Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Февраль » 2 » TALIŞ və İSLAM
15:30
TALIŞ və İSLAM
İslam və Talış məsələsindən danışanda iqtidar və müxalifət yetkiliərinin ilk yadına düşən İRANIN AZƏRBAYCANDA ETNİK VƏ DİNİ MƏSƏLƏLƏRƏ TƏSİRİ olur. Düzdür ki, əvvəllər TALIŞ kəlməsini çəkən kimi bizi separatizmdə ittiham edərdilər. İndi bu SEPARATİZM kəlməsi İRAN kəlməsi ilə yanaşı çəkilir.
     
Haşiyə: 1993-cü il Lənkəran hadisələri zamanı bir lənkərnalı qoca kişi avtobusla Bakıya gedir. Salyanda avtobusa bir nəfər minir və bu kişinin yanında oturur. Salyanlı uzun söhbətdə sonra deyir ki: Ay əmi, sizin tərəfdə separatçılar baş qaldırıb. Lənkəranlı qoca soruşur: Nə edirlər ki onlar. Salyanlı deyir: Ara qarışdırırlar. Lənkəranlı qoca ömründə eşitmədiyi separatçı sözünü Lənkəranın kəndi olan Separadi zənn edir və bir az fikrə qərq olandan sonra salyanlıya deyir: Mən separadililərin böyüklərini tanıyıram, onlar gərək pis adam olmasınlar, Lənkərana qayıdan kimi maraqlanaram bu məsələ ilə, görüm onlar niyə aranı qarışdırırlar!.
      
Azərbaycanın siyasi və ictimai təşkilatıları əksər məsələlərdə eyni mövqedən çıxış etməsələr də TALIŞ VƏ İSLAM məsələsində vahid mövqe nümayiş etdirirlər. Görünür biz talışların bəxti gətirməyib, dilimiz Hind-Avropa dil ailəsnin İran qrupuna daxidir və biz İran-Azərbaycan sərhəddində kompakt yaşayırıq. Bir də bəxtimiz onda "gətirməyib” ki, dinimizə daha çox bağlıyıq. Azərbaycan müstəqillik qazanandan Azərbaycan hökuməti düşünur ki, İran ya Azərbaycanda İslam İnqilabı etmək, ya da Talış bölgəsini ilhaq etmək fikrindədir. Belə görünür ki, nə qədər İran və dünya mövcuddur, biz talışlar və dindarlar bu ittihamla üzləşəcəyik. O adamın evi hələ uzun illər yıxılacaq və anası ağlar qalacaq ki, TALIŞ və İSLAM kəlməsini yanaşı işlətsin. Onun axırı ən yaxşı halda Novruzəli Məmmədov kimi olacaq.
     
Haşiyə: "Tolışi Sədo” qəzetinin baş redaktoru və Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini Novruzəli Məmmədov 66 yaşında həbs ediləndən sonra MTN-ə aparılır və müstəntiqlə ilk görüşdə müstəntiq ondan əynində olan dəri gödəkçəni neçəyə aldığını soruşur. Sonra ona istifadəsində olduğu köhnə alman avtomobilinə işarə edərək "talış hara, mersedes hara” deyə soruşaraq qalustukundan tutub üzünü stola çırpır və yumruqla əlinə zərbə endirib, baş barmağını sındırır. Məhkəmədən sonra isə həbsxanaya ilk gətirilən gün güya həbsxana paltarını geyməkdən imtina etdiyi üçün karserə göndərilir. Qışın günündə pəncərəsi olmayan karserdə soyuğa dözməyən qoca alt köynəyini soyunub başına bükür. Karserdən çıxanda artıq beyinin qan dövranı pozulur, lakin xəstəxanaya o zaman köçürülür ki, artıq insult olur. Beləliklə, nə 36 yaşlı oğlunun olümü, nə də onun insultu onu azad etməyə əsas vermir və Novruzəli müəllim şəhadətə çatır. İlahi! Novruzəli müəllimin qatillərinə Kərbəla şəhidi qoca Həbib ibn Məzahirin qatillərinin teleyini yaşat! Onun qatillərinə peyğəmbərin, mələklərin və bütün saleh insanların ləhnətini, ləhnətini və yenə də ləhnətini göndər!
      
Nə qədər ki, Azərbaycanın kütləvi informasiya vasitələri və ictimai birlikləri öz maliyyə problemlərini  həll etmək üçün Qərbin və ABŞ-ın donor təşkilatlarından qrant almaqla həll edəcəklər, TALIŞ və İSLAM məsələsində həmişə İRAN FAKTORU axtaracaqlar. Nə qədər ki, Azərbaycan iqtidarı və müxalifəti Qərb və ABŞ-dan öz siyasi hakimiyyətlərinə dayaq axtaracaqlar, o qədər də onlar İRAN CƏSUSU ovuna çıxacaqlar.
     
İranda da talışların özünəməxsus problemləri var. İranda talışlar öz dillərini az qala fars dilinin bir ləhcəsi hesab edirlər. Hətta bəzən talışdilli qəzet və jurnallarda talış dilinin müstəqil dil olmasını subut etməyə çalışan məqalələrə də rast gəlmək olur. Sanki onlar bununla yenidən bir Amerika kəşf edirlər. Bu mənada İran talışlarının milli özünüdərki Azərbaycan talışlarından çox geridədir. İranda talış millətsevərləri hökümət ilə talışların etnik, milli və mədəni problemlərini həll etməkdən daha çox  ölkənin ümumi siyasi problemləri ilə bağlı toqquşurlar. Bəziləri bunu talışların ölkənin hakim məzhəbindən -  şiə olmamaları ilə izah etməyə çalışırlar. Lakin bu belə deyil. İrandakı talışların əksəriyyəti şiədirlər və əsasən də iri şəhərlərdə yaşayan talışlar bu məzhəbə qulluq edirlər. Sünnülər isə əsasən xırda şəhərlərdə və dağlıq bölgədə yaşayırlar. Maraqlı cəhət isə ondadır ki, sünnü və şiə talışlar bir-birləri ilə nəinki mehriban yaşayırlar, hətta qarışıq nigahlara da malikdirlər. İran talışlarında öz dininə bağlılıq sair qonşu xaqlardan geridə qalır. Hətta İranın elmi ictimaiyyətində də talışların çəkisi qonşu xaqlardan azdır. Talışlar İranda əsasən kənd təsərrüfatı sahəsində çalışırlar. Gilan ostanının Taleş şəhristanının mərkəzi Həşpər şəhərində və Astara şəhərində ali məktəblərin olması talışların ali təhsil problemlərini həll etməyə yardımçı olmaqdadır. Fikrimcə İranda dini və dünyəvi təhsilə malik talışların sayının azlığı onların hökümətə inteqrasiyasını ləngidən əsas amillərdəndir.
     
İranın məşhur talışşünası Əli Əbdoli 1992-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının fəxri dokturu seçilib. Azərbayca Respublikasından İran Talışına səfər edən hər şəxs hökmən onun qonağı olmaq istəyir. Sonradan İranın Xüsusi Xidmət Orqanları onu çağırıb qonağının kimliyi ilə maraqlanaraq, Azərbaycanda fəxri doktorluq almasını əsas götürüb onun Azərbaycanın kəşviyatçısı olmasını ehtimal edirlər. Halbuki bu şəxs Novruzəli Məmmədovun ittiham aktından da göründüyü kimi MTN tərəfindən Ettelaatın əməkdaşı kimi qələmə verilir. Bir hökümət tərəfindən CƏSUS, digəri tərəfindən AGENT statusunda olan belə talışlara hər iki dövlətdə rast gəlmək olur!
     
İranda talış dilində bir-neçə jurnal nəşr olunur. Onlardan ən populyar olanı MAHNAMEYE TALEŞ adlanan aylıq jurnal idi. Həm də bu jurnal  digərlərindən fərqli olaraq stabil çap olunmaqla bütün Taleş şəhristanının şəhərlərində dövlətin qəzet köşklərində və kitab mağazalarında satışa çıxarılırdı. Onun redaktoru Əsalem şəhərinin sakini Şəhram Azmude idi.

Əsalem şəhərinin merinin göstərişi ilə bu şəhərdə yerləşən Mərkəzi Məscidinin giriş qapısındakı tablosu götürüldü. Yeri gəlmişkən, Əsalem şəhərinin meri Şəhram Azmudenin bacısı əridir (Şəhram Azmude  əvvəllər öz bacısı və bacısı əri ilə ata mülkünün bölünməsi ilə əlaqədar mübahisələri olub və bu səbəbdən münasibətlərinin pis olması bildirilir). Şəhram Azmude "MƏSCİDE CAME ƏSALEM” yazısı yazılmış tablonun götürülməsini öz jurnalında qeyd etmiş və meri dini ayrıseçiklik məsələsidə ittiham etmişdir. Özü də sünnü məzhəbindən olan mer məhkəməyə müraciət edərək MAHNAMEYE TALEŞ jurnalını və onun redaktorunu  dini qarşıdurma yaratmaqda ittiham etmişdir. Məhkəmə jurnaldan təkzib verməyi tələb etmişdir və əks halda 6 ay həbs cəzası verəcəyini bildirmişdir. Görünür Şəhram əvvələr intiriqası olan yeznəsi və şəhər merindən üzr istəməyi öz karyerasına zərbə hesab edərək bundan imtina etmişdir. Buna göra Şəhram 6 ay həbs cəzasına məhkum edilir, jurnal isə qövmlər arasında bölünmə təbliğ etdiyi üçün bağlanır. Məhkəmənin onun şəxsiyyətini və ürəkdən cərrahiyyə əməliyyatı keçirdiyini nəzərə almadan onu həbs etməsi ancaq təəssüf və ikrah doğurur.
    
Haşiyə: Yeni təqvim ilinin tətilində anamı cərrahiyyə əməliyyatı etmək üçün Tehrana, xəstəxanaya aparmışdım. Qonşu palatada bir əsalemli talış qadın yatırdı. Arada onun əri ilə söhbətləşirdim. Bir gün xəstlərlə görüş vaxtı qadının yanına bir kişi gəldi. Görüş qurtarandan sonra qadının əri bildirdi ki, bu kişi arvadımın qohumudur və həbsxanadan xəstəxanaya gəlib. Mən təəccübləndim və bunun necə baş verdiyini soruşdum. Məlum oldu ki, bu Şəhram Azmude imiş. Keçən il ürəkdən cərrahiyyə əməliyyatı olunduğu üçün təkrar həkim baxışından keçmək üçün həbsxanadan müvəqqəti azad edilərək Tehrana polisin müşayəti olmadan gəlib. Eşidibimiş  ki, qohumu da bu xəxtəxanada yatır və ona da dəyməyə gəlib. Mən onunla görüşmək imkanını itirdiyimə və onun ürək xəstəsi kimi həbsxanda yatmasına təssuflənsəm də, Novruzəli müəlimin başına gələnləri və mən də daxil olmaqla Azərbaycanda "talış” sözünü tələffüz edənlərin başına gələcəkdə nələrin gələ biləcəyini təsəvvür edib sakitləşdim.
     
Öz millətinə və dininə bağlı olan talışların təziq olmadan hər iki dövlətdə xoşbəxt yaşaması İran-Azərbaycan münasibətlərinin normal olması halında mümkündür. İran-Azərbaycan münasibətlərinin normal olması isə ancaq Qərbin bu ölkələrə təziqinin olmaması halında mümkündür. Qərbin bu ölkələrə təziqinin olmaması isə görünür yaxın on illərin tarixinə yazılmayacaq!

Rabil ABDİNOV
kadusya@box.az



Категория: Талыш xəbərləri | Просмотров: 1835 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus