Главная » 2011»Февраль»10 » ABŞ prezidenti Azərbaycanda demokratiyanın dəstəklənməsi üçün 27 mln. dollar ayırmağı təklif edir
23:56
ABŞ prezidenti Azərbaycanda demokratiyanın dəstəklənməsi üçün 27 mln. dollar ayırmağı təklif edir
Amerikanın Hill qəzetinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama xarici iqtisadi yardım ayrılması proqramını açıqlayıb.
Beləliklə, o, Azərbaycanda demokratiyanın möhkəmlənməsinə 27 mln. dollar, Braziliyada QİÇS-ə qarşı mübarizə və ətraf mühitin mühafizəsi üçün 21 mln. dollar ayırmağı təklif edib.
Rusiyaya nüvə silahı təhlükəsizliyinin təmin edilməsinə 68 mln. ayırmaq təklif olunub.
Eyni zamanda, məlumatda istehza ilə qeyd olunur ki, Misirə indiyədək 1,5 mlrd. dollar ayrılıb, lakin bunun nəzərəçarpan nəticəsi olmayıb. Lakin bu nəşrdən hansı dövrdən söz getdiyi bəlli olmur, belə ki, ABŞ-da maliyyə ili oktyabrda başlayır.