Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Март » 26 » Vəziyyət rusca olanda...
23:44
Vəziyyət rusca olanda...
Yaxud, Azərbaycanda ictimai-siyasi vəziyyət mürəkkəbləşəndə Talışları "əzizləyib”, qardaşlıqdan, qohumluq əlaqələrindən, tarixlər boyu sevincinə-sevinməyindən, kədərinə-kədərlənməyindən "resseptlə” danışan bəzi Vətənşüvən pantürkçü-şovinistlərin və hakimiyyətin növbəti məkirli niyyəti nə olacaq?

Nə qədər bərli-bəzəkli, təm-təraqlı sözlərlə desək ki, Azərbaycanda milli münasibətlər superdir, heç bir problem yoxdur, ağ yalan olar. Həqiqət isə gec-tez aşkar olur, haqq yerini tutur. Ancaq haqq yerini tutana qədər də günahsız, məzlum insanlar çox mürəkkəb proseslərin məngənəsində əzablı və iztirablı günlər yaşamalı olurlar.

Son günlər dünyada, eləcə də ölkəmizdə cərəyan edən ictimai-siyasi, sosial-hüquqi palitrasının üzərində olan "rənglərin” həddindən artıq xoşagəlməz və ictimaiyyətə anlaşılmaz olması narahat olmağa əsas verir. Xüsusən siyasi rənglərin əndirəbadi şəkil alması heç bir Azərbaycan vətəndaşının ürəyincə deyil.

Siyasi "palitranın” üzərindəki xoşagəlməz və ürəkağrıdan "rənglərdən” ən əsası zülümlə, kiraiyyədə yaşayıb, yarı ac-yarı tox, böyüdüb boya-başa çatdırdığı övladını Vətənin müdafiəsinə göndərib, ordan da MN-i Səfər Əbiyevin müəmmalı "ət maşınının” qurbanı olması bütün ölkə əhalisinin kəskin hiddətinə səbəb olmuşdur.

Ölkədəki bir çox xoşagəlməz ictimai-siyasi rənglərdən biri də sirr olmayan, milli münasibətlərə kökündən yanlış olan münasibətlərdir.

Yanlış milli münasibətlərin "təməli”, bütün çılpaqlığı ilə 1988 - 1992 ci ildə AXC-sədri, sabiq prezident, mərhum Əbülfəz Əliyev (Elçibəy) qoydu. Ümumxalq Hərəkatı başlayanda onun ilk müraciəti bu oldu: "Türkün-Türkdən başqa dostu yoxdur”, "Türkləşmək”, Ümumxalq hərəkatının adını "Milli Azadlıq Hərəkatı” kimi xalqa sırımasından sonra Azərbaycanda tarixlər boyu yaşamış 23 millətin sadəcə küsüb, ictimai-siyasi proseslərdən kənarda qalmasına səbəb oldu.

Bu yanlış milli siyasət sonrakı illərdə daha sərt formada ayrı-ayrı milli azlıqlara qarşı ekspremental əməllərlə müşahidə olunmaqdadır. Elçibəy hakimiyyəti devrildikdən sonra Heydər Əliyevin "drijorluğu”, Əlikram Hümmətovun başçılığı ilə TMR-sı elan olundu, tez bir zamanda da ləfv edildi. Məqsəd də bu idi ki, ölkədaxili bütün cinayətlər ört-basdır edilib, talışları gözdən salmaq, özünün Naxçıvandakı separatçılıq fəaliyyətini Talışların adına "pripiska” etmək, Qarabağ məsələsini xalqın yaddaşından birdəfəlik silmək. Maraqlısı budur ki, Elçibəy hakimiyyəti devriləndə talışlardan süni surətdə düşmən obrazı yaradıldı, indi isə demək olar ki, hakimiyyət-müxalifət tam əksinə siyasət yürüdür. Yəni, indiki mərhələdə Talışları süni olaraq, guya "əzizləyərək qardaşlıq” münasibətləri qurmaq kimi addımlar atması müşahidə olunur.

Bu "əziz-qardaşlıq” münasibəti oyunu missiyasını hörmətli kinorejissor, Respublika Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və həmkarı Mehdibəy Səfərov öz üzərinə götürmüşdür. Belə olan halda, şəxsən məni düşündürən bir çox sualların meydana çıxması və bu sualların bəzisini siz hörmətli oxucularla bölüşməyimə də qərar verməli oldum:

1)​ Nə az- nə çox, 20 ildir ki, talışlar "separatçı” damğası ilə təhqir edilir, aşağılanır, ziyalıları türmələrdə işgəncə ilə öldürülürsə, belə münasibətə "qardaşlıq” demək nə qədər doğrudur ?

2)​ Talış Zonası –"Cənub Zonası” adlandırılması, qədim tarixə malik toponimlərin dəyişib türkləşdirmək hansı zərurətdən yarandı?

3)​ Talışların Konstutsiya hüquqları hakimiyyət tərəfindən hansı səbəbdən pozulur?

4)​ Talışların kütləvi şəkildə ölkəni tərk etməsinin səbəbi nədir?

