Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Январь » 31 » Yaponiyadan görünən Azərbaycan
00:12
Yaponiyadan görünən Azərbaycan
Şaiq Yaponiyada yaşamasına baxmayaraq, qəzetimizin yaxın dostu və Oxucusudur. Mütəmadi olaraq qəzetimizlə əlaqə saxlayan Şaiq bolinin Azərbaycan haqqında, xüsusən də Talışlar və qəzetimiz barədə fikirlərini öyrənmək istədik və onunla telefon əlaqəsi yaradıb, suallarımızı cavablandırmaq üçün müsahibəyə dəvət etdik.

Müsahibimiz Yaponiyanın Tohoku Universitetinin maqistri Şaiq Cəfərzadədir.

Şaiq Əvəz oğlu Cəfərzadə - 21 yanvar 1983-ci ildə Lənkəranın Sütəmurdov kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, Fars dili şöbəsinin 2-ci kursunu bitirdikdən sonra, eyni adlı fakültədə yenicə açılmış Yapon dili şöbəsində təhsil almaq üçün həmin şöbəyə keçid almışdır.  Şaiq yapon dili şöbəsində 3-ci kursu bitirdikdən sonra, Yaponiyanın Osako şəhərindəki Osaka Xarici Dillər Universitetində yapon dilini, yapon mədəniyyətini, yapon həyatını realda təcrübədən keçirmək üçün xaricilər üçün nəzərdə tutulmuş mərkəzdə 1 illik proqramda işdirak etmişdir. 2006-cı ildə təhsilini yenidən BDU-nun Şərqşunaslıq fakültəsinin Yapon dili şöbəsində davam etdirmişdir. 2007-ci ildə Yaponiya Təhsil Nazirliyinin Xarici Tələbələrin Yaponiyada təhsilini reallışdırması üçün nəzərdə tutduğu Proqram çərçivəsindəki müsabiqənin  iki qalibindən biri olaraq, 2008-ci ildə Yaponiyanın Senday şəhərindəki Tohuko Universitetinin Maqistraturasına daxil olmuş və hal-hazırda 2-ci kursda təhsil alır (Xatici tələbələr üçün maqistr kursunun ilk bir ili dil təcrübəbisinə həsr edilir).

- Boli, salam. Sizi Azərbaycandan salamlayır və tək-tük həmyerlilərimizin ayaq açdığı,  dünyanın ən qədim və ən tərəqqi etmiş ölkələrindən sayılan  Yaponiyada  necə bərqərar tutmağıniz barədə 1-2 kəlmə ilə oxucularımıza məlumat verməyinizi xaiş edirik...

- İlk öncə, mən də Sizi, bütün həmyerlilərimi Yaponiyadan salamlayır və müsahibənizə ğörə də Sizə təşəkkür edirəm...

- Şaiq, maşallah, tələffüsünüzdən  dərhal Talış olduğunuz nəzərə çarpır... Öz milli soy-kökünü gizlətməyə çalışan bəzi həmyerlilərimiz  kimi, bu cəhət hərdənbir sizi də narahat etmir ki?

- Yaponiyanın paytaxtı Tokiodan təxminən 500 km. məsafədə olan və ilk öncə orada təhsil aldığım Osaka şəhərinin özünəməxsus ləhcəsi var. Yaponlar bu ləhcəli insanları dərhal ayıra bilirlər.  Əgər əvvəllər bu şəhər əhlinin danışdığı ləhcə, az qala gülüş predmeti idisə, Osakadan olan elm və sənət adamlarının mediyada davamlı olaraq bu ləhcədə danışmaları Osaka ləhcəsini gülüş predimeti olmaqdan qurtardı. İndi, bəzən Yapon cavanlarının içərisində bu ləhcədə danışmağa səy edənlər də var. Osakalılar hal-hazırda Osaka-ben ("ben”toponimin sonuna birləşdikdə "ləhcə” anlamını daşıyır) ləhcəsində danışmağı özlərinə ayıb bilmirlər. Odur ki, mən də qədim Azəri dilimizin ləhcəsiylə danışmaqdan, nəinki xəcalət çəkmir, əksinə,  hesab edirəm ki, bu ləhcədə danışmağı özünə ayıb bilənlər, bu kompleksdən qurtarmalıdırlar. Dil ünsiyyət vasitəsidir və əsas odur ki, qarşındakı fərdə fikrini çatdıra biləsən.

- Boli, düzi, belə fərəhləndirici, müqayisəli cavabını gözləmirdik. Təşəkkür! Qayıdaq yuxaridakı ilkin və növbəti əsas sualımıza: Azərbaycan Yaponiyadan necə görünür?

(Özü barədə yuxarıda qeyd edilən bəzi məlumatları verdikdən sonra)

- Bilirsinizmi, on min illərdən bəri, Sakit Okeanın 3 mindən artiq adasında sıx şəkildə məskunlaşmış, çox qədim dövlətçilik  tarixinə malik və hal-hazırda dünyanın ən tərəqqi etmiş, 130 milyon əhalisi olan Yaponiyadan, əhali və ərazicə ondan dəfələrlə kiçik olan Azərbaycan, demək olar ki, görünmür. İnanın ki, bəzi yaponlar "Azərbaycan” kəlməsini heç tələffüz də edə bilmirlər.  Əslində, burada qeyri-adi heçnə yoxdur. Məsələn, deyək ki, Afrikanın əksər ölkələri Azərbaycan vətəndaşı üçün çox uzaq, iqtisadi əlaqə və münasibətlər baxımından önəmli olmadığı kimi, Azərbaycan da yaponlar üçün çox uzaq olub, hal-hazırda iqtisadi cəhətdən önəmli bir məmləkət deyil. Bu həm müstəqilliyin az zaman kəsimində movcudluğu və həm də maddi və mənəvi baxımdan Yaponiyaya uzaq olmasıyla bağlıdır. Qeyd edim ki, bir neçə il öncə, buranın teleefirində  İPƏK YOLU ölkələrindən söhbət getdiyi zaman, bəzi yaşlı yaponların nastolji hisslərinə qapılaraq İpək Yolu ölkələrinə səyahətlər etməyə başladılar. Onlar, bu ölkələrin qədim ticarət əlaqələrini öyrənmək niyyətiylə, Bakıdakı Şirvanşahlar sarayında, Karvansarayda, Şəki Xan sarayında və i.a. yerlərdə oldular. Amma istərdim ki, yaponlar Azərbaycan iqtisadiyyatında, Azərbaycanın sənayeləşməsində, kadrların yetişdirilməsində iştirak etsinlər. Yaponiyanın Azərbaycana verə biləcəyi çox şeylər var.

- Boli, əlbəttə ki, gənc dövlətçiliyə malik ölkəmizi  Yaponiya ilə müqayisə etmək çox mübaliğəli olardı. Bunula belə, neft-qaz  kimi təbii sərvətləri ilə artıq dünya bazarında müəyyən yer tutan və bunun müqabilində ölkə rəsmilərinin dili ilə desək,  "iqtisadi gücü durmadan artan və çiçəklənən   Azərbaycan”ın  sabahı Yaponiyadan necə ğörünür?

- Bilirsinizmi, bu ölkələr arasında fərq nədədir?!  Azərbaycan – bilavasitə təbiətin ona bəxş etdiyi sərvətlərin hesabına pulu əldə edir. Ölkə əhalisi də bu və ya digər formada ticarətə qoşulmuşdur. Elə bil ki, bu ölkədə hamı tacirə çevrilib... İnsanlar öz həyatlarını yaxşılaşdıracaq  bir əşyanı belə düşünüb istehsal etmir və buna heç istək, təşəbbüs də göstərmirlər. İstehsalat üçün  müvafiq kadrlar yoxdur və bu kadrlar ölkə üçün heç yetişdirilmir də... Daha dəqiq desək, Azərbaycanın təhsil sistemi öz ölkəsi üçün intelektual-yaradıcı şəxsləri yetişdirə bilmir. Yaponiyanın isə İntelekt bazası çox güclüdür. Bu ölkənin hər bir vətəndaşı onun vacib potensial sütununu təşkil edir. Yaponiyada insanların  həyat şəraitlərini kifayət qədər rahatlaşdıran hər şey var. Belə intelektual yaradıcı insanları isə məhz Yaponiyanın Təhsil sistemi yetişdirmişdir. Əslində Azərbaycanda da qısa müddət ərzində belə yaradıcı insanları yetişdirmək mümkündür, amma çox təəssüflər olsun ki, bəzi siyasi və iqtisadi problemlər  bu tərəqqipərvər işin reallaşdırılmasına imkan vermir.

- Şaiq, boli, bəs Insan Haqqlarının qorunması baxımından Yaponiyada vəziyyət necədir? Bu məmləkəti azad,demokratik bir ölkə hesab etmək olarmı?

- Bilisinizmi, Yaponiyada  qanunlar, ilk növbədə  olaraq Konstitusiya mükəmməl  şəkildə işləyir. Hər kəsin hüququ bu qanunlarla qorunur. Bunula belə, Avropada "fərdi azadlıq” Yaponiya ilə müqayisədə  daha genış çərçivəyə malikdir. Yaponiyada deyərdim ki, fərdi azadlıq daha dar çərçivədədir. Burada ictimai nəzarət çox güclüdür, kimsə qoyulmuş qanunu pozursa, dərhal digər bir kimsə  bunu ona xatirladır. Avropa ilə müqayisədə Yapon mediasının da tam azad olduğunu  deməzdim. Yaponlar siyasət məsələsində də ehtiyatlıdırlar. Əgər bir şirkətdə işçinin siyasətdən bəhs etdiyini bilsələr, həmin şirkətdə onun öz iş yerini itirmək ehtimalı var. Və burada nəzərə çarpacaq digər şey monotonluqdur. Əgər bir axşam televizorda "Çindən bizə filan siyasət yeridilir” fikri yürüdülsə, səhərisi gün hamı o fikri  təkrar edər. Heç Azərbaycanda da bu belə deyildir, Azərbaycanda fikirlər daha müxtilif, daha rəngarəngdir. Yəni, Yaponiyanın belə xüsusiyyətləri də var...

- Boli, yeri gəlmişkən, bu gün Azərbaycanda siyasi gərginliyə çervrilmiş Hicab probleminə münasibətiniz necədir?

- Çox təəssüflər olsun ki bu gün Azərbaycanda Hicab məsələsi kifayət qədər qabardılmışdır.  Cəmiyyətin, öz gününü  tamamən bu movzuya həsr etməsi gülüncdür. Kifayət qədər digər problemləri olan ölkə üçün din və dünyəvilik tərəfdarlarının mübahisəsi vaxtın boş yerə itkisidir.  Mənim şəxsi fikrimə görə, əgər qanun həqiqətən də vahid məktəbli formasını tələb edirsə,  dini, milli və i.a. mövgedən asılı olmayaraq, hamı ona əməl etməlidir. Ümumiyyətlə, bütün sahələrdə qanunun aliliyi qorunmalıdır.

- Amma, Azərbaycanın Təhsil haqqında qanununda Hicaba qadağa yoxdur...


- Təkrar edirəm, qanun necə tələb edirsə, ona o cür də əməl olunmalıdır. Amma, şəxsi fikrimcə, bu gün  Azərbaycan cəmiyyəti  fundamental insan haqqlarının qorunması məsələsinə daha önəmli yer  ayırmalıdır. Təəssüf ki, bu gün dünya ölkələri öz nüfuz dairələrini genişləndirmək  uğrunda mübarizə apardıqları  bir vaxtda, biz vaxtımızı Hicab davasına  sərf edirik...

- Yaponiyada "milli azliqlar” varmı? Varsa, onlara münasibət necədir?


- Çoxmillətli Azərbaycandan fərqli olaraq, Yaponiya, demək olar ki, mono-dövlət sayılır. Ölkənin şimalında, sayı təxminən 20 minə yaxın olan Aynu adlı xalq yaşayır və bu yaxınlarda Yaponiya parlamenti bu xalqı rəsmən tanımış və  onun hərtərəfli inkişafı üçün dövlət proqramını təsdiqləmişdir.

- Şaiq, boli, bu müsahibənizə görə Sizə təşəkkürimizi bildiririk. "Tolışi Sədo” qəzetinin kollektivinə və Oxucularımıza tövsiyyəniz?

- Mən ilk dəfə bu qəzeti ikinci kursda oxuyarkən əlimə aldım və çox sevindim ki, qəzetimiz dərc edilir. Fikrimcə, istənilən icmanın, qrupun öz mətbu orqanını nəşr etdirmək haqqı var və buna şərait yaradılmalıdır. O cümlədən, "Tolışi Sədo” qəzeti də xalqımızın tarixini, dilini, mədəniyyətini və i.a. sahələrini tədqiq və təbliğ etmək haqqına malikdir. Bunula da Siz, çoxmillətli Azərbaycan dövlətinin həyat tərzini daha da zənginləşdirir və daha da çoxrəngli edirsiniz. Bu yolda qəzetinizin  kollektivinə və Oxucularına böyük uğurlar arzulayıram.

Tolışi Sədo, № 2, 2011

Категория: Müsahibə | Просмотров: 1608 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 3
2 Kadusya  
-2
Bizim orta makatabin 11 ci sinif shagirdlarindan da musahiba goturmak lazim olsa man komak edaram...Xususan Hicab masalasina onnlarin munasibati Tolishi Sado uchun ala olar!

3 ToloshiSado  
0
Əla fikirdir! Sən o müsahibəni 11-ci sinif şagirdlərindən götür, biz də böyük məmnuniyyətlə çap edərik.

1 ERAZ  
4
Спасибо ВАМ за содержательное интервью! Желаю дальнейших успехов!
Видимая часть Азерб.-на - нефтяные вышки при ясной погоде.
biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus