Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
Новрузали Мамедов
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)

Statistika

Главная » 2012 » Июль » 6 » Qulun qeyri-peşəkarlığı? Bu lap ağdan da ağ oldu!
22:16
Qulun qeyri-peşəkarlığı? Bu lap ağdan da ağ oldu!
Azər Həsrət adlı bir Azərbaycan Respublikasının vətəndaşı var

Yazılanlara görə Azər Həsrət adlı bir jurnalist-publisist var, amma biz bilirik ki, bu gün hər deyilən həqiqət olmur. Məsələn, gedirsən Bakının qul bazarına bir-iki günlük evində işlətmək üçün  qul tapasan. Sizə hər qul lazım olmur, çünki evinizi təmir etmək istəyirsiniz, deməli usta olan qul üçün gəzirsiz. Qul bazarında bir tağım qul sizi hər tərəfdən əhatəyə alır və hamı and içir ki, ustadılar. Gətirirsiz evə, qullar başlayır işə və... məlum olur ki, bu qullar peşəkar deyil, sadəcə bir loxma çörək üçün gələn dilənçilərdi və heç nə bacarmırlar.

Biz də bu tipli  qul  tapdıq. Əlbəttə bizim deyil, hakimiyyətin quludur. Geniş oxucuya məlum olmayan saytlarda tapıldı, biri modern.az-dır, o biri  - sosialxeber.org-dur.

Məlumdur ki, Azərbaycan monoetnik dövlət deyil, əksinə, çoxmillətli ölkədir, başqa sözlə polietnik dövlətdir və bizlər bununla fəxr edirik. Bu çoxmillətli cəmiyyət, tarixi-coğrafi Aran və Şirvan və Talışda yaşayır. Bu tarixi faktlardan Azərbaycan Respublikasında məlumat yoxdur, kitablarda yalan, dərsliklərdə yalan, danışıqlarda yalan və bu yalanın içində əhalinin  artıq  bir neçə nəsli yaşamaqdadır. Bu etnik tarixi ekskursunu o məqsədlə yada salırıq ki, bəzi  ağzıgöyçəklər çox da yalana aludə olmasınlar, bilsinlər ki, onların dediklərinə və yazdıqlarına diqqət yetirirlər.

Amma bu çox da böyük problem deyil, xaricdə bu faktları bilirlər, biz də, yəni talışlar, bilirik. Qalanları bilmirsə, öz problemləridir, tapaydılar və öyrənib biləydilər.

Yalan üstündə qurulmuş rejimin, əlbəttə ki, hər sahəsi yalan olmalıdır. Belədir ki, var. Deməli Azər Həsrət adlı "publisist" də yalandır. Ola bilsin bu adda bir vətəndaş var, amma jurnalistliyi müəmmadır.  Niyə bu qənaətə gəldik?

Bu yazarın "Etnik azlıq problemi? Bu lap ağ oldu!"  sərlövhəli məqaləsini oxuduqdan sonra ortalığa bir neçə suallar  çıxdı.

Birincisi budur - müəllifin yazdığı problemdən heç bir xəbəri olmadığı halda bir səhifə cəfəngiyyatı necə yazmaq olar?  O yazır ki, şəxsən Hilal Məmmədovun kimliyini bilmir. Deməli, Həsrət Azər bilmədiyi insan haqqında yazı yazıb. Bu qənaətdən yenə sual doğur - əgər insan haqqında bilmirsə, onun haqqında cəfəng yazmağa kimlər və nələr vadar edib? Olmazdımı ki, Hilal Məmmədovu tapıb kimliyini öyrənəydi? Axı Azər Həsrət özünə qul demir, jurnalist deyir və bilməlidir ki, jurnalistin vəzifəsi oxucunu aldatmaq yox, məlumatlandırmaqdı, yəni jurnalist peşəkar olmalıdı.  Amma Azər Həsrət yalana əl atıb, oxucuları aldatdı və qeyri-peşəkarlığını hamıya göstərdi. Necə yəni jurnalist barəsində yazdığı insanı görməmiş, eşitməmiş təsvir edər?

Amma  Hilal Məmmədovu tanımayan talış yoxdur, "Tolışi sədo" qəzetindən də bixəbər talış çətin tapılar. Azər Həsrət bu qəzeti də görməyib, onun adını yalnız eşitdiyindən  "TAlışi sAdo" kimi yazdığından bəllidir. Belə olan təqdirdə yenə sual olunur: - Azər Həsrət niyə bilmədiyi şeylərdən iftiralar yazır?

İnsan bildiyindən, öyrəndiyindən yazar, bilmədiyindən yalnız gopçular danışıb yazarlar. Deməli, Azər Həsrəti gopçu kimi tanımalıyıq və yazdığı "bir jurnalist qurumunun rəhbəri olmağı" yəqin ki, yalan olar. Bu sual da çözüldü.

Sonra yazır ki, "iddia edilir", amma bilmir, kimlər iddia edir, nə üçün iddia edirlər. Yazır özü üçün, təki yazı olsun, daha fikirləşmir ki, artıq gülünc vəziyyətdədir. Gülüncdür, çünki Azərbaycan Respublikası çox balaca ölkə  olduğundan bir tərəfində biri asqıranda, o biri tərəfindən "salamat ol" sözünü eşidə bilir. Bu cürə xırda yerdə qəzet tapmaq, qəzetin redaktorundan hal-əhval tutmaq heç də çətin deyil. Bu Azər Həsrətin anonim "bir jurnalist qurumu" deyil ki, axtarıb tapa bilməyəsən! Görəsən bu müəllif nəyə görə özünü təlxək yerinə qoyub bir ənam üçün gəzir? Yəqin bilir ki, nahaqqın tərəfinə çıxsa, beç-altı yalan-palan yazsa, ona  "yuxarıdan" bir sümük atacaqlar. Bəlkə də jurnalistlər üçün tikilən binada bir mənzil  almağın arzusuna duçar olub?  Bunu bilmirik, amma həyat özü göstərəcək. Adətən yaltaqlar bu rejimin xoşuna gəlir, hər şey ola bilər, mənzil də ala bilər, orden-medal da, hətta fəxri bir ad da üstəlik. Ənamsız iş keçməz, çünki sirkdə də görmüşük ki,  hətta ayılar iki ayaq ystdə yeriyirlər ənama görə, o ki qaldı sifarişli "jurnalist qurumuna", lazım gəlsə,  bir ayaq üstdə də hoppanacaq.

Bir bu kəmfürsətin ifadəsinə fikir verin, hörmətli oxucular: "... talış etnik azlığına aid olduğu iddia edilən "Talışi sado” adlı qəzet".  Sözünün canı budur ki, "Tolışi sədo" bəlkə də talış xalqının qəzeti deyil və MTN-in zindanında öldürülmüş N.Məmmədovdan sonra bu qəzetin redaktoru da Hilal Məmmədov deyil. Bu Azər Həsrət elə bir insana oxşayır ki, ağa qara da deyə bilər və diri adama baxıb onun yoxluğunu isbat etməyə çalışacaq!  

Gərəsən onun kimi jurnalistlər hansı cəmiyyətə lazımdır?  "Tolışi sədo" qəzeti ilə bağlı bir haşiyə çıxmaq lazımdır. Məlumdur ki, Azərbaycan Respublikasında cəmi iki qəzetin kitab halında toplusu nəşr edilib, biri hələ sovet dönəmində çap olunan "Əkinçi" qəzetini toplusudu, o biri isə məhz "Tolışi sədo"nundur! Daha heç bir qəzetlərin kitab halında topluları nəşr olunmayıb. Bu Həsrət özünə heç zəhmət də verməyib yazır ki, belə qəzet mövcud deyil. Burda deyərlər - gözünə girsin, ay kor!  Amma kor deyil, sadəcə fırıldaq edib özünü korluğa qoyanlardandı, bunu da bildik.

Sonra da öz hirsini cilovlata bilməyib, qırğı kimi şığıyır bütün insan hüquqları müdafiəçilərin üstünə.  Sülh və Demokratiya İnstitutu ikinci hədəfidir. Onun ünvanına od püskürəndən sonra, bir təpik vurur "Turan" agentliyinə. Sonra növbə çatır "Yeni Müsavat" qəzetinə. Bu qeyri adekvat fikirli müəllif yaxşı ki, "Yeni Müsavatı" da olmayan bir qəzet kimi təqdim etmir. Onunçün nə var ki, dil bir parça ətdi, nə gəldi uydura bilər. Bu vətəndaş Həsrət özünü şəhid edir şovinist rejimin yolunda, daha hansı oyunlardan çıxmır, aman Allah!

Sual verir, elə bil dünən anadan olub, ya da axşam Aydan gəlib və Azərbaycan məkanından tamamilə xəbərsizdir. Əlbəttə ki, xəbərsizdir, buna daha şübhə qalmır. Bu yazıçı publisist  etnik məsələ barəsində yazarkən heç bilmir milli azlıq nədir, köklü xalq nədir, bunların fərqi nədir! Talışları milli azlıq adlandırır! Yenə də sual doğur, əgər talışlar milli azlıqdılarsa, bəs hansı millətin azlığıdılar? Axı talışlar irandilli etnosdu və ayrıca dövlətləri yoxdur ki, onun milli azlığı kimi tanınsınlar. Məsələn, ingiloylar kimi. Gürcüstan var, gürcü milləti var, ingiloylar isə Azərbaycan Respublikasında onların milli azlığıdılar. Düzdür, eyni zamanda onlar köklü xalq da sayılırlar, amma əsl statusları məhz "milli azlıq" kimi qeyd olunur. Talışlar isə yalnız köklü xalq statusuna malikdirlər və heç bir millətin milli azlığı sayılmırlar. Bu da Azər Həsrətin milli-etnik məsələlərdə tam bisavadlığını isbatı! Deməli oxucularımızı bir savadsız adam ələ salır. Amma savadsızlığı da qalsın kənara. Azər Həsrətin qalan oyunbazlıqlarına diqqət yetirək:  Arsızcasına soruşur ki, nə deyəsən bunlara?!

Axı kimdir, Azər Həsrət,  belə sualları verir? Yalançı, gopçu, iftiraçı, təxribatçı, oyunbaz, anonim "jurnalist qurumunun rəhbəri, nə əcəb "öndəri" deyilmiş! Bu dinsiz, Allahsız işləri görə-görə pafosla nida edir: "Axı adamın Allahı olar!" Çox qəibə işdir! Yəni Allahdan xəbəri var bu insanın? Onu oxuyan zənn edər ki, heç Allahın özünün Həsrətin işlərindən başı çıxmaz. Bu nə danışır?

Axı bunların hamısı ağdan da ağ yalan üstündə qurulan iftiralr və təxribatlardı. Zənn edir ki, ayrıseçkilik yoxdur Azərbaycanda. Özüdə bunu ağzı köpüklənə-köpüklənə deyir. Gözləmir ki, ondan soruşan olar, ay vətəndaş Həsrət, sənin ağlına bu sual necə girdi, hansı vicdanla bunu soruşdun? Bəlkə iddia edəsən ki, bu hökümət ayrıseçkilik də eləmir? Bəlkə  deyəsən bu iqtidar  Avropa Şurasına üzv olmaq üçün heç bir öhdəlik də üzərinə götürməyib? Hələ 2000-ci ildə Heydər Əliyev Azərbaycan dövlətinin adından bir paket öhdəliklərə imza qoydu! Bu məqamdan artıq 12 il keçib, amma heç bir öhdəliyə əməl olunmayıb. Bəlkə Azər Həsrət bilir, biz bilmirik? Amma bu lap ağ yalan olardı, işlər tamam əksinədir, vətəndaş Həsrət bilmir ki, bu öhdəliklər toplusunda olan bir sıra beynəlxalq müqavilələr Milli Məclisdə ratifikasiya olunmalıydı, bu özü özlüyündə öhdəliklərdən biridi. Amma indiyə qədər ratifikasiya edilməyib. Görəsən milli məsələlərdə ayrıseçkiliyin olmamasından dəm vuran Həsrətin bunlardan niyə xəbəri yoxdur? Xəbəri yoxdursa, adicə televizoru açıb kanallarda eşələnmək də olardı, gör talışdilli dövlət telekanalımız var, yoxsa yoxdur? Heç  Talış bölgəsinə getməmiş də telefon vasitəsilə öyrənmək olardı, varmı orda məktəblərin talış sektoru ya yoxdur?

Bu Azər Həsrət Əli Həsənovdan da böyük yalançı imiş! Axı bu vətəndaş Həsrət özünü də haqlı sayır, höküməti də tam haqlı sayıb ağzıdolusu bizim üşün məqaləsində dağ boyda yalanlar söylədi, utanmadı, qızarmadı, vicdanı da həzmi-rəbidən keçirtdi bu yalanlarını. Budurmu milli ayrıseçkiliyin olmaması? Axı Azər Həsrət özü yazıb ki, "ölkəmizdə olmayan yerdən "etnik azlıq problemi” icad eləmək"dir! Olan problemlərdən xəbəri yoxdur bu məxluqun, amma utanmaz-utanmaz yalan danışır, üstəlik deyən adamları da şərləyir! Bu sənətidə işıq üzünə çıxdı - hökümətin türürdüyünü yalayıb, camaatı şərləməkdir. Daha bunun vicdansız və imansız polislərdən nə fərqi oldu? Heç şübhəmiz yoxdur ki, Hərət polis olsaydı, onlar kimi bütün talış xalqını, İrandakı talışlar da daxil olmaqla təhqir edərdi, vətəndaşların ciblərinə "təmizlənmiş heroin" atardı. Sadəcə polis deyil, bir yazardır, başqa fərqi yoxdur.  Amma bu cürə çirkin fikirlərə malik olan ortaya təxribat xarakterli söz atır: Hilal Məmmədov "uyuşdurucu üstündə tutulub. Hə, mümkündür ki, bu işdə bir yanlışlıq var. Təbii ki, araşdırılmalıdır və yanlışsa üzr istənməli, təzminatı ödənməlidir."

Heç görün bu insan utanırmı? Yəni o bilmir ki, Azərbaycanda məhkəmələri korrupsiya çürüdüb və onlar qətiyyən müstəqil deyillər? O bilmir ki, təzminat əvəzinə Hilal Məmmədovun uyuşdurucuları analizdən keçirməmiş, qabırğalarını sındırınlar? Buna necə qiymət verir Azər Həsrət?  Hansı ədalətdən dəm vurur bu publisist? Bəlkə polislərin "talış hüquqlarını müdafiəsini sənə qadağan etməmişdikmi?" deməklərindən xəbəri yoxdur? Yoxdursa nə jurnalisdir o, kimə lazımdır bu cür naşı və qeyri-peçəkar jurnalistlər?

Belələrini jurnalist adlandırmırlar... Odur ki, etməsin, ağ etməsin bu naşı yazar, öz sənətilə məşğul olsun, cəmiyyətə zərər vurmasın iftira yazıları ilə. Boş yerə özünü vətənpərvər sayıb, Hilal Məmmədov kimi tanınmış hüquq müdafiəçisinə şər atmasın və düşmən yarlığını yapışdırmasın. Ayıbdır, o da bir etnosun nümayəndəsidi, buna qiymət qoysun, özünə qoymursa, millətinə hörmət saxlasın. Başqa millətlərə hörmət edə bilməyən öz millətinə necə hörmət saxlaya bilər?

Həbs edilən adam haqda belə yazmırlar, hələ demirik ki, çox qərəzli və müəmmalı tərzdə keçirilən həbsdir. O qədər beynəlxalq insan müdafiəsilə məşğul olan təşkilatlar sıra ilə hər gün biri bəyanətlər dərc edirlər, xaricdə artıq bu əhvalat Azərbaycanın imicinə, nüfuzuna sarsıdıcı zərbə olunub, bunun cavabını kim verəcək?  Həsrətkimilərmi?  Çətin verə bilsinlər, inam yoxdu bunlara, çünki ölkə daxilində belə biabırçılıq edirlər, xaricdə qalan  abrımızı  da apararlar.

Arsız-arsız tələb edir ki, ona "Tolışi sədo" qəzetini göstərsinlər. Bu qəzeti tapa bilmirsə, yəni internetin üzünə də həsrətdir bu Həsrət? İkicə kəlməni yaza bilmir axtarış saytlarında? Yazsın - Tolışi sədo və internet onu həmin qəzetin saytında qərq edər. Belə də vicdansızlıq olar? Azər Həsrət olan yerdə Azərbaycana daha düşmən lazım deyil ki, özü neçəsinə desən dəyər. Yazısının məramı da təxribatdır, tonu da çox qıcıqlandırıcıdır və talışların ürəklərində yalnız nifrət oyadır. Görəsən bu cürə yazıları həsrətkimilər fəslində olanlara kimlər sifariş edir? Kimlərdisə, məqsədləri çox iyrəncdi, yəqin bu ölkəni tamam Yer üzündən sildirmək istəyənlərdi.

Halva-halva deməklə ağız şirin olmaz, etnik problemləri yoxdur deməklə problemlər həllini tapmaz və heç yerə itməyəcəklər. Korluğa vurmaqla heç nəyi gizlətmək mümkün deyil. Kimin vətənə heç olmazsa bir damcı sevgisi qalıbsa, bu çoxmillətli məkanı yalana çevirməz və heç bir problem barəsində Azər Həsrət kimi yazmaz.

Bu yazıdan bir iy gəlir, o da şovinism iyi, yəni qeyri-türklər Azərbaycan vətənpərvərləri ola bilməz, onların hüquqlarını bərpa etməyə çalışanlar da düşmən adı ilə damğalanmalıdı. Amma heç də belə deyil, milli-etnik problemləri var, həddən artıq çoxdular, söhbət milli ədavətdən getmir, söhbət etnosların təbii hüquqlarından gedir, vətəndaçların hüquqlarından danışmaq lazımdır. Yoxsa sifarişmi, ya ağıza gələni yazmaqla irəli getməkdən gərək daha danışmayaq.

Bəri başdan deməliyik ki, talışlar heç kimdən qorxan deyillər, bir Allahdan başqa və heç bir yalanı qəbul edən deyillər, nə öz sıralarından çıxan nümayəndələrdən, nə də başqalardan.

Zaman yetişib, gəlib çıxıb o nöqtəyə ki, ondan artıq geriyə dönüş yoxdur. Hər Azərbaycan etnosu, böyüklü-kiçikli anlamalıdı ki, stalinçilik dövrü qayıtmayacaq, öndərçilik mərəzi dünyadan həmişəlik köçür, yeni dövrə uyğunlaşmağı bacarmayan qövmlər aradan gedəcəklər, ölçülərinin fərqi yoxdur. İyirmi il öncə 7 milyona yaxın insan özlərinə azərbaycan milləti deyirdi, bugün bu cəmiyyətin azından yarısı iddia edir ki, belə millət müvcud deyil, bu yalnız vətəndaşlıq mənasını daşıyan sözdür. Gəlin bütün yalanları ataq qırağa, çünki həqiqət anı gəlib çatdı.

Azər Həsrət kimi insanlara vətəndaş cəmiyyətində yeri ola bilməz, çünki belələri yalnız təxribatla məşğul olurlar, cəmiyyətimizə təxribatçılar lazım deyil.  Azərbaycan cəmiyyətini faciəsi ondadır ki, onunla razılaşanlar da var. Bu o deməkdir ki, bu insanlar hələ də normal həyat yaşamağdan məhrumdular, müstəqil düşüncəyə malik deyillər, yalnız çızmaqaraçıların və boşboğazların yaydıqları stereuotipləri təkrar edə bilirlər, fikirləşib təhlil etməyi bacarmırlar. Belələri maaşların az olmasından razı, bankda batan pullara görə burun altında mızıldayan, təhqirləri tərif kimi qəbul edənlərdi.

Rövşən Mirzəzadə,
Səbinə Bokuj,
TALISH.ORG


Категория: Azərbaycan | Просмотров: 1500 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus 
MTN-nin bir ailənin başına gətirdiyi faciə 
Журналист Гилал Мамедов пожаловался на давление со стороны полиции Баку 
Hilal Məmmədov Nizami polisində təzyiqlərə məruz qaldığını bildirib 
Rövşən Canıyevin ölümü və referendum oyunları 
Davam etməkdə olan faciələrimizin sirri nədir? 
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq? 
Masallıda zülüm ərşə dirənib 
Veri kəndi ətrafında minlərlə nadir növlü ağaclar qırılır