Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Январь » 26 » Tarix dərsliyindəki saxtakarlığa sərt etiraz
20:25
Tarix dərsliyindəki saxtakarlığa sərt etiraz

Cəmil Həsənli alimlərimizin tariximizi təhrif etməsindən yazdı

"Hecə olur ki, bu gün Yaqub Mahmudov türkçü olur, biz anti-türkçü..." 

Tarix humanitar elmdir. Yəni onu dəqiq olmayan elmlər siyahısına salıblar. Amma tarixi faktlar da mövcuddur və bu faktları danmaq mümkün deyil. Bəlkə də eramızdan əvvəl baş vermiş hansısa hadisəni yanlış təsəvvür etmək, qiymətləndirmək mümkündür. Amma yaxın tarixin xeyli dəlilləri var və bu, bütün tarixçilərə məlumdur.

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli öz "facebook" səhifəsində yazdığı qeydlərlə göstərdi ki, bugün məqsədli şəkildə Azərbaycan tarixi saxtalaşdırılır. Tarixçi alim orta məktəbin tarix dərsliyində "Azərbaycan xanlıqları" mövzusunun yarımçıq işlənildiyini yazması haqqında yazmışıq. Məsələ ətrafında müzakirələr davam edir.  

Mehdibəy Səfərov: "Tarixə belə yanaşma ayrı-seçkilik əlamətidir və təsadüfi insanların konyunktur maraqlarından doğan əməldir"

Cəmil Həsənlinin üzə çıxardığı bu məsələyə "Azəri-Talış" birliyinin sədri Mehdibəy Səfərov da münasibət bildirdi. O, "Azadlıq"a açıqlamasında bildirdi ki, tarixə bu formada yanaşma ayrı-seçkilik yaradır və xoşagəlməz nəticələrə gətirir: "Cəmil Həsənlinin Azərbaycan tarixinə bu qədər mənviyyatlı, obyektiv yanaşması məni çox təsirləndirdi. Biz bilirik ki, Cəmil müəllim elmə təsadüfi gələnlərdən, şəxsi mənafeyini güdənlərdən deyil. Amma onun bu qədər cəsarətlə bu məsələni gündəmə gətirməsi növbəti dəfə Cəmil müəllimin böyüklüyünü təsdiqlədi. Kimlərsə öz şəxsi maraqları, şəxsi ədavətləri konteksindən məsələyə yanaşıb, tarixi saxtalaşdırırsa, bu çox bağışlanmaz əməldir".

Mehdibəy Səfərov onu da əlavə etdi ki, bu yanşama talış kökənli insanların Azərbaycana münasibətini dəyişir: "Biz Azərbaycanı bölməməli, ayrı-seçkilik etməməliyik. Biz, tariximizi düzgün yazmaqla qardaşlıq hissini, vətənpərvərlik duyğusunu aşılamalıyıq. Əlbəttə ki, Lənkəranda yaşayan bir gənj tarix kitabında Talış xanlığı haqqında məlumat görmürsə, onun Azərbaycana olan məhəbbətinə az da olsa xələl gəlir. Ona görə də Cəmil müəllim bu məsələni düzgün olaraq gündəmə gətirib və mən ona dərin təşəkkürümü bildirirəm. Talış xanı Azərbaycanın bütövlüyü uğrunda, Rusiyanın işğalından qorumaq üçün mübarizə aparıb. Yaqub Mahmudov adında birisi tarix institutuna gəlib və öz konyunktur maraqlarına uyğun manevr edir, Azərbaycan tarixinə zərər verir".

