Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Январь » 7 » Təhsil fəlsəfəsinin elmi bilik sahəsi kimi təşəkkülü
15:56
Təhsil fəlsəfəsinin elmi bilik sahəsi kimi təşəkkülü
(Rus gəlinlərimiz Azərbaycan dilində elmi məqalələr yazır)

Şelementyeva Tatyana Valeryevna
Novosibirsk Dövlət Memarlıq-İnşaat Universiteti


Təhsil paradiqması

Elmdə «təhsil» məfhumunun tərifinə bir neçə yanaşma məlumdur.

Fəlsəfə nöqteyi-nəzərindən bu, cəmiyyətin bir şəxs yaxud qrupdan digərinə dəyərlərini, təcrübələrini, biliklərini ötürməsinin rəsmiləşdirilmiş prosesidir. Vətəndaşın təhsil alması dedikdə, fəlsəfə biliyi subyektinin sənədlə təsdiqlənən müəyyən maarif səviyyəsinə çatması nəzərdə tutulur [1, səh.150].

Hal-hazırda klassik təhsil modelinin müasir cəmiyyətin tələblərinə cavab vermədiyi barədə məlumat geniş yayılmaqdadır. Təhsilin fəlsəfi dərk edilməsi "təhsil fəlsəfəsi” adında müstəqil fənnin formalaşmasında öz inikasını tapmışdır.

Elmi biliyin müstəqil sahəsi kimi təşəkkül prosesində olan təhsil fəlsəfəsi, ümumi fəlsəfənin nəzəri-metodoloji aparatını birləşdirib konkretləşdirərək və xüsusi elmlərdə toplanan biliklərdən istifadə edərək pedaqoji gerçəkliyə, onun məsələləri və ziddiyətlərinə münasibəti təkmilləşdirir və bu gerçəkliyə müəyyən mənalar qazandırıb, dəyişdirilməsinin mümkün konseptual variantlarını irəli sürür [2, səh.24].

Klassik təhsil paradiqmasına tarix boyunca müxtəlif dəlillər verilmişdir. Klassik paradiqmaya xas olan ideal və normalar modifikasiya edilmiş, tamamlanmış, dəyişdirilmişdir. İbtidai və orta təhsil sistemində ifadəsini tapan universal təhsil istiqaməti sonradan başqa bir ideya – şəxsiyyətin təbii hüquqları, o cümlədən təhsil hüququ ideyası ilə təkmilləşdirildi. Bizim ölkəmizdə şəxsiyyətin təbii hüquqları ideyasına uzun zaman heç əhəmiyyət verilməmişdir. Dövlət sistemində müəyyən (olduqca orta) təhsil səviyyəsi əvvəllər siniflər üzrə fərqləndirilmiş, sonra ümumi təhsil olaraq bərabərləşdirilmişdir. Eyni zamanda şəxsiyyətin təhsili seçmə hüququna malik olduğu tamamilə nəzərdən qaçırılmışdır.

Bununla belə təhsilliliyin başa düşülməsinə yanaşmalar da dəyişilir. İnsan və təhsillilik barəsində ənənəvi fikirlərdən əlavə yeni fikirlər formalaşır, pedaqogikanın antropoloji əsaslarının əvəz olunması gerçəkləşir. Təhsilli insan, hətta dünyagörüşü formalaşmış olsa belə, "bilən insan” olmaqdan daha çox həyata hazırlanmış, müasir mədəniyyətin mürəkkəb məsələlərinə bələd olan, həyatda yerini dərk etməyə qabil insan olur [3, səh.27]. Təhsil azad şəxsiyyətin formalaşması, digər insanları başa düşməsi, təfəkkürün, ünsiyyətin formalaşması və nəhayət insanın əməli iş və hərəkətləri üçün şərait yaratmalıdır.

Zəmanəmiz üçün önəmli olan daha bir tələb, yad mədəniyyətin başa düşülməsi və qəbul edilməsidir. Bunu elə mənada anlamaq olar ki, o, öz daxilində dərk edilməz; yalnız müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqədə, görüş, dialoq içərisində öz mədəniyyətinin əsasları, xüsusiyyətləri qarşılıqlı və ya açıq anlaşılan olur. Bu deməkdir ki, təhsilli insan mədəni insandır və o mənada özgə mədəni mövqelərini, dəyərlərini anlayır və qəbul edir, güzəştə getməyi bacarır, təkcə özünün deyil, həm də özgənin müstəqilliyinin dəyərini dərk edir.

