Главная » 2012»Октябрь»5 » Avropa Dəyərlərinə İnteqrasiya İB-yi Beynəlxalq Insan hüquqları gününü etiraz aksiyası- mitinqiqlə keçirməyə çağırdı
01:36
Avropa Dəyərlərinə İnteqrasiya İB-yi Beynəlxalq Insan hüquqları gününü etiraz aksiyası- mitinqiqlə keçirməyə çağırdı
Avropa Dəyərlərinə İnteqrasiya (ADİ) İctimai Birliyinin (İB) Azərbaycanda insan haqları və söz azadlığının mövcud vəziyyətilə bağlı mətbuat konfransı keçirib.
ADİ İB Azərbaycanda söz, fikir ifadə etmə azadlıqlarının və insan haqlarının pozulması hallarının daha da artmasından narahatlıq ifadə edərək bəyan edir ki, vətəndaşlar ictimai fəaliyyətinə görə hakmiyyət tərəfindən təqiblərə, təzyiqlərə, şantaja, o cümlədən saxta ittihamlarla həbslərə məruz qalır. Həbs olunan fəal vətəndaşların müdafiəsilə məşğul olan vəkillərə qarşı Vəkillər Kollegiyası cəza qurumu kimi istifadə edilir. İctimai fəalların mühakimə olunduğu məhkəmə iclaslarında vəkillərin qaldırdığı vəsadətlər rədd edilir. Hakimlər cinayət törətməmiş və cinayəti sübut olunmayan vətəndaşları ictimai fəaliyyətinə görə azadlıqdan məhrum edir. Həbs olunan ictimai fəalların işgəncəyə məruz qalmasının qarşısını almaqda vətəndaş cəmiyyəti institutları aciz durum nümayiş etdirir, beynəlxalq təşilaktlar isə vaxtında effektiv və ya nəticə verə biləcək tədbirləri görməyə tələsmir.
Mövcud vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu və 11-ci maddələrinə istinad edərək, hakimiyyətin və dünya ictimaiyyətinin diqqətini bir daha bu problemə cəlb etmək məqsədilə, ictimai təşkilatlar, xüsusilə bütün hüquq müdafiəçilərinə ADİ İB təklif edir ki, 10 dekabr 2012-ci ildə - Beynəlxalq İnsan Hüquqları Günü, insan hüquqlarının pozulamsı ilə əlaqədar olaraq, ümumxalq dinc etiraz aksiyası- mitinqi keçirilməsi məqsədi ilə bir araya gəlib Təşkilat Komitəsi yaratsınlar.
ADİ İB-nin sədri, hüquq müdafiəçisi Elnur Məlikovun sözlərinə görə ölkədə fəal vətəndaşlara qarşı represiyaların daha da artması və fəal vətəndaşları müdafiə edən vəkillərin məhkəmələrdə qaldırdıqları vəsadətlərin rədd edilməsi, hüquq müdafiəçilərinin baş verənləri ictimailəşdirməklə problemlərin aradan qaldırılmaması, hakimiyyətin zorakılığa üstünlük verməsi, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini, Respublikadakı mövcud duruma dünya ictimaiyyətinin diqqətini cəlbə etmək məqsədi ilə dinc etiraz kasiyası keçirmək vacib məsələdir.