Tanınmış yazıçılar Rüstəm İbrahimbəyov və Çingiz Hüseynov həbsxanada təzyiq bə işgəncələrlə üzləşən hüquq müdafiəçisi Leyla Yunusa dəstək ifadə edəb bəyanat veriblər.
Rüstəm İbrahimbəyov:
Həbsxanada Leyla Yunusun dəhşətli fiziki təzyiqlərlə üzləşməsi faktından şoka gəlmişəm. Ölkəmə görə utanıram. Bizimlə nə baş verir? Uzun tarixi inkişaf yolunu tapdalayaraq bir orta əsrlərdə mövcud olan yaşam normalarına doğru yuvarlanmışıq. Hakimiyyət həyatını öz həmvətənlərinin müdafiəsinə hsər etmiş insan azadlıqdan məhrum edirlər, üstəlik həbsxanada onun elementar məhbus hüquqlarından da məhrum edirlər.
Leyla Yunusa qarşı zorakılıq – hakimiyyətin vicdanı və yaşadığı ölkəyə görə məsuliyyət hissi olan hər kəsə qarşı düşünülmüş zorakılığıdır.
Hörmətli Leyla xanımın Hüquqularının Müdafiə Komitəsinin bütün qərarlarına qoşuluram. Bundan artığını edə bilmədiyimdən acı təəssüf hissi keçirirəm.
Çingiz Hüseynov:
Leyla Yunusun müdafiəsi ilə bağlı etiraz aksiyasına qoşuluram, mənim də səsim eşidilər!
Hakimiyyətin özbaşınalığı şəraitində dünyada həbsxanada saxlanılan tanınmış hüquq müdafiəçiləri, yaşlaşmış Leyla Yunus və həyat yoldaşına qarşı qəddarlığına susa bilmirəm. Təəssüf ki, bəlli olan məsələlərə müraciət etməliyəm: normal cəmiyyətdə və normal dövlətdə nədəsə günahlandırılan insanların məhkəməyə qədər fərqli, daha sivil təcrid formaları var.
Ancaq həbs də o demək deyil ki, insan taleyin ümidinə atılsın, cəzasız olaraq döyülsün, ələ salınsın, ləyaqəti alçaldılsın. Lakin bunlar indiki halda Leyla Yunusla baş verir və mənim buna heç şübhəm yoxdur, çünki cəzasızlıq sisteminin məntiqi belədir.
Yəni bunlar bilmir ki, istər prezident ol, istər klerk – həbsxanadan heç kim sığortalanmayıb.
Həmvətənlərimə görə xəcalət çəkirəm!
Nə vaxta qədər dünya ictimaiyyətini öz qeyri-insani əməlləri ilə acıqlandıracağıq?
TALISH.ORG