Daha bir təkidli tələb əxlaqlı, məsuliyyətli insanın formalaşmasıdır. Bu tələb bu gün insanın xeyir və şər, özünün həyatda yeri, bilik, təbiətdən, mədəniyyətin taleyindən, öz yaxınlarından məsuliyyətlilik və s. əxlaqi gerçəklikləri dərk etməsi nöqteyi-nəzərindən, başqa sözlə, ilk növbədə humanitar cəhətdən qoyulur. Təbiyyat dünyagörüşü müasir mədəniyyət və təhsil vasitəsilə demək olar ki hər ikinci adama aşılanır, lakin dünyaya humanitar münasibətin əskikliyi getdikcə daha çox hiss olunur və ən zəruri ideal kimi dərk edilir.

Təhsili fəlsəfi kateqoriya kimi nəzərdən keçirərək təhsilin cəmiyyətə təsir dərəcəsini müəyyən etmək lazımdır ki, bu, cəmiyyətdə təhsilin funksiyalarının təhlili ilə mümkün olur.

1) Mədəniyyətin cəmiyyətdə ötürülməsi və yayılması onların arasında ən önəmli olanıdır. Bunun mənası odur ki, təhsil təsisatı vasitəsilə sözün ən geniş mənasında başa düşülən mədəniyyətin dəyərləri (elmi biliklər, incəsənət sahəsində nailiyyətlər, əxlaqi dəyər və normalar, davranış qaydaları, müxtəlif peşələrə xas olan təcrübələr və s.) nəsildən nəslə ötürülür. Bəşəriyyətin tarixi boyunca təhsil biliklərin başlıca mənbəyi, cəmiyyətin maarifləndirilməsinin vasitəsi olmuşdur. Bunu da unutmaq olmaz ki, hər xalqın mədəniyyəti öz milli-etnik köklərinə malikdir, buna görə də milli mədəniyyətin və eləcə də onun təkraredilməz, unikal xüsusiyyətlərinin yaşadılması və qorunmasında təhsil sisteminin müstəsna rolu vardır; sözügedən xüsusiyyətlərdə iştirak edən fərd milli şüurun və milli psixologiyanın daşıyıcısı olur.

2) Bu cəmiyyətdə hakim olan məqsədlərin, dəyərlərin, həyat ideallarının gənc nəsildə formalaşması. Bu sayədə gənclər cəmiyyətin həyatında fəal iştirak edir, ictimailəşir, sosial sistemə inteqrasiya edilirlər. Öz ana dilinin, vətəninin tarixinin, ədəbiyyatının, mənəvi-əxlaqi prinsiplərinin öyrənilməsi gənc nəsildə hamı tərəfindən qəbul edilmiş dəyərlər sisteminin formalaşması üçün zəmin yaradır; bu sayədə gənc nəsil başqa insanları və özlərini başa düşməyi öyrənir, ölkənin şüurlu vətəndaşları olur.

Təhsil sistemi tərəfindən həyata keçirilən uşaqların ictimailəşdirilməsi və tərbiyələndirilməsi prosesinin məzmunu cəmiyyətdə hakim olan dəyər standartları, əxlaq, din, ideologiyadan xeyli çox asılıdır. Sənayedən əvvəlki cəmiyyətlərdə dini tərbiyə məktəb təhsilinin tərkib hissəsi idi. Müasir sənaye cəmiyyətində din (kilsə) dövlətdən ayrıdır və formal təhsil sistemi dövlətin nəzarəti altındadır, buna görə dini təhsil və tərbiyə ya ailə çərçivəsində, ya da xüsusi qeyri-dövlət tədris müəssisələrində gerçəkləşdirilir.

3) Sosial seleksiya, formal təhsil təsisatının ən mühüm funksiyalarından biridir. Təhsil prosesinin strukturu elə təşkil edilmişdir ki, artıq ilk mərhələlərdə oxuyan şəxslərə differensial yanaşmaq imkanını verir (təhsil prosesinin «çətin» deyilən subyektlərinə təhsil vermə strategiyasının dəyişdirilməsi, istedadlı və qabiliyyətli olanların həvəsləndirilməsi).

4) Sosial və mədəni dəyişikliyin funksiyası müasir təhsil təsisatının üstünlüyüdür.

Yuxarıda bəhs olunan funksiyanın həyata keçirilməsinin ən azı iki mexanizmini ayırırlar.

1.​ Ali təhsil müəssisələrinin elmi-tədqiqat işi çərçivəsində keçirdikləri elmi tədqiqatlar. Ali məktəb elmi tərəqqiyə yardım etməklə yanaşı cəmiyyətin mədəni irsinin zənginləşməsi və genişlənməsinə də çox önəmli töhfə verir. Bundan əlavə, universitetlərin sənaye ilə sıx əlaqəsinə görə Qərb ölkələrinə xas olan elm, ali təhsil və istehsalın inteqrasiyası baş verir və bu inteqrasiya, elmi-texniki tərəqqinin sürətləndirilməsi ilə nəticələnir.

Universitetlər getdikcə daha çox elmi-tədqiqat mərkəzlərinə çevrilir, dövlət müəssisələri və sənaye şirkətlərinin sifarişi ilə nəzəri və tətbiqi tədqiqatlar həyata keçirir. Bununla yanaşı, ali təhsil müəssisələrində elmi tədqiqatların inkişaf etməsi ali təhsil sisteminin təkmilləşməsinə zəmin yaradır, çünki yeni elmi fikirlər və kəşflər tədris proqramlarına daxil edilib, mütəxəssislərin keyfiyyətinin artırılmasını təmin edir.

Beləliklə, təhsil təsisatının başlıca təsir istiqamətləri cəmiyyətin mədəni sahəsinə təsiri və öz fəaliyyətini təkmilləşdirməsindən ibarətdir. Bununla belə innovasiya texnologiyaları diqqət mərkəzində olur və təhsil islahatı da bunları tətbiq etmək məqsədi ilə aparılır. Bununla bağlı olaraq ali təhsil müəssisələrinin beynəlxalq və xarici iqtisadi fəaliyyət kimi inkişaf istiqaməti xüsusi diqqət kəsb edir.

Rusiyanın təhsil sisteminin vahid Avropa məkanına inteqrasiya çərçivəsində gerçəkləşdirilən bu istiqamət təhsil sahəsində mövcud olan bir sıra məsələlərin həllinə yardım edir.

Təhsil islahatını fəlsəfi cəhətdən nəzərdən keçirərkən təhsil sahəsində ən azı üç əsas meyli xüsusilə qeyd etmək olar. Birincisi, əsas təhsil paradiqmasının bütün dünyada dəyişməyə meyli (klassik təhsil modeli və sisteminin böhranı, təhsil fəlsəfəsi və sosiologiyasında, humanitar elmdə yeni təməl ideyaların işlənməsi, eksperimental və alternativ məktəblərin yaradılması). İkincisi, ali təhsil müəssisəsinin və təhsilin dünya mədəniyyətinə inteqrasiya istiqamətində hərəkət etməsi (ali təhsilin demokratizasiyası), fasiləsiz təhsil sisteminin yaradılması, təhsilin humanitarlaşması və kompüterləşməsi, təhsil proqramlarının azad seçilməsi, orta və ali məktəblərin müstəqilliyi əsasında müəllimlər, şagirdlər və s. cəmiyyətlərinin meydana gəlməsi. Lakin qeyd olunmuş strategiyanın tərəfdarları üçüncü meylə xüsusi əhəmiyyət verirlər ki, bu da rus məktəb və təhsil ənənələrinin bərpa olunmasıdır [4, səh. 27].

Lokal birliklərin formalaşmasının indiki mərhələsində, yəqin ki, müstəqilliyin, ayrılığın öhdəsindən gəlməyə diqqət yetirmək lazımdır. Tarixi taleyin ümumiliyini, ərazi, iqtisadi, siyasi və s. ümumiliyinin dərk edilməsi getdikcə böyük rol oynayır. Buna görə də, təhsil strategiyalarına bu cür yanaşmanın tərəfdarlarının fikrincə, mədəniyyət və təhsil sahəsinin vəzifəsi məhz bu proseslərin davam etdirilməsidir.

İslahatın ümumi mənası təhsilin cəmiyyətlə əlaqəsinin bərpa olunmasındadır. İslahatlara etiraz edənlər çox vaxt deyirlər ki, bizim yaxşı ənənəmiz var, dəyişməyə gərək yoxdur [5, səh.42]. Lakin məsələ orasındadır ki, təhsilin həm iqtisadiyyat, həm müəssisələr, həm də oxuyan və oxumaq istəyən adamlarla əlaqəsi itirilmişdir.

Təhsildəki böhranı və öhdəsindən gəlməsinə dair fəlsəfi doktrinin olmamasını etiraf etməyin özü önəmlidir, ilk öncə alimlərin və ictimaiyyətin bu problemə diqqətinin cəlb edilməsi baxımından əhəmiyyət kəsb edir. Lakin konstruktiv yanaşma: nəinki təhsil fəlsəfəsi sahəsində, həm də təhsil fəaliyyətinin bütün komponentlərinə və eləcə də bu fəaliyyətin təhsilin bütün səviyyələrində maliyyə, maddi-texniki, kadr, elmi-metodik və informasiya təminatına görə təhsil siyasəti və strategiyası sahəsində prioritet problematikasının və ən başlıcası, işləyə bilən praktika yönümlü konsepsiyaların əsaslandırılması daha çox önəmlidir.

Bu son dərəcə mürəkkəb və çox zəhmət tələb edən məsələlərin həlli kollektiv səylər tələb edir. Bununla bağlı olaraq, ali təhsil müəssisələrinin maliyyələşdirilməsi və elmi potensialından yetərli dərəcədə istifadə olunmaması məsələsini daha təfərrüatla nəzərdən keçirmək istəyərdik.

Ölkədə ödənişli təhsilin inkişafı sayəsində, müxtəlif növ ali təhsil müəssisələrinin təhsil xidmətlərinin müştərilərini cəlb etməkdə rəqabəti artıran təhsil xidmətləri bazarı formalaşmışdır və eyni zamanda hər bir ali məktəbin müasir şəraitdə inkişafı üçün rəqabət mühitinin yaradılmasının faydalılığını aktuallaşdırmışdır. Gələcək demoqrafik vəziyyət, dövlətin mütəxəssislərin hazırlanması üçün sifariş verməsi təhsil müəssisələri arasındakı rəqabəti daha da kəskinləşdirəcək, çünki onlar təhsil xidmətlərinin müştərisi olan tələbələri qəbul etməyə haqq qazanmalı olacaqlar [4, səh.26]. Belə rəqabət şəraitində mütəxəssislərin hazırlanmasının keyfiyyəti, şübhəsiz, müasir Rusiya ali məktəbinin təhsil fəaliyyətinin aparıcı meyarı olacaq.

Məlumdur ki, təhsil sisteminin ünsürü kimi ali məktəb sosial-mədəni təsisatının, cəmiyyət sivilizasiya yolunda irəlilədikcə rolu artan xüsusi bir növüdür.

İnsanın inkişaf dərəcəsi, cəmiyyətdə mədəniyyət və mənəviyyat səviyyəsi, iqtisadi, elmi-texniki, ictimai-siyasi tərəqqinin templəri, cəmiyyətin idarə edilməsinin effektliliyi məhz dövlətin sosial-təhsil siyasəti və mütəxəssislərin hazırlanması keyfiyyətindən xeyli çox asılıdır. Ali təhsil təsisatının sosial məqsədi bir yandan cəmiyyətin yüksək ixtisaslı əmək subyektlərinə olan tələbatı, digər yandan da fərdlərin biliklərin müəyyən spektr və səviyyəsinə yiyələnməyə olan tələbatının təmin edilməsindən ibarətdir. Bu gün təhsil təsisatının cəmiyyətin həyatı və tərəqqisində xüsusi, müstəsna yerini sübut etməyə gərək yox. Bununla belə, müasir elm, mədəniyyət və informatikanın əldə edilmiş olan böyük imkanları ilə bunların bütün cəmiyyətin həyatında gerçəkləşdirilməsi arasında meydana gələn çox böyük uyğunsuzluq həm ayrı bir ölkədə, həm də dünya miqyasında yalnız təhsil sisteminin genişlənməsi və keyfiyyət səviyyəsinin qaldırılması əsasında uğurla aradan qaldırıla bilər.

Müasir ali təhsilin qarşısında duran vəzifələrdən biri müasir iqtisadiyyatın dəyişən şərtlərinə cavab verə biləcək, yüksək keyfiyyətli təhsili təmin edə biləcək, məzunların əmək bazarında rəqabətə qabil olmalarına şərait yarada biləcək təşkilat-idarə mexanizminin yaradılmasıdır.

Lakin ictimai proseslər sosial statusa həmçinin əsk təsir göstərə bilər.

Tarixdə təsdiq olunmuşdur ki, təhsil cəmiyyətin inkişafını müəyyən edən, cəmiyyət həyatının prioritet dəyərlərindən biridir. Ali məktəbdə şəxsiyyətin inkişafının əsası kimi sabit ictimailəşmə prosesini götürsək, dediyimizi belə dəqiqləşdirə bilərik: ali məktəbin təhsil fəaliyyətinin məqsədi təhsil keyfiyyətinin inkişaf etdirilməsidir ki, o da effektli təhsil texnologiyaları, biliyin əldə edilməsi vasitələri kimi təhsil metodlarından; kadr potensialı, professor-müəllim heyətinin peşıkarlığı və ali məktəbin fəaliyyətinin əsas şərti kimi elmi fəaliyyətindən birbaşa asılıdır [6, səh.43].

İnkişafın perspektiv istiqamətlərindən biri ali təhsil müəssisələrinin beynəlxalq və xarici iqtisadi fəaliyyətidir.

Bu istiqamətin əhəmiyyəti aşağıda qeyd olunan bir sıra cəhətlərlə şərtləşdirilmişdir. Birincisi, ali təhsil müəssisələrinin beynəlxalq və xarici iqtisadi fəaliyyəti xarici ölkələrin təhsil müəssisələrinin təcrübəsindən faydalanmağa yol açır və bu təcrübə həm vətən, həm də dünya xidmət bazarı üçün mütəxəssislərin hazırlanmasında həyata keçirilə bilər. İkincisi, olduqca mühüm milli ixracat resurslarından olan mövcud təhsil potensialından effektli istifadə ali təhsil müəssisələrinin fəaliyyətlərinin maliyyələşdirilməsi üçün yeni vəsaitlər cəlb etməsinə imkan verəcək. Üçüncüsü, Avropa təhsil məkanına inteqrasiya vətən təhsil sahəsinə investisiya vəsaitlərinin cəlb olunmasına zəmin yaradacaq, bu da, şübhəsiz, aparılan təhsil islahatının məqsədlərinə uyğundur.

Ədəbiyyat

1.​ Закон РФ от 10 июля 1992 г. № 3266-I «Об образовании» (ред. от 23 июля 2008 г.) // СЗ РФ. — 1996.— №3. – Ст. 150.
2.​ Фишер М.И. Философия образования и комплексные исследования образования/М.И.Фишер// Вопросы философии. 1995.— № 11.— С. 24.
3.​ Зотов А.Ф. Образование в конце ХХ века (материалы круглого стола) / А.Ф.Зотов, В.И.Купцов, В.М. Розин, А.Р.Марков [и др.]. // Вопросы философии. 1992.— № 9.— С. 27.
4.​ Григорьева И. Философские аспекты образования /И.Григорьева // Социальные проблемы образования: методология, теория, технологии. — Саратов, 1999. — С. 27.
5.​ Александрова Р.И. Философия образования Российского зарубежья: духовно-нравственные искания /Р.И.Александрова, А.И.Белкин // Российское зарубежье: образование, педагогика, культура, 20-50-е годы ХХ века. — Саранск, 2003. — С.42.
6.​ Крикунов А. К анализу концепции образования В.В.Розанова /А. Крикунов // Alma mater. — 1998.— № 4.— С.43.

Novosibirsk - Masallı 

Категория: Azərbaycan | Просмотров: 1863 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus