Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Январь » 13 » Tale Yolumuz
17:32
Tale Yolumuz
2013-cü il arxada qaldı

2014-cü il öz gəlişi ilə ölmiş ümidlərə yeni impuls, itməkdə olan inam hissinə yeni nəfəs gətirəcəkmi, görən?..

Mehdibəy Səfərov,
Azəri-Talış Ictimai Birliyinin sədri, Milli Şuranın üzvü

Qarşısına Azərbaycanın ictimai-siyasi həyatına mütərəqqi, sivil və demokratik ənənələrə, eləcə də, milli-mənəvi dəyərlər sisteminə dəstək verməyi məqsəd qoymuş Azəri-Talış Ictimai Birliyini nə gözləyir? Görəsən, doğrudanmı cəmi bir yaşını yenicə qeyd etmiş ATIB-ə həm "sağ”dan, həm də "sol”dan vurulan zərbələr səngiməyəcək?..

Fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik maraqlarına, ərazi bütövlüyünə məsuliyyət və hörmət ruhunda, Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlara, o cümlədən ölkəmizin imzaladığı Beynəlxalq aktlara rəğmən qurmasına baxmayaraq, Birliyə yönəli irad və ittihamlar bitib-tükənmir. On beş aydan çoxdur ki, AR Ədliyyə Nazirliyi heç bir ciddi səbəb göstərmədən ATIB-ni Dövlət qeydiyyatına almaqdan imtina edir; məhkəmələr etdiyimiz müraciətlərlə bağlı ədalətsiz qərarlar çıxardırlar. Vəziyyəti elə həddə çatdırıblar ki, hətta, öz şəxsi vəsaitimizlə də hər hansı mədəniyyət və ya iaşə obyektləri ATIB-nin tədbirlərini keçirməyə icazə vermir. Mədəni-kütləvi tədbirlərimizi gizli şəkildə, loqosuz, reklamsız və səhnə tərtibatı olmadan keçirməyə məcbur oluruq. Ən acınacaqlısı isə, vətəndaşların məxsus olduğu milli-mental dəyərlərinin, mədəniyyətinin, milli kimliyinin, dilinin hifz olunmasına və inkişafına kömək etməyə birbaşa cavabdeh olan Azərbaycan Hökuməti bu ədalətsizliklərdə özünü görməməzliyə vurur.

***

Hökumət ölkə Konstitusiyasında təsbit olunmuş maddələri, eləcə də qoşulduğu Beynəlxalq Konvesiya və xartiyaların şərtlərini pozaraq sanki, qəsdən bu sahədə əməli addımlar atmır. Vaxtaşırı dövləti təmsil edən yüksək çinli məmurlar və Milli Məclisin deputatları ATIB-nin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan mülahizələr yürüdür, bayağı təhdidlərdən, hətta təhqirlərdən belə çəkinmirlər. Bəzi dairələr Birliyin səmimiyyət və ləyaqətlə icra etdiyi işinə böhtanlar atır, əleyhinə absurd təbliğat kampaniyası aparırlar. Bu sahədə anormallıq elə həddə çatıbdır ki, vicdanının səsi ilə mənsub olduğu etnosun milli-mənəvi dəyərlərinin hifz olunması naminə əməli bir addım atmaq istəyən ləyaqətli insanlar artıq aşkar şəkildə təqib və təhdid edilirlər. Təəssüflə qeyd edək ki, ölkədə elə bir  psixoloji mühit yaradılmışdır ki, (bəli, məhz yaradılmışdır!) əsəbləri zəif olanlar istər-istəməz xoflanır, çəkinir və son nəticədə assimliyasiyaya uğrayaraq öz milli kimliyini unudur, danır... Belə ki, öz doğma vətənini təmənnasız sevmək, milli kimliyini qorumaq insan həyatı üçün çox riskli sahəyə çevrilmişdir! (?!) Acı da olsa, etiraf etmək məcburiyyətindəyik ki, gündəlik üzləşdiyimiz reallıqlar bundan ibarətdir! 

Bütün bunları bizlərə birbaşa "sağ”dan vurulan zərbələr kimi şərtləndiririk. Niyə? Bu sualın izahını isə, qısa şəkildə aşağıda qeyd etməyə çalışacam.

17 noyabr 2012-ci il tarixində ATIB öz yaranışını elan etdi. Sıravi Talış xalqının, eləcə də ölkəmizin demoktatik düşüncəyə malik vətəndaşlarının böyük əksəriyyəti bunu müsbət hadisə kimi dəyərləndirdi. Onlar öz təbrik və müraciətlərində Birliyin yaranması ilə ölkəmizdə Talış xalqının boynundan məqsədli şəkildə asılmış "separatçı” boyunduruğundan xilas olacaqlarına, ən nəhayət milli munasibətlər və səmimi ünsiyyət zəminində sivil dəyərlərin meydana gələcəyinə ümid bəslədiklərini bildirdilər. Qısa müddət ərzində böyük nüfuz qazanan Birliyimizə xeyli sayda ölkə vətəndaşı, eləcə də ziyalılar, qadınlar və gənclər üzv oldular.

Lakin, özlərini Talış xalqının "təəssübkeşi” və "lideri” kimi təqdim edən bəzi psevdo-vətənpərvərlər hər hansı əsaslı arqument və ya fakt göstərmədən ATIB-nin "Dövlətin sifarişi” ilə yarandığını iddia etdilər. Onlar Talış xalqının dilinin, mədəniyyətinin və özünəməxsus digər mental xüsusiyyətlərinin hifz olunması, inkişafı ilə bağlı bir iş görməsələr də, bu istiqamətdə real addımlar atanları qaralamağa, ləkələməyə və nüfuzdan salmağa çalışdılar. Internet səhifələrində aşkar və anonim niklərlə qeyri-real, populist, radikal təmayüllü çağırış və çıxışlar edən bu anovirtual "qəhrəmanlar” bəzən hətta bir sıra sadəlövh talışların qəlbinə yol da tapmağa nail ola bilirlər. Onlar bu sayaq əməlləri ilə əhalinin müəyyən dairələrində çaşqınlıq, inamsızlıq, ikitirəlik salır və nəticədə Birliyin effektli fəaliyyətinə mane olurlar. Etiraf etməliyik ki, bəzi hallarda ünvanımıza yönələn bu sayaq dolayı (eləcə də, birbaşa) zərbələrdən mühafizə olunmağa çətinlik çəkirik.

***

Bunlar Birliyimizin fəaliyyətinə "sol”dan vurulan zərbələrdir! "Görünən kəndə nə bələdçi?” Əslində hər şey gün kimi aydındır; - hədəflərimiz, məqsəd-məramımız və dəst-xəttlərimiz başqa-başqa olduğu üçün, yaranışımız və fəaliyyətimiz onların ciddi "narahatçılığına” səbəb olmuşdur!

Göründüyü kimi, ATIB-ə "sol” cinahdan endirilən zərbələr "sağ” tərəfdəkilərdən heç də geri qalmır və mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. 

Hörmətli oxucuların nəzəinə çatdırıram ki, ATIB bu on beş ay ərzində həm"sağ"dan, həm də "sol”dan aldığı sarsıdıcı zərbələrə baxmayaraq, intensiv və səmərəli fəaliyyət göstərə bilmişdir! Belə ki, Birlik ölkəmizin köklü etnoslarından olan Talış xalqının dilinin, mədəniyyətinin, adət-ənənələrinin və digər mental dəyərlərinin inkişafı ilə bağlı çoxsaylı ədəbi-bədii tədbirlər, xatirə gecələri, tarix, folklor, və etnoqrafiya ilə bağlı elmi-praktik, nəzəri konfranslar, dəyirmi masalar keçirmişdir.  Eləcə də, doğma vətənimiz Azərbaycanın ümumi həyatında baş verən mühum hadisələrlə bağlı ortaya daima  konkret mövqe qoymuş və bu sayaq ictimai polemikalarda yaxından iştirak etmişdir!

Bütün bu müddət ərzində göstərdiyimiz fəaliyyətə dönə-dönə nəzər salırıq, - görəsən ATIB-ə, qeyd etdiyimiz kimi, hər iki cinahdan vurulan bu qədər qərəzli-amansız zərbələrə səbəb nədir? Çox götür-qoydan sonra, bu nəticəyə gəldik: həm "sağ”lar, həm də "sol”lar, (bir çox hallarda, demokratiya donuna bürümüş bəzi digər qüvvələr də) istəmirlər ki, ölkəmizdə dilindən, dinindən və etnik mənşəyindən asılı olmayaraq, vətəndaşların milli birliyinə, onların milli özünü ifadələri ilə bağlı hüquq və haqlarına hörmət prinsiplərini uca tutan, hər hansı ədalətli bir ictimai təşkilat yaransın. Sərf etmir! 

ATIB strateji fəaliyyət proqramını və məramını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddələrə, dövlətçilik prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə sədaqət, hörmət və məhəbbət ruhunda qurmağa çalışır. Bəlkə elə buna görədir ki, həmin "sağ-sol” qüvvələr mövcudluğumuzdan vahimələnir və gördüyümüz xeyirxah işlərdən təşvişə düşür və nəyin bahasına olursa-olsun, bizləri necə deyərlər, elə beşikdəcə boğmağa can atırlar.

Ancaq bütün bu sədd və maneələrə baxmayaraq, ATIB olaraq biz, öz fəaliyyət taktikamızı və strategiyamızı, ən başlıcası isə, AMALımızı müəyyənləşdirmişik! Biz bu YOLa inanır, onun sonunda işıq görürük.

***

Azərbaycan - Odlar yurdu! Min illər boyu babalarımızın, özümüzün, övladlarımızın da yaşadığı və yaşayacağı müqəddəs torpaq, ulu vətən! Bu yurdun hər sevinci sevincimiz, hər qəmi isə qəmimizdir!

Məhz, buna görə də, canımız qədər sevdiyimiz məmləkətdə heç bir problemə biganə qala bilmərik! Bu məmləkətdə yaşayan həmvətənlərimizin hər biri dünyanın ən ali həyat şəraitinə layiqdirlər! Əgər onlar buna yetməmişlərsə, deməli hardasa qüsur var, nadanlıq var! Yaxud, getdiyimiz YOLa süni maneələr yaradılıb... Deməli, bunda haradasa bizim də səhvimiz, günah payımız var!...

Azərbaycan dünyanın bəzi olkələrindən fərqli olaraq, monoetnik ölkə deyildir! Hətta, hipotetik olaraq bunu arzu edənlər də, gec-tez məyusluğa düçar olacaqlar! Axı, monoetnik məmləkətlərdə ömür sürmək də, cansıxıcı, çətin və maraqsız olur...

Deməli, Azərbaycan tarix boyu bir-biri ilə qardaşlıq şəraitində yaşayan xalqların ümumi evi, doğma vətənidir! Deməli, milli mənsubiyyətindən asılı olmayaraq, bu vətəndə yaşayan bütün vətəndaşların hüquq və azadlıqları bərabər və yüksək səviyyədə qorunmalıdır! Deməli, Dövlətimiz də bütün bu huquq və haqqların qorunmasında cavabdehlik daşımalıdır. Və deməli, heç vaxt unutmamalıyıq ki, ellikcə səs verib qəbul etdiyimiz, Dövləti öz vətəndaşları qarşısında məsul edən Əsas Qanunumuz - Konstitusiyamız var!

Təəssüf və səd heyf ki, ölkəmizdə bu "deməli”lər, əsasən sözdə, kağızda mövcud olsa da, əməldə, gündəlik həyatımızda yox kimidir! 

Bütün bunları bir daha götür-qoy edərək düşünürəm: həyatımdan da şox sevdiyim doğma vətənim Azərbaycanda insan hüquq və haqları ilə bağlı bu qədər ciddi problemlər qalaqlanıbsa, yaxamı qırağa çəkməyə mənəvi haqqım yoxdur! Övladlarımızın, nəvə-nəticələrimizin xoşbəxt gələcəyi naminə, ölkəmizi insan hüquq və azadlıqları, eləcə də vətəndaşların maddi rifahı ilə bağlı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmalıyıq. Bu yanaşmaya alternativ olmamalıdır!

***

ATIB bütün bu prinsip və dəyərləri real həyata keçirmək naminə ölkəmizin başlıca demokratik qüvvələrinin birləşdiyi Milli Şuranın apardığı haqq və ədalət mübarizəsinə dəstək verərək, nümayəndəsi ilə orada təmsil olunmuşdur. Təəssüflər olsun ki, korporativ partiya maraqlarını ümumxalq maraqlarından üstün tutan bəzi siyasi qüvvələr bu gün Milli Şuranı sarsıtmaq üçün var-gücləri ilə səy göstərirlər. Gördüyünüz kimi, olkəmiz üçün bu cür taleyüklü məsələdə də həmin "sağ-sol” qüvvələr öz ənənəvi ampulualarındadılar. Biz, xalqın yeganə ümid mənbəyinə çevrilmiş Milli Şuranı dəstəkləmək, habelə onun daha da güclənməsi naminə qüvvə və bacarığımızı əsirgəməmək qərarını vermişik.    Ölkəmizdə dilindən, dinindən və milliyyətindən asılı olmayaraq, azad və qürurlu insanları olan bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu çoxları kimi, mənim də ən böyük arzumdur! Belə arzuların həyata keçməsi üçün ilk növbədə dövlət idarəetmə strukturlarında regionçuluq, tayfabazlıq, qohumbazlıq kimi mərəzlərdən xilas olmalı, korrupsiyalaşmış və monopoliyaya alınmış ölkə iqtisadiyyatı bu bəlalardan qurtulmalıdır!    

ATIB bütün maneə və çətinliklərə baxmayaraq, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak etmək və öhtəsinə düşən vəzifələri layiqincə  həyata keçirmək niyyətində və əzmindədir. 

Bəli, bu öz seçdiyimiz YOL və öz taleyimizdir!

Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 1510 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus