Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Февраль » 20 » Talış dilinin tədrisinin tarixi və hazırkı vəziyyəti
00:47
Talış dilinin tədrisinin tarixi və hazırkı vəziyyəti
Bu yazı Beynəlxalq Ana Dili günü və "Tolışi sədo” qəzetinin 22 illiyi münasibəti ilə qələmə alınıb

Azərbaycan Respublikasında, o cümlədən Talış bölgəsində savadsızlığa qarşı kütləvi mübarizə Sovet İttifaqının yarandığı ilk illərdən başlanıldı.  Həmin illərdə respublikamızın məktəblərində təlim 16 dildə aparılırdı. İlk əvvəl demək olar ki bölgəmizin bütün kəndlərində ibtidai məktəblər yarandı. Keçən əsrin otuzuncu illərində yəni təqribən on ildən bir az artıq müddətdə bu məktəblərdə təlim ancaq talış dilində aparılmışdır. Yəni həmin dövrdə bütün fənlər talış dilində tədris edilmişdir. Lakin sonralar təlim dili Azərbaycan türkcəsiə çevrilmişdir. Lakin  təlimin Azərbaycan dilində aparıldığı bu dövrdə talış dilinin bir fənn olaraq  tədrisi belə həyata keçirilməmişdir.

Keçən əsrin otuzuncu illərində Talış bölgəsinin mərkəzi Lənkəran şəhərində yerli radio talış dilində efirə çıxır və "Sıə tolış” adlı yerli qəzet də talış dilində nəşr edilirdi. Astara, Lerik və Masallı rayonlarının yerli qəzetləri də Azərbaycan və talış dilində nəşr olunurdu. Bakıda, Azərbaycan Dövlət Nəşriyyatının nəzdində azlıqda qalan xalqların dillərində kitabların nəşri ilə bağlı ayrıca şöbə yaradılır və bu şöbə talış dilində yüzlərlə elmi və bədii kitablar nəşr etdirmişdir. Lakin sonralar bütün bu proseslərə nöqtə qoyulmuş və talış dilinin təhsildə  və ümumiyyətlə rəsmi nəşr və efirlərdə istifadəsinə son qoyulmuşdur.

Keçən əsrin səksəninci illərinin sonlarında Sovet İttifaqında bir sıra demokratikləşmə prosesləri həyata keçirildi. Bu proseslər bütün ictimai-siyasi sferanı əhatə etməklə yanaşı, Sovet İttifaqında yaşayan xalqların etnik və milli huquqlarının tanınması məsələsində də özünü göstərdi. Rusiya Federasiyasında və müttəfiq respublikalarda azlıqda qalan xaqların mədəni təşkilatlarının yaradılmasına start verildi. 

1989-cu ildə Azərbaycan Mədəniyyət Fondunun nəzdində bir sıra xalqların mədəniyyət mərkəzləri yaradıldı. Belə təşkilatlardan biri də Respublika Talış Mədəniyyət Mərkəzi idi. RTMM Mərkəzin təsis Konfransının 23 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradıldı. Təşkilata müxtəlif dövrlərdə Novruzəli Məmmədov, Seyfulla Əsədullayev, Mehdibəy Səfərov, Əli Nasir və Rafiq Cəlilov rəhbərlik etmişlər. 1992-ci ilin fevral ayının 20-də RTMM-nin rəsmi mətbu orqanı olan "Tolışi Sədo” qəzetinin ilk sayı işıq üzü görmüşdür. Bu mətbu orqana Seyfulla Əsədullayev, Əvəz Sadıqov, Fəxrəddin Abbasov, Novruzəli Məmmədov və Hilal Məmmədov müxtəlif vaxtlarda redaktorluq etmişlər. Bu qəzet keçən əsrin otuzuncu illərindən sonra talış dilində nəşr edilən ilk mətbu orqan sayılırdı.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1992-ci ildə imzaladığı "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” fərman çox mütərəqqi ideyaları özündə əks etdirsə də, demək olar ki, heç bir praktik əhəmiyyətə malik olmadı. Bu fərman Talış dilində cəmi bircə şeir kitabçasının dövlət tərəfindən nəşri ilə yadda qaldı. Bu fərman indi də quvvədə olsa da, hazırda heç bir bəndi praktikada tətbiq edilmir.

1993-cü ilin yayında Talış bölgəsində baş verən məlum hadisələrdən sonra həm RTMM-nin, həm də onun mətbu orqanı olan "Tolışi sədo” qəzetinin fəaliyyəti faktiki dayandı. "İctimai təşkilatlar, birliklər və fondlar haqqında Azərbaycan Respublikasının qanunu”nun tələbinə görə 2000-ci ildə yenidən qeydiyyatdan keçmək üçün RTMM-nin sənədləri Ədliyyə Nazirliyinə  təqdim edilmişdir. Lakin həmin tarixdən indiyə qədər nazirlik bu sənədlər barədə heç bir rəsmi açıqlama verməmişdir. Lakin 2001-ci ildə "Tolışi sədo” qəzeti Novruzəli Məmmədovun təsisçiliyi və redaktorluğu ilə fəaliyyətini bərpa etsə də, onun saxta ittihamlarala həbs edilməsi və həbsxanada şəhid olması bu qəzetin nəşrini yenidən dayanmasına gətirib çıxarmışdır. 

Keçən əsrin səksəninci illərində Sovet İttifaqındakı azlıqda qalan xalqların həyatında mədəni proseslər respublikamızdan da yan keçmədi. 1989-cu ilə indiki Təhsil Problemləri İnstitutunda azsaylı xalqların dillərininin orta ümumtəhsil məktəblərində tədrisi ilə bağlı xüsusi şöbə yaradıldı. Bu şöbə azlıqda qalan xalqların ana dillərinin orta ümumtəhsil məktəblərində tədrisi üçün dövlət proqramları hazırladı. 1989/90-cı tədris ilində ləzgilərin kompakt yaşadığı bölgələrin orta ümumtəhsil məktəblərində ləzgi dilinin tədrisinə start verildi.
1990/91-ci tədris ilində talışların kompakt yaşadığı Lənkəran, Masallı, Astara və Lerik rayonunun ümumtəhsil məktəblərində talış dilinin tədrisinə başlanıldı. Talış dili tədris olunan orta ümumtəhsil məktəblərinin sayı 248 olmaqla, respublikada fəaliyyət göstərən orta təhsil müəssisələrinin təqribən 5 faizini əhatə edir. Hazırda talış dili bir fənn kimi I-IV siniflərin tədris planında həftədə 2 saat olmaqla tədris edilir. 

Uzun illər talış dili fənni üçün dərslik nəşr olunmamışdır. Müəllimlər bir müddət 1991-ci ildə Kərim Kərimovon müəllifliyi ilə nəşr olunan "Talış dilinin tədrisinə dair” metodik vəsaitindən əlifba dərsliyi kimi istifadə etmişlər. İlk əvvəl talış əlifbası üçün kril qrafikasından istifadə olunmuşdur. Azərbaycan dili üçün latın qrafikalı əlifbaya keçiddən sonra talış dili üçün də latın qrafikalı əlifba yaradılmışdır.

Lakin qafqazdilli xalqların dilləri tədris olunan məktəblərdə hazırda da krill qrafikalı əlifbadan istifadə edilir. Latın qarafikalı əlifbaya keçid isə ancaq irandilli xlaqların əlifbasına şamil edilmişdir. Ən maraqlısı isə budur ki, qafqazdilli xalqlara ana dilləri orta təhsilin bütün mərhələlərində bir fənn olaraq  tədris edildiyi halda, irandilli xalqların nümayəndələrinə ancaq təhsilin  ibtidai sinif mərhələsində ana dilləri tədris edilir. Digər xalqların dillərinin tədirisinin ümumi orta və ya tam orta təhsil mərhələsinin sonuna qədər  davam etməsi, lakin talış dilinin tədrisinin ibtidai siniflərdə bitməsi bir sıra ciddi suallar doğurur. Necə ola bilər ki, şagirdə ibtidai siniflərdə ana dili bir fənn kimi tədris edilsin, lakin şüurunun və intelektinin yüksək olduğu ümumi və tam orta təhsil dövründə bu fənnin tədrisi dayandırılsın? Necə olur ki,  Azərbaycanda yaşayan ləzgilərə, avarlara və sairlərə ana dilləri IX və XI siniflərə qədər, ancaq talışlara ana dilləri IV sinifə qədər tədris edilsin? Bu ayrıseçikliyə və ədalətsizliyiə son qoymaq zamanı gəlib çatmamışdırmı? Talış dilinin bir fənn olaraq təhsilin bütün mərhələlərində, yəni I-XI siniflərdə tədrisinin və bunlar üçün dərsliklərin hazırlanmasının zamanı çoxdan çatmışdır. Talış xalqına ancaq ümüd etmək qalır ki, dövlətimiz və hökumətimiz bu problemin həlli istiqamətində real addımlar atacaq və dilimizin qorunması üçün tədbirləri yaxın zamanda həyata keçirəcək.

1993-cü ildə azlıqda qalan xalqların dillərinin I sinifdə tədrisi üçün T. Seyidovun və M. Cəlilovun müəllifliyi ilə "Danışmağı öyrənirik” adlı dərslik hazırlandı və 1994-cü ildə çap edildi. Bu dərslik ancaq şəkillərdən ibarət idi və azlıqda qalan bütün xalqlar üçün ümumi hazırlanmışdı. Bu dərslik əlifbayaqədərki dövr üçün ana dilində şifahi nitq vərdişlərinə yiyələnməyə kömək məqsədi ilə hazırlanmışdı. 

Azlıqda qalan xalqların dillərinin tədrisinin əlifbanı öyrənmə dövrü II sinifdən nəzərdə tutulur. Bunu eyni zamanda həm dövlət dilinin həm də ana dilinin əlifbasının tədrisinin şagirdlər üçün yaradacağı çətinliklə əlaqələndirirlər. Talış dili fənni üçün əlifba dərsliyi N. Məmmədovun və Ş. Ağayevin həmmüəllifliyi ilə 1996-cı ildə nəşr olundu. 1996-cı ildə həm də talış diliniun IV sinifdə tədrisi üçün Ə. Rəcəbovun və Ə. Əliyevin həmmüəlliflikləri ilə "Tolışə zıvon” dərsliyi çap olundu. Lakin həmin dövrdə talış dili üçün III sinif dərsliyi nəşr olunmadı.

25 avqust 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Azsaylı xalqların cəm halda yaşadıqları regionlarda fəaliyyət göstərən məktəblərin I-IV sinifləri üçün ana dili (doğma dil) proqramları” təsdiq edilərək çap edildi. Lakin uzun illər yəni 10-12 il ərzində talış dili üçün dərsliklərin təkrar çapı və III sinif üçün talış dili dərsliyinin isə ümumiyyətlə çapı həyata keçirilmədi.

2005-ci ildə Talış bölgəsində yaşayan bir qrup ziyalının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən talış dili dərsliklərinin təkrar çapını və  indiyə qədər nəşr edilməyən dərs vəsaitinin hazırlanmasını xahiş etdilər. Ölkə başçısına talış dilinin tədrisində mövcud olan problemlərlə bağlı açıq məktubla müraciət öz bəhrəsini verdi. Təhsil Nazirliyi prezidentin göstərişi ilə bir il ərzindəı I-IV siniflər üçün dərslikləri yenidən işləyərək, bəzilərini isə yenidən hazırlayaraq nəşr etdirdi.

Belə ki, 2006-cı ildə Yəhya Kərimovun müəllifliyi ilə bütün xaqlar üçün ümumi olan "Dilimizi öyrənək”, Novruzəli Məmmədov və Şahrıza Ağayevin həmmüəlliflikləri ilə II sinif üçün "Tolışə zıvon”, Kərim Kərimov və Yadulla Ağazadənin həmmüəllifliyi ilə III sinif üçün "Tolışə zıvon”, Əbülfəz Rəcəbov və Əlirıza Əliyevin həmmüəllifliyi ilə IV sinif üçün "Tolışə zıvon” adlı dərslik tam və komplekt halda nəfis şəkildə çap edilərək yeni tədris ilində məktəblərə çatdırıldı.

Azərbaycan  təhsil sistemində son illər yeni islahatlar həyata keçirilir. Bunun üçün orta təhsilin tədris planlarına daxil olan fənlər  üçün fənn kurikulumları hazırlanıb. Artıq bu fənn kurikulumlarına uyğun hazırlanan dərsliklər ibtidai təhsil mərhələsini tam əhatə edir. Lakin azlıqda qalan xalqların dilləri üçün nəinki fənn kurikulumlarına uyğun yeni dərsliklər hazırlamayıb, heç bu fənlər üçün fənn kurikulumları belə hazırlanmayıb. Buna görə də azlıqda qalan xalqların dillərinin tədrisində ciddi problemlər meydana gəlmişdir. Şübhəsiz ki bu problemlərin ən əsası 8 il əvvəl nəşr edilən dərsliklərin köhnələrək məhv olması və orta ümumtəhsil məktəblərində bu dərsliklərin artıq tapılmamasıdır. Digər problem isə təhsildə tətbiq olunan yeni metod və üsullar ilə köhnə dərslik və dövlət proqramlarının uzlaşmamasıdır.

Azlıqda qalan xalqların dillərinin tədrisi üçün yeni fənn kurikulumlarının və bu kurikulumlara uyğun yeni dərsliklərin nəşr edilməməsi Təhsil Nazirliyinin bu fənnə münasibətini ortaya qoyur. Son ildə Azərbaycan təhsilində yeni baxışın və münasibətin formalaşması, bu sahəyə yeni kadrların rəhbərlik etməsi azlıqda qalan xalqlarda da ümüd hissi yaratmışdır. Yəqin ki, Təhsil Nazirliyinin yeni rəhbərliyinin diqqətini bu məslə cəlb edəcək və azlıqda qalan xalqların bu kimi təhsil huqularının pozulması hallarının qarşısı alınacaq.

Onu qeyd etmək yerinə düşərdi ki, azlıqda qalan xalqların təhsil problemlərinin həlli ölkə başçısından və hökumətin bu istiqamətdə apardığı dövlət siyasətindən birbaşa asılıdır. Lakin dövlətimizin və hökumətin təhsil siyasətini həyata keçirən orqan olan Təhsil Nazirliyinin, o cümlədən Təshil Problemləri İnstitutunun və Kurikulum Mərkəzinin bu sahədə təşəbbüsü ələ alması bu məslənin həllinə zəmin yaradan həlledici amil ola bilərdi.

Rabil  ABDİNOV,

Xüsusi olaraq TALISH.ORG üçün

Категория: Talış tarixi | Просмотров: 2743 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus