Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Апрель » 13 » Süpürgəçilik...
12:15
Süpürgəçilik...

 

Bu günlərdə saytlarda maraqlı, maraqlı olduğu qədər də cəlbedici, valehedici bir xəbər oxudum. Yazılmışdı ki, bəs, deməzsən, Finlandiyada süpürgəçilər ayda 1700 avro, yəni, bizim başına daş düşmüş pulla 2000 manatdan artıq maaş alırlar. Halbuki, bizim vətənpərvər süpürgəçilər hələ ki, yüüüüzzz beeeş manat alırlar, onlara da bu yekəlikdə pul gen-bol bəs edir. Ixtiyarsız olaraq əlimi atdım telefona və Finlandiyanın ölkəmizdəki səfirliyini yığmağa başladım. Işin tərsliyindən məlum oldu ki, bu şoğərib ölkənin bizdə səfirliyi hələ ki, açılmayıb. 

Baxmayaraq ki, dünyanın bir çox ölüvay ölkələrinin, Kubanın, Mərakeşin, lap elə, yoluq Çinin burda səfirliyi var, finlərin isə hələ də yoxdur. Baxma, necə olsa, mən də vətənpərvər insanam, başbilənlərimiz onların burda səfirliyini açmırsa, açılmasına mız qoyurlarsa, deməli, torbada pişik var, şahımız belə məsləhət görür. Tez tələsik telefonun dəstəyini yerinə qoydum. Amma, çox heyif, getsəydim pis olmazdı, millətin dərisini soyan bu banklara kefi istəyən faiz qoyan, ömürlük milli (?!) bankın sədri Elman əkənin bank faizlərindən tezliklə, birdəfəlik canım qurtarardı. Hər dəfə götürdüyüm kreditdən ödədiyim “şapka”lardan, nə bilim, sığorta pulundan, xidmət haqqından (guya, bank işçilərinin  bundan da başqa vəzifəsi vardır?!), hər ay götürdüyüm puldan başqa 27 faiz də əlavə ödəməyi birdəfəlik xətm edərdim.     

Bu yerdə saytlardan daha bir məlumat oxudum. Xəbəri oxudum və çiçəyim çırtladı, kefim duruldu, finlərin ayağının altını süpürmək istəyimə görə əməlli başlı xəcalət çəkdim. Sən demə, bizim ilk baxışda heç nəyə yaramayan, əslində isə şanlı, əldən düşmüş qocalar komandası - hökümətimiz gecə gündüz bizim haqqımızda fikirləşirmiş, bizim xəbərimiz yox imiş. Məlum oldu ki, 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə yiyəsiz hesab etdiyimiz ölkənin başçısı cənab, möhtərəm, zati-aliləri, hörmətli prezident I.Əliyev böyük, geniş, hərtərəfli nitqlə çıxış edib və bizim iqtisadi nigarançılığımıza birdəfəlik son qoymuşdur. Düzdür, səhmləri 100 faiz hökümətdə olan,hava haqqında məlumatlardan başqa heç nəyi düz əməlli deməyən bütün televiziya kanalları (xahiş edirəm, kanalizasiya deməyin), saytlar bu məlumatları parta-part tirajladığı bir vaxtda qapı bir qonşum Fışdırınqulu kişi mənə zəng edib hökumətin “girdirmə” (heyif ki, qonşum gül kimi hesabatlı belə qiymətləndirdi) bağlı ağzına gələni deməkdən çəkinmədi. Özümü yığışdırıb dedim, a kişi, sən ünvanı səhv salmısan, sözün varsa, dur get nazirlərin kabinkəsinə, gir, ömrünün az qala 20 ilini bir kresloda çürüdən, indi də oturub bekarçılıqdan simişqa çırtlayan, hamımızın sevimlisi, 80 yaşında da boş nazirlikdən, bağışlayın, baş nazirlikdən qopa bilməyən Artur müəllim Rəsizadədən soruş. Qorxma, ürəyini buz kimi saxla, çəkinmədən keç içəri, 5-6 paçka da simişqa al get, kişini bekar qoyma, darıxmağa imkan vermə. O, sən deyən elə də lovğa adam deyil, iqtisadiyyatdan başqa hər şeydən, ordan- burdan söhbətləş, birlikdə doyunca simişqa çırtlayın və nə sözün varsa, ona de.   

Mənim bu sözlərim Fışdırınqulu kişini daha da hövsələdən çıxartdı, cin atına mindirdi. Səsinin tonunu bir az da qaldıraraq dedi ki, bura bax, qonşu, mən sənin düşündüyün kimi o qədər də boş bekar, avara adam deyiləm ki, gedib yaşlı bir kişi ilə çənə döyüm, mırt vurum. Allahdan gizlin deyil, səndən nə gizlədim, bir çətən külfətim var, nə olsun ki, professoram, “taksavat”lıq eləməklə ailəni birtəhər dolandırııram. Mənim dediyim odur ki, hökümətin hesabatında dedikləri ağ yalandır, yalandan da yalandır. Necə yəni, neftin qiymətinin düşməsi bizə təsir etməyib, bizdən yan keçib? Necə yəni, daxili məhsul 5 faiz artıb, işsizlik və yoxsulluq 5 faizdir? Bu qədər ağ yalan olmaz axı, biz çörəyi qulağımıza yeyirik, məgər? Birincisi, Azərbaycanda hansı zavodlar, fabriklər işləyir ki, daxili məhsul 5 faiz artır? Ikincisi, yoxsulluq necə 5 faizə enə bilər ki, sovetlər dönəmindəki kimi iş yerləri yoxdur, bütün qiymətlər, bazar od tutub yanır, ölkədə tökülüb qalan əhalinin də 90 faizi banklara bəs qədər borcludur. Deyirlər ki, guya, işsizlik də 5 faizə enib.Biz indiyə qədər bu iqtidardan çox yalanlar görmüşdük, eşitmişdik, amma, belə qıp-qırmızı yalanlara heç rast gəlməmişdik. Bunların deməyindən belə çıxır ki, olkənin əhalisinin artıq 95 faizi işlə təmin olunub, qalıb vur-tut  5 faizi. Bu qədər də bizi ələ salmaq, eşşək yerinə qoymaq  olmaz axı. Yaxşı bilirsən ki, təkcə bizim yaşadığımız 9 mərtəbəli binada 600-ə yaxın ailə yaşayır. Səhər dur çıx həyətə, əgər, bu yaşadığımız binadan bircə nəfər də olsa dedikləri iş yerinə tələsirsə, gəl, tüpür mənim üzümə. Elə, təkcə sizin evdə 6 nəfər, bizdə 8 nəfər, üzbəüz qonşuda 7 nəfər, sağdakı qonşuda 4 nəfər, soldakı qonşuda 8 nəfər iş deyib mələmirikmi? 

O gün, durub getmişəm Dövlət Statistika Komitəsinə. Girmişəm sədrdir, rəhbərdir nədir, onun düz yanına, naxçıvan ləhsəsində deyirəm ki, “qardaaaşşş”, mənə iş verin. Cavab verir ki, vətəndaş, bu ünvana səhv gəlmisiniz, bura işədüzəltmə bürosu deyil, burası statistika komitəsi. Deyirəm ki, mən də bilirəm statistika komitəsidir, bəs niyə hər ayda, hər rübdə, hər ildə yalandan yazırsınız ki, ay filan qədər yeni iş yerləri açıldı, ay işsizlik belə kəlləmayallaq oldu? Axı, bir məni başa salın görüm, bu qədər ağ yalanlar uydurmağa, millət qarşısında belə günahlar işlətməyə sizi nə və kim vadar edir? Insafən, komitə sədri də pis oğlana oxşamırdı, gülümsəyərək başının üstündən asılmış şəkli göstərir, sonda da çiyinlərini çəkir. Qır- saqqız olub əl çəkmədiyimi görəndə isə hirs təpəsinə vurur, əlini düyməyə basıb polisi çağırır və “Bu vətəndaş əl çəkmir, iş istəyir, lazımı adamlarla danışın, işini verin getsin” deyir. Indi, siz özünüz deyin, qonşu, heç, belə yalançı, palançı ölkədə yaşamağına dəyərmi? 

Qonşumun bu haqlı iradlarından sonra çox fikirləşdim, çox götür-qoy etdim, çox pəjmürdə oldum və ac qarına vətənpərvərliyi bir tərəfə tullayayıb, həm də, “iş” almamaq xətrinə təzədən telefona əl atıb finlərin qonşu ölkələrdəki səfirliklərini yığmağa başladım...

 

Mətləb MÜTƏLLİMLİ

Категория: Azərbaycan | Просмотров: 2123 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus