Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 18 » “The Guardian” Əliyevlər rejimini “yırtıcı» adlandırdı
15:26
“The Guardian” Əliyevlər rejimini “yırtıcı» adlandırdı
«Eurovision» tarixində ev sahibi ölkədə insan haqları sahəsində bu dərəcədə narahatlıq olmayıb»

Avropa Yayım Birliyi Azərbaycanda baş verənlərə səssiz qaldığına görə tənqid hədəfi oldu


Bakıda keçiriləcək "Eurovision” musiqi yarışmasının fonunda bu ölkədəki ictimai-siyasi duruma, o cümlədən insan haqları və demokratiyanın vəziyyətinə həsr olunmuş məqalələrin dünyanın nüfuzlu media orqanlarında dərci davam edir. Bu qəbildən olan növbəti material Ingiltərənin "The Guardian” qəzetində yayımlanıb. "Eurovision”un od tutub yandığını hiss etməyən azərbaycanlılar" başlıqlı məqalədə Azərbaycanda söz və ifadə azadlığına qarşı hucumlardan bəhs olunmaqla yanaşı, həm də yarışmanın təşkilatçısı olan Avropa Yayım Birliyi baş verənlərə biganə mövqe nümayiş etdirdiyinə görə tənqid olunur. Məqaləni təqdim edirik:

***

Artıq Bakıdakı otel otaqlarımıza gəlmişik...


Bizi Avropanın ən qlamur və möcüzəvi yarışması olan "Eurovision”dan bir neçə gün ayırır. Avropa Yayım Birliyi axşamlar bizə isti Avropa münasibəti haqqında şoular göstərir. Daim bizə xatırladır ki, Avropanın iqtisadi böhran içində olduğu belə vaxtlarda Brüsseldəki diplomatik addımlar yox, məhz musiqi yarışması bizi öz qitəmizi sevməyə sövq edir.

Bu il isə Avropa Yayım Birliyi "Eurovision”la bağlı əlavə problemlə üzləşib. O, Azərbaycanda insan haqları sahəsindəki dəhşətli problemləri həll etməlidir. Məsələ onda deyil ki, biz bunu istəyirik və ya Azərbaycandakı siyasi fəallar, mətbuat, Avropa hökumətləri bu problemləri gündəmə gətirirlər. Məsələ burasındadır ki, "Eurovision” keçirilən ölkədə söz azadlığı problemi olmamalıdır.

Bu ölkə ilə bağlı nə məlum oldu? Bu ölkədə söz və ifadə azadlığıyla bağlı dəhşətli hesabat, saxta ittihamlarla həbs olunmuş 6 jurnalist, dəmir barmaqlıqlar arxasında bir xeyli müxalifətçi fəal, dinc nümayişlərə qarşı qəddar münasibət, mətbuatın çətin vəziyyəti, avtoritar hakimiyyət haqqında danışanlara qarşı sərt rəftar və təbii ki, Ilham Əliyev...

Bu ölkədə söz azadlığına qarşı təqib və təzyiqlərin qurbanlarından biri də jurnalist Idrak Abbasovdur. Keçən ay o, Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən əhalinin zorla köçürülməsi və evlərinin sökülməsi faktını lentə alarkən şirkətin təhlükəsizlik xidmətinin işçiləri və polislər onu yaddaşını itirənə qədər döyüblər. Abbasovun huşunu itirməsinə baxmayaraq, döyənlər hətta onu xəstəxanaya da aparmayıblar. Azərbaycanda bu cür özbaşınalıqlara görə günahkarlar cəzalandırılmır, ən yaxşı halda, yarımçıq istintaq aparılır.

Avropa Yayım Birliyi niyə susur?

Avropa Yayım Birliyinin mandatına daxil olan məsələlər sırasında ifadə azadlığı, insan hüquqlarının qorunması da var. Düşünmək olardı ki, "Eurovision” yarışmasıyla əlaqədar təşkilat vəziyyətin yaxşılaşması üçün müxtəlif hesabatlar vasitəsilə Azərbaycan hökumətinə təsir göstərməyə çalışacaq. Amma bu baş vermədi... Bunun baş verməməsi isə Azərbaycanda və xaricdə söz azadlığını müdafiə edən jurnalistlər üçün bir uğursuzluqdur. Rəsmi Bakı da bu cür münasibətdən öz qanunsuz addımlarını legitimləşdirmək üçün istifadə edə bilər. Bu isə eyni zamanda, Avropa Yayım Birliyinin özü üçün də mənfi haldır.

Beləliklə, "Eurovision” yarışmasının keçiriləcəyi, dəniz sahilində yerləşən məkanın qapılarını ifadə azadlığının üzünə bağlayan bu media təşkilatı özünə olan etibarı azaltmaqdadır. Avropa Yayım Birliyi Azərbaycanda ifadə azadlığının durumuyla bağlı müxtəlif bəyanatlara ehtiyatla yanaşır.

Bu cür rejimlər adətən çox hiyləgər və yırtıcı olurlar


Avropa Yayım Birliyi Bakıda jurnalistlər üçün seminarlar keçirsə də, təəssüf ki, bu ölkədə insan haqları sahəsində ciddi pozuntulara yol verən hökumət məmurlarına xarici səfərlər imkanı verdi. Əgər Avropa Yayım Birliyi Azərbaycan kimi bir ölkə ilə ciddi məşğul olmaq istəyirsə, çəpər arxasından çıxmalıdır. Çünki Azərbaycandakı kimi rejimlər adətən çox hiyləgər və yırtıcı olurlar. Onlar ifadə azadlığına məhdudiyyətləri dayandırmaları üçün mütləq beynəlxalq təzyiqlə qarşılaşmalıdırlar. Avropa Yayım Birliyinin təsiri isə "banal dialoq” çərçivəsindən kənara çıxmır və əlbəttə ki, bu, yetərli deyil. Halbuki, bu təşkilat və onun 56 üzvü həqiqətən də həm kağız üzərində, həm etik çərçivələrdə təsir imkanlarına malikdirlər. Təşkilat "Dünyanın milli diktorlarının ən böyük birliyi” olmaqla fəxr edir. O zaman Azərbaycandakı hadisələrə - saxta ittihamlarla həbsdə saxlanılan altı jurnalistə, peşə borcunu yerinə yetirərkən döyülən media nümayəndələrinə, bu ölkədəki qorxu mühitinə, mətbuat üzərindəki özünüsenzuraya niyə bu qədər səssiz yanaşır?

"Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı son 9 ayda Avropa Yayım Birliyinə bir neçə dəfə görüşlər keçirərək, Azərbaycandakı vəziyyətin ciddiliyini xatırladıb.
"Biz Avropa Yayım Birliyindən xahiş etdik ki, ”Eurovision" qabağı bu ölkədəki siyasi məhbuslar, təzyiqlərə məruz qalan, hədələnən jurnalistlərlə bağlı problemlərin həlli, söz və ifadə azadlığının təmin edilməsi üçün öz təsir vasitələrindən istifadə etsin", - deyə "Human Rights Watch”ın nümayəndəsi bildirib.

"Eurovision”un qalibi Belarus olsa...


Bu cür addımlar atılsaydı, Azərbaycan hökumətini qıcıqlandıra bilərdi. Görünür, Avropa Yayım Birliyinin sükutu da bununla bağlıdır. Onlar iddia edir ki, "Eurovision” qeyri-siyasi tədbirdir və bu məsələlər başqa hallarda qaldırılmalıdır. Bununla belə, onlar da etiraf edir ki, yarışmanın 57 illik tarixində ev sahibi olan ölkədə insan haqlarıyla bağlı bu dərəcədə narahatlıqlarla qarşılaşmayıblar.

Avropa Yayım Birliyinin hələ də danışmaq üçün vaxtı var. "Eurovision”a hazırlıqlar zamanı yerli jurnalistlər və siyasi fəallar daha əlçatan olacaq, dünya ictimaiyyətinin diqqəti bu ölkəyə yönələcək. Avropa Yayım Birliyinin addımları yaxşı siqnal ola bilər. Bu, eyni zamanda, "Eurovision”un özünün gələcəyini müəyyənləşdirəcək. Avropa Yayım Birliyinin bir rəsmisinin dediyi kimi: 26 mayda Belarus qalib gəlsə, necə olacaq?

Tərcümə Azadləq Qəzetinindir

Категория: Azərbaycan | Просмотров: 1493 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus