Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Март » 26 » Vilders və Eynulla
21:19
Vilders və Eynulla

  Ataxan ƏBİLOV

 

Iqtidar-müxalifət arasında olan siyasi leksika millətlərarası münasibətlərdən tamamilə yan durmalıdır

 

Niderlandda belə bir partiya var: Partij Voor de Vrijheid - PVV (Azadlıq üçün Partiya). Adına baxmayın. Bu ad altında gizlənən partiya özünün irqçilik və islamafobiya üstündə köklənən ideyaları ilə bütün dünyaya səs salıb. Bir ara siyasi reytinqi xeyli yüksılmiş və bundan qabaqkı hökümətdə koalisiya üzvü olmağa müvəffəq olmuşdur.

Son həftələr bu partiya Niderland cəmiyyətində yenə də müzakirə obyektidir. Burada keçirilən son bələdiyyə seçkilərində PVV sədri Vildersin (Wilders) Niderlandakı Mərakeş icmasıla, "onları Niderlanda az görmək" istəyilə bağlı dedikləri cəmiyyətdə böyük etiraz doğurub. İnsanlar milli və dini mənsubiyyətindən asılı olmayaraq kütləvi şəkildə Vildersin söylədiklərinə etiraz edir. Dünən Niderlandın ən böyük şəhərlərindən biri olan Naymeğen (Nijmegen) şəhərinin meri başda olmaqla bir kütlə insan yerli polisə gedərək Vilderslə bağlı şikayət ərizələri yazdılar. Hər biri ayrı-ayrılıqda. Bu prosesin sonrakı gedişinin necə olacağına yaxın günlərdə şahid olacağıq.

Məlumat üçün deyim ki, Niderland Krallığı parlamentar demokratiya ənənələrinə malikdir. Dövlətin başında monarx durur. Ölkə parlamentdə qalib gəlmiş siyasi partiya və ya partiyalar tərəfindən təşkil edilən hökümət tərəfindən idarə olunur. Azərbaycan Respublikası kimi Niderland Krallığı da unitar dövlətdir. Amma inzibati ərazi vahidi kimi ölkə əyalətlərə (12 əyalət), şəhər və kənd meriyalarına bölünüb. Hər bir inzibati ərazi vahidi daxilində geniş demokratik əsaslarla yerliözünüidarə institutları fəaliyyət göstərir. Hazırda ölkəni Volkspartij voor Vrijheid en Democratie (VVD) - Azadlıq və Demokratiya üçün Xalq Partiyası və Partij van de Arbeid (PvdA) - Fəhlə Partiyası tərəfindən təşkil edilən koalison hökümət idarə edir. Hökümətə 47 yaşlı Mark Rutte rəhbərlik edir.

Niderland Krallığı bir emiqrant ölkəsi kimi də xarakterizə edilir. Burda çoxlu sayda dünyanın müxtəlif yerlərindən müxtəlif səbəblər üzündən təşrif buyuran əcnəbilər yaşayır. Onların sırasında mərakeşlilər və türklər xüsusi çəkiyə malikdir. Özlərinin əməksevərliyi, Niderland cəmiyyətinə verdiyi töhvəsilə öyünən türklərlə müqayisədə mərakeşlilər daha çox asosiallığı ilə diqqət mərkəzindədir. Müxtəlif növ cinayətlərdə adı hallanan, faydalı əməklə məşğul olmamamağa üstünlük veən mərakeşlilər həqiqətən də bu gün Niderland cəmiyyəti üçün problem yaşadacaq səviyyədədirlər. Amma bütün bunlara baxmayaraq cəmiyyət öz dəyərlərinə sədaqətini nümayiş etdirmək əzmindədir və mərakeşlilərin ünvanına parlament və siyasi partiya səviyyəsində deyilənləri həzm etmək fikrində deyil.

Vəziyyətə uzun-uzadı izahat verməyimin səbəbi əlbəttə ki, söhbəti Azərbaycan üzərinə gətirməkdir. Keçən həftə sındırılmış və dəyərsiz edilən jurnalist Eynulla Fətullayev özünün haqqın.az (ada fikir verin) saytında Azərbaycanın xalqlarından birilə bağlı bir yazı yazdı və bu xalqın üzdə olan bütün nümayəndələrini siyasi baxışlardan və mövqelərindən asılı olmayaraq nifrət dolu bir qazanda qaynatdırdı. Təbii ki, o, mənim də bostanıma daş atmalı idi. Çünki öz dəyərlərinə xilaf çıxdığı gündən Eynulla mənim də hədəfimdə olub, zaman-zaman face-də yazdığım statuslarımın mənfi qəhrəmanlarından biri olmuşdur. Baxmayaraq ki, onun azad olunması üçün içi mən qarışıq siyasi mühacirlərin də çox böyük rolu olmuşdur.

Sözü gedən sifarişli, məlum instansiyalarda hazırlanan və Eynulla Fətullayev tərəfindən imzalanan yazıda barəmdə yazılan bir cümlədə ünvanıma üç böhtan səsləndirilmişdir. Azərbaycanda hüquqi dövlət qurulacağı günün səhərisi Eynullanın həmin böhtanlara məhkəmə qarşısında cavab verəcəyinə qoy kimsə şübhə etməsin.

Bu bədnam yazıya sosial şəbəkələrdən gələn etirazı həzm etmək iqtidarında olmayan bu bədnam jurnalist daha da irəli gedərək səhərisi gün bütöv bir xalq üzərində linc məhkəməsi qurmağa çağırdı. Artıq onun bu statusu aparıcı dünya dillərinə tərcümə edilərək internetdə dolaşır.

Burda bir haşiyə çıxıb qeyd etmək istərdim ki, iqtidar-müxalifət arasında olan siyasi leksika millətlərarası münasibətlərdən tamamilə yan durmalıdır, buna qətiyyən yol vermək olmaz.

Əlbəttə mənim dəyərsiz və şərin yanında yer alan, bunu ört basdıq etmək üçün çıxış etdiyi tribunanı "haqq" adlandıran Eynullanı faşist sayağı baxışlara malik, rəhbəri olduğu siyasi partiyanı "azadlıq üçün" adlandıran niderlandlı Vilderslə müqayisə etmək fikrim yoxdur. Bu vəziyyətdə Niderlanda miqrasiya edən mərakeşlilər də Azərbaycanın köklü xalqı olan talışlarla müqayisəyə gələ bilməzlər. O da qeyd edilməlidir ki, Eynulla avtoritar Əliyev rejimin qeyri-leqal sözçüsüdür. Vilders isə hökümətə müxalifdir, hökümət onun barəsində qüvvədə olan qanunvericilik çərçivəsində məsuliyyətə cəlbetmə proseduru başlamaq niyyətindədir.

Bütün bunlara rəğmən mənim Azərbaycan cəmiyyətindən umacağım və gözləntilərim vardır. Başa düşürəm və Niderlanddakı kimi kütləvi polis müraciətləri də heç gözləmirəm. Gözləyirəm ki, Azərbaycanda real vətəndaş cəmiyyəti qurmaq arzusunda olan dairələrin bu yazıya tutarlı reaksiyası olsun. Amma hələ ki, bu baş verməyib. Hər ötən gün isə, dəyərli dostlarım, müzakirə mövzüsü olan məsələ ətrafında çatı dərinləşdirir. Bunu görmək üçün yetər ki, sosial şəbəkələrdə gedən müzakirələrə bir diqqət edilsin...

 
 
Категория: Dünyada | Просмотров: 3489 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus