Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Февраль » 11 » Şairlik səlahiyyəti
22:08
Şairlik səlahiyyəti
Poetik ənənəsi əsrlərlə dondurulmuş bir dildə petik söz demək hər kəsin işi deyil. Bunun üçün gərək bütün varlığınla öz dilini, xalqını sevəsən, onu duyasan, hiss edəsən ki, belə ağır bir yükü çıyninə qaldıra biləsən və öz xalqının şairi adlanmaq səlahiyyətini qazanasan. Şair Nəriman Ağazadə Tolışi məhz belə bir səlahiyyətə sahibdir.

Az sözlə böyük tarixi hadisələrin poetik tərzdə idarə edildiyi aşağıdakı misralar oxucunu şairə təzimetməyə səfərbərliyə alır: Bənəy "yolə dəbyovnıyə” Okuşyəni çıvrə kiyə ("Bi tolışə bandonədə”).

Şair son illərdə talış dilində bəzi dərsliklərin, şeir kitablarının çapından, qəzet nəşrindən-doğma ana dilinin müəyyən dərəcədə üzə çıxmasından sevinir, sanki təzə dil açır: Bu sevinci bütün talışlar yaşamışlar. Şair lirik "Mən”i vasitəsilə talışların sevincinin bədii ifadəsini vermişdir.

Tojəm zıvon oka, bənəy əğıli,
Boydəğım kardəme moə zıvonım.
Hardedəm sıxanon bənəy noğuli,
Bekardem pidəniqəvo əvoni. ("Moə zıvon”)

Şair öz milli mənsubluğunu, doğma ana dilini dananlara qarşı ağır mənəvi ittiham irəli sürür, dil ana ilə başlı olduğu üçün dildən imtina etməyi anadan imtina etmək qədər böyük qəbahət, mənəvi cinayət sayır ("Moə zıvon”). O, doğma ana dilinin təəssübünü, qeyrətini çəkməklə yanaşı, bu dildə qiymətli poetik əsərlər yaratmaq imkanını da sübut edir:

Mı kardeədə kəşon-kəşon,
Dı şoy pur bə ıştı çaşon,
Noxəş qınyəm, bəş pərişon,
Xəş beyədə şoə moəm,
Bəmı umur doə moəm. ("Bəmı umur doə moəm”)

Bax budur dilin zənginliyi! Poetik möcüzələr yaratmaq imkanları! Bu dildə bəşər mədəniyyətinə yeni töhvələr vermək, onu daha da zənginləşdirmək üçün tükənməz imkanlar var. Bu dildə həm ən incə lirik hisləri, ən dərin fəlsəfi mühakimələri, öldürücü, məhvedici satirik münasibəti, habelə məzəli, .zarafatları, ehramları ifadə etmək olur. Bu cəhətdən Nəriman Ağazadə ilə Zahir Əzəmətin deyişməsi şəklində ifadə olunan "Votedəm” şeri çox xarakterikdir.

Bu deyişmədə talış dilinin zəngin imkanlarından səmərəli istifadə edib əhval ruhiyyəni real, həm də obrazlı ifadə etmək ustalığının nümayişini görürük. Şairin rəndələnmiş, insanın bir başa iliyinə işləyən bir uslubda yazısında həm incə yumor, həm kinayə, həm də dərin fəlsəfi ümumiləşdirmə var. Və fikrin ifadəsini bu cür reallaşdıran talış dilinin imkanları qarşısında heyrətlənməmək, ona heyran qalmamaq olmur. Deyişmənin hər bəndində yumor və ehamın müxtəlif incə çalarlarını, habelə qəlbin ən dərin qatlarında özünə möhkəm yer tutan vətən məhəbbətinin müqəddəsliyinin zərif ifadəsini görürük. Belə poetik bəndləri oxucuya çatdıran müəllifə minnatdarlığımızı, bu imkanı yaradan talış dilinin möhtəşəmliyi, əzəməti və zənginliyi qarşısında heyranlığımızı bildiririk.

Elə poetik ifadələr var ki, onlar məhz talış dilinin daxili potensial imkanlarının məhsulu kimi reallaşır, şairin ən incə və mürəkkəb poetik təxəyyülünün bədii, obrazlı ifadəsinə xidmət edir.

Tıni az həməysə baş zınedəm xo,
Sevqi barzə bandi bəş zınedəm xo,
Boçımı pəri tıni kəş zınedəm xo,
Orzum bə rost bekə, reçinə kinə ("Orzum bə rost bekə”)

Bu bənddə "Barza bandon bəş”, "Boçımı pəri tıni kəş zınedəm” ifadələrinin poetik tutumuna fikir verin! Şair dilin zəngin imkanlarından maksimum istifadə etmiş, eyni zamanda fitri istedadı ilə dilimizin də ifadə bazasını zənginləşməsinə xidmət etmişdir. "Çand vaxte vusali çaşte zındənim” ("Orzum bə rost bekə”) poetik ifadəsi də belələrinə misaldır.

Və yaxud:

Qıniyəm bədə kəşi,
Rost bıkə çımı ləşi ("Sutdəm mı, yalovım ni”)

parçasındakı həmqafiyə "kəş” və "ləş” sözlərini poetik mənada işlətmək, onları poetik kontekstə qoşmaq və gözəl bənzətmə (bədə kəşi) yaratmaq, "ləş” sözünü poetik semantika sahəsinə daxil etməklə, onun sferasının genişliyindən maksimum bəhrələnmək bacarığı oxucunu heyran qoyur:

Çaşonım bətı dutə,
Dardi ka mutə-mutə. ("Sutdəm mı, yalovım ni”)

parçasında "dutə”, "mutə-mutə” həmqafiyə sözlərini poetik mənada işlətmək, onları ilk baxışda nəzərə çarpmayan məna incəliklərini ön plana çəkib qabartmaqla potik möcüzə yaratmaq şair Nərimana məxsus icadlardır. O, sözlərdən daha çox, sözlərin məna çalarlarını zərrəbinlə axtarıb tapır, bəlkədə heç kimin yada salmadığı və yada salmayacağı məna çalarlarını üzə çıxartmaqla həm dilin petensial imkanlarını kəşv edir, həm də gözəl poetik nümunələr yaradır.

(ardı var)


Əvəz Sadıqov,
Filologiya elmləri doktoru


Mərhum ustad filoloqumuz Əvəz Sadıqovun şair Nəriman Tolışi sənətinə həsr etdiyi və 1998-ci ildə yazmış olduğu bu yazısı müəyyən texniki səbəblərdən "Tolışi Sədo” qəzetində dərc olunmamış qalıb. "Tolışi Sədo” qəzetinin arxivindən bu yazını tapıb, bizə verən dostlarımıza minnətdarlığımızı bildirməklə yanaşı, həmən yazını Oxucularımızın ixtiyarına veririk.

"Tolışon Sədo” nöm: 04(16), 11 fevral 2012

 

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 1779 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus