Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Ноябрь » 3 » Selcanın məmləkəti?!
21:42
Selcanın məmləkəti?!
"Xural” qəzetinə qarşı səlib yürüşü davam edir. Yox, əslində bu "yürüş” səlib yürüşündən də betərdir. Səlib yürüşündə heç olmasa qarşı tərəfin özünü müdafiə etmək şansı var idi, bu yürüşdə "Xural”a, konkret olaraq Əvəz Zeynallıya müdafiə hüququ tanınmadı. Bir şikayət ərizəsini araşdırmaq üçün bunlara 3 ay vaxt, ən əsası isə Əvəzin zindanda olması lazım imiş. Nədir Əvəzin suçu? Bax bu suala cavab tapmaq elə də asan iş deyil, niyə ki, Əvəzin suçu, daha doğrusu suçları "N” qədərdir. Şəxsən mən bir-ikisini bilirəm...

Əvəz, ürəyi geniş olduğu üçün hamıya qucaq açdı, bundan "işpilyonlar idarəsinin işverənləri” məharətlə yararlandılar, hətta Əvəzə "qardaş” deyib, onun otağına dinləmə qurğusu da (bəlkə də qurğuları) yerləşdirdilər. Əvəz ayıq çıxdı, bu qurğunu, bəlkə də qurğulardan birini aşkarladı. Böyük ajiotaj doğdu, aləm dəydi bir-birinə, amma Əvəz, ona dinləmə qurğusu "hədiyyə” edəndən fərqli olaraq, "qardaş” dediyi adamı sıxmadı, bu məsələnin üstündən keçdi, "olub da, o qoymazdı, başqası qoyardı” dedi və sanki bu günkü günü görürmüş kimi hamı ilə, hətta mənimlə də ehtiyatla danışırdı və mən onun bu ehtiyatını hiss etdiyim üçün redaksiyaya, demək olar ki, 2-3 aydan bir gedirdim, yazılarımı isə elektron poçt ilə yola salırdım. Amma... qardaşım, bəlkə qardaşımdan da çox istədiyim Sakit Orduxanlı ilə "Xural”ın bu durumunu daima müzakirə edirdik. Sakit ilə hər görüşümüzdə "Əvəzin başına yığışanları” müzakirə edir, kimin kim olmasını özümüz üçün aydınlaşdırmaq istəyirdik. Heyhat, sədd heyif ki, bizim bundan artığına gücümüz çatmırdı. Əvəzin bir günahı ürəyinin genişliyi idisə, ikinci günahı "dost, qardaş” dediyi insanların yazılarını yoxlamadan səhifəyə qoyması idi ki, elə bu yazılardan biri (birimi?) onu zindana apardı. Mən inanıram ki, Gülər Əhmədova adi bir bəhanədir, hətta mən buna əminəm də! Əvəzi, dolayısı ilə "Xural”ı susdurmaq lazım idi və...

Əvəzin bir sevimli mövzusu var – "Selcanın məmləkəti” (Selcan Əvəzin böyük qızıdır). Əvəz bu yazıda həmişə Azərbaycanı görmək istədiyi kimi təsvir edər, bunun üçün yollar arayar, öz mövqeyini ortaya qoyardı. Əvəz həm Selcanı, həm də digər yavrusu – Banuçiçəyi mətin, qorxmaz, haqqı deyən, haqqı tələb edən, həmsöhbətlərinə qarşı mehriban və diqqətli olan vətəndaşlar kimi böyüdürdü. Və Selcanın məmləkətində Əvəzə çox "ustalıqla” torba tikdilər!...

Gülər xanımla görüşdən, daha doğrusu Gülər xanımın Əvəzə pul təklifindən və Əvəzin həmən təklifdən imtinasından sonra Əvəz Zeynallı, onların görüşməsinin səbəbkarı olan Rauf Arifoğluna zəng edir və Rauf bəyə bildirir ki, Gülər Əhmədova danışığı lentə köçürüb, Əvəzi şantaj etmək istəyir. "Yeni Müsavat”ın baş yazarı da durub zəng edir deputat xanıma ki, "bəs sən niyə Əvəzin səsini yazmısan?” və çox hörmətli deputat Rauf bəyə "papa canı mən Əvəzin səsini yazmamışam” andını içir və sonra Əvəz bəylə zəngləşib, ona bir kompyuter də hədiyyə etmək istədiyini bildirir və təbii ki, Əvəz bu hədiyyədən də imtina edir....

Selcanın məmləkətində tut-ha-tutdur! Birinin evinə silah atıb tuturlar, birinin cibinə norkotik atıb tuturlar, biri xuliqan olur, o birisi özündən 3-4 dəfə pezəvəng olan 3-4 polisə müqavimət üstə tutulur və ən acınacaqlısı odur ki, Əvəzi deputatın əli ilə tuturlar! Selcanın məmləkətində "üzə durma” kompaniyası aparılır, kim kimin üzünə istəsə dura bilər, bununçun xüsusi fitri istedad tələb olunmur, sadəcə bir balaca vicdanını itirsən, kifayətdir!...

Qayıdaq hörmətli xanımın "andına”. Gülər xanım yalandan and içməz, bu da seçki öncəsi deyil ki, "seçicilər ilə görüş”də yalançı vədlər verəsən, bu iki "köhnə dostun” – Rauf bəylə Gülər xanımın dialoqudur! Əgər Gülər xanım Əvəzin səsini yazmayıbsa, bəs onda bu "səsyazma kompaniyası”nı kim həyata keçirib? Bu məsələdə bir az ehtiyatlı olmaq gərəkir, çünkü Gülər xanımın dediyi həqiqətdirsə və o Əvəzin səsini yazmayıbsa, demək Əvəzin səsini başqası yazıb! Bax, bu "başqası”, əgər varsa, kimdirsə, çox mahir ustadır. "Bu başqası” iki "şəxs” ola bilər, birincisi: bu ola bilsin ki, Əvəzin qılığına girənlərdəndir ki, Əvəzi "baqaja” qoyub, qıraqda qalmaqla "evinə çörəkpulu” aparıb, ikincisi: bu MTN-in xüsusi xidmətinin Əvəzin otağına yerləşdirdiyi dinləmə qurğusudur. Əgər Gülər xanımın içdiyi and düzdürsə, demək Əvəzdən qabaq Gülər xanım, Əvəzə pul təklifi etdiyi üçün şantaj edilib. Bu şantaj çox guman ki, belə ola bilər: "ya Əvəzin üzünə dur, ya da "kaput MM”. Təbii ki, Gülər xanım "vicdanının səsinə” qulaq asaraq, öz balalarının gələcəyini fikirləşərək, (Əvəzin balalarından ona nə? ) Selcanın "həbsdə olan” məmləkətinin qara tarixinə düşdü, daha doğrusu Selcanın atasını saldırdı içəri, sadə və təhlükəsiz!..

Selcanın məmləkətində hamı lal, kimsənin dili yox danışmağa, kimsə Əvəzi müdafiə etməyə qalxmır, amma qalxa bilərlər. Məsəlçün: Respublikanın iki ən böyük müxalifət qəzetinin baş redaktorları, "dəvətnamə” gözləmədən istintaq idarəsinə gedib, olayla bağlı ifadə versələr, bu onların əməli işləri olacaq, daha qəzet səhifələrindən "Əvəzə azadlıq” deməyə ehtiyac olmaz. Niyə məhz "Yeni Müsavat” və "Azadlıq” qəzetləri? Çünkü hər iki baş redaktorun bu olaydan lap əvvəlcədən xəbərləri var, Əvəz hər ikisini, başına gələ biləcək bu bəla haqqında məlumatlandırmışdı. Düzdür, Rauf bəy "musavat.com” saytında bu hadisə ilə bağlı geniş bir açıqlama verib və həmən açıqlamanı oxuyan istənilən şəxs Əvəzin şərləndiyini qət edə bilər, amma... Amması odur ki, "musavat.com” saytında gedən yazılar istintaqda nəzərə alınmır, amma istintaqda verilmiş ifadələr nəzərə alınırlar, bu nöqteyi-nəzərdən hər iki baş redaktorun istintaqa könüllü gedib, ifadə vermələri gərəkir, mən belə düşünürəm, mənim fikrimcə bunun effekti daha çox olar, nəinki qəzetdə Əvəzə azadlıq tələbi irəli sürmək, o da lazımdır, amma fikrimcə bu ondan da vacib lazımdır, çünkü Selcanın məmləkətində hətta "sözü sözə tikə” bilirlər, o ki, qaldı "sənədi-sənədə”...

İ.S. Mən Əvəzi həmişə özümə dost saymışam, onun buna razı olub-olmamasından asılı olmayaraq Əvəz mənim dostum olub, düzdür, bəzi yazıları məni açmırdı, amma bu onun fikri idi və mən, Əvəz hamının fikrinə hörmət etdiyi üçün, onun fikirlərinə hörmətlə yanaşmışam. Amma bu gündən mənim Əvəz adında dostum YOXDUR! Çünkü bu gündən Əvəz mənim QARDAŞIMDIR!

İ.S.S. Selcanın məmləkətində dara düşəni həmişə atıblar, amma Əvəz yüzlərlə dara düşənin yanında olub, bu gün Əvəzin haqqı çatır ki, öz yanında Azərbaycanın böyük bir hissəsini görsün! Görüşənədək, QARDAŞ!


Rafiq Cəlilov,
celilovrafiq@mail.ru,
Tolışon Sədo qəzeti, №05, 04.11.2011
 

Категория: Azərbaycan | Просмотров: 1480 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus