Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 26 » Üsyana qalxan balıqçı kəndindən reportaj
18:29
Üsyana qalxan balıqçı kəndindən reportaj
«Qəsəbədə bir gün yenə üsyan olacaq. Bunu unutmasınlar»

Lankonın Nərimanabad-2 qəsəbəsi ötən il böyük hay-küylə mətbuatın gündəmini zəbt etmişdi. Səbəb isə kənd sakinlərinin ayağa qalxıb etiraz etməsi idi. Çünki sərhədçilər yerli sakinləri balıq ovuna buraxmırdılar. Daha dəqiqi, balıqçılara ov üçün yalnız 2 mil məsafə qət etməyə icazə vermişdilər. Bu isə haqlı narazılığa səbəb olmuşdu. Axı başqa cür ola bilməzdi. 2 mildə balıq tutmaq mümkün deyil. Ən azı 10-15 mildə ov olur...

Üsyan zamanı 9 nəfər həbs olunub. Sonradan onlardan beş nəfəri sərbəst buraxılıb. Dörd nəfər - 1951-ci il təvəllüdlü Hüseynov Ismayıl Isi oğlu, 1978-ci il təvəllüdlü Ələkbərov Xaliq Arif oğlu, 1984-cü il təvəllüdlü Məmiyev Farid Nizami oğlu və 1993-cü il təvəllüdlü Abbaszadə Kainat Ağaməcid oğlu Cinayət Məcəlləsinin 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

Ötən gün qəsəbəyə gedib həm sonuncu olaydan sonrakı proseslə, həm də qəsəbənin ümumi vəziyyəti ilə maraqlanmağa cəhd etdik.

Otlu bələdiyyə...

Nərimanabad-2-yə Liman adlı qəsəbədən getdik. Bu iki qəsəbə arasındakı məsafə 12 km.-dən bir qədər artıqdır. Ancaq bu yolu qət eləyənə qədər bizə elə gəldi ki, Lankondan Bakıya gedirik. Asfalt örtüyü o qədər bərbaddır ki, danışmağa ehtiyac yoxdur. Bu yolları ötmək üçün daha çox 80-90-cı illərin "Jiquli”lərindən istifadə edirlər. Çünki başqa avtomobillər, xüsusən də xarici maşınlar bu cür yollara yaramır. Tez sıradan çıxır. Bizi qəsəbəyə aparan sürücüylə söhbət zamanı məlum olur ki, kəndin yollarını düzəltmək üçün sakinlər pul yığmağa başlayıblar: "Artıq 20 min manat yığılıb. Düzdür, bu pulla heç nə eləmək olmaz. Istəyirik ki, bir az üstünü toplayıb birdəfəlik - 20-30 illik təmir elətdirək. Bir neçə dəfə müraciət etdik, heç kim bizi saymadığı üçün məcbur qaldıq özümüz öz yolumuza işıq salaq. Başqa əlacımız yoxdur. Çünki bu yoldan yalnız biz istifadə edirik. Hər hansı bir məmur gəlib bizimlə maraqlanmır ki, yolumuzu da görsün”.

Qəsəbəyə çatırıq. Bir-iki dükan gözə dəyir. Qalanları ya qapısı qıfıllıdır, ya da elə bərbad hala salınıb ki, gəl görəsən. Qəsəbənin mərkəzində məscid yerləşir. Məscidin yanında köhnə uçuq-sökük klub var. Vaxtilə bura insanlar toplaşaraq filmə baxırdılar. Son on ildə isə camaat toplaşıb dərdləşirdi. Indi isə dərdləşmək üçün mərkəzi küçəyə toplaşırlar. Klubun qapısı üzərində bayraq asılıb, artıq bura bələdiyyənin ofisidir. Qapısı daim açıq olsa da fəaliyyətsizlikdən hər yeri ot basıb.

Qəsəbənin bir gəlir yeri

Mərkəzdə toplaşan 10-15 sakin gözümüzə dəyir. Son proseslərlə bağlı onlarla söhbət etmək istəyirik. Gəlişimizin məqsədini açıqlayırıq. Yaxınlıqdakı dükana baş çəkməyi məsləhət görürlər. Dükan sahibi Saleh Ələkbərovdu. Onun qardaşı Xaliq Ələkbərov həbs olunan dörd nəfərdən biridir. Qardaşının həbs olunmasını bir daha yada salır: "Dekabrın 15-də axşam 17 radələrində ovdan qayıtdı. Evdə yeməyini yeyib bacımgilə getdi. Qayıdanda Daxili Qoşunların əsgərləri saxlayaraq həbs ediblər. Halbuki o heç bir qarşıdurmada iştirak etməyib. Istintaq müddətində hansısa polisə güc tətbiq edildiyi ”üzə" çıxıb. Bu, böhtandı, onun heç bir günahı yoxdur".

Saleh Ələkbərov deyir ki, etiraz edən qəsəbə sakinlərinin narazılıqları haqlı idi: "Bizi dinləyən lazımdır. Əgər bizimlə rəsmi nümayəndələrdən kimsə gəlib söhbət eləsəydi, məqsədimizin nə olduğunu bilərdi. Bizim bir problemimiz var, balıq ovuna yaradılan maneəni aradan qaldırmaq. Biz dövlətçiliyi, vətəni sevirik. Kiminləsə də şəxsi-qərəzimiz yoxdur. Qəsəbənin bir qazanc mənbəyi var - o da balıqçılıqdır. Buranın torpağı nə əkinçiliyə, nə də maldarlığa yarayır. Yeganə qazanc mənbəyini də bizim əlimizdən almaq istəyirlər”.

Saleh Ələkbərovun sözlərinə görə, hazırda qəsəbədə balıq ovuyla bağlı problem yoxdu: "Əvvəlki qaydada işləyirik. Hələlik bizə mane olan yoxdur. Bir istəyimiz var, o da həbs olunanların azadlığa çıxmasıdır. Çünki onlar haqlarını tələb ediblər”.

Səbrin də daşacağı gün var

Qəsəbə sakinləriylə söhbət zamanı məlum oldu ki, onlar həbs olunanların taleyindən nigarandılar: "Həbs olunanlarla bağlı heç bir məlumatımız yoxdur. Onların vəkili kimdir, nə vaxt məhkəmə olacaq - heç nə bilmirik. Yalnız onların Kürdəxanı Istintaq Təcridxanasında saxlanması haqda məlumatımız var”.

"Uşaqlarımızı həbs edənlər elə bilməsinlər ki, biz sakit oturub gözləyəcəyik. Bizim də səbrimizin daşacağı bir gün var. Necə ki, bizi incitdilər və biz ayağa qalxıb etiraz etdik. Bax, yenə elə olacaq. Qəsəbədə bir gün yenə üsyan olacaq. Bunu unutmasınlar”.

***

Nərimanabad sakinləri evdə dəyərli əşyalarını satıb tor alırlar ki, balıq ovlaya bilsinlər. Ancaq bir gün gəlib görürlər ki, tor yararsız hala salınıb. Yəni bu torla nəinki balıq, heç balina da tutmaq olmaz...

Ramin DEKO,
azadliq.info



 

Категория: Талыш xəbərləri | Просмотров: 1372 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus