Главная » 2011 » Август » 5 » Rusiya prezidenti 2008-ci ilin avqust hadisələrinin Qarabağda vəziyyətə təsiri barədə
22:23
Rusiya prezidenti 2008-ci ilin avqust hadisələrinin Qarabağda vəziyyətə təsiri barədə
2008-ci ilin avqustunda Cənubi Osetiyada və Abxaziyada hərbi əməliyyatlara Azərbaycan və Ermənistan rəhbərliklərinin reaksiyası necə olub? Rusiya prezidenti Dmitri Medvedevin "Exo Moskvı” radiostansiyasına müsahibəsində ona belə sual verilib.
Bu, baş verəndə prezidentlər Əliyev və Sarqsyan Rusiya prezidenti ilə görüşdə bunun Qafqaz üçün çox pis olduğunu bildirmişdilər.
"Mən deyirəm: Çox pis. Bilirsiniz, bu, bizim üçün müəyyən dərsdir. Dağlıq Qarabağın taleyinin necə olacağı, orada referendumun olub-olmayacağı, sülh müqaviləsinin necə hazırlanacağı barədə sonsuz danışıqlar aparmaq daha yaxşıdır, nəinki həmin beş gün ərzindəki döyüşlər.
Bu, onlar üçün çox ciddi dərs oldu. Mənə belə gəlir ki, bu, ibrət dərsidir. Niyə? Çünki o zaman baş verənlərə qayıtsaq, əgər gürcü həmkarımın bir qədər ağlı olsaydı, biz də Soçidə və ya Kazanda, yaxud başqa haradasa görüşərək hansı yollarla qarşılıqlı münasibətlərdə kompromis axtarmaq barədə düşünərdik. Lakin bu, siyasi proses idi və bilmirəm hansı perspektivləri var idi. Bəlkə də biz heç zaman razılığa gələ bilməzdik, bəlkə də nəsə olardı, hansısa konfederasiya yaranardı. Lakin o, öz ölkəsini dağıtdı. Hesab edirəm ki, adamların yaddaşında bu qalacaq”, - Medvedev vurğulayıb.