5​) Hərbi çağırış haqqında Ali Baş Komandanın fərmanı hansı səbəbdən pozulur?...

Əlbəttə, bu kimi sualların sayı hesabı olmasa da, açıq-aşkar görünən bəzi
müəmmalı məsələlər onların sayını bir az da artırır.

Müəmmalı məsələlərdən biri də budur ki, istər hakimiyyət olsun, istət müxalifət, hər ikisinin talışlara qarşı potoloji "allergik” münasibəti olduğu halda, böyürdən "Azəri-Talış Birliyi” adda təşkilatın yaradılması, YAP-çıların bu təşkilata hücum kompaniyasının təşkil edilməsi, bu fonda paytaxt Bakıda açıqca hakimiyyətin ünvanına da tənqidlər deyilən, təxminən 200-ə qədər adamın dəvət aldığı bir tədbir də, o qədər adamlara süfrə bəzədilməsi, yeyib-içmək verilməsi, hansı "şotdan” kimin "şot” verməsi də məni çox düşündürür.

Bu məsələlər ona görə məni düşünməyə vadar etdi ki, Mehdibəy Səfərov mənə zəng edib bildirmişdi ki, karikaturaçı rəssam kimi siz də dəvətlisiniz həmin "NƏVUZƏ İD” tədbirinə. Mən bildirdim ki, karikaturaların üçün ramkalar lazımdır, birinin qiyməti də üç manatdır. Mehdibəy dedi ki, çox bahadır...

Sonra Eldəniz Quliyev mənə zəng edib, məni Masallı rayon üzrə təşkilatın sədri olmağı da təklif etdi.

Facebook səhifəmdə yazdığım kimi, Eldəniz müəllimə bildirdim ki, mən bu ölkədə saf, xalqın mənafeyini düşünən siyasi təşkilat tanımadığım üçün, heç bir təşkilata da girmirəm. Beləcə sağollaşdıq. Mən də həm üzürlü, həm də düşündüyüm səbəblərdən həmin Novruz Bayramı "Nəvuzə İd” bayram tədbirinə getmədim. Həmin tədbirin video görüntüsünə baxandan sonra yuxarıda qeyd etdiyim müəmmalı məsələlərə, təşkilatın tərkibində olan hakimiyyətyönlü çoxlu sayda adamların orda olmasına isdinad edib, şübhələnməli oldum.

Şübhələrim mənə diktə etdi ki, "Tolışon Sədo” qəzetinin çap olunmasına 40 qəpik tapmayan, mənim karikaturalarım üçün 3 manatı çox bilən, 200 adama qonaqlıq verən "səxavətli” təşkilatın məramı olsa-olsa ancaq qarşıdan gələn prezident seçkilərinə hesablanmış, talışları qabaqcadan patentləşdirib, "ictimai-sığorta” vəsiqəsini qazanıb, biz də "varıq” kompaniyasını formalaşdırmaqdır.

Digər tərəfdən də düşünürəm ki, hakimiyyəti təlatümə salan, İranın vasitəçiliyi ilə ermənilərin Şuşada "Tolışıstoni Sədo” radiosunun açmasıdır. Başqa tərəfdən də ölkənin geopolitik "politrasının rusca” ola biləcəyi ehtimalıdır. Adəti üzrə həmişə olduğu kimi ölkədə geosiyasi vəziyyət "rusca” olana yaxın, milli azlıqlar "əzizlənir, sevilir”, ... Ara günlər isə, vay,... danışmalı dərd deyil!...

İndi görürük ki, rəhmətlik Şeyx Şamil Osmanlı türklərinin köməklik yolunu 25 il, 11 ay gözlədi, hələ də yəqin ki, uyuduğu cənnətdə gözləyir. Bizimkilər də 23 ildir ki, gözləyirlər, yəqin dərk edirlər ki, vəziyyət heç də türkcə olası deyil, olsa-olsa, ancaq "rusca” ola bilər. Yəqin məsələ aydındır ki, vəziyyət "rusca” olarsa, bir yandan "Ləzgistan”, bir yandan "Kürdüstan”, "Qarabağıstan” (bu artıq Ermənilərə verilib), bu tərəfdən də Şuşadan "Talışıstoni Sədo” radiosunun talış dilində "dil açması” olacaq, o taydan da İrana yeni gələcək prezidentin ultimatum xarakterli bəyənatı... Əlbəttə, nəinki Talışları, bütün milli azlıqlar yavaş-yavaş, süni də olsa "əzizlənəcək”.

Bu hələ harasıdır, bir çoxları da "tolerantlıq” numunəsi göstərib, milli azlıqlarla təkrar ailə qurmağa da qərar verəcəklər...

Həqiqətən ölkədə müsbət dəyişikliklər olmasa, vəziyyət "rusca” olacaq...

Mətləb DADAŞOV,
26 mart 2013 cü il


Категория: Талыш xəbərləri | Просмотров: 1974 | Добавил: admin | Рейтинг: 5.0/10
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus