Layihə
Giriş
Hər bir xalqın gerçək vahidliyinin atributu, ilk növbədə onun mədəniyyətinin, dilinin və vətəndaş hüquqlarının vahidliyidir. Fəaliyyəti bərpa olunan Respublika Talış Mədəniyyət Mərkəzi (RTMM) Talış xalqının milli - mənəvi dəyərlər sistemini, polietnik cəmiyyətdə milli irsin adaptasiyasını, əxlaqını, tarixi köklərini və digər mental xüsusiyyətlərini prioritet vəzifə kimi qəbul edir.
Talış xalqının real mədəniyyəti bu gün onun daşıyıcısı oldugu və riayət etdiyi etika normaları, mənəviyyatı, əxlaqı, maarifi, erudisiyası, həyat tərzi, dünyagörüşü, qanunsevərliyi, dövlətçilik maraqları, ictimai aktivliyi və vətəndaş mövqeyi, ölkə və cəmiyyətin problemlərinə kreativ yanaşması, eləcə də bu problemlərin həllinə yönəlik pozitiv fəaliyyəti ilə səciyyələnir. Mütləq əksəriyyəti müsəlman olan və İslami dəyərləri uca tutan bir millət üçün öz vətəndaşlarının real mədəniyyətinin təkamülü , onun ənənəvi adət- ənənələrini, dinini və etik standartlarını (irsini) irrasional-neqativ elementlərdən təmizləyərək, müasir həyatın tələblərinə uygunlaşdırması, bununla bərabər mövcud boşluqların , ilk növbədə İlahi keyfiyyətlərlə, həmçinin Şərq və Avropa mədəniyyəti elementləri ilə zənginləşdirməsi vacib şərt və hədəflərdir.
RTMM-i aborigen bir xalq olan talışların təhsilində, milli düşüncəsində, məişətində, etikasında (davranış qayda və normalarında), estetikasında, incəsənətində hansı keyfiyyət dəyişiklərinə üstünlük veriləcəyinin fərqində olacaqdır. Talışların maarif və inkişaf səylərinə dəstək vermək, vətəndaşlıq məsuliyyətini və digər yüksək insani dəyərlərini hifs etmək, o cümlədən Milli ənənənin dərki, onun rekreasiya və komunikasiya cəhdləri Mədəniyyət Mərkəzinin əsas iş prinsiplərindən sayılacaqdır.
Deyilənlərin reallaşdırılması Talış kökənli insanların intellektual və mənəvi təkamülü, ana dilinin mühafizəsi, Milli Kimliyin rassional şəkildə dərk olunması və s. taleyüklü məsələlər Azərbaycan Dövlətçiliyinin qorunması və xalqın həmrəyliyi üçün ən effektli rıçaqlardır.
I. Hüquqi baza
1) Azərbaycan Respublikasının Konstitusiyası;
2) 17 sentyabr 1992 – ci il Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
3) Milli azlıqların müdafiəsi haqqında Avropa Şurasının Çərçivə Sazişi;
4) AR-nın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr;
5) Azərbaycan Resbublikasının Qanunları və qanunvericilik aktları.
II. Fəaliyyət prinsipləri
1) Ümumi maraqlar (birgəlik);
2) Kollektiv fəaliyyət;
3) Sosializasiya (tarixi davranış qaydalar və dəyərlərlə bağlı bilgilər yayma, təbliğ etmə);
4) Sosial nəzarət;
5) Sosial iştirakçılıq (birgə tədbirlər keçirmə və iştirak);
6) Qarşılıqlı yardım.
III. Strateji hədəflər
1) Talış milli mədəniyyətinin dirçəlişi və qorunub saxlanılması;
2) Milli ənənənin dərki, onun rekreasiya və komunikasiyası;
3) Talış xalqının konsolidasiyası və mənəvi dirçəlişi;
4) Polietnik cəmiyyətimizdə talış mədəni irsinin adaptasiyası;
5) Mədəniyyətlərarası proqramların hazırlanması və ümumazərbaycan müstəvisində qarşılıqlı fəaliyyət.
IV. Fəaliyyət istiqamətləri
1) Talış dili və onun tədqiqi, öyrənilməsi və tədrisi (dil öyrətmə məktəblərin təşkili), talış ədəbi dilinin formalaşması;
2) Folklor - xalq yaradıcılığı nümunələri: bayatılar, laylalar, nağıllar, nəğmələr və s.;
3) Talış məişəti;
4) Talış tarıxı sənət nümünələrinin öyrənilməsi (yaradıcılıq emalatxanaların təşkili);
5) Adət-ənənələr, tarixi bayramlar və onların bərqərar olunması;
6) Qədim tarixi abidələrin qorunması və bərpası;
7) Talış yer adları və toponimlərinin elmi araşdırılması və bərpası;
8) Müasir talış ədəbiyyatı (ədəbi gecələr, yaradıcı birliklər);
9) Talış teatrı;
10) Talış müsiqisi (tarix və müasirlik);
11) Sənədli filmlər;
12) Bədii özfəaliyyət dərnəkləri (rəqs kollektivləri, manhı ansamblları, dram dərnəkləri və s.);
13) Rəssamlıq, heykəltaraşlıq və tətbiqi sənət sərgilərinin təşkili;
14) Maarifçilik və informasiya təminatı (qəzet, radio, televiziya, sayt);
15) Azərbaycan müstəvisində mədəniyyətlərarası fəaliyyət;
16) Demokratik vətəndaş cəmiyyəti quruculuğu istiqamətində Azərbaycanın ictimai-siyasi həyatında iştirak;
17) Beynəlxalq müstəvidə diaspor təşkilatları ilə əlaqələr;
18) Talış etno-mədəniyyəti və turizm;
Talış mətbəxi (öyrənilməsi, tətbiqi);
20) “Azərbaycan Evi” –nin yaradılması ideyasının reallaşdırılmasına mənəvi dəstək.
* *
Hər bir xalq, millət, etnos, cəmiyyət, eləcə də hər bir köklü dövlət əsrlərin sınagına sinə gərərək formalaşmış, cilalanmış Milli MƏDƏNİYYƏTdən keçərək saflaşır, durulur və mənəvi təkamül tapır. Bu, əbədi və danılmaz bir həqiqətdir.
Proqram layihəsinin müəllifi:
Seyran Rəfiyev
16.04.2014