Yaqub Mahmudov: "Azərbaycanda Talış xanlığı olmayıb, Səfəvi dövlətinin bir qolu olan Lənkəran xanlığı olub" 

Dərslik müəllifi Yaqub Mahmudov isə məsələ ilə bağlı "teleqraf.az"a bunları söyləyib: "Azərbaycanın tarixini, türklərin tarixini təhrif etmək istəyənlər istəklərinə nail oldular. Mən bu gün də hesab edirəm ki, orta məktəblərdə "Azərbaycan tarixi. Ata yurdu" fənni keçirilməlidir. Ata yurdu bizim üçün müqəddəsdir. 5-ji sinif uşaqları üçün "Ata yurdu" daha müqəddəsdir, çünki vətən anlayışı onlarda yeni-yeni formalaşır. Adıçəkilən dərslik tədris olunmadığı üçün düşünürəm ki, iradlar əbəsdir. Qaldı ki, Cəmil Həsənlinin Talış xanlığı ilə bağlı iddialarına, demək istəyirəm ki, Azərbaycanda Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub. Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub və əsl Azərbaycan türk xanlığıdır. Lənkəran xanları səfəvi nəslindən olublar, türk olublar".

Cəmil Həsənli: "Hecə olur ki, bu gün Yaqub Mahmudov türkçü olur, biz anti-türkçü..."

"Dünənki statusumla bağlı Yaqub müəllimin teleqraf.jom-a verdiyi açıqlama ilə tanış oldum. 

Birincisi deməliyəm ki, hazırda Yaqub Mahmudov və daha iki müəllifin hazırladığı "Azərbaycan tarixi. Ata yurdu" dərsliyindən orta məktəblərin 5-ci siniflərində dərslik kimi istifadə edilir. Həmin dərsliyi də bizim uşaqlara oxuduqları məktəbdə dərslik kimi veriblər. Yaqub müəllimin orta məktəblərdə "Azərbaycan tarixi. Ata yurdu" fənni keçirilməlidir fikri ilə razıyam. Amma açıqlamada onun "Azərbaycanın tarixini, türklərin tarixini təhrif etmək istəyənlər istəklərinə nail oldular" fikri tamamilə yersizdir. Çünki, Yaqub müəllimin türk tarixinin müdafiəçisi rolunda çıxış etməsi ən azı tarixin özünə ironiyadır və bu tarixin təhrif edilməsi istiqamətində onun müstəsna "xidmətləri" olmuşdur. 

Mübahisə subyekti olan Talış xanlığına gəldikdə isə, bir anlığa qəbul edək ki, Yaqub Mahmudovun iddia etdiyi kimi, doğrudan da Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub. Bu halda adı çəkilən dərslikdə 5 səhifə Şəki xanlığı haqqında yazanda ən azı bir cümlə də Lənkəran xanlığı haqqında yazmaq pis olmazdı. Yeri gəlmişkən, əgər dərslikdə 5 səhifə Lənkəran xanlığı haqqında yazılıb, bir jümlə belə Şəki xanlığı haqqında yazılmasaydı, mən eyninlə bunun yolverilməz olduğunu bildirəcəkdim. Lakin "Lənkəran xanlığı" ifadəsinə gəldikdə, bu bir az tarixi hoqqabazlıqdır. Haradan götürüb bunu Yaqub Mahmudov, hansı tarixi mənbədə Talış xanlığının adının "Lənkərən xanlığı" olduğu göstərilib. Onun "Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub... Lənkəran xanları səfəvi nəslindən olublar, türk olublar" sözlərinə gəldikdə, tək "Lənkərən xanlığı" deyil, bütün Azərbaycan xanlıqları Səfəvi dövlətindən törəmədir, Dövləti Aliyeyi Səfəviyyənin varisləridir və onun müxtəlif qollarıdır. Tək Lənkəran xanları deyil, kiçik istisnalarla bütün Azərbaycan xanları vaxtilə Səfəvi xanədanı tərəfindən əyalətlərə bəylərbəyi kimi göndərilən türk əmirlərin varisləridir. 

Əslində, bizim narahatçılığımız kimin türk, kimin talış olması məsələsindən çox uzaqdır. Mənzurumuz yüksək elmi titulu olan, Tarix İnstitutuna rəhbərlik edən, Milli Məclisdə təmsil olunan bir şəxsin vətənimizin müxtəlif guşələrinə fərqli münasibət sərgiləməsindədir. Keçək "Lənkərən xanlığı" məsələsinə. Çox uzağa getməyək. Yaqub Mahmudov 2009-cu ildə "Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828" adlı sənədlər toplusu nəşr edib. Bu topluda yer alan sənədlərdən biri də "Gülüstan müqavilə"sinin mətni və onun müəlliflər tərəfindən şərhidir. Müqavilənin III maddəsinə görə, Əlahəzrət şah Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarının Rusiyanın himayəsi altına keçməsini təsdiq edir. Talış xanlığı ifadəsi təxminən 4 dəfə müqavilədə təkrarlanır. Yəni Rus sekretarları ilə İran mirzələri o qədər savadsız idilər "Lənkərən xanlığı" ifadəsi ilə Talış xanlığı ifadəsini bir-birindən ayıra bilmirdilər. 

Toplunun 431-ci səhifəsində Yaqub Mahmudov yazır: "Rusiya tərəfindən Gülüstan müqaviləsini imzalayan Nikolay-Rtişşev isə hökumətin təlimatında Talış xanlığının müstəqilliyinin tanınması haqqındakı göstərişi ölkənin mənafeyinə əlverişli şəkildə dəyişdirərək, xanlığın Rusiya himayəsində qalmasına nail oldu". Beş il bundan əvvəl işlətdiyi ifadədən Yaqub Mahmudovun bu gün imtina etməsi nə ilə bağlıdır və nejə olur ki, bu gün o, türkçü olur, biz anti-türkçü. Tarixi həqiqətlərdən belə ifadələr altında pərdələnib yayınmaq yaxşı hal deyil. 

Hər halda son 200 ildə əlimizdə Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərindən daha mötəbər mənbə yoxdur. Yaqub Mahmudovun rəhbərlik etdiyi institut da bu böyük mütəfəkkirin adını daşıyır və Abbasqulu ağa həmin əsərində yazır: "Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ji (=1813) ildə, təşrini əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər jür iddiadan əl çəkdi". Belə olan halda Yaqub Mahmudov "Lənkəran xanlığı" ifadəsini haradan uydurur. Bunu tarixə həvəs göstərən birisi desə, dərd yarı, baza tarix müəssisəsinə rəhbərlik edən bir şəxsin yaxın keçmişimizi belə kobud şəkildə təhrif etməsinə nə deyəsən. Bütövlükdə Qafqaz, xüsusilə Cənubi Qafqazda XIX əsrin əvvəllərində jərəyan edən hadisələr haqqında ən qiymətli mənbə sayılan 12 cildlik "Aktı Kavkazskoy arxeoqrafiçeskoy komissii" seriyasında Talış xanlığının adı 100 dəfədən artıq çəkilir.

Müstəqillik dövründə rəhmətlik Ziya Bünyadov və Yusif Yusifovun redaktəsi ilə nəşr olunmuş "Azərbaycan tarixi" dərsliyində, professor Süleyman Əliyarlının redaktəsi ilə 1996-cı ildə nəşr olunmuş "Azərbaycan tarixi" dərsliyində Talış xanlığı ifadəsi dəfələrlə işləndiyi halda, Yaqub Mahmudov heç kimə sübut edə bilməz ki, o, professor Yusif Yusifov və professor Süleyman Əliyarlıdan daha artıq türkçüdür. Hələ ki, xalqlar bu günlərini və gələcəklərini necə görmək istədiklərini xəyal edə bilərlər, keçmişi bu günün arzularına uyğun təqdim etmək cəhdləri bir qayda olaraq tarixi həqiqətdən yayınmaq meylləri yaradır. Gəlin bundan uzaq olaq. Tarix olduğu kimi təqdim ediləndə öz gözəlliyini saxlayır".

azadliq.info

Категория: Talış tarixi | Просмотров: 3069 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus