Главная » 2015»Июнь»25 » Tolışon Sədo qəzetinin baş redaktoru Milli Məclisin deputatına müraciət edib
11:26
Tolışon Sədo qəzetinin baş redaktoru Milli Məclisin deputatına müraciət edib
Tolışon Sədo qəzetinin baş redaktoru, Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Cəlilov rəhbərlik etdiyi qəzetin Lerik rayonunda yayımı ilə bağlı rayon rəhbərliyi tərəfindən süni şəkildə yaradılmış problemlə əlaqədar Lerik rayonunu Azərbaycan Respublikası Milli Məclisində təmsil edən deputat İqbal Məmmədova müraciət ünvanlayıb.
Baş redaktor müraciəti social şəbəkə vasitəsilə deputatın nəzərinə çatdırmaqla, həm də onu ictimailəşdirib.
Müraciətdə deyilir:
"Hörmətli Iqbal Mammadov cənabları! Siz Milli Məclisdə Lerik rayonunu təmsil edirsiz, rəhbəri olduğum "Tolışon Sədo" qəzeti "AzərMətbuatYayımı" MMC tərəfindən respublikamızın bütün rayon və şəhərlərində satılır və mən buna görə "AzərMətbuatYayımı" MMC-yə bəri başdan pul ödəyirəm. Qəzetimiz hər III gün (çərşənbə günü) respublikamızın bütün rayon və şəhərlərinə paylanılır, bütün ucqar rayonlarda satışda olan "Tolışon Sədo" qəzetinin satışı nədənsə Lerik rayonunda əngəllənir, qəzetin son iki (10 (79) və 11 (80)) nömrəsi, bizə məlum olmayan səbəblərdən, Lerik rayon Poçt İdarəsində saxlanılaraq köşklərə təhvil verilmir.
Hörmətli Iqbal Mammadov cənabları!
Sizdən, həmən rayonun deputatı olaraq, bu məsələni araşdırmanızı xahiş edirəm, əks təqdirdə mən yüksək dövlət qurumları, yerli və xarici təşkilatlar qarşısında "Azərbaycanda Talış dilinə qarşı dövlət basqısı" məsələsini qaldıraraq, Lerik İHB-sı Rövşən Bağırovun Talışlara və Talışların dilinə qarşı dözümsüzlüyünün mənbəyinin Prezident Aparatı, Nazirlər Kabineti və Milli Məclis olduğunu hər yerdə bəyan edərək, "Rövşən Bağırov, Talışlara və Talış dilinə basqılara son qoy!" adlı kompaniyanı başlayacam.
Xahiş edirəm yazdıqlarıma ciddi yanaşasız.
hörmətlə: Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri
"Tolışon Sədo" qəzetinin baş redaktoru"