Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Декабрь » 18 » "Talışsansa, məhv edib qanını da batırarlar
17:24
"Talışsansa, məhv edib qanını da batırarlar

“AY TALIŞ, MƏN TÜRK, SƏNƏ İYİRMİ İKİ MİN ABŞ DOLLAR PULUNU ATMIŞAM.

HARA İSTƏYİRSƏN GET ŞİKAYƏT ET!“

Bu ifadəni mənimlə telefon danışığında, axırıncı dəfə 10.11.2016 –cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis Şöbəsinin 27 – ci Polis Bölməsində işlədən “ Bankir “, əslən Naxçıvanlı, özünü hakim ailənin yaxın adamı kimi təqdim edən, dələduzluq edərək, ev alqı-satqısı adı ilə şərikli dostu, əslən Təttər rayonunun Borsunlu kənd sakini, Sumqayıt şəhərində yerləşən “ Şakir MMC” Tikinti Şirkətinin məsul işçisi özünü tanıdan Səlimov Telman Ağalar oğlu ilə birgə ev satmaq məqsədi ilə məndən 22.000 ( İyirmi iki min ABŞ – Dollar ) alıb, məsuliyyətdən yayınan Nəsirli Emil Rüfət oğlu işlədib.

Yazdığım və başıma gətirilən qeyri insani və ədalətsizlikləri Azərbaycan ictimaiyyətinə təkrarən ünvanlamaqla, dünyanın tərəqqipərvər insanlarına , sivil hüquq anlayışı hakimi-mütləq olan ölkələrdə müxtəlif dillərdə paylaşmağı lazım bildim.

Xatırladım ki, 2007 – ci ilin dekabr ayından hal-hazırkı günə kimi üzləşdiyim ədalətsizlik, maddi-mənəvi zərərlə yanaşı psixoloji əzab-əziyyətimi yuxarıda adı çəkilən cavabdeh dələduzlarla telefon danışıqlarımdan bezib, KİV- də, sosial şəbəkələrdə, son 18.01.2014 – cü il tarixdə www.talish.org saytında dərc edilmiş “ Olmayan binada mənzil satılıb “ başlıqlı yazımda ictimaiyyəti bir qədər məlumatlandırmışdım.

Məsələyə tam aydınlıq gətirmək məqsədilə həmin yazıdakı mühüm məqamlara diqqətinizi yönəltməyim, ortada cinayət tərkibinin qaçılmaz olduğunun şahidi olacaqsınız.

Sumqayıt şəhərində fəaliyyət göstərən "ŞAKİR” Mənzil Tikinti Kooperativin sədri Hüseynov Şakir Hüseyn oğlu icraçı adlandırılaraq, ikinci tərəf: payçı, Bakı şəhəri Sabunçu qəs. S.Hüseyn küçəsi, ev 2a, m. 4 ünvanda yaşayan Bayramov Məzahir Möysüm oğlunun adına bağlanmış "Müqavilə”də nəzərdə tutulan mənzil bir neçə adama necə satılır?

Respublikamızda baş alıb gedən məmur özbaşınalığı, bəzi hallarda qanunlarımızın işlək olmamasından sui istifadə edən fırıldaqçı "işbazların toruna” düşəndən sonra sübut olur ki, həqiqətən ölkəmizdə sözügedən ictimai bəla hətta kiçik "ranqlı” insanlara da sirayət edib.

Bu yazımda konkret olaraq öz başıma gətirilən cinayət xarakterli işin "fizionomiyasından” bəhs etmək zorundayam.

Bakı və Sumqayıt şəhərlərində inşa edilən "Göydələnlər” barədə KİV-də hər gün reklamına geniş yer verilməsinə baxmayaraq, ona yaxın düşmək istəyənlər aldadılaraq illərlə topladıqları maddi vəsaitin bəzi "dələduzlar " tərəfindən mənimsənilməsi faktı artıq günümüzün reallığına çevrilməsi heç də sirr deyil.

Qısa və konkret faktlarla üzləşdiyim "dələduz - işbazlar” barədə ölkə ictimaiyyətini və hüquq mühafizə orqanlarını agah etməklə, cinayətkarları qanun qarşısına çıxaracağıma mən də öhdəlik götürməyimi bəyan etmişdim...

Hər bir ölkə Vətəndaşı kimi mən də Sumqayıt şəhərində inşa edilən hündürmərtəbəli evlərdə mənzil almaq qərarına gəldiyimi də demişdim. Saray qəsəbəsində yaşayan, ev və torpaq alqı-satqısı ilə məşğul olan xalam oğlu (Yardımlı payonunun Gügavar kəndində anadan olmuş ) Heydərov Məsləhət Heydər oğluna mob. Telefonumla zəng edib, ev almaq istəyimi dedim. 26.12.2007-ci il tarixdə görüşdükdən sonra Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində xaloğlumun həmyerlisi həm də yaxın tanışı Dərgah kişinin çayxanasında əyləşdik. Həmin çayxana ilə üzbəüz yarımçıq inşa edilən binanın tikintisinə məsul olan şəxsi Dərgah kişidən soruşdu, o da cavabında bina tikən sahə rəisi ( əslən Təttər payonunun Borsunlu kəndindən olan) Səlimov Telman Ağalar oğlu ilə dostluq münasibətdə olduğunu bildirdi. Dərhal ona zəng edib çayxanaya çağırdı. Məni də Telmanla tanış edəndən sonra durub getdik həmin tikililər tərəfə. Yalnız beton dirəkləri ucaldılan "binanı " göstərib, bir payçının, ( yazının linqində adı gedən) Bayramov Məzahir Möysüm oğlunun adında olan, lakin əsas sahibi ( Bank işçisi ) Bakı şəh. T. Xəlil Rza küçəsi, ev -9 ünvanında yaşayan Nəsirli Emil Rüfət oğludur. Telman Emillə telefon əlaqəsi yaradıb tikintisi nəzərdə tutulan evin alqı-satqı məsələsini deyib onunla görüşməyi bildirdi. Biz üç nəfər; -Mən, Məsləhət və Telman Bakıda Emillə görüşdük. Dördümüz də bir yerdə evin qiymətini 29 min ABŞ –dollarına danışıb razılaşdıq. Emil Məzahirə zəng edib çağırdı, 5 nəfər getdik şəhər 5 saylı Dövlət Natariat Kontoruna. 27. 03. 2007-ci il tarixdə 51№ -li, Hüseynov Ş. H. o. ilə Bayramov M. M. Tərəflər arasında bağlanmış müqavilə Notarial qaydada mənim adıma təsdiqləndi. Danışdığımız evin 21800 ABŞ dolları Banka ödəmək istədikdə, Telmanla Emil razılaşmadı ki, həmin məbləğin çox faizi vergi ödəmək lazım olar... Nəhayət əlbəəl ödədim. 200 dollar da natarius rəisi aldı, 7000 ABŞ dollar Emilə borclu qalıb bildirdim ki, ev tikilib, mənim adıma "order” yazılanda ödəməyimə öhdəlik götürməyimi də natarial qaydada "borc müqaviləsi” yazılmaqla, öhdəlik götürüb hər ikimiz imzaladıq. Telman isə icraçı olaraq, binanın tikilib təhvil verilməsini 2008- ci ilin mart ayına başa çatmasını söz verdi. Bir ay sonra Emil mənə zəng edib atasının vəfatını bildirib, borcunun yarısını istədi, mən də şərtimizi xatırlatdım.

Deyilən vaxt yetişdi, tərəflər başladılar müxtəlif bəhanələrlə vaxt udmağa... Həmin vaxtdan bu günə kimi çoxlu telefon söhbətlərimiz və üzbəüz görüşlərimizdən hiss etdim ki, bunlar yalan danışır... Hətta sözümüz o həddə çatdı ki, Telmanın FHN-i cənab Kəmaləddin Heydərovun onlardan "haqq-hesab” istədiyinə görə Şakir Hüseynovun həbs edilməsini, Vergidən yayınmasını da dilə gətirməsini audio yazısını qeydə almalı oldum. Sonuncu dəfə 07 iyul 2011- ci il tarixdə Səlimov Telmanla Bakıda görüşüb, müqaviləni və pulumu geri qaytarılmasını bildirib, Emilə də zəng edib, məsələni bəyan etdikdə, bildirdi ki, mən pul qaytaran deyiləm, evimi satmışam. Emilə deyəndə ki, mən bu məsələni KİV-də ictimailəşdirib, səni dələduz kimi cinayət məsuliyyətinə cəlb etdirməklə, hüquq mühafizə orqanlarına müraciət edərəm. O, məni əvvəl həmyerlisi (Naxçıvanlı) Masallı rayon İHB (sabiq) Qəzənfər Ağayevlə hədələyib, söyüb, telefonu bağladı. Bu zaman mən yapışdım Telmandan. Məsləhət Telmanla mənə sakit-təmkinli olmağı bildirdi. Telman vəziyyətə baxıb bildirdi ki, Şakir həbs olandan sonra mən fiziki şəxs kimi öz adıma; - "7200186082 –VÖEN” –ilə həmin şirkəti işlədirəm, bu şirkətin adı ilə həmin müqaviləni təzələyib, təsdiq edirəm ki, 21800 ABŞ dollar pul ödənilib. Amma buna görə 800 dollar mənə vergi üçün nəğd ödəniş etməlisən. Razılaşdım. 20 yanvar metrosunun yanındakı bir idarəyə girib, dediyi sənədləri çap etdirib, möhürünü vurub mənə verəndən sonra, sağ ol deyib, razılaşdığımız məbləği də verməyib bildirdim ki, mən evin tikilməsini bir il də gözlədikdən sonra haqq-hesab edərik.

31 dekabr 2013-cü il tarixdə Telmana zəng edib evin nə soraq olmasını soruşdum, bildirdi ki, 15 yanvar 2014-cü il tarixdə Emillə bir yerdə görüşək, söhbət edək...

18.01. 2014 – cü il tarixdə Telmanla əlaqə qura bilməyib, Məsləhətə dedim ki, ona zəng edib, onu başa salsın...

Sonra Emilə mesaj yazdım. Bir neçə saatdan sonra cavab yazdı ki, " Hansı bəhanə və mən seninkimi ev alıb sonra satmışam " ( redaktəsiz, olduğu kimi yazdım).

Həmin yazıdan sonra Telman Səlimov mənim telefon zəngələrimə cavab verməyib, məndə olan telefon nömrələrini də birdəfəlik qapatdı. Sözügedən “Dələduzlardan” müsbət cavab olmadıqda, 03.02.2016 –cı il tarixdə Respublikanın Baş Prokuroru cənab Zakir Qaralova ətraflı olaraq şikayət ərizə ilə müraciət etdim.
Baş Prokuror Z. Qaralov guya aidiyyatı üzrə tədbir görülməsi üçün ötürdü Sumqayıt Şəhər Prokuroruna.
Sumqayıt şəhər Prokurorluğundan Pərviz Əliyev 03. 03. 2016 tarixdə ( +994186540156 ) nörəli telefonla mənə zəng edib, Prokurorluğa izahat verməyimə görə dəvət etdi. Ertəsi gün gedib izahat verdim. Pərviz müəllim bildirdi ki, təkrar sizi çağırarıq.
Vaxtın çox uzandığını görüb, mən ona çoxsaylı zənglər etdim. Cavab vermədiyi üçün mesaj yazdım. Nəhayət, 29.03. 2016 – cı il tarixdə telefonuma cavab verib bildirdi ki, həmin binalar və Tikinti Şirkəti 10-cu Mikro-rayonda yerləşdiyi üçün ərizəniz Sumqayıt şəhəri 1-ci Polis bölməsinə yolladıq. Getdim həmən Polis bölməsindən işin nə yerdə qadığını soruşdum, bildirildi ki, mənim ərizəm polis sahə müvəkkili Sənan İbrahimov ( tel. +994502711415 ) adlı şəxsin icraatındadır. Həmin adamla görüşüb, o da yalnız məndən izahat aldı(?)ş

“Dələduz qəhrəmanlar “ nə çağırıldı, nə də izahatları alındı...
( Pərviz Əliyev və Sənan İbrahimov Qarabağlı olduğunu bildim... )
Şikayətim cavabsız qaldığndan, 02. 04. 2016 –cı il tarixdə eyni məzmunla DİN-i cənab Ramil Usubova müraciət etsəm də daşdan səs çıxdı, bu hüquq-mühafizə orqanından hələ də səs-səmir yoxdur.

25.04.2016 – cı il tarixdə S. İbrahimova zəng edib, ondan rəsmi cavab tələb etdikdə, bildirdi ki, “Şikayətiniz ünvanı üzrə “ Bakı şəhəri Yasamal rayon Polis Şöbəsinə göndərildi.

10.05.2016 – cı il tarixdə Yasamal rayon Polis Şöbəsinin 27- ci Polis bölməsində ( tel. +994553145908 )
Təhqiqatçı – Polis mayoru Tacəddin İmanov mənə zəng edib, “ Mətləb kişi, cibinə biraz pul qoy, gəl onların boğazına qurquşun tökmək lazımdır... “ Bu danışığa lap mat qaldım. ( Bütün danışıqların audio-səsi mənim telefonumda qalır )
Ertəsi gün 11.04.2016 –də Gedib Tacəddin İmanovla görüşdüm, o da izahatımı aldı. Telman Səlimovu, Məsləhət Heydərovu və Emil Nəsirlini Polis bölməsinə dəvət etdi.

Məsləhət və Telman tez gəldilər. Amma Emil müxtəlif bəhanələr gərirməklə, Rəis özü işə qarışandan sonra gecə saat 00:03 – də gəldi. Bu zaman mən Polis şöbəsinin həyətində Emillə üzləşəndə başladı məni hədələməyə, açıqca bildirdi ki, “ Mən Türk, sən Talışa iyirmi iki min Dollar pul atmışam. Kimə istəyirsən get şikayət et, mən bu hakimiyyətin ən yaxın adamıyam, xəbərin olsun. “
Bu sözləri deyib, qalxdı birbaşa rəisin yanına. Mən də onun dalıyca rəisin kabinetinə girəndə, rəis onu çox istiqanlı münasibətlə qəbul edib, mənə gözləməyi bildirdi.

İçəridə xeyli söhbətdən sonra həyətdə mənə deyilən sözləri rəisə də təkrar etdiyini eşidib, məni dəhşət bürüdü...
Həmin anda mən içəri girib bildirdim ki, illərlə min əzabla qazandığım halal pulumu nəyin bahasına olusa olsun, heç kimə bağışlamaram.

Emil də mənə dedi ki, əlimdə təsdiq olunmuş “Borc Müqaviləsi “ var. Bu barədə Rəis də soruşdu. Mənim cavabım çox qısa oldu, “ Cənab rəis, siz tanımadığınız, heç vaxt üzünü belə görmədiyiniz adama yolüstü, heç bir səbəb olmadan, 7000 ABŞ- dollar pul borca verərsiniz ? “ Rəis mənim bu sualıma susdu.

Bunu da xüsusi olaraq qeyd edim ki, mayor T. İmanov Telmanın portfelinə baxış keçirəndə, içində üç ədəd müxtəlif VÖÜN-lə QHT-ə məxsus möhür və ştampel aşkar etdi... - Şübhəsiz ki, Polis “ Şirinliyi “ilə bərabər, izahatı da Telmandan alıb, hamımızı sərbəst buraxdılar.

Sonradan bildim ki, rəis onlara anladıb ki, iş dərinə getməsin deyə, Telmanla Mətləb Notarial qaydada “Borc Müqaviləsi “ bağlayıb, möhlət verilsin. Yəni anladıldı ki, “İş Mülkiləşdirilməklə Məhkəməlik “ olacaq, o da ki, acı bağırsaq kimi çox uzana bilər...
13.04.2016- tarixdə Telman Səlimovla Notarial qaydada altı ay müddətinə pulumu qaytarmaq üçün “Borc Müqaviləsi “ bağlayıb möhlət verdim.

Möhlət vaxtına bir ay qalmış, Telmana zəng edib xəbərdar edəndə, bildirdi ki, “sən mənə kömək elə, Emili verim Məhkəməyə “...
Bütün bu olaylar barədə təkrarən bir qədər qısa məzmunla 14.11.2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon Polis Şöbəsinə, eləcə də Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova “xəbərnamə “ ilə məktub ünvanlasam da şikayət ərizəm hələ də cavabsızdır.

PS. – Azərbaycanda xüsusən Talış Millətinin nümayəndəsi konstitutsiya və Vətəndaşlıq hüquqlarını dilə gərirəndə, hakimiyyət orqanları tərəfindən təqib, təhqir, hətta işgəncələrlə öldürülməsi, yaxşı hallarda isə narkotik və digər vasitələrlə şərlənməsi heç kimə sirr olmadığı kimi bu real cinayətləri də dünyaya bəyan etmək zəruridir.

Mətləb DADAŞOV,
Masallı rayonu
Babakücə kənd sakini

 

Категория: Azərbaycan | Просмотров: 4235 | Добавил: admin | Рейтинг: 4.8/5
Всего комментариев: 3
3 metlebdadas  
0
DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN EMİL NƏSİRLİ ilə tanış olun ; - "  ... Təqdimat mərasimində “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurasının sədri Zərifə Salahova və nəşrin baş redaktoru Emil Nəsirli tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev Yasamal rayonunun iqtisadi,elmi-texniki,sosial-mədəni inkişafında və abadlıq-quruculuq işlərinin təşkilində xüsusi xidmətlərinə görə “Azərbaycanın qüruru” ordeni ilə təltif edildi. Mükafat jurnalin redaksiya şurasının qərarı ilə təsis edilib. "

2 metlebdadas  
0
В этой криминальной стране жить по человечески просто не возможна . Правители Азербайджана к Талышам относятся как врага. Именно Талыши в любой гос. аппарат пишут о свои глобальный проблемы, дело доходит до национальности, жалоба оставляют без ответа. В лучшем случай заявления граждан бросают в урну. Я эти слова на ветер не бросаю, заявляю по основе многочисленных фактов. Скоро буду оповещать даже Мирового сообщество.

1 metlebdadas  
0
BU GÜN 22. 12. 2016 - cı il tarixdə bu yazının surətini çıxarıb, ərizəmə əlavə edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanladım.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus