Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Апрель » 28 » Xosi mo Bokuədəy
13:13
Xosi mo Bokuədəy
Sovet vaxtı radioda tez-tez ermənicə "xosimo Boku” (danışır Bakı) deyərdilər. Bir talış arvadı da təsadüfən bu "xosimo Boku”nu eşidir, sən demə arvadın oğlunun adı da Xosi imiş və bu Xosi də Bakıda yaşayırmış, tez paltarın geyinib evdən çıxır, üz tutur Bakıya, elə qatardan düşən kimi radio yenə də "xosimo Boku” deyəndə arvad "zə sıpə zoə, Xosi mo Bokuədəyəni” deyir... 

Nəvuzə İd

Bu il martın 17-də Azəri-Talış ictimai birliyi "Nəvuzə İd” adlı bir Novruz şənliyi təşkil etdi. Şənlikdə əsasən talış dilində mahnılar, şerlər səsləndi, bəzi el oyunları iştirakçılara təqdim olundu. Şənliyə bütün TV şirkətləri, Talış zonasının bir çox ziyalıları, o cümlədən zonanı Milli Məclisdə təmsil edən şəxslər də dəvət almışdılar. Çox təəsüf ki, heç bir TV kanal, başları mənasız şou-proqramlar hazırlamağa qarışdığı üçün, (oxu: icazə verilmədiyi üçün) bu şənliyi çəkib, Azərbaycan tamaşaçısına göstərmədilər. Ancaq bundan da acınacaqlı hal var, bu da Talış zonasını Milli Məclisdə təmsil edən deputatların öz millətlərinin el şənliyində iştirakdan qorxmaları oldu. Heç bir "millət vəkili” bu tədbirə qatılmadı, bununla da onlar Milli Məclisdə milləti yox, maraqları təmsil etdiklərini bir daha sübut etdilər. Ancaq hər necə olsa da tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu, Azəri-Talış birliyinin təsisçiləri Mehdibəy Səfərov və Eldəniz Quliyev tədbirin rəngarəng olması üçün əllərindən gələni etmişdilər. Hər iki şəxsə minnətdar olmaqla yanaşı, belə tədbirlərin davamlı keçirilməsi üçün əzm, səbr və uğur arzu edirik.

Məhkəmələr

Artıq bütün dünya d-r Hilal Məmmədovdan danışır, artıq d-r Hilal Məmmədovun şərlənərək həbs edildiyinə şübhə edən yoxdur, hətta bəzi YAP üzvləri, rəsmi olmasa da d-r Hilal Məmmədovun həbsinin böyük bir səhf olduğunu etiraf etmək zorunda qalırlar. Analoqu olmayan bir məhkəmə gedir. Şahidin "mənə dedilər, mən eşitdim” kimi sarsaqlaması hakim tərəfindən "dəlil” kimi qəbul edilir. Bu məhkəmə Azərbaycana mənfi imicdən başqa bir şey vermədi, verə də bilməzdi. "Talışların gözünü qorxuzmaq üçün” hesablanmış bu həbs əksinə talışları daha da sıx birləşməyə vadar etdi. Hər şeyi "hesablayan” sifarişçilər adi bir qanunu, "təsir əks-təsirə bərabərdir” qanunu hesablamayıblarmış. Və "təsir” həqiqətən də "əks-təsir” oldu! Artıq hamı d-r Hilal Məmmədovu "talış lideri” sayır, artıq bütün dünya KİV-ləri d-r Hilal Məmmədovun adının qarşısında "talış lideri” yazırlar. Absurdun dəhşətini göstərən fakt isə son 5 ildə eyni ittiham ilə eyni qəzetin iki baş redaktorunun həbsidir. Hər ikisi 1992-ci ildən cəsus imiş, hər ikisi 1992-ci ildən Mədəniyyət Mərkəzinin sədri imiş, hər ikisi 1992-ci ildən "Tolışi Sədo” qəzetinin baş redaktoru imiş, hər ikisi qəzetin onlara verdiyi səlahiyyətdən "yararlanıb” dövlətçilik əleyhinə, milli ayrı-seçkilik zəminində yazılar yazırmışlar, baxmayaraq ki, konkret heç bir yazı göstərilmir, hər ikisi... Uzatmaq istəmirəm, bir sözlə hər ikisi əsl Talış ziyalısı olduqları üçün qondarma ittihamlarla həbs ediliblər! Birinin tifaqını dağıtdız, Xıdodan qorxmadız, heç indi də qorxmursuz, elə bilirsiz dünya elə belə gedəcək? Getməz, gedə bilməz, çünki dünyanı nizamlayan qüvvə var və O qüvvə "gec edər, güc edər”, bəlkə bir az fikirləşəsiz? "Ziyanın yarısından da qayıtmaq xeyirdir” deməyiblərmi? Yəni fikirləşirsiz ki, məhkəməni qapalı keçirtməklə bütün Azərbaycan, bütün dünya bu qurama işi görmür? Vallah görürlər, çünki texnologiya o qədər inkişaf edib ki, inandırım sizi elə zala quraşdırdığınız kameralardan onlara "canlı yayım” təqdim olunur. Bir sözlə, son piketdə səsləndiyi kimi: Hilal Məmmədova Azadlıq”

Masson Rafiq

O gün gənclərdən biri mənə gözaydınlığı verdi, sən demə Lerikdə nə vaxtsa icra başçısı olmuş Sultan Məmmədov 2011-ci ildə massonlar haqqında kitab yazıb və məni də orada "massonların Talışdakı nümayəndəsi” kimi təqdim edib. Vallah sevincimdən yerə-göyə sığmadım, axır ki, bir dəfə də olsa bizi İrana bağlamadılar! Bu artıq böyük "uğurdur”, indi mən həmən kitabı axtarıram, kimdəsə varsa, çox xahiş edirəm, 5-6 dəqiqəlik həmən kitabı mənə versin ki, öz massonluğumu sübut etmək üçün kitabın üzünü çıxartdırım və cumum İsrail səfirliyinə, bəlkə onları kasıb "masson” görkəmim ilə utandırıb, onlardan qəzetin maliyyəsi üçün bir-iki manat aldım, "mədəni dillənçiliyi” bir dəfəlik atdım "arxivə”, yoxsa qəzetə maliyyə dəstəyi vermək istəyən tapılmır ki, tapılmır... Düzdür, bir nəfər mənə yaxınlaşıb "böyük bir Talışın” (yəni Hilaldan böyük talış da var?) qəzetə dəstək olmaq istəyi barədə danışıb, ancaq hələlik bu "danışmaqdan” o yana keçmir ki, keçmir. İndi mən gərək nəyin bahasına olursa olsun, qəzeti həftəlik edim, yoxsa mənim "masson” adıma xələl gələr, axı massonlarda olan pul kimdə var ki... 

Talış radiosu

Bizimkilər gündə bir neçə dəfə "xosimo Boku” dedikləri bir vaxtda, ATV İnterneşnl kanalı ermənicə verilişlər verdiyi bir vaxtda ermənilər Şuşadan talışca "qəp jəydə Şuşi” dedilər. Talış dilində verilişə həsrət talışlar öz dillərində verilişi "ac insanlar” kimi qarşıladılar. Çünki uzun müddət susuz qalan insan qabağına çıxan ilk suyu, keyfiyyətinə baxmadan içəcək! Həmən Şuşadan talış dilində yayımlanan radiodan bir neçə dəfə çox türk dilində radio yayımlanır, ancaq türkcə radio ajiotaj yaratmır, bilirsiz niyə? Çünki türklərin bir neçə alternativ variantları var, seçim imkanları çoxdur və onlara Şuşadan kimin nə danışmağı maraqlı deyil. Ancaq talışın alternativi yoxdur, düzdür heç kəsin qulaq asa bilmədiyi bir beynəlxalq (?) radio var ki, həftədə 2 dəfə 15 dəqiqəlik veriliş verir, verilişin 7-8 dəqiqəsi rəsmi xəbərlərə, qalan vaxtı isə mahnı, şer və hekayələrə sərf olunur. "Talışca rəsmi xəbərə nə ehtiyac?” sualıma "talışlar öz dillərində rəsmi xəbərləri eşitmək istəyirlər” kimi cavab aldım, gülümsədim, öz-özlüyümdə fikirləşdim ki, 1-ci gün saat 12-də yazılan bu veriliş 2-ci gün, yəni bir sutkadan sonra 10:15-də "yayımlanırsa”, xəbərlər "panzi” olmur ki? İşim bunda yox, həqiqətən həmən radioda çalışanlar, onlara verilmiş çərçivə daxilində böyük işlər görürlər. 

Ancaq daha da "böyük” işlər görənlər var, bunlardan biri də İTV-nin keçmiş böyüyü İsmayıl Ömərov idi. İsmayıl Ömərov İTV-nin milli azlıqlar üçün ayrılmış vaxtını "türkçülüyün təbliğinə” sərf edirdi. Talışın mətbəxini, folklorunu türkün adına çıxartmaqdan belə yorulmurdu. Təbii ki, "ləvəngi qədim türk yeməyidir”, ""ay lo-lo”, "halay” qədim türk mahnılarıdır” kimi sərsəmləmələr talışlar arasında bir narazılıq salmalıydı, təbii ki, bundan kim isə yararlanmalıydı və yararlandılar da. Şuşadan talış dilində radio yayımlandı, həmən "halay”ı, "ha kıştə”ni İTV-dən eşitməyən talış, onu Şuşadan eşidəndə ona qulaq asmazmı? Təbii ki, asar! Mən bir şeyə əminəm, əgər İTV-nin yeni sədri, "TV-yə ağıllı insanlar rəhbərlik etməlidirlər” deyən Cəmil Quliyev də öz sələfinin yolunu getsə, onda tezliklə Şuşadan "Tolış TV”-də yayımlanacaq! Cəmil məllim, talış öz dilində alternativ veriliş gözləyir, alternativ veriliş olsa, inandırım sizi, heç kəs Şuşadan yayımlanan radioya qulaq asmaz. Hələlik isə başqa variantı olmayan talışları qınamaq yersizdir, anlaşdıqmı?

Talışlar qiyama hazırlaşır?

Yuxarıda qeyd etmişəm, dünya KİV-ləri talış məsələsini gündəmdən salmır, bildiklərini bilmədiklərinə, reallığı yalana qatıb yazırlar, təki ajiotaj olsun! Belə bir yazı ilə internetdə rastlaşdım. Dövlətlərarası beynəlxalq ictimai-siyasi telejurnalın mətbu orqanı olan "Ümümdünya Birliyi”ndə (Mirovoe Soobşestvo) d-r Hilal Məmmədova həsr olunmuş və Boris Berlazer imzası ilə gedən məqalədə talışların tezliklə qiyam edəcəkləri, buna hazırlıq aparmaları barədə "eninə-uziununa” yazılmışdı. Təbii ki, mən talışların vəkili deyiləm, ancaq Mədəniyyət Mərkəzinin sədri kimi məni bu məsələ çox narahat elədi. Demək xarici qüvvələr, onlara lazım olanda talış kartını meydana ata bilərlər, bu millətimiz üçün çox pis fəsadlar verə bilər, bunun qarşısına çəpəri indidən çəkməliyik, bunun qarşısını indidən almalıyıq, mənim fikrimcə Azərbaycanda milli ədavəti qızışdırmaq mümkün deyil, ancaq rusların "taxta da ildə bir dəfə güllə atır” məsəli var, bu prizmadan yanaşsaq demək böyük güclər üçün burda hərc-mərclik yaratmaq elə də çətin olmaz, bunun qarşısını isə ilk növbədə hakimiyyəti təmsil edənlər öz düzgün siyasətləri ilə almalıdırlar, lazımdırsa, əminəm ki, lazımdır, Talış dilinin, mədəniyyətinin, folklorunun təbliğinə geniş şərait yaradılmalı, Azərbaycan tarixinin tərkib hissəsi olan talış tarixi düzgün araşdırılmalı, Lənkəranda Talış Dram Teatrı yaradılmalı, Lənkəran Dövlət Universitetində "Talışşünaslıq” fakultəsi bərpa edilməli və digər zəruri addımlar atılmalıdır. XXI əsrdir cənablar, kiminsə haqqını boğub, onu özündən incik salmaqdansa, həmən haqqı tanıyıb onunla dost olmaq gözəl olmazmı?

P.S. Oxuculardan ricam: Mənim bu yazımı "linqvist” İlhamə Quliyevaya göstərməyin, yoxsa məni "milli, irqi, dini ayrıseçkilik salma”da suçlayar, gedərəm gurum-gunbaz! 

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” N:51, 27 aprel 2013-cü il
 

Категория: Талыш xəbərləri | Просмотров: 1582 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus