Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Ноябрь » 21 » Sədr: “Heç bir talış Azərbaycana xəyanət edə bilməz”
19:21
Sədr: “Heç bir talış Azərbaycana xəyanət edə bilməz”
Bir neçə gün əvvəl yaradılmış Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov "Media forum” saytına açıqlama verib. Mehdibəy Səfərov bildirib ki, uzun illər kino sahəsində çalışıb, son illər isə bizneslə məşğul olub, ictimai sahədə fəaliyyət göstərib.

Sədr yeni təşkilatın məqsədlərini belə açıqlayıb: "Bu təşkilatı yaratmaqda əsas məqsədimiz Azərbaycan dövlətinə, onun mənafeyinə zərbə vura biləcək istənilən separatçılığa qarşı çıxmaq, talışların daxilində bir mobillik yaratmaq, onların dövlətə məhəbbətini gücləndirmək, talışların milli irsini təbliğ etməkdir. Eyni zamanda bəzi xarici dairələrin bizim adımızdan çıxış etməsinin, işlərimizə müdaxilə etməsinin qarşısını almaq istəyirik. Bundan başqa, bizim dilimiz, ədəbiyyatımızla bağlı problemlər var, onları aradan qaldırmağı, inkişaf etdirməyi planlaşdırırıq”.

Mehdibəy Səfərovun sözlərinə görə, təşkilatın təşəbbüs qrupunda 14 nəfər təmsil olunur və onların arasında din xadimləri, ziyalılar, alimlər var: "Təsisçilər isə bir mənəm, bir də Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev. Təşəbbüs qrupunun ilk iclasında məramnaməni təsdiq etdik”.

"Azərbaycanın hər yerində sosial-iqtisadi problemlər var. Azərbaycan vətəndaşı olan talışların problemlərini digər bölgələrdəki problemlərdən ayırıb bunu etnik amillə izah etmək nə dərəcədə doğrudur” sualına Mehdibəy Səfərov belə cavab verib: "Problemlər var. Son zamanlar isə bəzi məmurlar, mətbu orqanlar talışların məsələsindən siyasi konyunktur üçün istifadə edirlər, qızışdırıcı rol oynayırlar. Eyni zamanda yaxın qonşularımız olan dövlətlər bizim işlərimizə qarışır, adımızdan çıxış edirlər. Bunu edənlər bundan sonra bizi öz qarşılarında görəcəklər. Bizim məqsədimiz Azərbaycan dövlətçiliyinə xidmət etmək və bu dövlətin tərkib hissəsi olan talışların mədəniyyətini, dilini, adət-ənənələrini, toponimlərini, xalqın irsini qoruyub saxlamaq və yeni nəsillərə ötürməkdir. Biz Azərbaycanda bərabərhüquqlu insan cəmiyyəti formalaşdırmaq məsələsində dövlətə kömək etmək istəyirik”.

Problemləri başqa formada deyil, etnik amili ön plana çıxarmaqla həll etməyə cəhd göstərməyin doğru olub-olmamasına gəlincə, Mehdibəy Səfərov hesab edir ki, vəziyyətdən çıxmaq üçün ən münasib yolu tutublar: "Çünki etnik amili, bununla bağlı problemləri ört-basdır etmək, gizlətmək mümkün deyil. Problemləri gizlətsək belə, balıq kimi sürüşüb o biri tərəfdən çıxacaq, bir gün isə partlayacaq. Ona görə də etnik amilin qabardılmasının doğru olmadığını düşünənlər səhv yoldadırlar. Əksinə, problemlərin içinə  daxil olmaq, onları dərindən bilmək və kökündən həll etmək lazımdır. Problemlərin üzərinə ağır daş yıxmaq çıxış yolu deyil, bu, bir gün partlayacaq. Bu məsələlərdən xəbəri olan bir ziyalı, dövlətini sevən şəxs kimi belə bir təşkilatı yaratmaq qərarına gəldim. Eldəniz Quliyevlə məsləhətləşəndən sonra birliyi təsis etdik.

Artıq təşkilatın Bakı, Masallı, Lənkəran, Sumqayıtda yerli strukturları təsis olunub. Başqa rayonlarda da yerli şöbələrimizi yaradacağıq. Bundan başqa Azərbaycan və talış dillərində nəşr olunacaq qəzet çap etməyi planlaşdırırıq. Qəzet "Tolerant” adlanacaq”.

Rusiyanın Azərbaycanda etnik münaqişələr yaratmaq istiqamətində addımlar atmasına dair son günlər mətbuatda xeyli məlumat dərc olunub. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin belə informasiyalar yayıldığı bir dövrdə yaradılması təsadüfdürmü? Bu suala cavab olaraq Mehdibəy Səfərov bildirib ki, hansısa xarici dairələrlə heç bir əlaqələri yoxdur: "Əvvəla, mən və Eldəniz Quliyev iki aydan çoxdur yerlərdə görüşlər keçiririk, bu birliyi təsis etmək məsələsi üzərində işləyirik. İkincisi, biz elə xaricdən talışların adından çıxış edənlərlə mübarizə aparmaq, işlərimizə müdaxilənin qarşısını almaq, talış xalqının Azərbaycanın düşməni olan Ermənistanla əlaqələndirilməsinin heç bir əsasının olmadığını sübut etmək üçün birlik yaratmışıq. Biz Azərbaycançıyıq, dövlətimizi sevirik. Heç bir talış Azərbaycana xəyanət edə bilməz. Əksinə, dövlətimizi hamıdan çox sevirik. Bu torpaq uğrunda canımızı da əsirgəmərik”.

Mehdibəy Səfərov deyib ki, mühacirətdə olan separatçı Ələkrəm Hümbətovla heç bir əlaqələri yoxdur və xaricdə oturub talışların adından danışan adamlarla hər hansı əməkdaşlıq etməyəcəklər: "Ələkrəmin bizim işimizə heç bir aidiyyəti ola bilməz. Biz onun ideologiyasını qəbul etmirik”.

mediaforum.az

Категория: Azərbaycan | Просмотров: 2114 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 bayrami1682  
0
May ayında(2012) RTMM-in konfransında söz alıb deyəcəyim məsələ deyəsən öz həllini tapır.RTMM Azərbaycan daxilində naqolay bir qrumdurş Çünki biz bu dövlətin, bu ölkənin doğrucul, bərabərhüququlu vətəndaşlarıyıq. Mədəniyyətimiz, dinimiz, incəsənətimiz birdir, hər xalq özünəməxsus milli ənənələrdən çıxış etsə də. Talış xalqının haqq-hüquqları uğrunda yekdil mübarizə o zmam önəmli və məhsuldar olar ki, təşkilatı birliyi olsun. Məsələn, ...Talış birliyi kimi. Meydibəy, eldəniz bəy buna görə mən sizi alqışlayıram!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus