Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Декабрь » 16 » ZÜLMƏ SƏBR?!
18:13
ZÜLMƏ SƏBR?!
Rəvayət olunur ki,  bir gün imam Şibli (r.a.) ruhi xəstəxanada müalicə olunmalı olur. Bir dəfə  dostları toplaşıb ona baş çəkmək istəyirlər. İmama yaxınlaşıb hal-əhval tutmağa hazırlaşdılar ki, o, qəfildən yerə əyilib əlinə bir çinqil (kiçik bir daş parçası) götürür. Dostları hürküb, hərə bir yana qaçır. İmam Şibli (r.a.) arxalarıyca qəh-qəhə çəkərək deyir: bunca idimi dostluğa sədaqətiniz? Onun bu xəstə halındaki kiçik bir daş qırıntısından ibarət cüzi yükünə (cüzi zülmə) SƏBR (tablaşmayıb) etməyib qaçdınız?!

Bu kiçik bir rəvayətda "dostluq”, "səbr”, "zülmə səbr” və i.a. kimi mühüm mövzularla bağlı neçə-neçə dərin, ibrətamiz fikirlərin səsləndiyi aydındır…

Əlbəttə, "Zülmə Səbr!” heç də o demək deyildir ki, gözünün önündə sənə, ya bir kimsəyə zülm edilə və sən də bu zülmü (dəf etməyə imkanın ola-ola) susqunluqla qarşılayasan. Əsla yox! Belə ki, ən böyük zülmü, ilk öncə, insan özü-özünə qarşı edir və "əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə bir canlı belə qalmazdı. Amma, O, onlara möhlət, vaxt verdi… Əcəlləri gəldikdə isə, nə bir an tez, nə də bir an gecikər…” (Quran, 16: ən-Nəhl: 61). Əslində bu ayə Allahın "SƏBİR” ismini əks etdirir. O, öz səbriylə insanları öz zülmündən üz döndərməyə, HAQQ yola gəlməyə çağırır. İnsanın özü-özünə zülmü və Allahın buna SƏBRİ barədə ən ibrətamiz misal kimi Yunus (ə.s.) peyğəmbərlə bağlı məlum əhvalatı xatırlamaq olar: O, azan xalqının heç cürə HAQQ yoluna gəlmədiyini görüb, yəni, insanların zülmünə SƏBR etməyib, qəzəblə onları tərk edir. Nəticədə, dənizdə iri bir balığa (balinaya) yem olaraq, onun qarnında – zülmət bir zindanda öz qüsurunu anlayıb Xaliqinə etiraf edir: "…La ilahə illa əhtə sübhanəkə inni küntüm minəz zalimin” (Quran, 21:əl- Ənbiya:87), yəni: "…mən həqiqətən də özümə zülm edənlərdən oldum…”. Allah Yunus (ə.s.) peyğəmbərin tövbəsini qəbul edir, onu bağışlayır, o , bu "zindandan” azad olaraq xalqının yanına qayıdır və insanları səbrlə (!) HAQQ yoluna gətirərək xalqını xilas edir. Yeri gəlmişkən, bu sətirlərimi oxuyan cəmi məhbus qardaş-bacılara da bu duanı tez-tez təkrarlamalarını tövsiyyə edərdik, inşallah, xeyri olar…  

Yunus (ə.s.) peyğəmbərə aid gətirilən bu misal ölkəmizin azadfikirli, əhli-iman sahibləri üçün də bir ibrət – nümunə ola bilər: belə ki, ən adi bəşəri haqqına sahib çıxmaqdan belə çəkinən və bu haqqı bir qarın çörəyə qurban verməyə hazır olan xalqından incimək, ona qəzəblənmək yox, əksinə, səbrlə onu HAQQ yola dəvət etmək gərəkdir. Əlbəttə, bu yolda digər ən böyük çətinlik – həm də xalqı bu günə salmaqda az rolu olmayan zalım hakim zümrənin özünün də müəyyən təqib, təzyiq, həbs və hətta qətllərinə belə məruz qalmaqdır. Bununla belə, yenə də – "bizi HAQQa gedən yola yönəltdiyi halda, Allaha necə təvəkkül etməyə bilərik?! Bizə verdiyiniz əziyyətlərə SƏBR edərik…” (Quran,14: İbrahim:12) ayəsini əsas götürərək, həm o azan xalqla, həm də o azğın hakim zümrə ilə "Allaha təvəkkül!”, deyib SƏBRLƏ işləməkdən başqa digər bir yolumuz-çarəmiz yoxdur…   

Bu yol – doğrudan da xeyli çətin, ağır olub, HAQQ naminə savaşda bizi ruhdan düşməməyə; zəiflik göstərməməyə; bir kimsəyə boyun əyməməyə çağırır… Xaliqimiz bunu öz ən sevimli bəndələrinin misalında nümunə gətirir: "Neçə nəbilər, Rəbblərinin qulluğunda duranlarla birgə Allah naminə savaşda başlarına gələnlərdən asılı olmayaraq ruhdan düşmədilər, zəiflik göstərmədilər, boyun əymədilər, Allah səbr edənləri sevər!” (Quran 3: Ali-İmran: 146). Demək, zülmə qarşı da səbrlə mübarizə aparmaq gərəkdir. Başqa sözlə desək, SƏBR – HAQQ yolda mübarizə aparan xeyirxah əhli-iman sahibinin əlində həm qılınc, həm də qalxan olub, zülmü yarmaq üçün ən uğurlu silahdır! Məhz "Əsr” (Quran: 103) surəsinin minlərlə hikmətlərindən biri də bu formula üzərində qurulmuşdur: "And olsun Əsr namazına ki, həqiqətən də insanlar ziyan içərisindədirlər, o kəslərdən qeyri ki, iman gətirib xeyirxah işlər görər və bir-birinə HAQQlı və SƏBRli olmağı tövsiyə edərlər…”  Zülmə qarşı mübarizədə cəmi HAQQsevər və xeyirxah əhli-iman qardaş-bacılarımıza Allahdan SƏBR diləyirik, İnşallah!!!

"Səyəc əlullahu bə’də usrin yusra” (Quran; 65:ət-Talak:7) Allah hər zülmü (çətinliyi) rahat (asan) bir sonluqla bitirər…

Hilal Məmmədov,
vicdan məhbusu


Категория: Azərbaycan | Просмотров: 1800 | Добавил: admin | Рейтинг: 4.7/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus