Главная » 2013»Январь»25 » Ştefan Füle: “Azərbaycanda öz əqidəsinə görə həbs olunanlar var”
15:59
Ştefan Füle: “Azərbaycanda öz əqidəsinə görə həbs olunanlar var”
Azərbaycanda öz əqidəsinə görə həbs olunanlar var və bu, yalnız Avropa Şurasını deyil, həm də Avropa İttifaqını narahat edir. Bu barədə cümə axşamı Strasburqda keçirilən mətbuat konfransında genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Ştefan Füle "Azərbaycanda siyasi məhbusların olmasına inanırmı?” sualının cavabında bildirib.
Fülenin sözlərinə görə, Aİ-nin Azərbaycanla əməkdaşlığı ölkənin üzərinə götürdüyü öhdəlikləri, əsasən də ifadə azadlığının təminatı və müxalifətə qarşı münasibət sahəsində öhdəliklərini nə dərəcədə yerinə yetirməsindən asılıdır.