Главная » 2014»Август»28 » Rusiya Talış Diasporunun sədri Hilal Məmmədovu 55 yaşı münasibətilə təbrik edib
14:39
Rusiya Talış Diasporunun sədri Hilal Məmmədovu 55 yaşı münasibətilə təbrik edib
Rusiya Talış Diasporunun sədri İsmail Şabanov Tolışı Sədo qəzetinin qondarma ittihamlarla həbsdə yatan baş redaktoru, riyaziyyatçı alim, hüquq müdafiəçisi Hilal Məmmədova doğum günü münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Diasporamız adından Sizi doğum gününüz münasibətilə təbrik edirik. Sizə sağlamlıq, mənəvi və fiziki güc arzulayırıq. Sizin dözümünüz və inanılmaz cəsarətiniz qarşısında baş əyirik.
Bizim üçün Siz insan ləyaqətinin və böhtana qarşı müqavimətinin orijinal nümunəsisiniz. Məhz həqiqət carçısı olaraq Sənin kimi insanların simasında xalqımız bu gün ayaq üstə durmağı bacarıb.
Biz Sizə tezliklə azad olmağınızı və hüququn şah olduğu azad və normal cəmiyyətin formalaşmasında iştirakınızı arzu edirik.
Əziz Hilal, unutmayın ki, arxanızda Sizi müdafiə edən, Sizi daima xatırlayan və həyatınız üçün narahat olan çoxlu insanlar var".