Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Сентябрь » 21 » Talışda güclü sel dağıntılar törədib
16:45
Talışda güclü sel dağıntılar törədib
Leysan yağışları Astaranın (Ostoro) Ərçon, Rino, Lankonun isə Təngivan, Veravul kəndlərində dağıntılar törədib. Evlər su altında qalıb. Aramsız yağan yağışda yolumuz həmin kəndlərədir.

Bakı-Astara yolunun sağ və solunda qazılan kanallardan su daşır. Əkin sahələrini də su basıb. Çaylar kükrəyir. Ərçon kəndində, yolun kənarında duran bir neçə sakinə yaxınlaşırıq. Onlara jurnalist olduğumuzu deyirik. Kənd Sakini Habil Həmidov suyun altında qalan evini göstərib deyir: «Mən boğuluram. Mənim körpə uşağım evdə qalıb, onu çölə çıxarda bilmirəm. Toyuqdur, cücələrdir hamısı boğulub qalıb suyun içində. Sement qalıb orda. Ev tikməliyəm, əmlakım batıb. Nə icra hakimiyyəti var, nə bələdiyyə. Bunu görən yoxdur. Meyvə ağacları var, sement var. Mal-qaranı çıxartmışam çölə. Bununla ikinci dəfədir su məni tutur. Bələdiyyə məhəl qoymur. Kanallar təmizlənmir. Bələdiyyənin mənimlə nə düşmənçiliyi var ki, kanalı qazmır?».

Sonradan eşitdik ki, xoşbəxtlikdən Habil Həmidovun ailəsində ölüm-itim olmayıb.

Yolumuz Lankon rayonun Tüləkivan kəndinədir. Tüləkivan kəndi dağ ətəyində, çökək yerdə, çayın kənarında, Lik-Lankon yolunun üstündə yerləşir. Ora çatana qədər bir neçə kəndin ərazisindən keçdik. Hər yerdə selin fəsadlarını gördük.

Tüləkivan kəndində bizə dedilər ki, təhlükə aradan qalxıb. Su çəkilib. Həyətlərdən su boşalıb. Sel Lik-Lankon yolunu dağıtdığından yarım gün bağlı qalıb. Bizə bildirdilər ki, çay kənarında yerləşən evlərin sahibləri evə qayıtmağa ehtiyat edirlər. Çayda suyun səviyyəsinin enməsini gözləyirlər. Dağ ərazisində yerləşən Güləhinə kəndinin yolu dağılıb, elektrik xətinə böyük ziyan dəyib. Bu kənddə yerləşən 480-dən çox ev işıqsız qalıb. Kəndə getmək mümkün olmadı. Bu ərazidə olan 10-dan çox irili-xırdalı körpünü su aparıb.

Dağdan geri qayıdırıq, Lankon rayonun Veravul kəndinə tələsirik. Bu kənd düzən yerdə yerləşdiyində ərazini su tez basır. Kəndin girəcəyində selin dağıtdığı hasar diqqətimizi cəlb etdi.

Kənd sakini, sahibkar Zakir Həsənov deyir ki, sel gecə saatlarında gəlib: «Saat 10 olardı, kanal daşdı, asfaltın üstündən keçdi. Hasarı dağıtdı, unumuz qaldı suyun altında. Yağıntı olmayıb. Çay daşdı, bu hadisə baş verdi».

Evin sahibəsi deyir: «Evin altına su girdi. Birdən gördük. Onda gördük ki, su soğanı, kartofu, mərcini aparır. Müsəlmanıq, ruzi yığmışıq özümüzə. Heç cürə imkan olmadı. İstədik ki, körpələri götürək, imkan edib körpələri küçəyə çıxarda bilmədik. Kiçik gəlinimin atası köməyə gəldi, su onu yıxdı, qıçı sındı. İndi evdə yatır».

Evin xanımı deyir ki, uşaqları sel zamanı eşiyə çıxara bilməsələr də, uşaqlar ikinci mərtəbədə olduqlarından xoşbəxtlikdən sel onları aparmayıb.

Sel Veravul kəndin içi ilə hərəkət edib. Qarşısına çıxan gücü çatdığı nə varsa yıxıb, dağıdıb. Ağaclara, dəmir çəpərli hasarlara ilişib qalan ev əşyaları, kənd təsərrüfatı məhsulları gözə dəyir.

Mirzərza Mənsurov deyir ki, selin kəndin üstünə gəlməsinin əsas səbəbi su kanallarının vaxtında təmizlənməməsidir. «Kanallar qazılmalıdır. Kanalları təmizləyən yoxdur, illərlə qalıb. Kol-kos basıb, su çəkmir. Sovet İttifaqı dövründə kanallar təmizlənərdi, vaxtlı vaxtında, indi baxan yoxdur».

Kəndin ortasından axan çayın səviyyəsi qalxıb. Həyətlərə axır. Kənd sakini Allahverdi Hüseynov deyir ki, həyətdə 60-70 santimetr su var idi. Çökək yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub: «3-4 dəqiqəyə su 70-80 santimetr qalxdı. Həyət su içində idi. İndi bir qədər çəkilib. Dağda yağış çox yağıb. Əvvəllər olub, lakin belə olmayıb».

Kəndin digər sakini Rafiq Babayev deyir: «Ziyandır da, görürsünüz. Ot tayalarıdır, tövlələrdir. Ev çiy kərpicdəndir, uçulmaq təhlükəsi yaranıb, partlayıb hamısı. Ora da ziyan vurub. Hamısı ziyandır da. Özümüz qalmışıq belə. Oturmuşduq, gözlənilmədən dedilər çay daşır. Çıxdıq gördük asfaltı su basıb. Sürətlə su başladı qalxmağa. Haradasa 1 metrə, 1 metr 20 santimetrə qalxandan sonra məcbur olub ev-eşiyimizi tərk elədik. Getdik çıxdıq yola. Yolda xeyli qalandan sonra, gəldik mal-qaramızı çıxartdıq, toyuğumuzu-cücəmizi sel apardı. Nə qədər taxılımız var idi, qaldı su altında».

Rafiq Babayevin qonşusu isə heç vaxt belə fəlakət görmədiyini deyir:

«Su aparırdı adamı. Güc bəla ilə evimizi tərk edib getmişik. Ağacları sındırıb, dağıdıb. Bu gecə belə hadisə olub, heç kim indiyə kimi soruşmayıb. Hələ ki, heç kim maraqlanmayıb. Gəlib soruşan olmayıb ki, bala nə olub? Sel nəyə ziyan vurub? Kanallara baxan yoxdur. Təbii ki, onların da təsiri çoxdur».

Şəhid atası Ramiz Məhərrəmov həyətdə qəza vəziyyətindəki binanı göstərərək, onun oğluna məxsus olduğunu bildirir. Deyir ki, sel gələndə, uşaqlarını, mal-qaranı həyətdən çətinliklə çıxardıb:

«Qalan bütün şeylər qaldı burda, məhv oldu. İndi uşaqları öz evimdə birtəhər yerləşdirmək istəyirəm. Mənim evimdə 3 ailə var. Malların da yerləri yoxdur. Mənim özümün də həyətdə nəyim var idi, su aparıb. Taxtaları aparıb, sementi məhv edib».

Həyətdə mişar daşından yeni bir evin bünövrəsi hörülüb. Onun yanına yığılan sement su içindədir. Ev sahibinin dediyinə görə, taxta materiallarını su aparıb. O evin divarında yeri qalmış suyun hündürlüyünü göstərir. Kənd sakinlərinin gözlərində hələ də qorxu vardı, sel qorxusu...

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynov əraziyə normadan çox yağıntının düşdüyünü deyir. O qeyd edir ki, leysan yağışı kəsiləndən sonra su çəkilib gedəcək.

Lankon rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev isə dağ ərazisində olduğunu və orada selin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər görüldüyünü bildirdi. Bu səbəbdən də suallarımıza cavab vermədi.


AzadlıqRadiosunun materialı üzrə

Категория: Талыш xəbərləri | Просмотров: 1469 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus