Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Январь » 7 » Təzə “torba”...
18:10
Təzə “torba”...
Hərdən qəzetlərdən elə şeylər oxuyuram, televiziya elə şeylər görürəm ki, dəhşətə gəlirəm, ağlım çıxır başımdan, özümə gəlincə xeyli vaxt keçir. Başlayıram oxuduğumu, gördüyümü analiz etməyə. Görürəm ki, bu "analiz” məni aparır keçmişə, Azərbaycanda hara barmaq qoyuram, ordan "qədim türk” məbədləri çıxır, başqa ərazilərlə işim yox, baxıram Talış zonasına, başdan-ayağa Türk məbədləridir, sanki Talış zonasına Talışlar zənbillə gətiriliblər, bir dənə də olsun Talış məbədi yoxdur! Fikirləşirəm ki, yəqin indiki Talışlar da elə qədim Türklərdilər ki, əvvəlcə türk dilini talış dili ilə əvəzləyiblər, yəni ki, türklükdən talışlığa assimilə olublar, indi də talış dilini türk dili ilə əvəzləyirlər, yəni ki, talışlıqdan türklüyə assimilə olurlar, əlqərəz, "tarixi həqiqət” öz yerini tapır! Millət öz "keçmişinə” qayıdır! Başım "xarab olma nöqtəsinə” çatanda "cum edirəm” dostlarımın yanına, başlayırıq birlikdə "fikir” etməyə, əlqərəz, axır ki, bir ortaq nəticəyə gəlirik ki...

Başı bəlalı Millət..

O gün təsadüfən yolda bir tanışımı gördüm, yaxşı vəzifədə çalışır, maşını saxladım, görüşdük, "xoş-beş-on beş” etdik, hal-əhval tutduq, siyasətə qarışmadıq, çünkü mən tanışımın YAP-çı olduğunu bilirəm, o isə hələ də məni "inad cəbhəçi” kimi tanıyır, baxmayaraq ki, mən 5 ildir ki, AXCP-dən çıxmışam. Mənim ona "nə işlə məşğulsan?” sualını verməyim mənasız olduğu üçün "kef çıkoye?” ilə kifayətləndim. (yeri gəlmişkən, mən uzun illərdir ki, bu sualı, haralı olmalarından asılı olmayaraq bütün dost-tanışlarıma verirəm), tanışım "belə də, şükür Allaha” dedi, bir xeyli ümumi söhbət etdik, gözləyirdim ki, tanışım məndən "qəzeti çıxarda bilirsən?” sorğusunu etsin, etmədi, ümumiyyətlə "qəzet” mövzusuna toxunmadıq, onun iş yerinə çatanda "müəllim, bəlkə sənə bir qəzet verim?” dedim, həmsöhbətim yetim görkəm alıb, "məni bu işlərə qatma da, nə olar” dedi, həmsöhbətimin aldığı "məsum yetim” pozasını görüb dediyim kəlməni ağzımdan çıxartdığıma görə peşiman oldum! Ay Allah, o boyda vəzifə sahibi, o boyda səlahiyyət sahibi, o boyda şəxsiyyət necə də kölə görkəmi ala bilərmiş? Doğurdanmı biz hələ də kölə xislətindən azad olmamışıq? Bəs biz özünü millətinə, dilinə qurban verən Babəkin (yeri gəlmişkən həmsöhbətim məhz Babəkin həmkəndlisi idi) nəvələri deyilikmi? Belə çıxır ki, biz hələ də 93-ün xofunu yaşayırıq, bu xof hələ də canımızdan çıxmayıb, bəlkə bu xofu canımızdan çıxartmaq üçün Prezident xüsusi fərman verməlidir ki, "ay, Talışlar, Talış olmaqdan qorxmayın, bizim sizinlə işimiz yoxdur”? Bu hökumət nə etməlidir ki, bu xof Talışların canından çıxsın? Məndən olsaydı Prezidentdən xahiş edərdim ki, "Azərbaycanda yaşayan Talışlar haqqında” bir Qanun qəbul etsin ki, həmən Qanunda Talışlara "xofdan azad ol” göstərişi verilsin. Ay Talışlar, Prezident belə bir Qanun imzalasa, siz Talış olmaqdan, Talışca danışmaqdan, Talışca yazmaqdan qorxmazsız ki?...

"Halay” da belə getdi..

Yeni il gələr-gəlməz bu İTV məni dəli etdi, ayın birindən reklam edirdilər ki, bəs yanvarın 4-də İTV-nin səhər kanalı olan "Yeni Gün” verilişində milli azlıqlara həsr edilmiş veriliş veriləcək. Fikirləşirdim ki, həmən verilişə baxıb, Lənkəranın Cənub TV-sini "baltalayacam”, alınmadı. Bir el məsəli var: "sən saydığını say, gör fələk nə sayır”. Mən saydığımı saydım, ayın 4-nü səbirsizliklə gözlədim, amma mənim saydığım ilə İsmayıl Ömərovovun saydıqları tərs mütanasiblik təşkil etdilər, yəni ki, üst-üstə düşmədilər. Konkret olaraq İsmayıl müəllim bu el məsəlindəki "fələk” rolunu "mənimsəmişdi”.. Nə isə, veriliş başladı, Avarlar, Ləzgilər, Tatarlar, Ukraynalılar, Ruslar və Asıxka türkləri başladılar öz milli məharətlərini göstərməyə, verilişi əvvəldən-axıracan izlədim, nə Talışları, nə Tatları, nə də Kürdləri verilişə dəvət etməmişdilər, zatən onsuz da heç vaxt nə Tatları, nə də Kürdləri bu verilişə dəvət etmirlər, amma həmişə Talışları dəvət ediblər, bəs birdən-birə nə oldu? Bu sualı özüm-özümə verdim, cavablar başımda "şeytan karuseli” kimi dövr etməyə başladılar, a kişi bir sualın nə qədər cavabı olarmış? Birinci "cavabım” o oldu ki, İTV adlı teleşirkət 3 gün idi ki, bu verilişi reklam edirdi, biz niyə özümüzü "ora” salmamışıq ki, indi də bu niyəyə cavab axtaraq? İkinci cavabım o oldu ki, "biz yəqin yaddan çıxmışıq”, sonra fikirləşdim ki, de-fakto Azərbaycanın ikinci etnosu olan Talışlar necə yaddan çıxa bilərlər ki? Sonra bütün günahı atdım CTV-nin üstünə ki, CTV İTV-dən xahiş edib ki, Talışları verilişə dəvət etməyin, bizdən də veriliş istəyəcəklər. Əgər 3-cü variant həqiqətdirsə, onda İTV-dəki verilişdə Talışların olmamasının birinci baiskarı elə bizim qəzetdir. A kişi, o nömrə olmur ki, "Talışlara televiziya” yazırıq, bunlar da fikirləşiblər ki, biz hələ bunlara efir vermirik belə "füqan” edirlər, efir versək nə olar? Ona görə də əziz Talışlar, qəzeti bağlamaq lazımdır ki, İTV heç olmasa ildə bir dəfə bizə "10 dəqiqəlik mahnı oxumaq” şansı tanısın! (nə olsun ki, mahnıların 80 faizi Talışca oxunmur!) Bütün bunları qoyaq bir tərəfə, teleşirkət İsmayıl Ömərov cənablarınındır, kimi istəyir dəvət edir, kimi istəmir-YOX! Daha bundan faciə düzəltməyin nə adı var ki? Hə, fikrimi tamanlaya bilmədim axı, həmən verilişdə Asıxka türkləri çıxıb bir türk mahnısı oynadılar-HALAY! İndi mən dəli olmaq həddinə necə çatmayım ki?... Talışların bir məsəli var: "Səpo mandə kələ bə nıştə kələ sə.......”

Sovet vaxtı tez-tez televiziya ilə Talış ansamblının ifasında "ay qızlar, HALAYA gəlin” mahnı-rəqsini verərdilər, daha vermirlər, Asıxka türklərinin bu mənimsəməsindən sonra "voobşe” verməzlər, HALAYa da bir QUŞ!

"Həpimiz müsəlmanız”..

Baladdin Veşo uşaq vaxtı həmişə bizə qarşı "ədə, həpənin biri həpə” kəlməsin işlədərdi, sonra bir az böyüdü, ŞAİR oldu, kitabları çıxdı, amma ətrafında olanların çoxu nəinki şair, heç Baladdinin "həpə”si də ola bilmədilər....

Mənim bütün yazılarım da həyatım kimi təsadüflərdən asılıdır. Yəni ki, nəyi görürəm, onu da yazıram. O gün təsadüfən bir şəxs ilə rastlaşdım, tanımırdım, Baladdinin qonşu kəndçisi imiş, məni ona, onu mənə təqdim etdilər, mənim də bir "axmaq” xəsiyyətim var, harda oturmağımdan asılı olmayaraq qəzet stolumun üstündə olur, (gərək bu xəsiyyəti tərgidim, yaxşı olardı ki, qəzeti çıxardandan sonra gətirib evdə "gizlədim”) qəzeti görən "yeni tanışım” bir tarixi nitq söylədi ki, gəl görəsən: "nədir yenə də başlamısız Azərbaycanı parçalamağa,(?) nə talış-talış salmısız yenədə, nə talış, nə kürd, nə vəhabi, həpimız müsəlmanız! Əlikram bir dəfə talış söhbətini saldı da, nə oldu? Siz də Əlikramın yolun gedirsiz. (zalım oğlu lap Prokuror imiş) Əl çəkində bu boş şeylərdən.” Nədənsə yadıma uşaq vaxtı gördüyüm "Lenin zirehli qatarın üstündə” tablosu düşdü. Ona görə yox ki, həmsöhbətim Leninə oxşayırdı, əsla, həmsöhbətim əsl Kadus idi, cəngavər görkəmi var idi, sadəcə Lenin kimi "natiq” idi, fikir vermək istəmədim, amma mən "separatçılıqda” ittiham olunurdum, ittiham "obyektinə” çevrildiyim üçün ən azı özümü "təmizə” çıxartmalı idim, ya yox? Elə də uzun olmayan dialoq-mübahisə etdik, mən həmsöhbətimə başa sala bilmədim ki, vahabi dini təriqətdir, Talış isə MİLLƏT! Nə vəhabiləri biznən, nə də bizi vahabilərnən bir cərgəyə qoymaq olmaz. Nə isə, özüm dedim, özüm də eşitdim, kişi konkret o fikirdə idi ki, biz "Talış-Talış edənlər” vahabilərlə əkiz qardaşıq.

Sağollaşıb, çıxdım. Amma özümdə fikirləşdim ki, biz nə vaxtacan Əlikramın uzaq 93-cü ildə atdığı hər hansı bir addımın müzakirəsin aparacağıq? Niyə biz bu günümüzü, günümüzün reallıqlarını müzakirə etməyək? Axı keçmiş ilə yaşamazlar, gələcəyə baxmaq, gələcək naminə nə isə etmək lazımdır...

O ki, qaldı Əlikrama, daha doğrusu onun səhf addımına, o bu addımın bədəlini ödəyib. Çəkilmiş cəzaya görə isə ikinci dəfə iş açmırlar. Ümumiyyətlə isə mən o fikirdəyəm ki, Əlikram Azərbaycan xalqının qəhraman, qorxubilməz oğlu idi, onun Qarabağda göstərdiyi şücaəti heç kəs göstərə bilməzdi və inanmıram ki, kimsə də göstərə! Əlikram zamanasının qəhramanı idi, ona "n” qədər şeirlər qoşulmuşdu ki, həmən şeirlərdən birini-böyük Xəli Rza Ulutürkün şeirini vermək qərarına gəldim. Amma bütün bunlara rəğmən mənim üçün maraqlıdır ki, niyə axı həmişə bizi Əlikram ilə müqayisə edirlər, sonunda aparıb Əlikrama calayırlar? Əgər biz öz dilimizin inkişafını, yaşamasını istəyiriksə, biz də televiziya, radio, teatr arzusundayıqsa demək Əlikramçıyıq? Əgər bu arzuları etmək, həmən arzular uğrunda çarpışmaq Əlikramçılıqdırsa, demək biz helə Əlikramçıyıq!

Yeni tanışımın Talışçılığa yanaşmasına "axmaq və mənasız yanaşmadır” deyib, üstündən ötmək də olardı, amma əgər mənim millətimin nümayəndəsi bu müqayisəni aparırsa, demək artıq "pişik girib torbaya”. Torban mübarək, ay "Tolışon Sədo!!!”

İ.S. O gün bir siqnal aldım, "ehtiyyatlı ol, ətrafında iş aparılır”. Fikir vermədim, adətim üzrə gülüb "boş şeydir" dedim, çünkü bir şeyi dəqiq bilirəm, kiminsə "içəri düşsün” tapşırığı verilibsə, o "ətrafında iş aparılmadan da” içəri düşəcək...

Rafiq Cəlilov,
Tolışon Sədo, №1, 2012
celilovrafiq@mail.ru


 

Категория: Талыш xəbərləri | Просмотров: 1900 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus