Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Tərəfdaşlar

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)

Statistika

Главная » 2013 » Февраль » 19 » Siyavuş Novruzova İrandan ağır cavab gəldi
15:18
Siyavuş Novruzova İrandan ağır cavab gəldi
İranın İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpurla Azərbaycan Milli Məclisinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov arasında virtual debat davam edir. Iranlı deputat S.Novruzovun  ona verdiyi cavabla razılaşmayaraq, yenidən deputata müraciət edib.
 
Ötən dəfədən fərqli olaraq bu dəfə Həqiqətpur azərbaycanlı millət vəkilinə "Azərbaycan Respublikası parlamentinin deputatı cənab Siyavuş Novruzov” deyə müraciət edib.

S.Novruzovu "islami ədəb və əxlaq qaydalarına riayət etməməkdə” suçlayan Mənsur Həqiqətpur deputatın onu "yalançılıqda” təqsirləndirməsindən təəssüflənib.

"Yazdığım mövzulara cavab vermək əvəzinə məni yalançılıqda ittiham etməyini gözləməzdim. Əgər müsəlmansansa – mən müsəlman olmağına əminəm – görək öz din qardaşına yalançı töhməti vurmayasan. Bu, badkubəli bir azərbaycanlıdan uzaqdır. Əminəm ki, mənim azərbaycanlı bacı-qardaşlarım töhmət və iftira əhli deyillər. Onlar məhəbbətli, ədəbli və mehriban insanlardır, həmişə onların yanında özümü yaxşı hiss etmişəm, əsasən də Qarabağ müharibəsində”.

Daha sonra ötən dəfəki müraciətində "Novruzxan” xitabına toxunan iranlı deputat bildirib ki, azərbaycanlı millət vəkilinin adı və soyadı qədim dastanları ona xatırladır.

""Novruz” biz iranlıların böyük bayramıdır, siz azərbaycanlılar da bu böyük mədəniyyətin bir hissəsi hesab edilirsiniz. Onun da zəhmətini mən sənin üçün çəkmişəm və sonsuz hörmətlə sizə "Novruzov” əvəzinə, "Novruzxan” deyə xitab edirəm. Doğrudan, Novruzxan, "ov"u haradan gətirmisiniz? Sizin əcdadlarınız bu sonluqlardan istifadə ediblər? İstəyirsən, bu məsələni də müzakirəmizin mövzuları sırasına daxil edək?”-deyə iranlı deputat təklif edib.

Daha sonra azərbaycanlıların böyük mədəniyyət və svilizasiyaya bağlı olduğunu vurğulayan Həqiqətpur yazıb ki, "keçən iki əsrdə bu mədəniyyət və svilizasiyanı sizin əlinizdən almağa çalışdılar. Əlifba və milli təqviminizi əlinizdən aldıqları kimi, sizin kimliyinizi yağmalamaq istədilər. Araşdırdıqda başa düşəcəksiniz ki, sizin əcdadlarınız mehriban, ədəbli, həqiqət axtaran və həqiqi müsəlmanlar olublar. Amma cənab-ali indi aşkara yalan danışır və töhmət vurur. Sizə nə olubdur?!”.

"Cənab Novruzxan, Quranın adını çəkmisiniz. Sevinirəm ki, heç olmasa müsəlmanların səmavi kitabının adını bilirsiniz. Quran əsasında həmsöhbət olmağımıza hazırsanmı? Siz illərdir ki, Quran əlifbasını itirmisiniz, onun əvəzində kiril və latın əlifbasını almısınız. Bunun səbəbi barədə düşünmüsünüz yaxud təkcə iftira atmağa və töhmət vurmağa öyrəşmisiniz?”.

Düşmənçilik deyil, dostluq əsasında danışdığnı vurğulayan M.Həqiqətpur S. Novruzovun ötən dəfə dediyi "əxlaqsız yuvalarınız mədsrəslərdən çox idi” sözlərinə etiraz edib.

"Cənab Novruzxan, öz cavabında böyük səhvə mürtəkib olub, İranın tarix yaradan xalqını təhqir etmisən və iddia etmisən ki, İran İslam İnqilabından qabaq İranda fəsad mərkəzlərinin sayı mədrəsələrdən çox olubdur. Bu dəfə də yanlışlıq taktikasından istifadə edib pəhləvi rejiminin anti-İslam siyasətlərini İran xalqına nisbət vermək istəmisən. Bu da sizin İranın durumundan məlumatsız olmağınızı göstərir. Ona görə də yaxşı olar ki, siz İranın dünəni barədə narahat olmayasınız”.

Milli Məclisin deputatının "Azərbaycanın işğal olunan ərazilərində bütün evləri söküb talayan məhz İran vətəndaşları oldu. Onlar azərbaycanlıların evlərini, yurdlarını darmadağın elədilər” sözləri ilə İranlı deputat razılaşmır.

"İran azərilərinə Qarabağ azərilərinin evini talamaq töhməti vurduğun sözün aqibətinin nə ilə nəticələnə biləcəyini başa düşürsənmi? Bilirsənmi, insaf və insanlığın əksinə olan bu yalan iddia Qarabağ barədə indiyə qədər deyilməyənlərin üstünün açılmasına müqəddimə ola bilər? Və o vaxt gərək sən parlamentdə iştirakının xeyrindən keçib, tənhalığı seçəsən?”-deyə Həqiqətpur hədə-qorxu gəlməkdən çəkinməyib. Daha sonra o belə davam edib:

"Qarabağ barədə geniş materiallarım vardır ki, üz-üzə görüşdə yaxud sonrakı məktublarımda sənəd, video-çarx və fotoşəkillər əsasında onlardan söhbət açacağam. O məktublarda Qarabağa xəyanət edənlərin və Qarabağı satanların kimlər olmasını açıb deyəcəyəm”.



TALISH.ORG

Категория: İran | Просмотров: 846 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 1
1  
Bu danabaşlı Novruza imkan vermək lazımdır ki mümkün qədər çox danışsın. O danışdıqca öz bütün daxili aləmini, mənəviyyat və savad dərəcəsini, əxlaqını nümayiş etdirir. Yaxşı deyiblər: hər kəs öz səviyyəsində danışır. Bununla  o təkcə özünün yox, AR -da hakimiyyəti qəsb etmiş bütün hakim zümrənin səviyyəsini nümayiş etdirir.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Onlayn TV

Xəbər xətti

Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus 
MTN-nin bir ailənin başına gətirdiyi faciə 
Журналист Гилал Мамедов пожаловался на давление со стороны полиции Баку 
Hilal Məmmədov Nizami polisində təzyiqlərə məruz qaldığını bildirib 
Rövşən Canıyevin ölümü və referendum oyunları 
Davam etməkdə olan faciələrimizin sirri nədir? 
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq? 
Masallıda zülüm ərşə dirənib 
Veri kəndi ətrafında minlərlə nadir növlü ağaclar qırılır 
“Xəzər Lənkəran"ı nəyə görə dağıdıblar? 
Respublika Talış Mədəniyyət Mərkəzinin hesabat seçki konfransı keçirilib 
Qədim azəri dilinin yadigarı – Talış dili 
Талышское слово "по" (стопа, ступня, ходьба) в виде морфемы в современных индоевропейских языках 
Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu 
Rabil Abdinovun harayı 
Zaman-zaman suyu bulandıranlara elə əlahəzrət Zamanın özü cavab verəcək 
Hirkan tv növbəti proqramını təqdim edir 
ABŞ Dövlət katibi Con Kerri Hilal Məmmədovdan danışdı