Главная » 2011»Январь»19 » ATV-nin İlham Əliyevə hörmətsizliyi bilərəkdən olub?
19:40
ATV-nin İlham Əliyevə hörmətsizliyi bilərəkdən olub?
Azərbaycan Respublikasının ATV kanalı ölkə prezidenti İlham Əliyevin 31 Dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə etdiyi müraciətinin yayımlanmasından öncə bir rəqqasənin təsvirini efirə verib. Onun ardınca Azərbaycan Respublikası prezidentinin müraciətinin titrlərini, dərhal sonra isə Qərb istehsalı olan bir cizgi filmində baş rolda yer alan gülünc şəxsiyyətin, "Şrek"in təsvirlərini yayımlayıb.
ATV kanalı gülünc zahiri görünüşünə və danışan uzunqulağına görə uşaqların sevimlisinə çevrilən "Şrek"in təsvirlərindən dərhal sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevin müraciətini yayımlayıb.
Adının gizli saxlanılmasını istəyən tanınmış bir rejissor Azərbaycan Respublikası prezidentinin müraciətindən öncə ATV kanalı tərəfindən yayımlanan təsvirlərin çeşidlərinə və İlham Əliyevin müraciəti ilə bağlı titrlərin bu təhqiramiz təsvirlər arasında yer almasına işarə edərək, deyib: Bunu, heç bir vəchlə təsadüfi hal hesab etmək olmaz.
O, Azərbaycan Respublikası hökuməti ilə müxalif olanların, xüsusi ilə də Hollandiyada "Şrek" kimi gülünc şəxsiyyətlərin simasından prezidentin simasını ləkələmək üçün istifadə etdiklərini yada salaraq, İlham Əliyevin müraciətindən öncə "Şrek"in təsvirlərinin efirə buraxılmasını tamamilə düşünülmüş hərəkət adlandırıb.
Adının açıqlanmasını istəməyən bu rejissor həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin ATV kanalından narazı olması haqda yayılan xəbərlərə və bunun ardınca telekanalın rəhbərlik heyətinə dəyişikliyin edilməsinə, ona rəhbərlik vəzifəsinin fövqəladə hallar naziri Kəmaləddin Heydərova tapşırılmasına işarə edərək, deyib: Bu məsələdən aydın olur ki, hökumət dairələri də ATV kanalının Azərbaycan Respublikası prezidentinə qarşı hərəkətinin təsadüfi olmadığına inanırlar.
ATV kanalı əxlaqsız filmlər nümayiş etdirməsinə və televiziya proqramında evlənmə verilişi yayımlamasına görə, ciddi tənqidlərlə üzləşib. Belə ki, ictimai narazılıqlarla yanaşı Azərbaycan Respublikasının Milli Teleradio Şurası da öz illik hesabatında ATV kanalını Azərbaycan Respublikasının ən pozğun və əxlaqsız telekanalı elan etmişdi. Bu hesabata görə, ATV kanalının yayımladığı verilişlərin 32%-i Azərbaycan Respublikası xalqının milli və mənəvi dəyərləri ilə daban-dabana ziddir.
Azərbaycan Respublikası xalqının 98%-in müsəlmanlar təşkil etsə də, bu ölkədə fəaliyyət göstərən bəzi telekanallar daha çox xalqın milli və mənəvi dəyərlərinə ziddi verilişlər yayımlamaqla məşğuldurlar.
Bəzi mütəxəssislər Azərbaycan Respublikası telekanallarında əxlaqsız verilişlər və teleserialların sayının artmasını nəzərə alaraq bildirirlər ki, diqqəti əsas məsələlərdən yayındırmaq məqsədilə Azərbaycan Respublikasında gənc nəsli əxlaqsızlıq və pozğunluğa sürükləmək üçün xüsusi ssenari hazırlanıb.