ən yaxşı əsəri sayılır. "Səfehliyin tərifi” əsəri də "Dünənin dünyası” kimi liberast manifestdi, dövrün tələbi isə başqadır- oxucu indi antiqlobalist manifest oxumaq istəyir.
 
Yeri gəlmişkən, Stefan Sveyq bizdə indi populyardır, əsərləri partapart dilimizə çevrilir, nəşr olunur, yayılır. Hər abzasında təkrarlayır ki mən siyasəti qarışmıram. Adam ilk dəfə Ümumidünya Sionist Təşkilatı yaradılandan ona üzv yazılıb, sonra aktivliyinə görə həmin təşkilatın gənclər şurasının sərdi seçilib. Sionist təşkilatının tapşırığı ilə Avropanı gəzib, ideyalarını yayıb. Necə siyasətə qarışmırsan ki, ömrü boyu sionist ideyalarının təbliği ilə məşğul olmusan?! Yəqin bu özü də bir siyasətdir.

IV yazı: Əsas oxumaq deyil, əsas nə oxumaqdır

Novosibirskin 2-ci kurs tələbəsi bilən xırda detalları bizdə heç politologiya alimi bilmir

Stefan Sveyq necə ərsəyə gəldi? Öz yəhudi əlaqələrinin hesabına böyük bir ədəbi jurnala baş redaktor təyin olunmuşdu. Sionizmin pulu ilə çıxan həmin jurnalda bütün Avropa ədibləri dərc olunurdu. Uzun illər naşırlik etdiyi müddətdə Sveyq plagiatorluq edərək, xoşuna gələn mətnləri mahircəsinə oğurlayır, öz adından Amerikada ingilis dilində dərc edirdi. Yenə də ari ədəbiyyatının hesabına növbəti iudey yazar markalaşdı, ortaya çıxdı. Köhnə iudey metodu işə salındı. Həmin arilərsə 2-ci dünya müharibəsinin dağıntıları altında it-bata düşdülər, heç adlarını da çəkən olmadı. Onların mətnləri Stefan Sveyqin əsərlərində ikinci nəfəs aldı.
 
Sionizmin ruhu Sveyqin əsərlərinin hər vərəqində duyulur. Stefan Sveyq sionizmin ruporudur. "Dünənin dünyası” Anti-Mayn kampfdır. Nədənsə unudulur ki, sionizmin banisi Teodor Hetrzelin sevimli tələbəsi olun Sveyq, həmin mürtəce hərəkatda həm gənclər təşkilatına başçılıq edib, həm də təşkilatın ədəbi-mədəni sahəsinə istiqamət verib. Bizə ancaq belələrinin əsərləri tərcümə olunur, geniş yayılır, yeridilir. Əsl ari ədəbiyyatından xəbərimiz olmur. Əsəd Qarqaplanı indi də Kafkanın Milenaya son tapılmış məktubu dəli edib.
 
Bertran Rassel tanınmış petux olub, amma ailə və əxlaq (!) haqqında kitablarını bizdə tərcümə edib yayırlar! Əcəb günlərə çıxdıq; Bertran Rassel həyatı çerez oçko öyrənirdi, bizim yazarlar isə həyatı Bertran Rasseldən öyrənir. Azərbaycanda şən paradokslar davam edir. Feysbukda tanınmış yazarlarımız Bertran Rasselin kreativ-mreativ fikirlərini paylaşmaqdan doymurlar. Onun əsərləri tərcümə olunaraq böyük tirajlarla buraxılır. Axırımız yaxşı olacaq!
 
Bizim dildə indilərdə normal ari ədəbiyyatı tapıb oxumaq demək olar ki mümkin deyil. Hətta Azərbaycanın ən böyük xəzinəsi hesab olunan Avesta bizim dildə yoxdur. Şərq müdrikliyinin ən zəngin xəzinələrindən sayılan "Dhammapada” da bizim dildə yoxdur. Bertran Rassel kimi mikroblar isə yağışdan sonra göbələk kimi artır.
 
Mən həmişə deyirəm ki, gənclər normal kitablar oxumalıdırlar. Hər şey normal mütaliədən başlayır. Postmodernistlərin sevimli idolu Umberto Eko deyirdi: "Corc Buş rusların və ingilislərin Əfqanıstan haqqında yazdıqları kitabları oxusaydı, o heç vaxt ora soxulmazdı. O başa düşərdi ki, həmin dağlarda hamı məğlubiyyətə düçar olub, hətta Böyük İsgəndərin özü də geri çəkilməyə məcbur olmuşdu. Lakin, ona məsləhət verə biləcək bir ziyalı tapılmayıb. Yaxud Hitler, sərhəddən Moskvaya qədər olan məsafənin neçə kilometr olduğunu və Rusiya qışının necə sərt keçdiyini bilsəydi, çətin ki SSRİ-yə hücüm etmək haqda düşünərdi. Bunun üçün "Hərb və Sülh” romanını oxumaq kifayət idi. Ruzvelt Yaponiya ilə müharibəyə başlayanda o dövrün görkəmli antropoloqu Rut Benediktə yapon cəmiyyətinin xüsusiyyətlərinin ətraflı təhlilini hazırlamağı tapşırmışdı. O isə bu mövzuda "Xrizantem və qılınc” əsərini yazdı. Bütün general və admirallar bunu oxumaq məcburiyyətində idilər. Hesab edilir ki, məhz buna görə müharibənin sonunda amerikalılar yapon Vatikanı kimi tanınan Kiotonun bombardman edilməsinə yol vermədilər. Əks halda, yapon sivilizasiyası məhv ola bilərdi. Bu sadəcə kiçik bir ehtimaldır. Şübhəsiz ki, Benediktin kitabı sayəsində amerikalılar Yaponyadakı psixoloji vəziyyət başa düşməyə çalışmışdılar. Və bu kitabın onlara faydası oldu”.
 
Mən bilmirəm bizimkilər Markesin nəyinə vurulub. Markes latinoamerikosların çobanıdır. İntellektual dairələrdə Markes 7 sort xalqın 8-ci sort yazıçısı sayılır. Sadəcə latındilli ölkələr çoxdur, çoxlu sayda latındilli xalq var ki, Markesin əsərləri tərcümə olunmadan həmin ölkələrdə yayılır. Say hesabı götürəndə Markesi oxuyan çoxdur. Ona görə deyirlər ki, Markesi dünyanın çox ölkələri oxuyur. Oxusun da. Bəxtiyar Vahabzadəni də bütün türkdill ölkələr oxuyur. Sənin oğlun səfirdirsə, rahat yat; əsərlərini sən öləndən sonra oğlun pulu verib buraxdıracaq çoxlu ölkələrdə, olacaqsan bütün dünyada tanınmış şair. Görkəmli. Görkəmi pul yaradır. Noolsun, türk dünyası Səməd Vurğunu tanıyır, Süleyman Rəhimovu tanıyır, amma Mikayıl Müşfiqi, Pərviz Yusifi tanımır. Nə yazdığın əsas deyil, əsas odur ki adamın olsun. Markes də latınoamerikosların süleyman rəhimovudur. Markesdən anqıran kuklanın nağıllarını oxuyunca, Rövşən Novruzoğlunu oxu, gör bic uşaqları Azərbaycana kim doldurub, şoka düşəcəksən. Youtubda elə xırda videolar var ki, bir kitabın verə bilmədiyi informasiyanı verir. Elə xırda kitablar var ki, bir institutun verə bilmədiyi bilgini verir.
 
İndi bizdə mod düşüb, türk dilində kitablar oxuyurlar. Türklərdə Banı Avar, Kadir Misiroğlu kimi gözəl araşdırmaçılar var, onları oxuyun. Bizim yazarlar isə Orxan Pamuk və Əlif Şəfəq kimi mason cəfəngiyyatlarını oxuyurlar. Orxanla Əlif İsrailin Orta Doğu projesinin mədəniyyət sahəsi üzrə işçiləridir. Çox sevinirəm ki, indi bizdə Banu Avar moda minib, onun kitablarını Türkiyədən gətizdirib oxuyurlar. Lazımdır əlbəttə. Normal kitablar oxumaq lazımdır, cəfəngiyyat yox. Novosibirskin adi 2-ci kurs tələbəsi bilən xırda detalları bizdə nəinki köşə yazarı, heç politologiya kafedrasının müəllimi bilmir. Rus sektorunda 6-cı sinifdə keçirilənləri heç Aqşin Yeniseylə Seymur Baycan universitetdə keçməyiblər, ona görə bu gündədirlər. 
 
"Sion müdriklərinin protokolları”nı tapın oxuyun. Hökmən oxuyun! Satışda var, "Qanun” nəşriyyatı buraxıb. Mən bilmirəm azərbaycancaya o necə, hansı səviyyədə tərcümə olunub, amma rus vaiantını düz 1 ilə oxusan şükürdü. Təkcə 1 protokolunu oxuyanda düz 1 ay özünə gələ bilə bilmirsən. 1934-cü ildən 1945-ci ilə kimi Almaniyada məktəblərdə dərs vəsaiti kimi tədris olunub. "Sion protokolları”nı oxumayan ziyalı iyalı hesab oluna bilməz. Rövşən Novruzoğlunun konspiroloji kitablar, Hitlerin "Mayn kampf”ı, Con Kelmanın "Komitet 300”-ü də hökmən oxumalı olduğunuz kitablar sırasındandır. Biz o kitabları sadalayırıq ki, onlar azərbaycanca var.
 
Əlbəttə daha geniş informasiya salmaq, mükəmməlləşmək istəyirsinizsə, hökmən rus dilini öyrənməlisiniz. Çünki bunsuz mümkin deyil. İngilis dilini tullayın getsin öz poroşoklu pivəsini içsin. İngilis dilinin vaxtına az qalıb, ruslar qayıdır, Avrasiya Birliyi yaranır, SSRİ bərpa olur. Çoxlu informasiyanı sizdən gizlədirlər və media manipulyasiyalar vasitəsilə beyin yuyulmasına məruz qoyurlar. Əsas odur ki, oxu. Sıradan biri olma. Qoyun olma. Qoyun olmaq ayıb deyil, amma qoyun ölmək ayıbdır.
 
Hər kitabı oxuma. Sadaladıqlarımı oxu, sonra başa düşəcəksən mən deyənləri. Rasseldən filosof olsa, məndən kosmonavt olar. Fəlsəfə axtarırsansa, qədim hind vedalarını ara. Budda (Sidharta Qautama) hesab edirdi ki, insan düşündüyünə bərabərdir. vedaradio.fm adlı gözəl radiomuz var, bu sənin sevimli radion olsun, ayurveda musiqilərinə qulaq as. Hare Krişna, hare Krişna! Həri! Qulaq as, ruh sakitliyi tap. Bu sənə indiki şəraitdə vacib olan ən əsas şərtdir. Hamının əsəbləri pozulub. Bizim musiqilərsə müalicəvidir.
 
Dünya 3-cü dünya müharibəsi ərəfəsindədir. 3-cü dünya müharibəsi ərəfəsində şeir-hekayə oxumazlar. Bədii və fəlsəfi kitabları tulla. Onları rus sektorunda 6-cı sinifdə keçirlər, sənə isə universitet partası axrasında oxudurlar. Sənin oxuduqların, daha doğrusu sənin oxuman üçün məqbul sayılanlar- sənə çatdırılanlar hamısı mason fintikuruşlarıdır. Əsl informativ kitablar, intellektual materiallar isə səninçün əlçatmazdır. Çünki rus dilini bilmirsən. 

İsrail alimləri çox maraqlı bir araşdırma aparıblar. Rus dilini öyrənən, rus qramotasını bilən uşaqlar o biri dilləri öyrənən uşaqlardan qat-qat istedadlı, qat-qat qavrayışlı olurlar. Rus dilinin öz sehri vardır və o insanın təkamülü üçün fantastik imkanlar açır. İsraildəki tədqiqat nəticəsində üzə çıxıb ki, rus dilini öyrənmiş uşaqlar ingilis və ivrit dilini bilin uşaqlardan qat-qat təfəkkürlü olurlar. Əgərt valideyn istəyirsə ki uşağı əqli cəhətdən inkişaf etsin, həyatın mənasını başa düşsün, ona rus dilini öyrətməlidir. Məhz rus dilinin öyrənməklə uşaq həyatı düzgün başa düşəcək. Obrazlı özünüifadə, təbiətə normal yanaşma, cəmiyyətlə insani münasibət- bütün bunları insana məhz rus dili verə bilir.

Professor Ləmbəli ilə söhbətimiz də məhz bu barədə oldu. İngilis və türk dilləri intellektualizm dili yox, intellektualet dilidir. Elmi materiallar bu dillər üçün yaddır. İngilis dili marketinq-alış-veriş, bazar-vokzal dilidir. Türk dili şou dilidir. Bu dillərdə boş şoudan başqa heç nə tapmazsan. Gedin interneti axtarın, bütün elmi ədəbiyyat hamısı rus saytlarındadır. Çoxları bilmir ki indi dünyada bütün elmi materiallar rus və fars dilində ərsəyə gəlir. Elm rus və fars dillərində danışır. Anqlosakson təhsili faciəvi durumdadır, tərifli Qərbin universitet müəllimləri hətta 2-də birin üstünə 3-də bir gələ bilmirlər, çünki onlarda ümumiyyətlə kəsr anlayışı yoxdur. Rus məktəblərində 6-cı sinifdə həll olunan məsələləri onlarda heç universitetlərdə keçmirlər. Siz onların dünya xalqlarının sərvətlərini talayıb, varlı yaşamalarına baxmayın, varlı yaşayan da bir qrup adamdır, bunun da axırı var. Apokalipsis yaxınlaşır.

 Axtarın, ingilis və türk dillərində bol seksoloji materiallar tapacaqsınız. Lazım olan elmi materialı isə internetdə yalnız rus dilində tapmaq olar. Ciddi araşdırmaçılar elmi əsərlər yazanda məhz rus dilindəki materiallara üz tuturlar. Ən dəyərli dissertasiya və ya kurs işləri rus dilində olan mənbələr əsasında yazılır. Zarubezhom.com saytı bu barədə böyük bir araşdırma dərc etmişdi, rus dilinin özəllikləri vurğulanmışdı.

 Hələlik bu qədər. Feysbuk fikirlərimi cəmləməyə və mətni tamamlamağa imkan vermir. Bizimkilər sökür. Rus ordusu Krıma girdi. Ardı olacaq. Hökmən olacaq.

kultur.az

Категория: Azərbaycan | Просмотров: 1788 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus